Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

Bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər. (Mənbə: TASS)
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərində dövlət hakimiyyəti məsələlərinin federal hakimiyyət orqanları ilə razılaşdırılması qaydası haqqında fərman imzalayıb.

Bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunan sənəddə deyilir.

Fərmanda deyilir ki, qərar dərc edildiyi gündən qüvvəyə minir.
Ardını oxu...
Taksimdə İstiqlal küçəsində qan içində olan Suriya milli terrorçusu Əhlam Əlbəşir səhər saatlarında evinə basqın zamanı yaxalanıb. Əlbəşirin üzərində “Nyu York” yazılmış başlıqlı, bənövşəyi paltarı bu gün Britaniya mətbuatında ən çox danışılan başlıq olub. Qəzet 2005-ci ildə Londonda qan tökməyə çalışan terrorçu qadın terrorçunun geyindiyi paltarın oxşarlığına diqqət çəkən fotoşəkilləri dərc edib.

İngiltərənin tabloid qəzetləri İstiklal küçəsində bombalı hücum həyata keçirdikdən sonra Küçükçekmecedəki evində saxlanılan suriyalı terrorçu Əhlam Əlbəşirlə bağlı bir detala diqqət çəkib.

“NEW YORK” T-SHORT

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Mirror” Əlbəşirin nəzarətə götürülərkən üzərində “Nyu York” yazılmış başlıqlı, bənövşəyi paltarını vurğulayırdı. Qəzet xatırladıb ki, Əlbəşirə oxşar paltarı 2005-ci ildə Londonda qan tökməyə çalışan terrorçu da geyinib.

Məqalədə deyilirdi: “Qadın terrorçu üzərində New York yazısı olan bənövşəyi rəngli kapüşonlu sviter geyinmişdi. Bu paltar Remzi Muhammedin 21 iyul 2005-ci ildə bombalı hücumu həyata keçirməyə cəhd edərkən geyindiyi qara sviterə bənzəyirdi. London metrosu, üzərində “New York”’ sözləri ilə.
 
Ardını oxu...
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan:
"İsrailin ikinci rəsmi dili ərəb dilidir. İranda isə İslam dövləti olmasına baxmayaraq rəsmi dil sadəcə fars dilidir.
İsrailin 17 faizi müsəlman ərəblər, 5 faizi də druz şiələri və digər məzhəbdən olan müsəlmanlardır. Bir sözlə 25 faizə yaxın müsəlman yaşayır. Hətta şiə, İsmaili təriqətindən olan druzlar hərbidə geniş xidmət edir, orduda generalları da var.
İran isə İsraili yer üzündən silməkdən dəm vurur. Bəs onda orada yaşayan müsəlman və şiələri, druzları da yəhudilərə qatıb siləcək, yoxsa elə bir silah kəşf edib ki, atanda ancaq yəhudiləri öldürəcək?
Belə baxanda İsrail İrandan daha çox müsəlmandır, İslama qarşı hörmətcildir. İranda ölkənin az qala yarı faizi türk dilli olmasına baxmayaraq İran nəinki ikinci dövlət dilini türk dili edir, hətta türk dilində məktəb belə açmağa qoymur.
Ancaq İsraildə 17 faiz ərəb yaşamasına baxmayaraq onların deputatları, geniş hüquqları var. Dilləri rəsmi dövlət dilidir.
Buradan aydın olur ki, İranın düşmənliyi təkallahlı dinlərə qarşıdır. Yəhudilər və müsəlmanlar təkallahlıdır. İsraildə yaşayan müsəlmanlar, druzlar da özlərini "müvəhhidun" (tövhid əhli) adlandırır. Lakin İran dinlərinə görə 20 dən çox tanrıçalar, minlərlə bütxanalar var.
İsraildə Yəhudilər və müsəlmanların hətta polisdə xidmət etdiyini, ibadət vaxtı yanaşı ibadət etdiyini görürük.
Ancaq İranda Bəhailər, sünnilər soyqırımına, repressiyaya məruz qalır, edam edilir. İndi də 15 min şiə və sünnini üsyana qatıldığına görə edam edəcək".
Talk tv
 
Ardını oxu...
"Türkiyədə törədilən dəhşətli terror hadisəsi bir sıra məqsədlər daşıyır. Türkiyə terrordan əziyyət çəkən dövlətdir. Eləcə də PKK/YPG-PYD dəstələri hər zaman Türkiyəyə qarşı məkrli planlar qururlar. Türkiyə bu istiqamətdə daim antiterror əməliyyatları keçirir".

Bu sözləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

"Azərbaycan da terrordan əziyyət çəkib, müxtəlif üsul və formalarla Azərbaycana qarşı da terror aktları həyata keçirilib. Qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür və beynəlxalq sülhə çox fəal üzvdür. Qardaş Türkiyə də terror hadisələrindən əziyyət çəkir. Düşünürəm ki, önümüzdəki il Türkiyə üçün çox əlamətdar olacaq. Həm Cümhuriyyətin elan olunmasının 100 illiyidir, həm də prezident seçkiləri keçiriləcək. Bununla yanaşı, Türkiyə bu il həm də bir sıra mötəbər tədbirlərin açılışını həyata keçirəcək – İstanbul boğazının açılışı, "Akkuyu" AES-in istifadəyə verilməsi Türkiyəni regional müstəvidə keyfiyyətcə yeni bir səviyyəyə qaldıracaq. Ona görə də Türkiyəyə qarşı məkrli planlar həyata keçirirlər. Lakin Azərbaycan hər zaman Türkiyənin yanında olub. Türkiyə hər zaman Azərbaycanın dəstəyinə güvənə bilər. Bizim həmrəyliyimiz dostlarımızı sevindirir, düşmənlərimizi çətin vəziyyətə salır. Bu böyük bəladan xilas olmaq üçün Türkiyənin yetərli gücü, qüdrəti var. Türkiyəyə qarşı bu alçaq, xain hücumu həyata keçirənlər mütləq şəkildə cəzalandırılacaqlar", - politoloq vurğulayıb.
 
 
 
Ardını oxu...
“Roskosmos”un keçmiş rəhbəri, hazırda Ukraynadakı müharibənin iştirakçısı olan Dmitri Roqozin Rusiyanın qələbəsinə qədər ön cəbhədə qalacağını bildirib.

O, bu barədə RİA “Novosti”-yə açıqlamasında deyib.

Roqozin qeyd edib ki, cəbhə xəttində o və tərəfdaşları hərbçilərin təchizat ehtiyaclarını öyrənir, bundan sonra vəziyyətin yaxşılaşdırılmasına kömək edirlər.

O, həmçinin əlavə edib ki, onun indi “Sarmat” deyə çağırırlar. Bu adı yoldaşları onun üçün fikirləşiblər. Bu, radio mübadiləsi çərçivəsində rabitənin rahatlığı üçün lazımdır.

Dünən məlum oldu ki, Dmitri Roqozin Luqanskda hərbçilərinə hərbi-texniki dəstək göstərən NVO zonasında bir qrup hərbi məsləhətçiyə rəhbərlik edir. Onun sözlərinə görə, təcrübəli müşavirlərdən və zəngin hərbi təcrübəyə malik ekspertlərdən ibarət “Çar canavarları” qrupu yaradılıb.

Xatırladaq ki, Roqozin 2022-ci ilin iyulunda “Roskosmos”dan ayrılıb. Onu bu postda Baş nazirin keçmiş müavini Yuri Borisov əvəzləyib.
 
Ardını oxu...
İstanbulda yaşanan partlayışa görə məsuliyyəti erməni terror təşkilatı - ASALA təşkilatı üzərinə götürüb
Bu barədə erməni telegram kanalları məlumat yayıb.
“Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, - deyə dövlət başçısı qeyd edib.

Ardını oxu...
İsrail İran və onun nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməlidir.

Bunu bazar günü İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu deyib.

“Terrorla güzəştə getmədən mübarizə aparmalıyıq. Həmçinin İran İslam Respublikasına, onun niyyətlərinə və təbii ki, nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməliyik”, -deyə Netanyahu bəyan edib.

Mənbə: TASS
 
Ardını oxu...
ABŞ Dövlət Departamenti İrana qarşı Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.

TEREF.AZ xatırladır ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:

“Onun (dövlət katibi Entoni Blinken) azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.

Ned Praysın açıqlaması göstərir ki, İranın Cənubi Qafqazda hərbi və diplomatik fəallığını artırmaq səyləri, həmçinin Azərbaycana qarşı təzyiqləri artıması Vaşinqtonda narahatlıqla izlənir. Ona görə də ABŞ İran rejiminin regionda artan təhdidlərinə müşahidəçi qalmaq niyyətində deyil. Hətta zərurət yaranacağı təqdirdə, ABŞ İranın bölgədə hərbi aktivliyinin qarşısını almaq üçün proseslərə birbaşa müdaxilə edə bilər.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-İran probleminin həllində Güney Azərbaycan məsələsinin vacibliyini nəzərə alır:

“Dövlət Departamentinin Azərbaycana dəstəyi də bununla bağlıdır. Hesab edirəm ki, Ned Praysın söylədiyi fikirlər Prezident Co Baydenin "Biz İranı xilas edəcəyik" bəyanatının davamıdır.

Çünki ABŞ Prezidentinin bəyanatı yalnız İranda rejim dəyişikliyini nəzərdə tutmur. Bu isə o deməkdir ki, İranda yaşayan xalqlar azadlıq əldə etdikdə nəyə üstünlük verəcəklər? Onlar öz müqəddaratanı təyinetmə və insan haqları məsələləri ön plana çıxacaq. Şübhəsiz ki, bu da ABŞ-dan çox aydın görünür. Son zamanlar ABŞ-da məskunlaşmış xalqların çıxışlarına baxdıqda, Güney Azərbaycan məsələsinin önə çıxdığını və "qırmızı xətt" kimi keçdiyini görmək olar. Azərbaycan türklərinin çoxluğu və onların öz müqəddəratını təyinetmə istəkləri aydın şəkildə ifadə olunur.

Bütün bunlar ABŞ Dövlət Departamentində və digər hakimiyyət qurumlarında müzakirə olunur. İranın gələcəyində Güney azərbaycanlıların mövqeyi nəzərə alınacaq. Onlar öz dövlətlərinimi quracaq, yoxsa vahid dövlətdəmi yaşamq istəyəcək? ABŞ istiblişmenti həmin coğrafiyada azərbaycanlıların iştirakı olmadan İran məsələsini çözməyin qeyri-mümkün olduğunu nəzərə alır. Qərbdəki ekspertlər də anlayır ki, Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olması İran adlı dövlətin mövcudluğuna son qoyulması, bu ölkədə yaşayan xalqların, ən əsası isə Güney Azərbaycan türklərinin öz milli dövlətini qurması ilə mümkün ola bilər. Yaxın Şərqdəki münaqişələrin 90 faizinin arxasında İran dayanır. Əgər İran olmasa, müstəqil, demokratik bir Güney Azərbaycan dövləti yaranarsa, bu münaqişlər aradan qalxacaq. Bütün bunları Qərbdə də aydın görürlər.

İranın Azərbaycan Respublikasına təzyiqləri də məhz güney məsələsinə görə quzeyi qorxutmaq məqsədi daşıyır. ABŞ da bilirlər ki, bu aqressiyanın kökündə İranın Güney Azərbaycanın istiqlaliyyətindən qorxması dayanır. Ona görə də İran şimaldakı Azərbaycan Respublikasını çəkindirməklə Güney Azərbaycanı bu mübarizədə tək buraxsın. Əgər Azərbaycan Respublikası Güney Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsiliyinin təmin edilməsi ilə bağlı BMT Təhülkəsizlik Şurasına müraciət etsə və beynəlxalq səviyyədə addım atılsa, bu, İranın parçalanmasına gətirib çıxaracaq.

İranın daxilində aparıcı xalqlardan biri azərbaycanlılar olduğuna və həmin xalqın qonşuluqda müstəqil dövləti olduğuna görə İran bundan çəkinir. ABŞ-ın da bu açıqlaması ilk növbədə, Azərbaycana dəstəkdir. İkincisi, rəsmi Vaşinqton anlayır ki, Azərbaycanın iştirakı olmadan bu problemi həll etmək mümkün deyil. Ona görə də ABŞ-ın bu məsələdə Azərbaycanla bir yerdə olması problemin asan və az itki ilə həllinə gətirib çıxaracaq.

Düşünürəm ki, İrandakı insanlara qarşı baş verən zorakılığın qarşısını almaq üçün beynəlxalq koalisiya və siyasi platforma yarana bilər. Azərbaycan dövləti də bu platformada mühüm yer ala bilər. Hələlik, bunun müzakirəsi gedir, nəbz yoxlaması aparılır. Çünki İran aksiyalarda həbs olunmuş 15 minə yaxın insanın həbsinə hazırlaşır. Beynəlxalq ictimaiyyət buna biganə qala bilməz. Həmin insanların ölümünə görə hər bir ölkə məsuliyyət daşıyacaq. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə tədbirlər görüləcək".

Ned Praysın açıqlaması İranın Cənubi Qafqaza, o cümlədən Azərbaycana yönəlik təhdidləri ilə bağlı rəsmi Bakı ilə müzakirələr apardığını deməyə əsas verir.

Xaqani Cəfərlinin sözlərinə görə, hazırda xarici işlər nazirlikləri səviyyəsində aparılan danışıqların dövlət başçıları arasında davam etdiriləcəyi istisna olunmur:

"Bu müzakirələr öncə ABŞ-ın Yaxın Şərqdəki üç əsas müttəfiqi olan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı səviyyəsində aparılır. Entoni Blinkenin Ceyhun Bayramovla İran təhlükəsi barədə danışması sonuncu mərhələdir. Mənim qənaətimcə, məsələ ABŞ-ın regional tərəfdaşları ilə baş tutub.

Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələrdən sonra danışıqların ABŞ-ın Dövlət katibi ilə aparılmasına ehtiyac yaranıb. Artıq Blinkenlə Bayramov arasında müzakirələrin yekunu ilə bağlı fikir səslənib. ABŞ artıq prosesin yekun mərhələsinə daxil olub. Vaşinqton hər hansı prosesə birbaşa müdaxilə etmir. Əvvəlcə həmin məsələni regiondakı müttəfiqləri və tərəfdaşları vasitəsilə araşdırır, müəyyən qədər irəlilədikdən sonra isə özü qoşulur. Entoni Blinkenin Ceyhun Bayramovla söhbəti də bu prosesin uğurla nəticələndiyini göstərir. Belə olmasa idi, müzakirələrə ehtiyac qalmazdı. Bundan sonra məsələnin prezidentlər səviyyəsində müzakirə olunması mərhələsi qalır. Yəni prezidentlər görüşərək qərarlar qəbul etməlidir".
 
 
 
Ardını oxu...
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.

“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - o əlavə edib.

“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - deyə, Nikol Paşinyan sual edib.

Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib.

“Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım”, - Paşinyan qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti