“Flamingo” restoranı Rza Talıbova necə hədiyyə edildi?
Zorla əllərindən alınaraq Şərurlu İsfəndiyara hədiyyə edilən restoranı Pənahov qardaşları geri ala biləcəkmi?

Naxçıvan hadisələri ölkənin gündəmini zəbt etməkdə davam edir. Muxtar Respublikadan gələn xəbərlər, Talıbovların fəaliyyəti ilə bağlı yeni məlumatlar müzakirə mövzusu olaraq qalır.

Bu arada Valyuta.az-ın redaksiyasına Naxçıvanda baş verməyən, amma Naxçıvanla, daha doğrusu Vasif Talıbovun oğlu Rza Talıbovun biznesi ilə bağlı daha bir xəbər daxil olub.

Bu dəfə mövzu uzun müddət adı müxtəlif qalmaqallarla hallanan “Flamingo” restoranıdır. Söhbət restoranın əsl sahiblərindən – “Laba” ləqəbi ilə tanınan Sədərək Gömrük Komitəsinin keçmiş rəhbəri Mübariz Pənahov və onun qardaşı Səfər Pənahovun əlindən zorla necə alınmasından gedir.

Mənbəmiz bildirir ki, Mübariz Pənahov və Vasif Talıbov arasında münasibətlərin gərginləşməsinin əsl səbəbkarı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov olub. “Laba” Sədərək Gömrük Məntəqəsində “Şərurlu İsfəndiyar”ı sıxışdırdığı və maşınlarının gömrükdən keçməsini qadağan etdiyi vaxt, sonuncu bunun qisasını almaq üçün fürsət axtarır. Nəticədə “Laba”nın yanındakı etibarlı adamlardan birini pulla ələ alır. Və həmin adam İsfəndiyara məlumat sızdırır.

Bir müddət sonra “Flamingo” restoranında iki qardaş arasında elə bir söhbət olur ki, bu söhbət hər iki qardaşın gələcək taleyinə təsir edir. Səfər Pənahovun Vasif Talıbov və qardaşı Məhərrəm Talıbov haqqında Mübariz Pənahovla etdiyi söhbətin səsyazısı “Şərurlu İsfəndiyar”a təqdim edilir. Həmin söhbət zamanı Səfər Pənahov Məhərrəm və Vasif Talıbovları ağır söyüşlərlə təhqir edir.

“Şərurlu İsfəndiyar” səs yazısını Vasif Talıbovun stolunun üstünə qoyur. Nəticədə “Laba” və Vasif Talıbov arasındakı düşmənçiliyin də əsası qoyulur. Bundan sonra Səfər Pənahov heç bir günahı olmadan həbs olunur. Mübariz Pənahov isə vəzifəsindən çıxarılır.

“Flamingo” restoran bir qəpik ödənilmədən qardaşların əlindən alınır və xidmətləri müqabilində “Şərurlu İsfəndiyara” hədiyyə edilir. “Şərurlu İsfəndiyar” isə Sədərək Gömrüyündəki maşınlarının daha bol qazanc gətirməsi naminə böyük addım atır. O, “Flamingo” restoranını Rza Talıbova hədiyyə edir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti