Quru sərhədlər niyə bağlıdır? –
Azərbaycanın quru sərhədləri artıq 6 ilə yaxındır ki, bağlıdır. Bununla bağlı qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib.

Baxmayaraq ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına dövlət rəhbərliyi səviyyəsində münasibət bildirilib, vaxtaşırı insanları sərhədlər niyə açılmır sualı maraqlandırır.

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

Musavat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bir sıra çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.

“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.

"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır".

Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır.

Son baş verən hadisə – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi birgə xüsusi əməliyyat və nəticədə 8 terrorçunun məhv edilməsi, bu qərarın nə qədər haqlı olduğunu bir daha göstərdi.

Əməliyyat zamanı 8 silahlı terrorçu məhv edildi, dövlətə və vətəndaşlara ciddi təhlükə yarada biləcək terror planlarının qarşısı alındı, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qanunsuz silahlı birləşmələrin ölkə daxilində məskunlaşmasının qarşısı alındı.

Bu hadisə göstərdi ki, radikal terrorçu qruplaşmalar müxtəlif yollarla ölkəyə sızmağa və öz fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Bu cür qruplaşmaların ölkəyə girişinin qarşısını almaq üçün quru sərhədlərinin bağlı saxlanması mühüm preventiv addımlardan biridir.

Son əməliyyat bir daha sübut etdi ki, Azərbaycan sərhədləri açıq olarsa, ölkəyə xaricdən silahlı terrorçular və radikal elementlər asanlıqla daxil ola bilər. Bu, daxili sabitlik və təhlükəsizlik üçün ciddi təhlükə yarada bilər.

Açıq quru sərhədləri eyni zamanda narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin artmasına səbəb ola bilər. Bağlı sərhədlər bu cür halların minimuma endirilməsinə kömək edir.

Regionda baş verən münaqişələr və qeyri-sabitlik, Azərbaycanı qeyri-qanuni miqrasiyanın potensial hədəfinə çevirə bilər.

Müharibə panikası ilə bağlı ölkəmizə qaçqın kütlələrin axışması ehtimalı hər zaman var.

Sərhədlərin bağlı qalması, miqrasiya axınının idarə olunmasına kömək edir.

Quru sərhədlərin bağlı saxlanması, ölkəyə qeyri-qanuni yollarla idxal edilən malların qarşısını almağa və daxili bazarı qorumağa imkan verir.

Ən əsası Azərbaycanın yerləşdiyi regionda terrorçuluq riski həmişə mövcud olub. Qonşu ölkələrdə fəaliyyət göstərən radikal dini qruplar, müxtəlif terrorçu təşkilatlar daim fəaliyyət göstərir. Bu baxımdan, quru sərhədlərinin bağlı qalması ölkəmizin təhlükəsizliyi üçün mühüm faktor kimi çıxış edir.

Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr, terrorçu qruplaşmaların daha aktiv hala gəlməsinə səbəb olub.

Bu vəziyyət Azərbaycan kimi sabit və güclü ölkələr üçün əlavə təhlükələr yaradır. Dövlətimiz bu riskləri minimuma endirmək üçün ciddi təhlükəsizlik tədbirləri görməyə davam edir.

Bəzi şəxslər və qurumlar quru sərhədlərinin açılmasını tələb edirlər. Onların əsas arqumentlərindən biri sərhədlərin bağlı qalmasının vətəndaşlara çətinlik yaratmasıdır. Lakin DTX və DİN-in son əməliyyatı göstərdi ki, təhlükəsizlik məsələləri hər şeydən önəmlidir.

Sərhədlərin açılması ilə bağlı müzakirələr aparılarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

- Terror təhlükəsinin hələ də aktual olması,

- Regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyi,

- Dövlətin təhlükəsizlik siyasətinin hər şeydən üstün olması.

Azərbaycan hökuməti vətəndaşların rahatlığını düşünməklə yanaşı, ilk növbədə ölkənin milli maraqlarını və təhlükəsizliyini qorumağı prioritet hesab edir.

Bu gün Azərbaycanı sevməyən qüvvələr, xaricdəki düşmən dəyirmanına su tökən bloggerlər tez-tez quru sərhədlərin bağlı qalmasına görə qınaq fikirləri səsləndirirlər. Onların planı və məqsədi bəllidir- Azərbaycana istədikləri pislikləri rahatlıqla keçirmək. Ekspertlər bildirirlər ki, müharibədən yeni çıxmış bir dövlət olaraq Azərbaycan indiki məqamda doğru addım atır. Düşmənin uzantılarını önləmək, sabitliyi qorumaq hər şeydən önəmlidir. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən sakit, sabit ölkələrindən biridir.

Musavat.com

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti