COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək.
Musavat.com-un məlumatına əsasən, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır:
- Hava Limanı şosesi
- Heydər Əliyev prospekti
- Neftçilər prospekti
- Yusif Səfərov küçəsi
- Niyazi küçəsi
- İstiqlaliyyət küçəsi
- Lermontov küçəsi
- Mikayıl Huseynov küçəsi
- Xəqani Rüstəmov küçəsi
- Teymur Elçin küçəsi
- Mehdi Hüseyn küçəsi.
Bu gündən Bakıya giriş hissələrdə müvəqqəti postlar da qurulacaq. Bunu Xəzər TV-yə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
Onun sözlərinə görə, COP29 günlərində paytaxda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.
Şəhərdə sıxlığın yaşanmaması üçün cənubdan da girişdə müvəqqəti postlar olacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN Xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib. Bildirilib ki, 11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.
İspaniyada yüksək rütbəli polis məmuru 20 milyon avronu evinin divarının arxasında gizlətdiyi üçün saxlanılıb.
İspaniyada polislə bağlı böyük qalmaqal baş verir.
"Bild" xəbər verir ki, Madrid Milli Polisinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin rəisi Oskar Sançes Gil narkotik karteli ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
İstintaq zamanı o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyada ittiham olunub. Gillə yanaşı, onun həyat yoldaşı, həmçinin bir polis məmuru və daha 13 nəfər həbs edilib. Bu barədə İspaniya mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl İspaniyanın Alxesiras limanında bananların arasında gizlədilən 13 ton rekord kokain partiyası aşkar edilib. Ancaq indi narkotik mafiyasına uğurlu zərbə böyük bir polis qalmaqalına çevrilə bilər.
Müstəntiqlər Sançesin Madridətrafı qəsəbədəki evində axtarış zamanı divarın arxasında gizlədilmiş 20 milyon avrodan çox pul tapıblar. Bu pul müstəntiqlərin fikrincə, qanunsuz fəaliyyətdən əldə edilə bilər. Bundan başqa, polis əməkdaşının kabinetindən bir milyon avroya yaxın nağd pul da aşkarlanıb.
"OBA” Marketlər Şəbəkəsi 8 Noyabr Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid əməkdaşlarının ailələrini ziyarət edib.
Qaynarinfo xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib.
"OBA” əməkdaşları şəhidlərin ailələrinə hər zaman qayğı və dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Yaxın qonşunuz "OBA” hər zaman sosial məsuliyyət layihələri ilə şəhidlərin xatirəsini uca tutduğunu göstərib.
Marketlər şəbəkəsi şəhid ailələrinə dərin hörmət və minnətdarlığını ifadə edərək onların yanlarında olmağı əsas məqsədlərdən biri hesab edir.
Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.
TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki "Məryəm Kids" bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.
Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.
Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.
Avstraliyada dünyanın başqa yerlərində görünməyən çoxlu qeyri-adi heyvanlar var. Ancaq ümumiyyətlə burada görməyi gözləmədiyiniz heyvanlar pinqvinlərdir. Amma bu yaxınlarda Avstraliya çimərliklərindən birində sörfçülər tərəfindən pinqvin görülüb.
Qaynarinfo bu barədə "ABC News Australia"ya istinadən xəbər verir.
Danimarka şəhəri (Avstraliyanın cənub-qərb sahili) yaxınlığında sörfinqlə məşğul olan Aaron Fuyler çimərlikdə pinqvin görərək təəccüblənib.
"O, nəhəng, dəniz quşundan çox böyük idi. Biz düşündük ki, sudan çıxan bu şey nədir? Və onun sudan ördək kimi çıxan quyruğu var idi", deyə Fuyler bildirib.
Onun sözlərinə görə, imperator pinqvin kimi tanınan quşun boyu bir metrə yaxın olub və insanlardan heç qorxmurmuş.
Mütəxəssislər hesab edirlər ki, imperator pinqvin Avstraliyanın cənub ucundakı çimərliyə birbaşa Antarktidadan gəlib. Yəni o, 3400 km-dən çox məsafə qət etməli olub. Bu, həmin quş növü üçün indiyə qədər qeydə alınan ən uzun səyahətdir. Bu, həm də vəhşi təbiətdə bir imperator pinqvininin görüldüyü ən şimal nöqtəsidir.
İndi pinqvinə heyvan hüquqları müdafiəçiləri baxır. Onun Avstraliyada qalacağı, yoxsa vətəni Antarktidaya dönəcəyi hələ ki, bəlli deyil.
Prezidentin bu gün imzaladığı fərmanla AZCON ( Azərbaycan Nəqliyyat və Kommunikasiya ) Holdinqi yaradılıb. Fərmanda məqsəd olaraq aşağıdakılar qeyd olunub : 1.Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi 2. İqtisadi səmərəliliyinin yüksəldilməsi 3. Çevik idarəetmə sisteminin qurulması Holdinqin tərkibinə aşağıdakı dövlət müəssisələri və publik hüquqi şəxslər daxil edilib : 1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti 7. Bakı Gəmiqayırma Zavodu 8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar: 8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs 8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti 8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti 8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib. İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq. Bununla bağlı ilkin rəyim : Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar. Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq hökumətdən subsidiya alanlar da var. Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub. Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib . Amma maraqlıdır ki, yenicə gəlir gətirməyə başlayanlar da bu tərkibə qatılıb Osman Gunduz TEREF