Ardını oxu...
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək.
TEREF “Teleqraf”a istinadla xəbər verir ki, bu, “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunun tikintisi ilə bağlıdır.
Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur.
Amma “Dərnəgül” elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.
Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək..
“Həmin ərazi 1986-cı ildən “Bakı Metropoliteni”nə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər infrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq”, – B.Məmmədov deyib.
Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.
ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.
Ardını oxu...
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan “Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.
 
Ardını oxu...
"DİA-AZ" qeyd edir ki, bu ilin fevralın 7-də kollektivə təqidm olunan yeni maliyyə naziri Sahil Babayev ilk əmrilə martın 10-da aparat rəhbəri Cavanşir Yusifovu vəzifədən azad etdi. Əslində yeni postunda möhkəmlənmədən atdığı bu addımla nazir növbəti dalğanın mahiyyətini də anons etmiş oldu. Yəni köhnələrdən, illər uzunu keçmiş nazir Samir Şərifovla bərabər çirkaba bulaşanlar mövqelərini itirəcək

Qeyd edək ki, Cavanşir Yusifovun yerinə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini işləmiş Natiq Həsənov gətirilib. Yəni artıq Maliyyə nazirliyində yeni komandanın kimlərdən ibarət olacağını da təxmin etmək olar artıq. Sahil Babayev özünün köhnə komandasına yeni təyinatlar zamanı əsas baza kimi baxacaq. Samir Şərifova sədaqət andı içənlərin isə zərrə qədərində şansları belə yoxdur.

Elə dünən baş tutan iki kadr dəyişikliyi də bu fikri möhkəmlətdi.

Qeyd edək ki, dünən maliyyə naziri Sahil Babayev daha iki nüfuzlu məmuru "vurub".

"DİA-AZ" xəbər verir ki, nazirin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyevlə Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev vəzifələrindən azad olnublar.

Qeyd edək ki, hər iki şəxs maliyyə sistemində nümfuzlu şəxslər sayılırlar. Və onların hər ikisi Samir Şərifovun ən yaxın kadrları hesab olunurdu.

Bəs sırada kimlər var? Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, bir neçə gün sonra mətbuat katibi Mayis Piriyev və daha bir neçə vəzifəli şəxslə bağlı da qərar veriləcək:

"Maliyyə nazirliyinin strukturlarında da ciddi dəyişiklik gözlənilir".

Bizi izləyin. Əlavə bilgilərimiz olacaq.

 

Ardını oxu...
 A 

Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.

Musavat.com "Unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadimələrindən biri görüb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

 
 
 
Ardını oxu...
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb.

İndex.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb.

Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.
 
Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib.

TEREF xəbər verir ki, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib.

Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib.

Allah rəhmət eləsin!

“Unikal”
 
Ardını oxu...
Avtomobilimin üzərinə qoyulan həbsə görə Ali Məhkəməyə kasassiya şikayəti vermişəm. Əgər burada da bizim əleyhimizə qərar olsa, avtomobili vergi borcuna görə hərraca çıxaracaqlar. Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin üzərinə qoyulan həbsə münasibət bildirərkən deyib.
Sabiq partiya sədri hazırda avtomobilin özündə olduğunu bildirib:
“Amma üzərində həbs olduğuna görə sata və dəyişə də bilmərəm. Ali Məhkəmə bizim ziyanımıza qərar çıxarsa, avtomobilin hərracda satılmaması üçün məcbur olub o pulu tapıb verməliyəm. Əks halda avtomobili əlimdən alacaqlar. Əslində, mənim adıma danışmaz əmlak ola-ola sırf borca görə avtomobilimin üzərinə həbs qoyulmasını da başa düşə bilmirəm. İddialarına görə, avtomobili satıb artıq qalan pulu özümə qaytaracaqlar”.
Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Əhəd oğlu Pənahlıya məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Lənd-Kruzer” avtomobil vergi borcuna görə hərracda satılacaq.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.
 
Ardını oxu...
Bununla bağlı məhkəməyə daxil olan təqdimatlara baxılıb.

Xətai rayon Məhkəməsində keçirilən proseslərdə təqdimatlar təmin olunub. Qərara əsasən, Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, martın 14-də Ramin Deko, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa və Fatimə Mövlamlı, Ülvi Tahirov, martın 15-də isə Nurlan Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
 

Ardını oxu...
Yasamal rayonu, Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən ikimərtəbəli “Zəfəran-Otdıx” restoranı onların həyatını kabusuna çevrilib. Restoran həm də PUB kimi fəaliyyət göstərdiyindən axşam saatlarında əyləncə məclisləri start götürür, musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinlər rahat yaşaya bilmirlər. Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər.

Bu barədə “Sitat.info”ya danışan sakinlər qeyd ediblər ki, məhəllədə bu obyekt tikilən zaman onları aldadıblar: “Buranın restoran olacağı bizə demədilər. Etirazlar olmasın deyə, bank kimi fəaliyyət göstərəcəyini deyib bizi aldatdılar. Sonradan restoran kimi fəaliyyətə başladı. Təsəvvür edin ki, evdə ağız deyəni qulaq eşitmir. Neçə dəfə özlərinə də demişik, polisə müraciət etmişik. Həmin vaxt bura “Kabab House” idi , polislər gələndən sonra yığışdırdılar. Sonra “Zəfəran”nın köhnə sahibləri qayıtdı, indi “Zəfəran Otdıx” adı altında fəaliyyət göstərirlər. Yenə eyni hal baş verir. Təkcə musiqinin yüksək səslə verilməsi deyil, restoranın kabinetlərində gecıyarısına kimi içki məclisləri davam edir, yeyib-içirlər, yüksək səslə danışıb-gülürlər, evdə uşaqlar, xəstələr yata bilmir. Üstəgəl restoranın ikinci mərtəbəsindən düz evimizin içərisi görünür, pəncərəni aça bilmirik. Bu qədər özbaşınalıq olmaz…”.

Qeyd edək ki, problem təkcə yaşayış binasının həyətində PUB-un fəaliyyət göstərməsinin mental dəyərlərimizə zidd olması və ya yüksək səslə verilən musiqinin insanların rahatlığını pozması deyil. Burada həm də tikinti normaları pozulub. Restoranın bir neçə binanın məhəlləsini zəbt edib, insanların istirahət hüququnu əlindən alıb. Eləcə də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Məsafə o qədər yaxındır ki, restoranda baş verə biləcək yanğın bütün bu binaları, yüzlərlə ailəni təhlükə altında qoyur. Eyni zamanda yanğınsöndürən maşınların həyətə girişi üçün də problem yaradır.

Hazırki vəziyyəti təqdim etdiyimiz videodan da izləyə bilərsiniz.





 
 
 
Ardını oxu...
Ötən il keçirilən parlament seçkisi öncəsi ən aktual mövzulardan biri bir neçə köhnə deputatın və məmurun öz övladlarını parlamentə yerləşdirməsi cəhdi ilə bağlı idi. Bu cəhdlərdən 3-ü “uğurlu” alındı ki, bunlardan da biri Odlar Yurdu Universitetinin rektoru və sahibi, sabiq deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi deputat etməsi idi.

Həmin vaxt çoxları bunu sadəcə, Milli Məclisdə “varislik prinsipi”nin formalaşmasının göstəricisi kimi qəbul etdi. Lakin indi belə görünür ki, vəliyevlər deputat mandatı ilə kifayətlənmək fikrində deyillər. Parlament seçkisindəki məlum yolla əldə edilən “uğur” Əhməd Vəliyevi daha böyük hədəflərə həvəsləndirib. “İştah yemək vaxtı gələr” deyiblər...

Saytımıza daxil olan məlumata görə, Əhməd Vəliyev YAP siyahısı üzrə parlamentə saldığı oğlunu Təhsil naziri vəzifəsində görmək istəyir və bu istiqamətdə aktiv fəaliyyətdədir. Bunu təsdiqləyən əlamətlərdən biri deputat seçilənə qədər hər hansı ictimai-siyasi fəallığı olmayan, xüsusi siyasi bilikləri, natiqliyi, siyasi diskussiya qabiliyyətilə seçilməyən, ən əsası isə YAP-ın formalaşmasında və gündəlik fəaliyyətində hər hansı rolu görünməyən Samir Vəliyevin son zamanlar ciddi cəhdlə hakim partiyanın mötəbər tədbirlərində önə çəkilməsidir.

Məsələn, bu il martın 5-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib. Sən demə, tədbirin adı təsadüfən “Bəsirətin Zəfəri” qoyulmayıbmış. Bu, Samir Vəliyevin yazdığı deyilən və ölkə başçısına həsr olunmuş “Bəsirətin Zəfəri” kitabının adından götürülüb. Belə kitabların necə yazıldığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kitabın adına gəlincə isə, məlum olur ki, Əhməd Vəliyevin özü daha öncə eyni mövzuda “Bəsirətin ünvanı” kitabını yazıbmış. Oğlunun yazdığı iddia olunan yeni kitab da onun davamıdır. Ölkə başçısının bu cür kitablara ehtiyacının olmadığı yaxşı məlum ikən YAP “Konstitusiya və Suverenlik İli” ilə bağlı böyük bir tədbirini Samir Vəliyevin kitabının təqdimatına və şəxsən onun reklamına, piarına həsr etmiş olub. Deyilənə görə, həmin tədbir partiyada zəhməti olmuş bir çox YAP-çıların narazılığına səbəb olub, hətta bəzilərinin bu səbəbdən tədbiri tərk etdiyi bildirilir.

Buna baxmayaraq, tədbirdə Əhməd Vəliyevlə bərabər YAP Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, AMEA Prezidenti İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və digərləri çıxış edərək, böyük ehtimalla tam oxumadıqları kitabı ağız dolusu tərifləyiblər.

Yeri gəlmişkən, sözügüdən YAP tədbirində vəliyevlərin iyirmiyədək ailə üzvünün, yaxınının iştirak etdiyi də bildirilir...

S.Vəliyevin özünə gəlincə, onun əsas “nailiyyətləri” atasının yaratdığı Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, yenə atasına aid “Muğanbank”ın əsas səhmdarı olması olub. Bu universitetin reputasiyası bəllidir. “Muğanbank” isə əhalini və bank sektorunu aldadaraq, maliyyə vəziyyətinin yaxşı olduğu barədə yalan hesabatlar verdiyi halda, günlərin birində bağlandı. Bu fırıldaqla həm adi əmanətçiləri, həm də sahibkarları, şirkətləri pis vəziyyətdə qoydu.

Bir müddət Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində də işləmiş Samir Vəliyevin özünün adı bundan öncə mətbuatda “diplom biznesi” də daxil omaqla bir çox “əyri-üyrü” işlərdə hallanıb. Onun deputat olana qədər bircə dəfə də olsun publik çıxışına, siyasi təhlilinə, hansısa jurnalistə siyasət mövzusunda sərbəst müsahibəsinə, müxalifətlə debatına, ölkənin keçmişi və gələcəyinə dair fikirlərinə və s. rast gəlinməyib. Buna baxmayaraq, YAP siyahısından parlamentə salındı, Azərbaycan reallıqları yenə öz sözünü dedi...

Yeri gəlmişkən qeyd edək ki, Əhməd Vəliyevin oğlunu qabağa çəkmək, parlamentə salmaq üçün əvvəlcə Azərbaycan Respublikaçılar Partiyası adlı kiçik partiyaya üzv edərək, onun xidmətindən istifadə etməyə çalışdığı deyilir. Lakin bu variant alınmayandan sonra oğlunu YAP-a, partiyanın deputatlığa namizədlər siyahısına, oradan da parlamentə sala bilib.

Yuxarıda qeyd etdiyimiz YAP-ın az qala bütünlüklə vəliyevlərə həsr etdiyi tədbirə gəlincə, bunun özü də onu göstərir ki, Ə.Vəliyevin oğlunun yüksək vəzifəyə çəkilməsinə çalışdığı barədə deyilənlər təsadüfi deyil və bunun üçün o, YAP-dakı, eləcədə hakimiyyətdəki əlaqələrindən istifadə etməkdədir. Onun əlaqələri və imkanları isə hakim partiyanın böyük bir tədbirini oğlunun kitab təqdimatına, piarına həsr etməsinə nail olmağa yetəcək qədərmiş. Deməli, onun düşüncəsinə görə, oğlunu nazir etməsi də mümkünsüz deyil. Niyə də olmasın?

Parlamentə salmaq alındısa, nazir etmək nədən alınmasın?...

“AzPolitika.info”

Dünyapress TV

Xəbər lenti