Ardını oxu...
“Azərbaycanda rayonlardan birinin İcra Hakimiyyətinin başçısı rayonda fabrik tikmək istəyən iş adamından 50 min manat rüşvət istəyib”.

Bunu TNS TV-nin “Doğru məkan” proqramında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.

F. Yusifov bildirib ki, həmin sahibkar bu səbəbdən rayona investisiya qoymaqdan imtina edib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Tribunainfo.az xəbər verir ki, bu fakt dünən baş tutan məhkəmə prosesində öz təsdiqini tapıb. Belə ki, “VMR Medical Center”lə bağlı Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Mərkəzin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Mərkəzə qarşı protokol lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə tətbiq edilib. Bu qayda pozuntusuna əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, yaxın günlərdə “VMR” Şirkətlər Qrupuna aid mərkəzdə estetik uzman Gülsüm Əliyevanın da qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdu.

Xatırladaq ki, “VMR” Şirkətlər Qrupuna Bakı və Gəncə filialları olan klinikalar daxildir. Qanunsuz işçi çalışdıran “VMR Medical Center”in rəhbəri Vüsal Hüseynovdur.
 

Ardını oxu...
 

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Ardını oxu...
Türkiyənin İstanbul şəhərində saxta spirtli içki səbəbindən ölənlərin sayı artıb.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, xəstəxanalara müraciət edən 92 nəfərdən 38-i dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə polis bölmələri İstanbul daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 
Ardını oxu...
Bir neçə müddətdir Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdiriləcəyi, nazir Sahil Babayevin isə yeni yaradılan super nazirliyə rəhbər gətiriləcəyi iddia edilir.

Başqa bir iddiaya görə isə yeni yaradılacaq nazirliyə sürpriz şəxs gətirilə bilər.

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə maliyyə naziri Samir Şərifov vəzifədən azad edildi. Ondan sonra bu istiqamətdə məlumatlar yayılmağa başladı.

Bəs bu deyilənlərin reallaşacağı mümkündürmü? Hakimiyyət hazırda buna getməyə həvəslidirmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı bir qədər gözləməyə üstünlük verdiyini qeyd edib.

O, daha öncə də adıçəkilən qurumların birləşdirilməsini təklif etdiklərini deyib:

“Deyilənlərin baş verməsini gözləmək lazımdır. Əslində, illərdir təklif edirik ki, Dövlət Gömrük Komitəsi ayrıca bir qurum kimi olmamalıdır. Dövlət Vergi Xidməti, DGK birləşdirilməli və bir mərkəzdən idarə olunmalıdır. Çünki ikisi də ölkənin büdcəsinə daxil olan vəsaitlərin əsas mənbəsidir. Ona görə də birləşdirilməsi yaxşı olar. Amma bundan öncə də super nazirlik – İqtisadiyyat Nazirliyi yaradılmışdı və demək olar ki, gömrükdən başqa bütün qurumlar orada toplanmışdı. Onun ciddi effektini gördükmü?! Açığı, burada ciddi suallar var”.
 
Ardını oxu...
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Texniki Baxış Şöbəsinə yeni rəis təyin edilib.

"DogruXeber.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Anar Cəfərov təyinat alıb.

Qeyd edək ki, A.Cəfərov bu təyinatadək BDYPİ-nin Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") rəisi olub.
Ardını oxu...
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Maraqlıdır ki, bir neçə gün öncə Prezidentin fərmanı ilə RİNN tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası yeni redaksiyada təsdiqlənmişdi.
Xatırladıram ki, uzun illər bu Qaydalar mövcud olsa da ondan effektiv istifadə etmək mümkün olmamışdı.
Odur ki, indiyədək İRİA tərəfindən startaplara, xüsusilə də ilkin inkişaf dövrü keçirən startaplara, yaxud hansısa bir innovativ, texnoloji layihələrə, rəqəmsal layihələrə investisya ayırmaq, qrantlar vermək, maliyyə dəstəyi göstərməklə bağlı sistemli addımlar olmayıb.
İndi isə görünən odur ki, Nazirlik bu sektora böyük vəsaitlər yatırmaq və bu vəsaitlərdən effektiv istiafdə etmək niyyətindədir.
Xatırladıram ki yeni təyin olunan Sədr də uzun illər bank sektorunda çalışıb, Mərkəzi Bankın icraçı direktoru olub.
Əvvəlki Sədrin, İnarə Vəliyevanın dövründə həm rəqəmsal hökumət quruculuğu, həm də innovasiya-startap ekosistemin problemləri ətrafında dəfələrlə müzakirələrimiz və mübahisələrimiz olub. Bəzi addımların qüsurlu olduğunu da bildirmişəm.
Aktiv görsənirdilər. Bunlar haqıqnda çox yazılıb.
Uğurlu addımları da olub. Xüsusilə də ötən il rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu və bəzi çatışmazlıqlar olsa da İT kadrların hazırlanması sahəsi də müəyyən irəliləyişlərlə yadda qaldı.
İnarə xanımın dövründə ən ciddi çatışmazlıqlar innovasiyalar və startap ekosistemin inkişafı, İKT güzəştlərdən effektiv istifadə ilə bağlı olub.
Qlobal hesabatlarda da ötən il bu sektorda vəziyyətin acınacaqlı olduğu qeyd edilib. Əlbəttə, bunlarin İRİA -ya aid olanı və olmayanları da vardı, indi görünür ki bu həm də vəsaitlərdən istifadə ilə də bağlı olub.
Amma Beynəlxalq reytinqlərlə bağlı komissiyanın son toplantılarından, İnarə xanımın təqdimatlarından görünürdü ki, İRİA da bunun fərqindədir və vəziyyətdən çıxış yolu ilə bağlı nəsə hazırlayırdılar.
Həmin nəsənin biri, vəsaitlərdən istiafdə ilə bağlı qaydalar artıq təsdiqləndi.
Amma görünür ki, artıq başqa bir məsul şəxs bu işləri davam etdirəcək.
İnarə xanıma yeni fəaliyyət sahəsində uğurlar arzulayıram.
Fərid Osmanov da sektorda tanınan bir şəxsdir. 20 ildir ki bank sektorundadır. Toplantılardakı pozitiv çıxışları ilə yadımda qalıb.
Amma sirr deyil ki, ən konservativ, mühafizəkar sahələrdən biri də bank sektorudur.
Əgər yeni sədr innovasiya və startap ekosistemə də konservativ yanaşmalar sərgiləsə sürətli inkişaf gözləmək sadəlövhlük olardı.
Hansı ki region ölkələrinin xeyli irəli getdikləri indiki zamanda Azərbaycan üçün sürətli inkişaf olduqca zəruridir.
Ümid edirəm yeni təyinat uğurlu olacaq.
Yeni Sədr üçün start vəziyyəti əvvəlkilərdən daha münbitdir - ən azı qurumun vəsaitindən istifadə qaydalarını Prezident təsdiqləyib, müəyyən mexanizmlər hazırlanıb.
Qalır ki hökumət İRİA-ya bu vəsaitləri versin və maraqlı tərəflər cəlb edilməklə işlərə başlanılsın.
Fərid Osmanova da rəqəmsal transformasiyanın və ekosistemin inkişafı sahəsində uğurlar arzulayıram !
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib.

Gununsesi.info–nun xəbərinə görə, həmin müəssisədə cəza çəkən Tural Nağıyev özünü karserdə asaraq öldürüb.

İddialara görə, onun özünə qəsd etməsinə səbəb müəssisədə işgəncələrə məruz qalması olub.

Məsələ ilə bağlı Penitensiar xidmətdən Gununsesi.info-nun sorğusuna cavab verilib.

Həmin cavabda bildirilir:

“Məhkum Tural Nağıyevin qeyri-qanuni hərəkətlərə məruz qalması ilə bağlı iddia həqiqəti əks etdirmir. O, işçi heyət və məhkumlar tərəfindən fiziki və mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmayıb, ona qarşı qanunsuz hərəkətlərə yol verilməyib. Qeyd edilən intihar faktı ilə bağlı Bakı şəhəri Xətai rayon Prokurorluğunda araşdırma aparılır.”
 
Ardını oxu...
Almaniya Bundesliqasında 17-ci tur başa çatıb.

Oxu.Az xəbər verir ki, turnir cədvəlinin lideri "Bavariya" doğma azarkeşləri önündə "Hoffenhaym"ı sınağa çəkib.

Meydan sahibləri qonaqların qapısından 5 cavabsız qol keçiriblər - 5:0. Sane dublla yadda qalıb.

Bu darmadağın sayəsində Münhen klubu xallarının sayını 42-yə çatdıraraq zirvədə möhkəmlənib. Onun ən yaxın izləyicisi olan Leverkuzen "Bayer"i liderdən 4 xal geri qalır. "Hoffenhaym" isə 14 xalla 16-cı pillədə qərərlaşıb.
 
 

Dünyapress TV

Xəbər lenti