“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB?
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativinin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Hazırda da MTK rəhbərliyi ilə binanın sakinləri arasında uzunmüddətli problem davam etməkdədir. 2 ay öncə sakinlər tərəfindən imtina edilmiş xidmət haqqının bərpası üçün yeni vədlər verilmişdi. Belə ki, normal həyat şərtləri üçün binaya lazımi səviyyədə xidmət göstərilməli idi.

Sakinlər bu təklifi qəbul edib xidmət haqqının ödənilməsinə görə müqavilə bağladılar və ödənişləri etməyə başladılar. Yeni müqavilədə aylıq xidmət haqqı 40 qəpiyə qədər endirilsə də, xidmətin keyfiyyəti artmadı və, ümumiyyətlə, yaşayış kompleksində hər hansı müsbət bir iş görülmür. Bunlara həyətin abadlaşdırılmaması, çox zəif mühafizə xidməti, yağıntı sularının düzgün idarə olunmaması sistemləri və s. aiddir. Sakinləri özlərindən çıxaran əsas məsələlərdən biri premium adlanan binanın getdikcə qəzalı vəziyyətə düşməsi riskidir. 4 gün öncə yağıntısız hava şəraiti olsa da, binanın 2-ci mərtəbəsindən naməlum xətt ilə sular birbaşa fasadla süzülərək tikilinin bünovrəsinə və küçəyə axır (video aşağıda verilmişdir). Üzücü tərəfi burasındadır ki, bu hal artıq bir neçə dəfədir, təkrarlanır.

Sakinlər bildirir ki, qeyd olunan ardıcıl problemlərə görə onlar ödəniş etməkdən növbəti dəfə imtina etməkdə israrlıdırlar. Çünki MTK sahibi Babək İsmayılov növbəti dəfə sözünü tutmadığından xidmət haqqının ödənilməsi mənasızdır. 2 ilə yaxındır ki, sakinlər özləri “Təşəbbüs qrupu” yaradaraq bu istiqamətdə yaşadıqları binanın problemlərini həll etməyə çalışırlar. Həyətin abadlaşdırılması, yağıntı sularının qarşısının alınması, bir sözlə, paytaxtın mərkəzində tikilən 170 mənzillik binanın təhlükəli vəziyyətə düşməməsi üçün sakinlər öz vəsaitləri hesabına fəaliyyət göstərirlər. Buna isə MTK işçiləri maneə yaradır. Sakinlər bunu birmənalı olaraq, qəsdən binanın təhlükəli hala çatdırılması kimi qiymətləndirirlər. Onlar ilk və yeganə çıxış yolu kimi cəmiyyət yaradaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun binanın idarəedilməsi üzrə xidmətləri öz üzərinə götürmək və müasir tələblərə uyğun sakit, təhlükəsiz həyatlarını təmin etmək niyyətindədirlər. Bununla bağlı hər bir sakin paylanılan bröşürlər vasitəsilə maarifləndirilir və müvafiq imzalar toplanılmaqdadır.

Son - binanın fasadından axan sular - hadisəsindən sonra sakinlər tərəfindən bir neçə dəfə MTK-ya və onun rəhbəri Babək İsmayılova müraciət etsələr də, buna görə nəinki hər hansı cavab verilib, ümumiyyətlə, biganə münasibət göstərilib. MTK-nın özəlləşdirdiyi 2-ci mərtəbə isə, bir müddətdir ki, satışa çıxarılıb. Bu qədər problemə baxmayaraq, MTK rəhbərliyi də öz növbəsində “xidmət göstərməyi” davam etdirmək üçün sakinlərin adından saxta imzalarla sənəd tərtib edərək təsdiq üçün müvafiq qurumlara təqdim etmək niyyətindədir. Lakin sakinlər ümid edirlər ki, aidiyyəti dövlət qurumları qanun çərçivəsində MTK-nın təqdim etdiyi saxta sənədləri qəbul etməyəcək. Onlar yüzlərlə vətəndaşın yaşadığı binanın təhlükəli hala çatması və qanunsuz hərəkətlərə qurban verilməməsi üçün sonadək mübarizə aparmağa hazırdırlar.

"DİA-AZ"
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti