“Mersedes”lər zəifdir...” -
Qırğızıstanda keçirilən və Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan rəhbərlərinin qatıldığı Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya istehsalı olan məşhur “Mersedes” avtomobillərindən şikayətlənib.

“AzPolitika.info” xəbər verir ki, qarlı, şaxtalı havanın hökm sürdüyü Bişkekin yaxınlığındakı iqamətgahda Qırğızıstan Prezidenti Sadır Japarovun qarşıladığı Aleksandr Lukaşenko həmkarına onu gətirən “Mersedes”in işə düşmədiyini deyib: “Mən gecikmişəm? Yox? “Mersedes”lər zəifdir, işə düşmürlər. Piyada gəlmişəm”.

Yeri gəlmişkən, qeyd edək ki, nə Lukaşenkonun rəhbərlik etdiyi Belarus, nə Rusiya, nə də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan digər ölkələr “Mersedes”lə “uzaqdan-yaxından” rəqabət apara biləcək avtomobil istehsal edə bilmir, əvəzində bu ölkələrin rəhbərləri nədənsə, Lukaşenkonun bəyənmədiyi alman avtomobillərindən istifadə edirlər...

Belarus Prezidenti sammitdəki çıxışında təşkilata daxil olan dövlətlərin öz aralarındakı əməliyyatlarda ABŞ dollarından tam imtina etməli olduqlarını və Amerika valyutasının az qala “işinin bitdiyini” deyib: “Artıq hamıya məlumdur ki, dolların dominantlığı dövrü sona çatır. Gələcək ticarət bloklarındadır, hansılarda ki, hesablaşmalar milli valyutalarda həyata keçiriləcək”.

Qeyd edək ki, bir çox dünya dövlətlərinin səylərinə baxmayaraq, doğrudan da güclü maliyyə silahına çevrilmiş ABŞ dollarının bütün dünya ölkələri arasında istifadə olunan əsas hesablaşma valyutası statusunu zəiflətmək cəhdləri heç bir ciddi nəticə vermir. Maraqlıdır ki, Lukaşenko “dolların sonunun çatdığını” bildirsə də, Rusiya və Belarus kimi dünya iqtisadiyyatından getdikcə daha çox təcrid olunan ölkələrdə belə ABŞ dollarının yerli valyutalara nisbətdə real məzənnəsi yüksək olaraq qalır...
 

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti