Bayden Zelenskinin bu xahişini yerinə yetirəcək? –
ABŞ Konqresi Ağ Evlə birlikdə Rusiyaya “təcavüzkar dövlət” statusunun verilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Bu barədə “The Hill” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Ağ Evin Ukrayna prezidenti Volodimir Zelenskinin tələb etdiyi kimi Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil etmək istəməməsi fonunda belə bir statusun verilməsi isə əhəmiyyətlidir. Eyni zamanda vurğulanıb ki, ABŞ qanunvericiliyində “təcavüzkar dövlət” termini yoxdur və bu da aktın hüquqi cəhətdən hazırlanmasını çətinləşdirir.

Məlumata görə, hazırda sənədin mətni Prezident Administrasiyası ilə razılaşdırılır və qanunvericilər onu ən qısa zamanda Konqresə təqdim etmək niyyətindədirlər.

“The Hill” qəzeti yazır ki, qanun layihəsi ABŞ prezidentinə Ukraynaya qarşı təcavüz aktında iştirak halında, istənilən xarici dövlətə münasibətdə şəxsən “təcavüzkar dövlət” statusu vermək hüququ verəcək. Bundan əlavə, dövlət başçısı bu cür hərəkətlərdə məsuliyyət daşıyan, iştirak edən və ya iştirakçı olan şəxslərə qarşı sanksiyalar tətbiq edə biləcək.

Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken bir müddət əvvəl Co Bayden administrasiyasının Konqresdəki qanunvericilərlə birlikdə Rusiyaya təzyiqləri artırmaq üçün çalışdığını, eyni zamanda Rusiya Federasiyasının terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməsi ilə nəticələnəcək mənfi nəticələrdən qaçdığını söyləyib. Ağ Ev sentyabr ayında vurğulayıb ki, ABŞ administrasiyasının Rusiyanı “terrorizmi himayə edən ölkələr siyahısına daxil etməmək” qərarı qətidir. Rəsmi Kiyev isə Vaşinqtona müraciət edərək Rusiyanın da bura daxil edilməsini istəyib. Oxşar təkliflər Konqresin bir sıra üzvləri tərəfindən də irəli sürülüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu təşəbbüsləri “axmaq xarakterli tədbir” adlandıraraq, ABŞ-ın bu cür addımlarının Moskva tərəfindən cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, sözügedən siyahıya Vaşinqtonun fikrincə, “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. ABŞ administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. Həmçinin, ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər. Siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxildir.

Günay Rəsulqızı

sfera.az

 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti