Fəlakət davam edir: “Sanki buraya atom bombası atılıb” - FOTOLAR
Los-Ancelesdə başlayan güclü yanğınları söndürmək çətinləşib: onlarla ev yanıb, yüz minlərlə insan təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles bölgəsində güclənən meşə yanğınları fəlakətin miqyasını artırmaqdadır. Yanğınlar bölgədə ağır ziyanlara, evakuasiyalara və yol bağlanmalarına səbəb olub. Yanğın çərşənbə axşamı günü axşam saatlarında Los-Ancelesin şimal-şərqindəki təbiət qoruğu yaxınlığında başladıqdan sonra sürətlə yayılıb. Qısa zamanda yanğın yaxınlıqda olan “yaşlılar evi”nə yayılıb. Mərkəzin işçiləri əlil arabalarında və xəstəxana çarpayılarında olan onlarla sakinlərini təcili sürətdə təxliyə ediblər. Təcili yardım maşınları, avtobuslar və digər vasitələr onları təhlükəsiz yerə aparmaq üçün gələnə qədər sakinlər yataq paltarları ilə orada gözləməli olublar.

Digər bir yanğın isə məşhur Pasifik Palisades məhəlləsində evləri və avtomobilləri yandırıb. Sakinlər əşyalarını götürərək, piyada qaçmağa məcbur olublar. Bu barədə “Amerikanın Səsi” məlumat yayıb. “Palisades Drive”da yaranan tıxac təcili yardım maşınlarının keçməsinə mane olub. Əraziyə gətirilən buldozer vasitəsi ilə avtomobillər itələndikdən sonra təcili yardım və yanğınsöndürən maşınlar üçün cığır açılıb.

Üçüncü meşə yanğını isə yerli vaxtla saat 22:30 radələrində başlayıb. Los-Ancelesin ən şimal məhəlləsi olan San Fernando Vadisi icması olan Sylmarda təcili şəkildə təxliyə olunub.

Yanğınlar, xüsusilə ərazidə əsən Santa Ana küləkləri tərəfindən daha da qızışır. Külək yanğınsöndürmə işlərini çətinləşdirib. Los-Anceles Yanğınsöndürmə Departamenti ehtiyat yanğınsöndürən briqadalardan kömək istəyib. Külək səbəbindən yanğınlara havadan müdaxilə etmək mümkün olmayıb.

Yaranmış vəziyyət Prezident Co Baydenin Riverside qraflığına səfər planlarını ləğv etməsinə səbəb olub. O Los-Ancelesdə pəncərəsindən yanğının tüstüləri görünən oteldən yanğınlar haqqında məlumatlandırılıb.

Yanğınlar təxminən 150 min insanın evakuasiya olunmasına səbəb olub. Ştat qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib və vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

Prezident Bayden Kaliforniyadakı meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib və əraziyə əlavə resursların yönəldilməsinə göstəriş verib. Prezident xəbərdarlıq edib ki, ərazinin dirçəlişi vaxt aparacaq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736529912_1.jpg
Los Anceles Qraflığının Yanğınsöndürmə Departamenti azı 10 adamın ölümünə səbəb olmuş dörd təhlükəli yanğınıla üz-üzə qalındığını açıqlayıb. Bu yanğınlar nəticəsində mindən çox ev yanıb, yüz minlərlə insan evakuasiya olunub.

“Departamentimiz bir, yaxud iki meşə yanğını ilə çapışmağa hazırdır, lakin dördü ilə yox – ələlxüsus belə bir küləkli və quraqlıq hava şəraitində,” Los Anceles Qraflığının Yanğınsöndürmə Departamentinin rəisi Antoni Marron bildirib. Onun sözlərinə görə, 2,000 hektar sahə tamamilə yanıb və yanğın yayılmaqda davam edir.

Rəsmilər yerli sakinləri təxliyə edilmək barədə göstərişlərə riayət etməyə və lazım olduqda evlərini tərk etməyə çağırıb.

Meteoroloqlar quru şəraitin və yanğınların yayılmasına şərait yaradan güclü küləklərin həftə sonunadək davam edəcəyini bildiriblər. Güclü küləklər yanğınlarla mübarizədə istifadə edilən təyyarələri yerə endirməyə məcbur edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736529913_2.jpg
ABŞ Prezidenti Co Bayden Kaliforniyada meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün federal yardım və resursların sərbəst buraxılması üçün federal fövqəladə vəziyyət elanını təsdiqləyib. Ağ Evdən bildirilib ki, Bayden İtaliyaya planlaşdırılan səfərini ləğv edib. Səbəb isə "qarşıdakı günlərdə yanğınlarla mübarizəni diqqətdə saxlamaq" göstərilib.

“Biz bu yanğınların qarşısını almaq və yenidən qurmağa və normal vəziyyətə qayıtmağımıza kömək etmək üçün lazım olan müddətdə hər şeyi etməyə hazırıq. Bu, çox uzun bir yol olacaq. Bu, zaman alacaq", Bayden deyib.

Pentaqon Kaliforniyaya “əlavə yanğınsöndürmə personalı və imkanlar” təqdim edildiyini açıqlayıb.

Rəsmilər bu həftə şərtləri nəzərə alaraq Los-Anceles bölgəsində meşə yanğınları ehtimalı barədə xəbərdarlıq etsə də, yanğınlar gözləniləndən daha geniş olub. Hollivud ərazisi ilə yanaşı, Sakit okean Palisades, Altadena, Pasadena və Silmarda da aktiv yanğınlar olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736529913_4.jpg
Yanğınların vurduğu ziyan 135-150 milyard dollara çatıb. Bu barədə məlumatı “AccuWeather” xidməti yayıb. Bildirilib ki, Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin məbləği təxminən 135-150 milyard dollar arasında qiymətləndirilir.

Yanğınsöndürmə rəsmiləri yanğınların səbəbinin hələ aydın olmadığını, lakin aktiv araşdırmanın aparıldığını deyirlər.

Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü “ən dəhşətli yanğınlardan” biridir. “sanki bu ərazilərə atom bombası atılıb”, - deyə qeyd edib.

Son məlumata görə, Los Ancelesdə yanğınlar hələ də davam etməkdədir. Külək yanğınların məhdudlaşdırılmasına əngəl törədir. Rəsmilər bildirirlər ki, insanların həyatlarının xilas edilməsi üçün bütün tədbirlər görülür. Yanğının söndürülməsinin nə vaxt mümkün olacağını isə proqnozlaşdırmaq çətindir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736529913_5.jpg
Yeri gəlmişkən, Los-Ancelesdə baş verən yanğında tüstüdən zəhərlənən, evləri yananlar barədə Azərbaycanın Baş Konsulluğuna məlumat daxil olmayıb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.

“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.

Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb.

Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - XİN rəsmisi vurğulayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736529914_6.jpg
 

Bölmənin digər xəbərləri

03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti