Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.

"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.

Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.

Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Ardını oxu...
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub.

Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sankt-Peterburq polisi 2011-ci ilin fevralında Vıborq rayonunda baş vermiş qətlin üstünü açıb. Şübhəli şəxs saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aprelin 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Lunaçarski prospektində 53 yaşlı kişini saxlayıblar. O, 14 il əvvəl törədilən qətldə təqsirli bilinib.

İlkin məlumatlara görə, Kompozitorov küçəsindəki 29k1 binasının giriş qapısında saxlanılan şəxs 44 yaşlı azərbaycanlıya naməlum silahdan azı 3 dəfə atəş açıb. 2011-ci ilin fevralında baş vermiş hadisə əsasında Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Saxlanılan şəxsə 2002-ci ildə də külli miqdarda dələduzluqda ittiham olunduğu üçün cinayət işi qaldırılıb.
 
Ardını oxu...
Bu gün Sumqayıtda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin 29-cu məhəllə adlanan hissəsində “Ravon Nexia” və “Wolksvagen Passat” markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan maşınlardan biri yol kənarındakı “AL Market”ə çırpılıb.

Qəza nəticəsində avtomobillərə və marketə ciddi ziyan dəyib.
Ardını oxu...
Məşhur şirkətin layihəsinin yarımçıq qalması sakinləri narazı salıb. Şirkət layihə üzrə nəzərdə tutulan iki binadan birini inşa edib. Digər bina tikilmədiyi üçün ətrafda yaşayan sakinlərin evləri qəzalı vəziyyətə düşüb.

Musavat.com xəbər verir ki, narazılıq Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində “ETO HOUSE” MTK tərəfindən həyata keçirilən layihə ilə bağlıdır.

Belə ki, layihə üzrə MTK tərəfindən ərazidə fərdi yaşayış evlərinin sökülərək orada hündürmətəbəli binaların tikintisi nəzərdə tutulub.

Təqdim etdiyimiz fotoda ərazidə tikintisi nəzərdə tutulan layihədir.

Fotoda görülən binalardan biri inşa edilib. Digərinin tikintisinə isə başlanmayıb. Bu vəziyyət də ətrafda yaşayan sakinləri narazı salıb.

Sakinlər bildiriblər ki, layihənin icrasına başlayan zaman sakinlərlə görüş olub.

Onlara mənzillərinin sökülərək yerində bina inşa ediləcəyi deyilib. Qarşılığında isə sakinlərə kompensasiya ödəniləcəyi və ya yeni tikiləcək binadan mənzillə təmin ediləcəkləri bildirilib.

Layihənin icrasına başlayan zaman işlər nəzərdə tutulan plan üzrə aparılmayıb və bir binanın tikintisi həyata keçirilib. Həmin ərazidə olan evlər sökülüb. Tikintiyə yaxın olan və ümumi layihədə sökülməsi nəzərdə tutulan 15-ə yaxın mənzil sökülməyib. Ərazidə aparılan tikinti işləri sakinləri narazı salıb, bəzi evlərdə çatlar əmələ gəlib.

“Bu qədər müddət toz-torpaq içində yaşamışıq. Gecə-gündüz tikintinin səsindən əziyyət çəkmişik. Bir çox evlər qəzalı vəziyyətdədir. İndi kimə də şikayət edirik baxan yoxdur”, - deyə sakinlər şikayətində bildirib.

Sakinlərin narazılığı və layihənin tam icra edilməməsinin səbəbi ilə bağlı şirkətin mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə üçün qeyd edilən nömrə zəng etsək də, cəhdimiz baş tutmadı.

“ETO HOUSE” MTK layihəsi məşhur “ALMEP ENGINEERING GROUP” şirkətinə məxsusdur. Bu şirkət Azərbaycanda bir çox dövlət layihələrinin icrasını həyata keçirib.

“ALMEP ENGINEERING GROUP” ölkədə tikintisini həyata keçirdiyi böyük layihələrə aşağıdakılar daxildir:

- Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

- Azərbaycan-Fransız Universiteti

- Əmlak Məsələləri Dövlət Komitəsi

- Bakı Avropa Liseyi

- Tofiq İsmayılov adına UGYS

- UNEC

- Memar Əcəmi metrostansiyası

- Quba rayonu Alekseyevka kəndində məktəb

- Nizami Gəncəvi Muzeyi

- Azərbaycan Texniki Universiteti

- Elmlər Akademiyası stansiyası

Bundan başqa, şirkət bir çox özəl şirkətin, restoranların, istirahət mərkəzlərinin tikintisini həyata keçirib.
 
Ardını oxu...
Aprel ayı ilin soyuq dövrünün sonu, isti dövrünün başlandığı ay kimi xarakterizə olunur. Buna görə də aprel ayında ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur.

Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-83 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 46-64 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti, dağlarda 2-7 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-126 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 30-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 9-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, dağlarda 0-2 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti, dağlarda 6-11 isti olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

 
Ardını oxu...
“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlanıb.

Bu barədə Tribunainfo.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanmışdı və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılmışdı.

Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, sözügedən restoranda yoxlama zamanı ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxmışdı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində 145 nəfər xəstəxanaya yerləşdirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Bernama” dövlət agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Onlardan 41 nəfəri xəstəxanadan buraxılıb.

“Reuters” agentliyinin məlumatına görə, yanğın günorta saatlarına qədər söndürülüb. Ümumilikdə yanğın nəticəsində 305 nəfər, o cümlədən evlərinə ziyan dəymiş 190 nəfər xəsarət alıb.

***
Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.

Bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Onlardan altısı xəstəxanaya yerləşdirilib.

Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 
 
 
Ardını oxu...
Özbəkistanın Əndican əyalətində məsciddə partlayış nəticəsində üç nəfər ölüb.
İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə ölkənin FHN-ni məlumat yayıb.

Bundan başqa, hadisə nəticəsində 10 nəfər yaralanıb və onlar hamısı xəstəxanaya yerləşdiriliblər.

Partlayış yerinə Özbəkistanın baş nazirinin müavini Açilbay Ramatov və FHN rəhbəri Botir Kudratxocayev gəlib.
 

Ardını oxu...


Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, yeni doğulan üç körpənin ölümü son 10 gün ərzində olub.

Dünyapress TV

Xəbər lenti