"Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam" - 6,5 milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TEREF apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib:

“Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.

Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb:

“Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.

Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.

Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.

Daha sonra digər şahidlər ifadə verib.

Proses dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti