Ardını oxu...
Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib.

Ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 9 ayının nəticəsinə görə könüllü sığorta bazarı 765 milyon 429 min manat təşkil edib.

Ondan 495 milyon 226 min manatı həyat, 270 milyon 203 min manatı qeyri-həyat, 258 milyon 279 min manatı icbari sığortanın payına düşüb. Könüllü həyat sığortasında ən yüksək yığımlar 462 milyon manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 103 milyon 916 min manat olmaqla şəxsi sığortası üzrə və 96 milyon 98 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.

İcbari sığorta üzrə ən yüksək yığımlar 193 milyon 366 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 126 milyon 002 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 66 milyon 386 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.

İlk 9 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (59 min manat), dəmiryol nəqliyyatı vasitələrinin sığortası (50 min manat), işçilərin dələduzluğu sığortası (86 min manat) və digər icbari sığorta növləri (33 min manat) olub.

Azərbaycanda əmlak sığortası üzrə ödənişlər isə 46 %-ə yaxın azalıb.

Əmlak sığotası üzrə ödənişlərin azalması çox sayda evlərin sənədsiz olması ilə bağlıdır?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, əmlakını sığortalanmayanların 1 iyun 2023-cü ildə cərimələnəcəyi ilə bağlı məlumat yayılmışdı:

“Bu zaman çox adam təşvişə düşdü və əmlakını kütləvi şəkildə sığortalamağa başladı. Ancaq ajiotaj keçdi. Artıq bu proses unudulub. Hazırda azalmanın səbəbi bununla bağlıdır. Əslində burada vətəndaşların hüquqlarının bərabər olması məsələsi var.

Kütləvi şəkildə ölkədə amnistiya olmalıdır, az da olsa, proses gedir, birdən-birə olmayacaq”.

Ekspert bildirib ki, indi başqa tələblər var:

“Mərhələ-mərhələ getməlidir. Düşünmürəm ki, 500-600 min sənədsiz ev olacaq, rəqəm çox olmalıdır. Bunlar hamısı çıxarışla təmin olunsa, vətəndaşların hüquqları bərabər tanınsa, ölkədə sığorta sektoruna böyük təkan verəcək. Vətəndaşların mükiyyətində olan bütün daşınmaz əmlak sığortalanacaq. İndi kiminsə əmlakının çıxarışı var, kiminsə yoxdur, konstitutusiyaya görə, ölkədə hüquqlar bərabər olmalıdır. Əmlak sığortasına əhali meyilli deyil, laqeyddir. Eləcə də hüququ təminat məsələləri bir qədər qəlizdir. Hər hansı müqaviləni igözüyumulu imzalayırıq, heç bir hüququ məsləhətdən istifadə eləmirik. Ancaq xaricdə belə deyil”.

Ekspert deyib ki, Azərbaycan vətəndaşları üçün sığorta yenilikdir:

“Kütləvi şəkildə nəqliyyat vasitələrinin icbari sığortası aparıldı. Son 4-5 ildir ki, daşınmaz əmlakla bağlı sığorta bazarı genişlənib və indi daşınmaz əmlakın icbari sığortasını etdiririk. Ancaq xaricdə vətəndaşın hər bir addımı sığortalı olmalıdır. Biz hələ buna alışmamışıq. Bu proses zamana bağlıdır.

Hələ də boşluqlar çoxdur”.
 
 

 


Ardını oxu...
Bu il Biləsuvar rayonunda pomidorun böyük hissəsinin sahələrdə qalaraq çürüməsi fermerlərə ciddi zərər vurub. Əsas səbəblər isə əlverişsiz hava şəraiti və xəstəliklərin geniş yayılması olub.

Rayonda təxminən 670 hektar ərazidə becərilən pomidor sahələrində məhsul bolluğu müşahidə edilsə də, xəstəliklərin yayılması məhsulun vaxtında yığılmasına əngəl yaradıb.

Səmədabad kəndindən olan təcrübəli fermer İlham Ağayev Bizim.Media-nın yerli bürosuna bildirib ki, Niderlandın məhsuldar Lojin sortu ilə yüksək nəticələr gözləsə də, hava şəraiti və istifadə edilən dərmanların keyfiyyətsizliyi üzündən istədiyi məhsulu əldə edə bilməyib.

Fermerlərin zərəri əsasən məhsulun yığıldığı dövrdə dərmanların effektivliyinin aşağı olması ilə bağlıdır.

Əkin sahələrinin müntəzəm monitorinqini aparan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektoru yayılmış xəstəliklərə qarşı profilaktik tədbirlər və mübarizə üsulları təklif etsə də, yağıntılar və nəmişlik şəraitində göbələk xəstəlikləri sürətlə yayılaraq məhsulun çürüməsinə səbəb olub.

Qeyd edək ki, Rayonda yetişdirilən pomidor məhsulu əsasən Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndlərinin təcrübəli fermerləri tərəfindən təmin edilir. Bu mövsüm sahələrdən 38 min ton məhsul tədarük edilsə də, bu məhsulun 70 faizi paytaxt və bölgə bazarlarına çıxarıla bilib.

Lakin məhsuldarlıq hədəflərinə tam çatmaq mümkün olmayıb.

Bu vəziyyət, aqrar sahədə zəruri tədbirlərin görülməsinə, xüsusilə də istifadə edilən aqrokimyəvi vasitələrin keyfiyyətinə daha çox diqqət ayrılmasının vacibliyini göstərir...
Ardını oxu...
 
Ardını oxu...
"Real Madrid" "Qızıl top" mərasiminin təşkilatçıları, xüsusilə "France Football" jurnalı ilə münasibətlərini kəsib.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qərar klubun oyunçusu Vinisius Juniorun nüfuzlu mükafatı ala bilməməsindən sonra verilib. Məlumata görə, Kral klubu həm də UEFA ilə əlaqələri məhdudlaşdırıb. Bundan sonra klub qurumla yalnız matçların təşkili ilə bağlı məsələlərdə təmas quracaq.

Xatırladaq ki, "Qızıl top 2024" mükafatı İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilib. "Real Madrid"in nümayəndələri mükafatlandırma mərasiminə qatılmayıb.
 
Ardını oxu...
Tikinti şirkətinin müştəriləri xalq ənənəsinə uyğun olaraq təzə evə əvvəlcə pişiyi buraxırlar.
Rusiyada ilk rəsmi işləyən pişik, Perm tikinti şirkətində maaşla təmin olunmuş Barsik yoxa çıxıb. RİA Novosti-nin xəbərinə görə, heyvanın sahibi onu tapan şəxsin 100 min rubl mükafat alacağını bildirib.
“Mənim pişiyim gecə bağçada gəzmək bəhanəsi ilə evdən qaçıb... Barsikin tutulması üçün 100.000 rubl! Barsikin şəkli üçün 5000 rubl: əgər pişiyi görsəniz və o, yaxınlaşmasa, o zaman yerin yerini göstərərək şəklini çəkin, yoxladıqdan sonra pulu karta göndərəcəyəm", - Perm jurnalisti Vasili Kuçumov yazıb.

Heyvanın sahibinin sözlərinə görə, pişik Permdə Visim mikrorayonunda özəl sektorda itib. Heyvan təxminən üç gündür itkin düşüb.
Barsik 2016-cı ildə Perm tikinti şirkəti tərəfindən işə götürülüb və ona 30 min rubldan çox maaş verməyə qərar verilib.
Məsələ bundadır ki, pişiyi tikinti şirkətinə yeni mənzillərinə köçərkən ev heyvanı olmayan müştərilər təqdim ediblər. Belə ki, xalq ənənəsinə uyğun olaraq təzə evə əvvəlcə pişik girməlidir.
Daha sonra Permli pişik hətta bir televiziya şousunda da iştirak edib, çəkiliş qrupu Barsikin iş gününün necə keçdiyini nümayiş etdirib.
 
 
 
Ardını oxu...
Bursada bir evdən qətlə yetirilən 3 nəfərin meyiti tapılıb.

TEREF titul.az-a istinadən xəbər verir ki, araşdırma zamanı polis müəyyən edib ki, qətli törədən şəxs 16 yaşlı nəvədir. O, babasını, babasının birgə yaşadığı qadını və evdəki başqa şəxsi bıçaq və balta ilə öldürüb.

Qətlin üstü isə 73 yaşlı Mustafa Macardan yaxın qohumları günlər imiş ki, bir xəbər ala bilməyincə ortaya çıxıb.

Yeniyetmə artıq saxlanılıb.

Polisin ilkin araşdırması zamanı məlum olub ki, 16 yaşlı qatil hadisəni törətməzdən əvvəl dostları ilə spirtli içki qəbul edibmiş.

Cinayət işi açılıb, araşdırma davam etdirilir.
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Türkiyənin şimalında, Çorum şəhərində yaşayış binasında partlayış baş verib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə partlayış yerinin video görüntüləri yayılıb.

Əraziyə xeyli sayda xilasetmə qrupları və təcili yardım briqadası cəlb edilib.

Qeyd edək ki, partlayış nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.


 
 
 
Ardını oxu...
Azərbaycanda mağara 2 avtomobil girib.
TEREF News24.az-a istinadla xəbər verir ki, hadisə şahidlərinin dediyinə görə, mağar yolu bağladığından maşınlar məcburi şəkildə içəridən keçib.

Belə ki, görüntülərdə "Mersedes C-200" və "Nissan Teana" markalı 2 avtomobilin mağara girərək digər küçəyə daxil olduğu əks olunub.

Videonu təqdim edirik:
 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Patrul

Ardını oxu...
Avstriyanın şimalında iki nəfərin, o cümlədən şəhər merinin qətlində şübhəli bilinən şəxsin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə Yuxarı Avstriya polisi məlumat yayıb.

Rorbah dairəsində keçirilən əməliyyat nəticəsində şübhəli şəxsin öldüyü məlum olub.

“Kurier” qəzetinin məlumatına görə, qətllərdə şübhəli bilinən şəxs şəhərin 56 yaşlı sakini Roland Dreksler Drekslerin intihar etdiyi güman olunur.
 
Ardını oxu...
Yunanıstan polisi Afinada bir mənzildə baş verən, ölüm və xəsarətlə nəticələnən partlayışla əlaqədar 31 yaşlı bir kişini saxlayıb.

“Report”un “Reuters”ə istinadən xəbər verir ki, onun hakimiyyətə qarşı çıxan partizan qrupları ilə əlaqəli olduğu üzə çıxıb.

Polisə yaxın mənbələrə görə, şübhəli şəxs mənzildə olan cütlüklə birlikdə ümumi açarlarının olduğunu, lakin partlayışa aidiyyəti olmadığını bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Yunanıstanın paytaxtı Afinada bir mənzildə baş verən partlayış nəticəsində bir kişi həlak olub, bir qadın isə yaralanıb.
 
Ardını oxu...
COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

TEREFz xəbər verir ki, daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.
 

Dünyapress TV

Xəbər lenti