ƏHMƏD VƏLİYEVİN YENİ HƏDƏFİ... -
Ötən il keçirilən parlament seçkisi öncəsi ən aktual mövzulardan biri bir neçə köhnə deputatın və məmurun öz övladlarını parlamentə yerləşdirməsi cəhdi ilə bağlı idi. Bu cəhdlərdən 3-ü “uğurlu” alındı ki, bunlardan da biri Odlar Yurdu Universitetinin rektoru və sahibi, sabiq deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi deputat etməsi idi.

Həmin vaxt çoxları bunu sadəcə, Milli Məclisdə “varislik prinsipi”nin formalaşmasının göstəricisi kimi qəbul etdi. Lakin indi belə görünür ki, vəliyevlər deputat mandatı ilə kifayətlənmək fikrində deyillər. Parlament seçkisindəki məlum yolla əldə edilən “uğur” Əhməd Vəliyevi daha böyük hədəflərə həvəsləndirib. “İştah yemək vaxtı gələr” deyiblər...

Saytımıza daxil olan məlumata görə, Əhməd Vəliyev YAP siyahısı üzrə parlamentə saldığı oğlunu Təhsil naziri vəzifəsində görmək istəyir və bu istiqamətdə aktiv fəaliyyətdədir. Bunu təsdiqləyən əlamətlərdən biri deputat seçilənə qədər hər hansı ictimai-siyasi fəallığı olmayan, xüsusi siyasi bilikləri, natiqliyi, siyasi diskussiya qabiliyyətilə seçilməyən, ən əsası isə YAP-ın formalaşmasında və gündəlik fəaliyyətində hər hansı rolu görünməyən Samir Vəliyevin son zamanlar ciddi cəhdlə hakim partiyanın mötəbər tədbirlərində önə çəkilməsidir.

Məsələn, bu il martın 5-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib. Sən demə, tədbirin adı təsadüfən “Bəsirətin Zəfəri” qoyulmayıbmış. Bu, Samir Vəliyevin yazdığı deyilən və ölkə başçısına həsr olunmuş “Bəsirətin Zəfəri” kitabının adından götürülüb. Belə kitabların necə yazıldığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kitabın adına gəlincə isə, məlum olur ki, Əhməd Vəliyevin özü daha öncə eyni mövzuda “Bəsirətin ünvanı” kitabını yazıbmış. Oğlunun yazdığı iddia olunan yeni kitab da onun davamıdır. Ölkə başçısının bu cür kitablara ehtiyacının olmadığı yaxşı məlum ikən YAP “Konstitusiya və Suverenlik İli” ilə bağlı böyük bir tədbirini Samir Vəliyevin kitabının təqdimatına və şəxsən onun reklamına, piarına həsr etmiş olub. Deyilənə görə, həmin tədbir partiyada zəhməti olmuş bir çox YAP-çıların narazılığına səbəb olub, hətta bəzilərinin bu səbəbdən tədbiri tərk etdiyi bildirilir.

Buna baxmayaraq, tədbirdə Əhməd Vəliyevlə bərabər YAP Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, AMEA Prezidenti İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və digərləri çıxış edərək, böyük ehtimalla tam oxumadıqları kitabı ağız dolusu tərifləyiblər.

Yeri gəlmişkən, sözügüdən YAP tədbirində vəliyevlərin iyirmiyədək ailə üzvünün, yaxınının iştirak etdiyi də bildirilir...

S.Vəliyevin özünə gəlincə, onun əsas “nailiyyətləri” atasının yaratdığı Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, yenə atasına aid “Muğanbank”ın əsas səhmdarı olması olub. Bu universitetin reputasiyası bəllidir. “Muğanbank” isə əhalini və bank sektorunu aldadaraq, maliyyə vəziyyətinin yaxşı olduğu barədə yalan hesabatlar verdiyi halda, günlərin birində bağlandı. Bu fırıldaqla həm adi əmanətçiləri, həm də sahibkarları, şirkətləri pis vəziyyətdə qoydu.

Bir müddət Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində də işləmiş Samir Vəliyevin özünün adı bundan öncə mətbuatda “diplom biznesi” də daxil omaqla bir çox “əyri-üyrü” işlərdə hallanıb. Onun deputat olana qədər bircə dəfə də olsun publik çıxışına, siyasi təhlilinə, hansısa jurnalistə siyasət mövzusunda sərbəst müsahibəsinə, müxalifətlə debatına, ölkənin keçmişi və gələcəyinə dair fikirlərinə və s. rast gəlinməyib. Buna baxmayaraq, YAP siyahısından parlamentə salındı, Azərbaycan reallıqları yenə öz sözünü dedi...

Yeri gəlmişkən qeyd edək ki, Əhməd Vəliyevin oğlunu qabağa çəkmək, parlamentə salmaq üçün əvvəlcə Azərbaycan Respublikaçılar Partiyası adlı kiçik partiyaya üzv edərək, onun xidmətindən istifadə etməyə çalışdığı deyilir. Lakin bu variant alınmayandan sonra oğlunu YAP-a, partiyanın deputatlığa namizədlər siyahısına, oradan da parlamentə sala bilib.

Yuxarıda qeyd etdiyimiz YAP-ın az qala bütünlüklə vəliyevlərə həsr etdiyi tədbirə gəlincə, bunun özü də onu göstərir ki, Ə.Vəliyevin oğlunun yüksək vəzifəyə çəkilməsinə çalışdığı barədə deyilənlər təsadüfi deyil və bunun üçün o, YAP-dakı, eləcədə hakimiyyətdəki əlaqələrindən istifadə etməkdədir. Onun əlaqələri və imkanları isə hakim partiyanın böyük bir tədbirini oğlunun kitab təqdimatına, piarına həsr etməsinə nail olmağa yetəcək qədərmiş. Deməli, onun düşüncəsinə görə, oğlunu nazir etməsi də mümkünsüz deyil. Niyə də olmasın?

Parlamentə salmaq alındısa, nazir etmək nədən alınmasın?...

“AzPolitika.info”

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti