Ardını oxu...
Türkiyəyə keçmək istəyən yük maşınlarının Sədərək Gömrük Məndəqəsi qarşısında 20 kilometrlik növbəsi yaranıb.
Şərur rayonuna kimin uzanan bu növbə digər avtomobillərin hərəkətini məhdudlaşdırıb. Növbəyə səbəb 4 gün öncə Türkiyəyə girişin məhdudlaşdırılması göstərilir. Naxçıvan tərəfinin tətbiq etdiyi məhdudiyyətin səbəbləri haqda hələlik məlumat yoxdur. Məsələni dəqiqləşdirməyə çalışacağıq.
Xüsusilə Orta Asiya və Rusiyadan gəlib, Türkiyəyə keçən bu yük maşınları Naxçıvandan transit kimi istifadə edirlər. Bu maşınların bir çoxu ərzaq və dərman ləvazimatları daşıyır. Yoldakı ləngimələr bu məhsulların xarab olması riskini artırır.
Ardını oxu...
"Uber”, “Bolt” şəbəkəsindən taksi sifariş verən sərnişinlər sistemdə göstərilən avtomobilin əvəzinə ünvana başqa avtomobillərin gəlməsindən şikayətlənirlər. Ehtimal edilir ki, bu cür şirkətlər ili yeni avtomobili qeydiyyatdan keçirdikləri halda daşınma üçün köhnə avtomobillərdən istifadə edirlər. Bəs belə halla üzləşən sərnişinlər hara müraciət etməlidirlər? Qanunvericilikdə bu cür sürücüləri hansı cəza gözləyir?

Bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Samuran Səmədbəyli deyib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı nə qədər mübarizə aparılsa da, təəssüf ki, hələ də bir çox qayda pozuntularına rast gəlinir.

Ekspert vurğulayıb ki, sürücülərin bəziləri qeydiyyatdan icazəsi olan avtomobillə keçsələr də, daşıma zamanı icazəsi olmayan digər nəqliyyat vasitələri ilə fəaliyyət göstərirlər: “Bu cür hallar qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirilir. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına görə sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər. Bundan əlavə, taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili barədə sənədləri olmayan, eyni zamanda sürücülərin buraxılış kartı və taksi minik avtomobili barədə xüsusi hazırlıq keçmələrini təsdiq edən sənədləri yoxdursa, sifariş xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), buraxılış kartı olmadan taksi minik avotmobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də Dövlət Yol Polisi tərəfindən cərimələr tətbiq edilə bilər. Bu kimi halları aradan qaldırmaq məqsədilə yeni taksilərdə fasiləsiz olaraq hərəkətə nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkəti, o cümlədən qət edilmiş məsafə, sürücünün iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınsın. Sərnişinlər isə öz növbələrində taksi fəaliyyəti ilə bağlı hər hansı qanunauyğunsuzluq müşahidə edərlərsə, birbaşa daşıyıcı şirkətə məlumat verməlidirlər. Şikayət olunmalıdır və həmin şirkət belə sürücülər barəsində lazımi tədbirlər görməlidir”.
 
Ardını oxu...
Bir zamanlar yüzlərlə tələbənin təhsil aldığı Azərbaycan Beynəlxalq Universiteti indi qorxu filmlərindəki mistik atmosferli məkanları xatırladır.

Giriş üçün hər tərəf bağlı olsa da çətinliklə bir yol tapıb ot – alaq basmış həyətə daxil ola bilirik. Bizi qarşılayan itlər artıq buranın daimi sakinlərinə çevrilib.

Gəzə - gəzə universitetin binasına daxil oluruq. Yarıqaranlıq dağılmış dəhlizlər, uçuq-sökük otaqlar və auditoriyalar... İllər öncə tələbələrin elm ardınca üz tutduğu bu binada indi “gurultulu” bir səssizlik hökm sürür. Dağılmış binada universitetə xas demək olar ki, heç bir şey qalmayıb. Ərazidə yaşayan sakinlərdən öyrənirik ki, universitet fəaliyyətini dayandırandan sonra yerdə qalan əşyalar illər ötdükcə talan olunub, bina isə uzun müddətdir baxımsız və nəzarətsiz vəziyyətdədir.

Xatırladaq ki, Binəqədi rayonunda yerləşən Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildən fəaliyyətə başlayıb. Əyani və qiyabi şöbələri fəaliyyətdə olan universitetdə tədris Azərbaycan və rus dillərində aparılırdı. Təhsil ödənişli əsaslarla idi. Müəyyən nöqsanlar aşkar olunduğu üçün 1 sentyabr 2010-cu ildə o zamankı təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti dayandırılıb.

Bir zamanlar həmin universitetdə təhsil alan tələbələrin aqibətini öyrənmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən verilən məlumata görə Azərbaycan Beynəlxalq Universitetinə qüvvədə olan qanunvericiliyə uyğun qəbul olmuş və təhsil alan tələbələrə diplom verilib. Həmin dövrdə təhsilini davam etdirən tələbələr isə müvafiq ali təhsil müəssisələrinə köçürülüb.

Əldə etdiyimiz digər bir məlumat isə universitetin yerləşdiyi binanın hazırda dövlət yaxud özəl mülkiyyət olması ilə bağlıdır. Məlumata görə, bina özəlləşdirilib. Mülk sahibi isə uzun müddətdir ki, xaricdə yaşayır. Əmlak problemli olduğu üçün nə satıla, nə də istifadə oluna bilir.

Görünən odur ki, “San Marino” ləqəbli universitetin aqibəti də hələ uzun müddət giriş qapısı kimi bağlı qalacaq.

TEREF Bizim.Media-ya istinadla fotoları təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bakının gələcək planında bir çox ərazinin plana düşəcəyi gözlənilir.
TEREF-in Milli.Az-a istinadən məlumatına görə, hazırda Ağ Şəhərin əhatə edəcəyi ərazi yaxın gələcəkdə daha da böyüyəcək.

Bu o deməkdir ki, Ağ şəhər ətrafındakı bir çox ərazidəki yaşayış yerləri və obyektlər də sökülərək müasir binalarla əhatə olunacaq.

Qeyd edək ki, ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən Bakı Ağ Şəhər dünyanın ən iri müasir layihələrindən biridir. Bakı Ağ Şəhər 1650 ha ərazini əhatə edir.Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.

Tikintinin ümumi sahəsi 15 milyon kv.m sahəni əhatə edəcək.Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 240 000 sakini iş yeri ilə təmin edəcəkdir.

Ardını oxu...
 

Rusiyanın "Sukhoi Superjet 100" təyyarəsi Antalya hava limanına eniş edərkən yanıb. 

Musavat.com xəbər verir ki, Soçidən Türkiyəyə uçan təyyarənin mühərriki yanıb. Türkiyə mətbuatı xəbər verir ki, təyyarə söndürülüb. Həlak olanlar barədə hələlik məlumat yoxdur. 

Təyyarədə 79 sərnişin olub. 

***

Antalya Hava Limanının Mülki İdarə Amiri, vali köməkçisi Suat Seyitoğlu, yanğına dərhal müdaxilə edildiyini və alovların qısa zamanda söndürüldüyünü bildirib.

Yanğının tam eniş zamanı meydana gəldiyini qeyd edən Seyitoğlu deyib: "Təyyarədəki bütün sərnişinlər xəsarət almadan təxliyə edilib, çox şükür, heç kimə zərər dəyməyib. Hazırda vəziyyət nəzarət altındadır."

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada hadisəyə sürətli müdaxilə edildiyi vurğulanıb. Açıqlamada qeyd olunur: "Təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvü saat 21:43-də təhlükəsiz şəkildə təxliyə edilib. Xəsarət alan yoxdur. Təyyarənin uçuş-enmə zolağından çıxarılması üzrə işlər davam edir. Hava limanına enişlər gecə saat 03:00-a qədər dayandırılıb. Uçuşlar isə hərbi zolaqdan həyata keçirilir".

 

Musavat.com

 

 
 
 
 
 

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər?

"Kaspi" qəzeti bu kimi aktual suallara növbəti yazısında cavab axtarıb.

Avtomobili təyinatına görə seçmirik

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır. Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: "Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük. Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud "benzini çox içir" deyirik. Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər".

Əsas interyer, eksteryer deyil

Mütəxəssis vurğulayır ki, avtomobil seçərkən diqqət etməli olduğumuz əsas məqamlar interyer, eksteryer deyil, digər nüanslardır: "Əvvəlcə baxmalıyıq ki, bunun ehtiyat hissələri varmı, servis xidməti hansı səviyyədədir və ən əsası - avtomobili kimdən alırıq? Təəssüflər olsun ki, son zamanlar vətəndaşlar əksər hallarda fərdi şəxslərin gətirdiyi avtomobilləri almağa meyilləniblər. Qiymətə aldanırlar, nə zəmanət əldə edirlər, nə də servis xidməti. Sadəcə, avtomobili rəsmi salondan 3-4 min manat ucuz başa gəldiyi üçün alır, amma çox vaxt uduzurlar. Biz mütləq şəkildə avtomobilə olan yanaşmamızı dəyişməliyik. Məsələn, şəhərdə baxırıq ki, gənc xanımlar kifayət qədər böyük, 4-5 mühərrik həcmi olan avtomobillər sürürlər. Əgər avtomobildən ancaq şəhərdə istifadə edirsənsə, ailə tərkibi də geniş deyilsə, yaxud ailədə ikinci maşındırsa, 1,5-2 mühərrik həcmi kifayət edir. Ona görə də təyinatı üzrə istifadəsinə görə seçməliyik. "Biz nə istəyirik, bizə nə lazımdır" sualına cavab tapdıqdan sonra seçim etməliyik".

Bazarı zəbt edən Çin avtomobillərinə gəldikdə isə, E. Əliyev bildirir ki, hazırda Azərbaycanda 25-26 növdə rəsmi Çin avtomobil brendləri var: "Qeyri-rəsmilər də az deyil. Bu tendensiya ən azı yaxın 2-3 il də belə davam edəcək".

20 min manata elektriklə işləyən avtomobil ala bilərik?

Qiymətlərə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bazarda hər büdcəyə uyğun elektriklə işləyən və hibrid avtomobillər mövcuddur: "Elektriklə işləyən avtomobillər dəbə düşməyə başlayanda bizə daha çox yüksək qiymətli, bahalı avtomobillər gətirilirdi. Dövlətin bu sahədə tətbiq etdiyi güzəştlər, xüsusilə gömrük rüsumu və ƏDV-nin ləğvindən sonra qiymətlər də, bu avtomobillərə olan ümumi baxış da dəyişdi. Rəsmi dilerlər tərəfindən ölkəyə qiymətləri 20 min manatdan 100-200 min manata qədər dəyişən elektrik mühərrikli avtomobillər gətirilməyə başlanıldı. Hazırda alıcılar 20-21 min manatdan başlayan qiymətlərlə elektriklə işləyən avtomobilləri ala bilərlər. Sözsüz ki, büdcə qalxdıqca avtomobilin şarj tutumu, məsafə qət etməsi, komfort parametrləri də dəyişir".

Bazarda uyğun qiymətə yetərincə seçim var

Hibridlərə gəlincə, yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: "Amma yeni avtomobil istədikdə, bu gün bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalar, utilizasiya bu maşınlara tələbatı artırıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var".

Avropa brendlərinin satışı demək olar ki, dayanıb

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda Çin avtomobilləri Avropa brendlərindən beş dəfə ucuzdur: "Müasir dövrdə bütün dünyada elektrikli və hibrid avtomobillərə üstünlük verilir. Çünki həm sərfəlidir, həm də qiyməti münasibdir, eyni zamanda qənaətcildir. Hazırda Çin istehsalı olan avtomobillərə daha çox tələbat var. Avropa brendlərinin elektrik və hibrid avtomobilləri həddindən çox bahadır. Digər daxili yanma mühərrikli avtomobillərin satışı demək olar ki, tamamilə dayanıb".

Mütəxəssislər deyir ki, avtomobil seçərkən aşağıdakı amillər nəzərə alınmalıdır:

- Əgər siz şəhər içində və ya qısa məsafələr üçün avtomobil axtarırsınızsa, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha praktikdir.

- Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə isə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün isə xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Çin avtomobilləri və hibrid modellər ənənəvi avtomobillərdən daha qənaətcildir, lakin ilkin olaraq daha bahalı ola bilər. Elektrikli avtomobillər isə uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma ilkin qiymət yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir.
 
Ardını oxu...
Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşenin kimliyi və hadisənin detalları məlum olub.

“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumtlarda həmin şəxsin polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlu olduğu bildirilib.

Məlumatda həmçinin bildirilir ki, o, qızıl qaçaqmalçılığında ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Daha ətraflı videoda:

 

Ardını oxu...
“Türkiyə ilə Azərbaycan qardaş və müttəfiq dövlətdir. Ölkələrimizi bir-birinə ayrılmaz tellər bağlayır. Milli birlik ən yüksək səviyyədədir. “Şuşa Bəyannaməsi” ilə dövlətlərarası münasibətlər daha da möhkəmlənib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana səfərini şərh edərkən deyib:

“Ona görə də qardaş ölkələr arasında nümayəndə heyətlərinin mütəmadi səfərləri gözləniləndir və əhəmiyyətlidir. Bu baxımdan dünyada tanınmış siyasi xadim olan Mövlud Çavuşoğlunun Azərbaycana səfəri və Qərbi Azərbaycanla bağlı tədbirə qatılması önəmlidir. Türkiyənin dövlət olaraq bu məsələyə həssas yanaşdığını görmək bizi sevindirir.

Qərbi Azərbaycan mövzusu Azərbaycanın prioritetləri sırasında yer alır və kifayət qədər aktual məsələdir. Sülh danışıqları prosesində də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi mühüm məqama sahibdir. Amma Ermənistan hər vəchlə çalışır ki, bundan boyun qaçırsın. Özü isə Qarabağdan könüllü köçən ermənilərin birtərəfli olaraq Azərbaycana qayıdışını təmin etməyə çalışır. Bu baxımdan Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılması və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin keçirilməsi önəmli məsələdir”.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
 
Ardını oxu...
Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endirimli setlər mövcuddur. Təklif olunan qida seçimini və içkilərin həcmini nəzərə aldıqda, qiymətlərin olduqca aşağı olması heyrət doğurur. Xüsusilə ətli xörəklərin keyfiyyətcə aşağı olması şübhəsi var. Buna görə də setdən istifadə etməyə bəziləri tərəddüd edir.

Mövzu ilə Yenisabah.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, ucuz setlərin demək olar ki, heç bir ziyanı yoxdur:

“COP29-la bağlı bir çox sahələrdə işlər müvəqqəti dayanıb və insanların çoxu istirahət üçün müxtəlif yerlərə gedib. Bu isə restoranların müştəri bazasına mənfi təsir göstərir. Restoranlar əllərində olan ətin və digər qida məhsullarının xarab olmasını əngəlləmək və tez satmaq üçün aşağı qiymətlərə müxtəlif setlər hazırlayır. Bundan həm müştərilər məmnun qalır, həm də restoran ərzaq bazasını yeniləyə bilir.

Onların pis ətdən istifadə etdiyini desək, insafsız olarıq. Artıq AQTA nəzarəti elə gücləndirib ki, ölkədə keyfiyyətsiz ət satanlar demək olar ki, yoxdur. Odur ki, ucuz set menyularının heç bir ziyanı yoxdur. Əksinə, faydası var ki, insanlar ailələri ilə birlikdə bu cür endirimlərdən istifadə edə bilir”.

Ağa Salamov qeyd edib ki, hazırda restoranlar arasında güclü rəqabət var və endirimli setlərin təklif edilməsi də daha çox müştəri cəlbinə hesablanıb:

“Əlbəttə, elə yerlər var ki, oralarda pis ətlər satılır. Belə istisnalar var. Yenə deyirəm, əsas məsələ ətin keyfiyyətidir. Restoranlar əti AQTA-nın nəzarəti altında olan kəsim məntəqələrindən almalı və düzgün şərtlər altında saxlanmasına diqqət etməlidir. Bu zaman setin də heç bir problem yoxdur.

Hazırda ictimai-iaşə bazarında ciddi rəqabət var. Hər tin başında restoran yerləşir. Belə olduqda isə sahibkarlar müxtəlif marketinq üsullarına əl atır. Set menyular müştəri cəlb etmək baxımından olduqca effektivdir”.
 

Dünyapress TV

Xəbər lenti