Ardını oxu...
Britaniya hakimiyyəti təhlükəsizlik səbəbi ilə 100-dən çox rusiyalı diplomata viza verməkdən imtina edib.

32gun.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum bildirib.

Onun sözlərinə görə, çox sayda rusiyalı məmur bütün dünyadan, o cümlədən 600-dən çoxu Avropadan qovulub, onlardan 400-dən çoxu casus kimi tanınıb.

"Bu, müasir Avropa tarixində Rusiya kəşfiyyat xidmətlərinə ən mühüm strateji zərbə oldu. Koordinasiya edilmiş sanksiyalar Putini təəccübləndirdi” - deyə, o, sözlərinə davam edib.
 
Ardını oxu...
Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 4 nəfər saxlanılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılan şəxslərdən 3-ü FETÖ terror təşkilatının üzvüdür.

Beləliklə, son iki gündə ölkəni tərk etməyə çalışan 8 terrorçu yaxalanıb.
 
 
 
Ardını oxu...
Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı dövründə ABŞ Prezidenti Donald Trampın tez-tez xatırladığı bir ad vardı: Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Kobani. Tramp əməliyyat zamanı və əməliyyatdan sonra bir neçə dəfə Kobaniyə təşəkkür etdi, hətta onun ABŞ-a səfər edə gedə biləcəyi haqda da danışıqlar gedirdi. Türkiyə hökuməti isə Kobaninin legitim həmsöhbət kimi tanınmasının qəti əleyhinə idi. Hətta Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Amerika bu adamı bizə təslim etməlidir” açıqlamasını vermişdi.
Bəs, iki ölkə arasında mübahisəyə səbəb olan, eyni zamanda bu günlərdə İstanbulda İstiqlal küçəsində baş verən terror hadisəsi ilə əlaqədar adı yenidən gündəmə gələn Məzlum Kobani kimdir?
Bakupost.az Məzlum Kobani haqqında araşdırmanı təqdim edir.
Məzlum Kobani 1967-ci il təvəllüdlü suriyalı kürddür. Onun Türkiyə sərhədində yerləşən Kobani şəhərində doğulduğu güman edilir. Kobaninin əsl adı ilə bağlı müxtəlif iddialar var. Türkiyədəki bəzi mənbələr onun adının Mustafa Abdi bin Halil olduğunu bildirir. Ferhad Abdi Şahin, Şahin Cilo və Məzlum Abdi illərdir istifadə etdiyi adlar arasındadır.
Bir müddət əvvəl ondan müsahibə alan “Nyu York Tayms”ın Yaxın Şərq müxbiri Ben Hubbard Kobanidən əsl adının nə olduğu soruşduqda o, “Məzlum Abdi” cavabını verib. Kobani Twitter hesabında da bu addan istifadə edir.
Ardını oxu...
Onun Abdullah Öcalanla uşaq ikən tanış olduğu iddia edilir. Mətbuatda onun Latakya sahilində Öcalanla dənizdə çimdiyini əks etdirən foto da yayılıb. "BBC-Türkcə"də yer alan məlumata görə, Məzlum Kobani Abdullah Öcalanla ikincinin Suriyada olduğu illərdə tanış olub. Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında Ferhat Abdi Şahin, yəni Məzlum Kobaninin PKK-ya 1990-cı ildə, 23 yaşında ikən qoşulduğu bildirilir. Öcalanın Suriyada yaşadığı 20 il boyu Məzlum Kobaninin ona ən yaxın şəxs olduğu iddia edilir.
“Nyu York Tayms” qəzetinə müsahibə verən Kobani Suriyada olduğu müddətdə hökumət tərəfindən daim həbs olunduğunu bildirir. Qəzetin müxbiri Ben Hubbardın öz mənbələrindən əldə etdiyi məlumata görə, Kobani Hələb Universitetində təhsil alıb. İddialara görə, Kobani gənc yaşlarından dövlət adamları ilə münasibətdə təcrübə toplayıb.
Xüsusilə Kobaninin Avropada yaşadığı dövr bu baxımdan kritik olaraq görülür. O, müsahibələrində Avropaya “siyasi iş” üçün getdiyini bildirir. Türkiyənin Daxili İşlər Nazirliyinin hesabatında 1997-2003-cü illərdə Avropada fəaliyyət göstərdiyi bildirilir. Yəni Öcalanın 1999-cu ildə tutulduğu zaman Məzlum Kobaninin Avropada olduğu düşünülür. Abdullah Öcalan da 1999-cu ildə məhkəmədə verdiyi ifadəsində onun adını (Fərhad Abdi Şahin kimi) çəkmişdi. 1998-ci ildə elan edilən atəşkəslə bağlı hakimin sualına cavabında Öcalan Türkiyə dövlətinin o zaman onlara müxtəlif kanallarla atəşkəs təklif etdiyini bildirərək, "Atəşkəs təklifini bizə Avropa təmsilçimiz Kani Yılmaz və Şahin adlı dostumuz Fərhad Abdi Şahin gətirdi. Dostumuz Abdi Şahini də HADEP-də vəkil kimi fəaliyyət göstərən dostumuz Səlim Okçuoğlu gətirib və mənə təklif olunan atəşkəs təklifi olduqca əhatəli idi” deyib.
Abdullah Öcalan daha sonra əlavə edir ki, "O, Türkiyənin unitar quruluşuna xələl gətirmədən fövqəladə vəziyyətin aradan qaldırılacağını, müvəqqəti kənd gözətçiliyi sisteminin ləğv ediləcəyini, bəzi düzəlişlərin ediləcəyini bildirdi. Düşünürəm ki, bu sənəd indi bizim Avropa arxivlərimizdədir”.
Bütün bu məlumatları bir araya toplayanda belə görünür ki, Kobani gənc yaşlarından dövlət rəsmiləri ilə danışıqlara bələd olub. O, PKK-da idarəçi vəzifəsində çalışıb. Kobani Avropa dövründən sonra İraqın şimalına gedərək orada PKK-nın fəaliyyətində iştirak edib.
Onu da qeyd edək ki, Kobani bəzi müsahibələrində bunu gizlətməyib. Məsələn, 2019-cu ilin aprelində “New Yorker” jurnalına verdiyi müsahibədə o, deyir: “Mən bir müddət PKK-da xidmət etmişəm”. Bir müddət Kobani PKK-nın da daxil olduğu çətir təşkilat adlanan KCK-nın direktoru olub. O, KCK İcraiyyə Şurasının üzvü olaraq fəaliyyət göstərib. Türkiyə rəsmiləri iddia edir ki, Kobani PKK dövründə bir neçə dəfə Türkiyəyə hücum əmri verib.
Kobani isə jurnalistlərə PKK dövrü haqqında ətraflı danışmamağa üstünlük verir. Ümumiyyətlə, bunun keçmişə aid olduğunu, PKK və YPG-nin ayrı-ayrı təşkilatlar olduğu fikrini müdafiə edir.
Kobaninin 2013-cü ildə KCK İcra Şurasının rəsmisi olaraq PKK-ya yaxın "Fırat Xəbər" Agentliyinə verdiyi və hələ də internet saytında yer alan müsahibədə onun Şahin Cilo adından istifadə etdiyi görünür.
Ardını oxu...
YPG prosesi və “Dəli Kobani”nin doğuşu
"Cilo"nun Suriyanın şimalında kürdlərin Rojava adlandırdıqları bölgəyə köçüb fəaliyyətini gücləndirdikdən sonra “Məzlum Kobani” adını aldığı məlum olur.
2012-ci ilin yayında Suriyanın şimalındakı administrasiya faktiki olaraq Demokratik Birlik Partiyasının (PYD) əlinə keçməyə başladı. Kobani 2013-cü ildə Şahin Cilo adı ilə verdiyi müsahibədə “Rojavada xalq hökumətini rəsmiləşdirməyin vaxtı çatıb” demişdi.
Müsahibənin götürüldüyü yer isə Şimali İraqda - Hakkarinin cənubunda yerləşən Behdinan bölgəsi idi. Yəni Kobaninin bu zaman hələ də PKK düşərgələrində olduğu və ya oraya gedib-gəldiyi məlum olur.
2014-cü il həm YPG həm də Kobani üçün dönüş nöqtəsi oldu. YPG yaraqlılarının İŞİD-ə qarşı göstərdiyi performans və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatları zamanı YPG ilə əməkdaşlığı sonradan siyasi əməkdaşlığa çevrildi.
"BBC Türkcə" yazır ki, keçmişdə həm Kobani, həm də ABŞ rəsmiləri ilə görüşən “New Yorker”in yazarı Robin Rayt 2014-cü ildə Sincar hücumu zamanı iranlıların dəstək üçün amerikalılardan daha sürətli hərəkət etdiyini, Kobaninin avqustun 18-i səhər saatlarında Qasim Süleymani ilə görüşdüyünü bildirir. O, qeyd edir ki, həmin gün axşam saatlarında Kobani Süleymaniyyə şəhərində ABŞ rəsmisi ilə görüşüb. Ona görə də Kobaninin bu prosesdə mühüm rol oynadığı məlum olur.
Beləliklə, Məzlum Kobani 2015-ci ildə Suriya Demokratik Qüvvələrinin yaradılması ilə beynəlxalq nüfuz qazanıb.
Kobani bir tərəfdən İŞİD-ə qarşı əməliyyatları idarə edən, digər tərəfdən ABŞ başda olmaqla beynəlxalq qüvvələrlə danışan, beynəlxalq mətbuata müsahibələr verən bir fiqura çevrilib. Onun adını ən çox gündəmə gətirən isə şübhəsiz ki, ABŞ Prezidenti Tramp olub. Tramp mütəmadi olaraq ondan bəhs edib.
Məzlum Kobani 2019-cu ilin iyul ayında BMT-nin Uşaqlar və Silahlı Münaqişələr üzrə xüsusi elçisi Virciniya Qamba ilə görüşüb və SDQ adından BMT sənədi imzalayıb.
Oktyabrın 16-da “Barış Pınarı” əməliyyatının başladığı gün Trampın Prezident Ərdoğana yazdığı və mətbuata sızan məktubda aşağıdakı ifadələr yer alıb:
"Mən sizin bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı ruhdan salmayın. Siz çox şey edə bilərsiniz. General Məzlum sizinlə danışıqlar aparmaq istəyir və əvvəllər etmədikləri bəzi güzəştlərə getməyə hazır olduğunu deyir. Sənə güvənib mənə bir məktub yazdı, əlavə edirəm”.
Oktyabrın 16-da mətbuata sızan məktuba Türkiyə rəsmilərinin reaksiyası belə olub: “Biz onu zibil qutusuna atdıq”.

Bəs, Kobanini tanıyanlar onu necə təsvir edir?
Kobanidən müsahibə alan jurnalistlər onun öz keçmişi haqqında çox danışmadığını və sirli bir tərəfinin olduğunu deyirlər.
“Nyu York Tayms”ın Yaxın Şərq müxbiri Ben Hubbard müsahibəsində Kobani ilə görüşdən aldığı təəssüratları belə təsvir edir:
"O, kamuflyaj formada oturmuşdu. Olduqca təvazökar bir insan idi və kifayət qədər yumşaq səsi var idi. Güclü hərbçilərdə gördüyünüz yüksək, sərt danışıq tərzi yox idi. Onun əlini sıxdığımda ovucunun kifayət qədər yumşaq olduğunu gördüm. Mənə elə gəldi ki, o, zamanının çoxunu əlində "Kalaşnikov"la düşmənə atəş açan biri deyil, daha çox strateji maraqlarla məşğul birisidir”.
“Nyu York Tayms”a müsahibə verən və Kobani ilə işləyən ABŞ rəsmisi onu “savadlı və ağıllı siyasətçi, çox təsirli cəbhəçi” kimi təsvir edib.
Kobaninin ictimaiyyətə açıqlamalarında həmişə siyasi dildən istifadə etməyə, bəzən də ehtiyatlı görüntü verməyə çalışdığı anlaşılır. Məsələn, “Barış Pınarı” əməliyyatı zamanı ABŞ qüvvələrinin sərhədi tərk etmək qərarından sonra bir çox kürd rəsmilər “xəyanət”, “kürəyimizdən bıçaqlandıq” kimi açıqlamalar verərkən, Kobani məyus olduğunu, lakin ABŞ ilə işləməyə davam etmək istədiyini vurğuladı.
Bu arada Kobani bu yaxınlarda "mavi işarəli" Twitter hesabı istifadə etməyə başladı. "Mavi işarə" hesabın Twitter tərəfindən təsdiqlənmiş həqiqi hesab olduğunu göstərir.
Ardını oxu...
ABŞ və Türkiyə Kobani haqqında nə düşünür?
ABŞ və Türkiyənin Mazlum Kobani ilə bağlı yanaşmaları tamamilə bir-birinin əksidir.
ABŞ Kobanini mühüm müttəfiqi, İŞİD-i məğlub edən SDQ-nin qanuni komandiri kimi görür. Həm Donald Tramp, həm də bir çox ABŞ siyasətçiləri Kobanidən danışıqlara və əməkdaşlığa açıq bir ad olaraq bəhs edirlər.
Türkiyənin son reaksiyalarına baxmayaraq, bu münasibət davam edir.
Nəhayət, Türkiyə və Rusiya arasında Soçi memorandumundan sonra Tramp SDQ liderinin Twitter hesabını da işarələdiyi tvitdə Kobani ilə telefonla danışdığını, çox məmnun olduğunu və ona təşəkkür etdiyini bildirib.
"BBC Türkcə"nin məlumatına görə, Kobaninin Vaşinqtonda qarşılanacağına dair şayiələr vardı. Belə ki, bir qrup respublikaçı və demokrat senator ABŞ Dövlət Departamentinə məktub yazaraq ABŞ-a səfər etmək istəsə, Kobaniyə dərhal viza verilməsini istəmişdi.
Türkiyə isə illərdir YPG-nin PKK ilə eyni təşkilat olduğunu deyir edir və Qərbin YPG-ni terrorçu kimi görməsini istəyirdi. Buna görə də YPG və SDq komandirlərini terrorçu olaraq görürdü. Təsadüfi deyil ki, Kobani Türkiyənin "qırmızı siyahı" ilə axtardığı “terrorçular siyahısındadır. Bu səbədən Ankara Birləşmiş Millətlər Təşkilatı təmsilçisinin Kobani ilə uşaq döyüşçülərlə bağlı müqavilə imzalamasının da əleyhinə çıxmaşdı.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bu mövzuda danışarkən "Məzlum Kobani kod adlı Fərhad Abdi Şahin terrorçudur. Türkiyə onu qırmızı bildirişlə axtarır. Birləşmiş Millətlər ağlını itirib? Onunla eyni masada otururlar və uşaq terrorçuları bir daha PYD-yə almamaq üçün razılıq müqaviləsi imzalayırlar. Bu, qara ləkədir” demişdi.
"Barış Pınarı" əməliyyatı dönəmində Türkiyənin Kobaninin təhvil verilməsi ilə bağlı çağırışları da artmışdı. Prezident Ərdoğan "Məzlum kod adlı bu şəxs qırmızı bildirişlə axtarışda olan terrorçudur. Bu nə deməkdir? Amerika bu adamı bizə təhvil verməlidir" demişdi.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül də ABŞ-a bununla bağlı xəbərdarlıq etmişdi:
"Əgər bu şəxs ABŞ-a girərsə, tutularaq Türkiyəyə təhvil verilməlidir. Çünki onun haqqında qırmızı bildiriş var. Bu qırmızı bildiriş 196 ölkədə keçərlidir. Dünən ABŞ-a yenidən qırmızı bildiriş göndərilib. Bizim ABŞ-la ekstradisiya müqaviləmiz olduğuna görə, bu terror təşkilatının lideri ekstradisiya edilməlidir. Türkiyə olaraq bunu bir daha xatırlatdıq. O, ABŞ-a girən kimi dərhal yazışmalar aparılacaq. Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələ ABŞ-a bir daha xatırladılıb”.
Digər tərəfdən, ABŞ-ın Kobaniyə viza verəcəyi və onun Vaşınqtona səfər edəcəyi təqdirdə Türkiyə Xarici İşlər Nazirliyinin nota verəcəyi ilə bağlı da fikirlər vardı.
Qeyd edək ki, o zaman Türkiyə tərəfinin bu etirazları səbəbindən Kobaninin ABŞ-a səfəri baş tutmadı.
Günel Musa
BakuPost
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitini tərk edib.

Rusiyanı təmsil edən nazir sammitdəki işini bu gün yekunlaşdırıb.

Lakin 2 gün davam edəcək sammitdə Rusiya tərəfinin sammiti erkən tərk etməsi dünya mediasının müzakirələrinə səbəb olub.

Belə ki, Rusiyanın iştirakını tez dayandırması bir neçə versiyalara zəmin yaradıb.

Bu barədə Almaniya mətbuatı bildirib ki, Lavrovun sammiti erkən tərk etməsi nazirlərin onunla şəkil çəkdirməkdən imtina etməsi olub. Digər versiyaya görə isə sammit boyu anti-Rusiya bəyanatları bu addımı atmağa səbəb olub.

Bundan əlavə, sammit zamanı Lavrov Ukrayna prezidenti Volodimir Zelenskinin 20 dəqiqəlik müraciətinə qulaq asmalı olub. O, Çin Xalq Respublikasının nümayəndəsi və BMT Baş katibindən başqa heç kimlə görüşə bilməyib.

Lavrovun G20 sammitini tərk etməsindən az sonra Rusiya Ukrayna ərazisinə 100-dn çox raket zərbəsi endirib.

Qeyd edək ki, bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb. Sammit noyabrın 16-sı da öz işini davam etdirəcək.
 
Ardını oxu...
"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir".
Teref.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.
"Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.
Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.
Təəssüflə vurğulayırıq ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.
Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.
Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik", - xarici siyasət idarəsinin şərhində qeyd olunub.
 
Ardını oxu...
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa-Ukrayna sərhədinə, Polşa ərazisinə raket zərbəsi endirilməsi xəbərinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də məlumat verib.

"Polşa ərazisində insanların ölümünə səbəb olan raket atılması xəbərindən şoka düşdük.

Həlak olanların ailələrinə başsağlığı verirəm.

Biz Polşanın yanındayıq.

Mən Polşanın hakimiyyət orqanları, Avropa Şurasının üzvləri və digər müttəfiqlərlə əlaqə saxlayıram", - Mişel qeyd edib.
 
 
 
Ardını oxu...
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov G-20 sammitindəki çıxışı zamanı Türkiyədə inşa ediləcək qaz qovşağının “şimal axınları” üzrə tranzitin itmiş həcmlərini kompensasiya edəcəyini qeyd edib. RF XİN rəhbəri bəyan edib ki, Rusiya enerji təhlükəsizliyini möhkəmləndirmək üçün hər şeyi edir, o cümlədən, sıxılmış təbii qaz istehalını artırır, transsərhəd boru kəməri layihələrini inkişaf etdirir, Türkiyədə qaz qovşağının yaradılması üzərində işləyir – bu qovşaq sayəsində əvvəllər “şimal axınları” ilə verilən qaz nəqli həcmini kompensasiya etmək mümkün olacaq.

Lavrov bundan əvvəlki açıqlamalarında neft hasilatının həcminin 2021-ci il göstəricilərindən yüksək olduğunu xəbər vermişdi. Rusiya neft ixracını artırmağı və onun scoğrafiyasını genişləndirməyi planlaşdırır.
 
Ardını oxu...
Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib.

Belə ki, Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul edib.

Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respubvlikasının əleyhinə qətnamə qəbul etmişdi.

Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, Respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar.

Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır.

Göründüyü kimi Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilə bilər.

Emmanuel Makron beynəlxalq hüququ pozmaqda parlamenti də özünə suç ortağı edir.

Makron bu dəfə də ənənəsinə sadiq qalaraq, parlamentin qərar qəbul etməzdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmuşdu. O, "tərəfsiz vasitəçiliyindən", Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə "töhfə vermək istəyi" və s. barədə danışıb. Təbii ki, Makron bu fikirlərində səmimi deyil. Əks halda o, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşardı.

Makron bu davranışı ilə ermənilik məktəbindən çıxdığını nümayiş etdirib. Burada Puşkinin məşhur “Sən oğrusan, sən yalançısan, sən ermənisən.!” ifadələri yada düşür. Bu ifadələr Makrona da şamil edilə bilər. Üzdə Azərbaycan lideri ilə xoş, mülayim danışıb, arxadan zərbə endirmək namərdlikdir. Bunu Fransa Prezidenti bacarır. O, bu addımı ilə daha çox Fransaya xəyanət edir. Çünki buna görə perspektivdə rəsmi Parisə, Yelisey sarayına etimad azalacaq. Onun münaqişlərin həllində rolu azalacaq.

Makronun hakimiyyətə gəlişindən sonra Fransanın deqredasiyaya uğramış “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlara keçərlidir. Ölkədə tüğyan edən irqçi, antisemit, Azərbaycanfob, türkofob və islamofob hallar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur.
Ətraflı

Makron Fransasının bu davranışı müsəlman dünyasına nifrətdən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fikimrizcə, Rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir.

Fransa Senatı beynəlxalq normaları da pozub. O, Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu, qədim peşə sahiblərinin davranışın xatırladır. Bu baxımdan Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə zidddir.Fransa Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını göstərir.Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan konfiliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır.Rəsmi Paris Ermənistan vasitəsi ilə Afrikada, Əlcəzairdə, Malidə, Liviyada əzilən burnunu Cənubi Qafqaza soxmağa çalışır. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü Qərbdə humanist kimi göstərməyə çalışır.Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamə layihəsində “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin səsləndirilməsi həyasızlığın zirvəsidir. Ermənistanın belə, heç vaxt dilə gətirmədiyini Fransanın Azərbaycandan tələb etməsi “ermənidən daha çox erməni” olmağa çalışdığını, belə bir güclü ölkənin radikal ermənilərin əlində necə oyuncağa çevrildiyini göstərir.Makron Fransanın tarixdə olduğu kimi – işğalçı, insan alverçisi, saxta, riyakar, dinlərarası iğtişaş yaradan, soyqırımı törədən, etnoslararası kin-nifrət toxumu səpən, cinayətkar olaraq qalmasına yardım edir. O, Fransanın keçmişdə törətdiyi pis əməllərə müasir insanların bir daha nəzər salmasının vacibliyini sübuta yetirir.Makron və Senat sübut edir ki, Fransa tarixdə heç vaxt möhtəşəm, ədalətli, böyük, demokratik, humanist dövlət olaraq qalmayacaq. Yelisey sarayı bu qətnamə ilə Fransa tarixindəki çox saylı cinayətlərə birini də əlavə etmiş oldu. Ölkə tarxinin ləkələri cinayətlərinin sayı artdı.Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıq olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir.
Fransa “öz gözündə tir görməyib, özgə gözündə çöp axtaran”lardandır. O da ermənilərə oxşamağa başlayıb. Təəssüf ki, erməni lobbisi Rusiya kimi Fransanı da dünyanın aparıcı dövlətlər sırasından çıxmasına təkan verir.

Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal edib, həmin dövlətlərin sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Müstəmləkə illərində Fransa silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirilməsi uzaq tarix deyil.Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə o Ermənistana daha çox oxşayır.Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa 17 dəfə nüvə sınağı keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bu günədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var.1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına baiskar olan fransızların humanitar hüquqdan danışması tragikomediyadır.
Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa, bu ölkəni “Fransa Əlcəzairi” adlandırıb.1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib.
Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışan ölkənin paytaxtında, 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli ööldürülüb, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı” kimi düşüb.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransanın Paris şəhərindəki "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 000 döyüşçülərin kəllə sümükləri saxlanılır.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yadda qalan hücumu nəticəsində 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirilib. 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirilib.

29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl zorlanıb.1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçiriblər. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb.Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin, müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir.Emmaunel Makron Fransanın gələcəyinin qəbirqazanıdır. O, ölkəsini böyüklər sırasından çıxarmaq, beynəlxalq arenada uçruma aparmaqla bunu tezləşdirir. (report.az)
 
Ardını oxu...
Ermənistanın paytaxtı İrəvanda naməlum şəxslər nasistlərin əlaltısı olan Qaregin Njdenin heykəlinin postamentində “Xameneiyə ölüm” yazıblar.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Njdenin heykəli ilə yanaşı digər abidələrin üzərinə də anti-İran şüarları yazılıb.
Ardını oxu...
Cebhe.info
 
Ardını oxu...
Xəbər verildiyi kimi, ötən gün İstanbulun Taksim meydanında qanlı terror hadisəsi baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

Hadisədən dərhal sonra İstanbul polisi hərəkətə keçib və 46 nəfər şübhəli şəxs qismində həbs edilib. Araşdırmalar nəticəsində məlum olub ki, terror aktını həyata keçirən şəxs Suriya əsilli Əhlam Əlbəşir adlı qadındır.

Dindirilmə zamanı, o, PKK-PYD-YPG terror təşkilatı tərəfindən xüsusi məqsədlər üçün hazırlandığını, Afrin-İdlib üzərindən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisənin təfərrüatlarıyla bağlı jurnalistlərə açıqlama verərkən, terror hadisəsində ABŞ-ın əlinin olduğunu eyhamla vurğulayıb.

“ABŞ-ın başsağlığını qəbul etmirik. Düşünürəm ki, ABŞ-ın bu gün verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir. Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, bədəlini daha ağır ödəməli olacaqlar”, - deyə, nazir bildirib.

Əslində S.Soylunun bu terror hadisəsiylə bağlı birbaşa ABŞ-ı günahlandırması başadüşüləndir. Çünki hazırda PKK-YPG-nin bölgədəki ən böyük dəstəkçisi məhz ABŞ hesab olunur. Suriya hadisələrindən sonra ABŞ bir an olsun YPG-yə hərbi və maliyyə yardımını əsirgəməyib. Digər tərəfdən, ABŞ xüsusi təyinatlıları tərəfindən YPG terrorçularına bomba hazırlamaq kimi bir çox hərbi təlimlər verilib və verilməyə də davam edir.

Türkiyə təhlükəsizlik qüvvələrinin YPG rəhbərliyinə qarşı mümkün əməliyyatlarının qarşısını almaq üçün ABŞ, Mazlum Kobani başda olmaqla bütün yüksək səviyyəli YPG administrasiyanın mühafizəsini təşkil edir. Ona görə də dünən Taksimdə baş verən qətliamı təkcə PKK-PYD-YPG terror qruplaşmasının adına yazmaq doğru olmazdı.

Digər tərəfdən, hadisəni törədən terrorçunun üzərində “Nyu-York” yazılan bənövşəyi rəngli köynəklə ələ keçirilməsi də təsadüf hesab oluna bilməz...

Məlumat üçün onu da qeyd edək ki, dünənki hadisə son 6 ildə İstanbulda qeydə alınan yeganə terror aktı idi. Son illər Türkiyə hakimiyyətinin siyasi iradəsi nəticəsində daxildə və xaricdə aparılan hərbi əməliyyatlarla PKK-YPG-PYD terror qruplaşmasına ağır zərbələr vurulmuş, Türkiyədə demək olar ki, terrorun kökü kəsilmişdi.

Ona görə də hər hansı bir xarici qüvvənin köməyi olmadan, Türkiyədəki terror hücrələrinin uzun müddət sonra yenidən öz imkanları hesabına aktivləşmək cəhdi inandırıcı görünmür. Böyük ehtimalla, aparılan araşdırmalar nəticəsində terrorun sifarişini verən əsas qüvvələrin adları məlum olacaq.

6 il sonra baş verən terror hadisəsinin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən cəmi 2 gün sonraya təsadüf etməsi isə olduqca maraqlı bir faktdır. Görünür, son illər Türk dövlətlərinin birləşmək istiqamətində atdıqları addımlar, bu coğrafiyada gedən siyasi proseslər kənar qüvvələrin maraqlarıyla ziddiyyət təşkil edir. Xüsusən də, Şimali Kipr Türk Cümhuriyyətinin ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində üzv seçilməsi başda Qərb ölkələri olmaqla elə ABŞ-ın özünü də narahat edir.

Bu mövzuyla bağlı siyasi şərhçi Asif Nərimanlı “AzPolitika.info”-ya şərhində bildirib ki, Süleyman Soylunun bu məsələdə ABŞ-ın adını hallandırması təsadüfi olmayıb: “Türkiyə tərəfi bu məsələdə əsas diqqəti YPG-yə yönəltməyə çalışır. YPG daha çox ABŞ-ın təsiri altında olan terror təşkilatı kimi tanınır. ABŞ rəsmiləri də bir neçə dəfə YPG-ni özlərinə müttəfiq hesab etdiklərini dilə gətiriblər. Belə olan halda YPG-li bir terrorçunun gəlib İstanbulda terror aktı törətməsi, təbii olaraq bütün diqqətləri ABŞ-ın üzərinə yönəldir”.

Ekspert xatırladır ki, bu prosesdə əsas məqam İstanbulun mərkəzində yeni terror aktının son altı il ərzində olmaması idi: “Bu illər ərzində Türkiyənin müxtəlif sərhəd bölgələrində terror aktları olsa da, sırf insanları hədəf alan belə bir hadisə baş verməyib. Son belə hadisə 2016-cı ilin 31 dekabrından 2017-ci ilin bir yanvarına keçən gecə olmuşdu. Bu hadisədən sonra uzun müddət böyük şəhərlərdə terror aktı qeydə alınmadı. Bu zaman təbii olaraq ortaya belə bir sual çıxır - niyə 6 ildən sonra birdən-birə İstanbulun mərkəzində terror aktı baş verdi?”

Ekspert hesab edir ki, bu müddət ərzində terror hadisələrinin olmaması Türkiyənin təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə bağlıdır: “Digər tərəfdən, biz ABŞ-dakı hakimiyyətə diqqət etməliyik. 2016-cı ildə - sonucu terror hadisəsindən sonra demokratlar hakimiyyətdən uzaqlaşdırıldılar. ABŞ-da respublikaçıların hakimiyyəti dövründə silsilə terror aktları səngiməyə başladı. Hamıya məlumdur ki, Türkiyə regional və geosiyasi proseslərdə ən əhəmiyyətli ölkələrdən biridir. Ona görə də davamlı olaraq bu ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün terror aktlarından istifadə edilir. Məqsəd terror üzərindən Türkiyədə qorxu yaratmaq və hər hansı bir siyasi addıma məcbur etməkdir”.

Ekspert qeyd edir ki, burada ümumi məqsəd daha çox daxili siyasətə yönəlib: “Yəni, sırf seçkiyə hazırlıq dövründə belə bir hadisə törədərək, nəticələrə təsir etməyə çalışırlar. Aydın məsələdir ki, Bayden administrasiyası ilə Türkiyənin arası o qədər də yaxşı deyil.

Türkiyə, həm Mərkəzi Asiyada, həm də Avrasiyada əsas aktiv gücə çevrilir. Belə bir məqamda təbii ki, xarici qüvvələr bu yaxınlarda baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə cavab olaraq bu hadisəni təşkil edə bilərlər. Həmçinin bildiyimiz kimi, hazırda Ankarada Rusiya ilə Ukrayna arasında gizli danışıqlar gedir. Hansı ki, mətbuatda da artıq bu məsələlər gündəmə gəlir və bu danışıqlarda əsas vasitəçi ölkə kimi Türkiyə göstərilir. Ona görə də Rusiya və Ukraynanın danışıqlar masasına oturmasını istəməyənlər və Ukraynada müharibənin bitməsindən narazı olanlar Türkiyə üzərindən belə bir terror aktı törədə bilərlər”.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, Səmərqənd görüşündən sonra İstanbulda terror aktının törədilməsi xeyli suallar yaradır: “Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”.

“Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq”, - deputat qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti