Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativinin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Hazırda da MTK rəhbərliyi ilə binanın sakinləri arasında uzunmüddətli problem davam etməkdədir. 2 ay öncə sakinlər tərəfindən imtina edilmiş xidmət haqqının bərpası üçün yeni vədlər verilmişdi. Belə ki, normal həyat şərtləri üçün binaya lazımi səviyyədə xidmət göstərilməli idi.

Sakinlər bu təklifi qəbul edib xidmət haqqının ödənilməsinə görə müqavilə bağladılar və ödənişləri etməyə başladılar. Yeni müqavilədə aylıq xidmət haqqı 40 qəpiyə qədər endirilsə də, xidmətin keyfiyyəti artmadı və, ümumiyyətlə, yaşayış kompleksində hər hansı müsbət bir iş görülmür. Bunlara həyətin abadlaşdırılmaması, çox zəif mühafizə xidməti, yağıntı sularının düzgün idarə olunmaması sistemləri və s. aiddir. Sakinləri özlərindən çıxaran əsas məsələlərdən biri premium adlanan binanın getdikcə qəzalı vəziyyətə düşməsi riskidir. 4 gün öncə yağıntısız hava şəraiti olsa da, binanın 2-ci mərtəbəsindən naməlum xətt ilə sular birbaşa fasadla süzülərək tikilinin bünovrəsinə və küçəyə axır (video aşağıda verilmişdir). Üzücü tərəfi burasındadır ki, bu hal artıq bir neçə dəfədir, təkrarlanır.

Sakinlər bildirir ki, qeyd olunan ardıcıl problemlərə görə onlar ödəniş etməkdən növbəti dəfə imtina etməkdə israrlıdırlar. Çünki MTK sahibi Babək İsmayılov növbəti dəfə sözünü tutmadığından xidmət haqqının ödənilməsi mənasızdır. 2 ilə yaxındır ki, sakinlər özləri “Təşəbbüs qrupu” yaradaraq bu istiqamətdə yaşadıqları binanın problemlərini həll etməyə çalışırlar. Həyətin abadlaşdırılması, yağıntı sularının qarşısının alınması, bir sözlə, paytaxtın mərkəzində tikilən 170 mənzillik binanın təhlükəli vəziyyətə düşməməsi üçün sakinlər öz vəsaitləri hesabına fəaliyyət göstərirlər. Buna isə MTK işçiləri maneə yaradır. Sakinlər bunu birmənalı olaraq, qəsdən binanın təhlükəli hala çatdırılması kimi qiymətləndirirlər. Onlar ilk və yeganə çıxış yolu kimi cəmiyyət yaradaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun binanın idarəedilməsi üzrə xidmətləri öz üzərinə götürmək və müasir tələblərə uyğun sakit, təhlükəsiz həyatlarını təmin etmək niyyətindədirlər. Bununla bağlı hər bir sakin paylanılan bröşürlər vasitəsilə maarifləndirilir və müvafiq imzalar toplanılmaqdadır.

Son - binanın fasadından axan sular - hadisəsindən sonra sakinlər tərəfindən bir neçə dəfə MTK-ya və onun rəhbəri Babək İsmayılova müraciət etsələr də, buna görə nəinki hər hansı cavab verilib, ümumiyyətlə, biganə münasibət göstərilib. MTK-nın özəlləşdirdiyi 2-ci mərtəbə isə, bir müddətdir ki, satışa çıxarılıb. Bu qədər problemə baxmayaraq, MTK rəhbərliyi də öz növbəsində “xidmət göstərməyi” davam etdirmək üçün sakinlərin adından saxta imzalarla sənəd tərtib edərək təsdiq üçün müvafiq qurumlara təqdim etmək niyyətindədir. Lakin sakinlər ümid edirlər ki, aidiyyəti dövlət qurumları qanun çərçivəsində MTK-nın təqdim etdiyi saxta sənədləri qəbul etməyəcək. Onlar yüzlərlə vətəndaşın yaşadığı binanın təhlükəli hala çatması və qanunsuz hərəkətlərə qurban verilməməsi üçün sonadək mübarizə aparmağa hazırdırlar.

"DİA-AZ"
 
Ardını oxu...
Azərbaycan ictimaiyyətini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, vətəndaşlarımız bələdiyyə seçkilərinə ciddi yanaşsınlar:

"Namizədliklərini irəli sürmək istəyən vətəndaşlarımız namizəd kimi, səs vermək istəyən vətəndaşlarımız seçici kimi səsvermənin keçirilməsini çox fəal həyata keçirsinlər. Çox arzu edərdik ki, gənclər və qadınlar bu seçkilərdə namizəd kimi iştirak etsinlər. Nə qədər xanım bələdiyyə üzvü olsa, o bələdiyyələr daha yüksək səviyyədə olar. Azərbaycan xanımlarının seçkili orqanlarda sayının üstünlük təşkil etməsi bizim çoxdankı gözləntimizdir. Ötən parlament seçkilərində əvvəlki seçkilərlə müqayisədə xeyli sayda qadınlar seçildi. Qadınları və gəncləri həm də seçici kimi fəal iştirak etməyə çağırıram”.
 
Ardını oxu...
Son vaxtlar əmək bazarında işlə təmin olunan şəxslərin əksəriyyəti xaricdə təhsil alanlardır.

Sahibkarlar vətəndaşın bilik və bacarığından asılı olmayaraq xaricdə təhsil almasına daha çox üstünlük verirlər. Bu da bir həqiqətdir ki, bizim ali təhsil ocaqlarımızın heç də hamısı keyfiyyətli təhsil vermir, hətta məzunlar arasında sonradan keçirilən imtahanlardan keçə bilməyənlər də var.

Ancaq sahibkarlar üçün də xaricdə təhsil bir dəb halını alıb. Xaricdə təhsil alanlar keyfiyyətli məzunlardır, yoxsa bizim universitetlərin məzunları bazarın tələblərinə cavab vermir?

Təhsil eksperti Rizvan Fikrətoğu qeyd edib ki, Azərbaycan universitetlərində verilən təhsil hələ də xaricdən qat-qat aşağıdır:

"Xarici universitetlərə attestatla müraciət edənlər və distant təhsil almış şəxslərin diplomlarına ölkəmizdə üstünlük verilmir. Bu diplomların bir qismi formal xarakter daşıyır.

Ancaq dövlət proqramı və təqaüdlə Avropa ölkələrinin bir sıra universitetlərini bitirmiş şəxslərin diplomlarına daha çox üstünlük verilir. Bu isə həmin universitetlərdə təhsil səviyyəsinin yetərincə yüksək olması ilə bağlıdır.

Bizim universitetlərin verdiyi təhsil, sözügedən xarici universitetlərin təhsilindən olduqca aşağı səviyyədədir. Biz əksər yüksək vəzifəli şəxslərin dosyelərinə (müəyyən şəxs barədə sənədlər və materiallar toplusu) baxsaq, görərik ki, bakalavr, magistratura və ya doktorantura təhsilini beynəlxalq reytinq cədvəlində öndə olan universitetlərdə alıblar. Buna görə də bacarıqları yüksək olan kadrlara bu halda daha çox yer verilir".

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri "Cebheinfo.az"-a bildirib ki, bu gün ölkədə sahibkarları, yaxud digər işəgötürən kəsimin daha çox xarici vətəndaşlara üstünlük verməsi ilə bağlı dəqiq statistikası yoxdur:

"Ancaq olsa da belə, mən bunu o qədər də uğurlu yanaşma hesab etmirəm. Çünki bir insanın nəzəri biliyini və praktiki bacarıqlarını, onun xaricdə oxuması və yaxud oxumaması, onun ölkə universitetlərinin hər hansı birində təhsil alması həll etmir.

İnsanın nəzəri bilik və bacarıqları, praktiki qabiliyyəti bununla ölçülə bilməz. Sual oluna bilər ki, Amerikanın hər hansı bir universitetində İnformasiya Texnologiyaları sahəsinin bitirənlə bizim universiteti bitirən mütəxəssis arasında fərq var? Təbii ki, var, bu fərq gələcəkdə də olacaq.

Ancaq yüksək nüfuzlu universitetlərdə təhsilalanlar ümumi xaricdə təhsil alanların çox cüzi hissəsini təşkil edir. Bizim tələbələr dövlət sifarişi hesabına yüksək statuslu Amerika, İngiltərə, Yaponiya, Sinqapur, Kanada və s. universitetlərdə oxuyurlar. Bunların əmək bazarında daha çox diqqət çəkməsi başadüşüləndir. Ancaq xaricdə təhsil alanların böyük əksəriyyəti, 90 faizdən yuxarı bir rəqəmdir, əsasən Türkiyə, digər qonşu dövlətlərin o qədər də nüfuzlu olmayan universitetlərində oxuyan şəxslərdir.

Həmin şəxslər oxuduğu universitetlərlə bizim universitetlər arasında bir o qədər də fərq yoxdur. Hətta bizim elə universitetlərimiz var ki, məsələn, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, yeni açılan iki universitetimiz - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində də keçirilən təhsilin səviyyəsi, hətta Bakı Dövlət Universitetini göstərə bilərik ki, həmin xarici universitetlərin bəzilərindən daha yaxşıdır".

Ekspertin sözlərinə görə, işəgötürmə prosesində bu diqqət sırf psixoloji bir xarakter daşıyır:

"İşəgötürmə prosesində şəxsin, məzunun bilik və bacarıqları, əmək qabiliyyətinin tələb etdiyi meyarlara uyğunluğu analiz olunmalıdır, onlar yoxlanılmalıdır. Bunlar məsələnin texniki hissələridir.

Təəssüflər olsun ki, bu cür psixoloji baryerlər hələ də qalmaqdadır. Nəinki xaricdə təhsil alanlarla bizim universitetdə təhsil alan arasında bu fərq var, həm də daxildə belə, böyük yerli universiteti bitirənlə kiçik yerli universiteti bitirən məzun arasında fərq olur.

Məsələn, Bakı Dövlət Universitetini bitirənlə Avrasiya Universitetini bitirən şəxs arasında fərq qoyulur. Ancaq bu əvvəllər daha çox idi, indi dayandırılıb. Çünki işə götürən şəxsi qarşısındakı insanın onun tələblərinə uyğunluğu, praktiki bacarıqları daha çox maraqlandırır.

Bu gün bir çox qurumlarda tələbələrin diplomu yox, tələbənin praktiki bacarıqları, beyninin çevikliyi, barmaqlarını kompüter üzərindəki "rəqsi" daha vacibdir. Elə iş yeri ola bilər ki, orada təkcə bir proqramın mükəmməl bilinməsi tələbənin hansı universiteti bitirməsini kölgə altına salır.

Çünki işəgötürənə bu lazımdır. Bu gün də əsl sahibkar onun işinə yarayan şəxsi, onun tələblərinə cavab verən şəxsi axtarmalıdır, nəinki onun oxuduğu universiteti maraqlı görməlidir".
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.comxəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Dövlət Radiotezliklər İdarəsi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 100 min 333 manat 4 qəpik ödəyəcək.
Qeyde edək ki, satın alınacaq güllərin arasında “Dua çiçəyi” və “Pul ağacı” da var.
Ardını oxu...
 
Ardını oxu...
İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşe polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədov akademik Qərib Məmmədovun qardaşı deyil.O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğludur. Qəhrəman Məmmədov babasının, yəni generalın atasının adını daşıyır.
Cavanşir Məmmədov Türkiyədə uzun müddətdir ki, biznes sahibidir, 2013-cü ildə 400 lirə (o zamankı kursla 200 min dollar)(??) nizamnamə kapitalı ilə MARŞAL YAPI TURIZM INŞAAT EMLAK MÜŞAVIRLIYI SANAYI VE TICARET LIMITED və HUMNAC TICARET
şirkətlərini qurub, tikintisi biznesi ilə məşğul olub.
Generalın təqaüdə çıxdıqdan sonra Fransada özünə biznes qurduğu haqda məlumatlar yayılsa da, xəbərlər özünü doğrultmayıb.
Cavanşir Həsənli
TEREF
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TEREF apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib:

“Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.

Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb:

“Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.

Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.

Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.

Daha sonra digər şahidlər ifadə verib.

Proses dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Ardını oxu...
Onlayn satış platformalarından məhsul sifarişləri gündən-günə artmaqdadır. Bu vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycanda da xeyli məşhurlaşan “Temu” platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eynisinin göndərilməməsi və yaxud xarab və sınıq göndərilməsidir. Bu hallarda vətəndaşlar nə etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda “Temu” platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur:

“Əslində, internet üzərindən satış platformaları artdıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksidir. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər gəlir. Məsələn, “Temu” ilə bağlı edilən sonuncu şikayətdə vətəndaş qalın tava reklamına aldanıb və sözügedən məhsulu sifariş edib. Lakin göndərilən mal qızılı rənglə boyanmış nazik və aliminium tava olub.

Digər bir şikayətdə isə şəxs bəyəndiyi saatı alıb və göndərilən sadəcə boş şəkil olub. Yəni bazara yeni daxil olan “Temu” müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur.

Ümumiyyətlə, internet üzərindən satışlar zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələn mal onun tələbatını ödəmir. Bu zaman dəyişmək və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınmış formada gəlib çıxır”.

Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir:

“İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, “İstehlakçıların hüquqları haqqında qanun” 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.

Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyirəm, internet platformasından heç vaxt dərman almayın. Belə dərmanların təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütləq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman “195” qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər”.
 
Ardını oxu...
Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.
 
Ardını oxu...
Son günlər Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı xəbər gündəmi zəbt edib.

Yerli mətbuat diplomat Qəhrəman Məmmədovun uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşı olduğunu iddia edir.

"Yeni Sabah" məsələnin təfərrüatlarını araşdırıb. Məlum olub ki, Qəhərman Məmmədovun Qərib Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur.

Qərib Məmmədov çoxuşaqlı ailədə doğulub. Onlar ailədə 9 qardaş, 6 bacı olublar.

Qərib Məmmədovun Teymur, Telman, Əmir, Kamil, Arif, Adil, Cavanşir və Cəlal adlı qardaşları, Dilarə, Şükufə, Ofeliya, Həmayə, Səmayə, Validə adlı bacıları olub. Lakin 9 qardaşdan heç birinin adı Qəhrəman olmayıb.

Ailədə 9 qardaşın 4-ü vəfat edib, hazırda 5 qardaş, 6 bacı qalıblar. Qərib Məmmədovun qardaş və bacılarının heç biri diplomat kimi fəaliyyət göstərməyib.

Q.Məmmədovun ailəsi əslən Qərbi Azərbaycanın Amasiya rayonundandır. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Məsmə xanım vaxtilə "Qəhrəman ana" statusu alıb.

Qəhrəman Məmmədov Qərib Məmmədovun ögey qardaşı belə deyil.

Qeyd edək ki, Qərib Məmmədovun atası Şamil kişi cəmi bir dəfə - Məsmə xanımla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 15 uşağı dünyaya gəlib.
 
Ardını oxu...
İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.

Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.
 

Dünyapress TV

Xəbər lenti