“Temu” vətəndaşları belə aldadır –
Onlayn satış platformalarından məhsul sifarişləri gündən-günə artmaqdadır. Bu vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycanda da xeyli məşhurlaşan “Temu” platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eynisinin göndərilməməsi və yaxud xarab və sınıq göndərilməsidir. Bu hallarda vətəndaşlar nə etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda “Temu” platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur:

“Əslində, internet üzərindən satış platformaları artdıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksidir. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər gəlir. Məsələn, “Temu” ilə bağlı edilən sonuncu şikayətdə vətəndaş qalın tava reklamına aldanıb və sözügedən məhsulu sifariş edib. Lakin göndərilən mal qızılı rənglə boyanmış nazik və aliminium tava olub.

Digər bir şikayətdə isə şəxs bəyəndiyi saatı alıb və göndərilən sadəcə boş şəkil olub. Yəni bazara yeni daxil olan “Temu” müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur.

Ümumiyyətlə, internet üzərindən satışlar zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələn mal onun tələbatını ödəmir. Bu zaman dəyişmək və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınmış formada gəlib çıxır”.

Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir:

“İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, “İstehlakçıların hüquqları haqqında qanun” 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.

Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyirəm, internet platformasından heç vaxt dərman almayın. Belə dərmanların təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütləq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman “195” qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər”.
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti