Ardını oxu...
Fransa Prezidenti Emmanuel Makron hücuma məruz qalıb.

O, bu dəfə ölkədəki böhrana görə tənqid olunub.

Fransanın siyasi və iqtisadi vəziyyətinə görə yaranmış böhrana etiraz edən qadın Prezidenti şillələyib.

Görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb.

Ölkədəki bütün seçki məntəqələri bağlanıb.

Qeyd olunub ki, səslərin hesablanması başlayıb. Seçici fəallığının ilkin yekunlarını ölkənin Mərkəzi Seçki Komissiyası 1 saat sonra açıqlayacağı gözlənilir.
 
Ardını oxu...
İstanbulun İstiqlal küçəsində baş verən terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində daha 2 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, həbs edilən şəxslər terroru törətməkdə şübhəli bilinən Əhlam Əlbəşir, həmçinin fərari şübhəli Bilal Hassanı Türkiyəyə qanunsuz keçidini təmin etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.

İstintaq təbdirləri nəticəsində bundan öncə 8 nəfər saxlanılıb.
 
Ardını oxu...
Beynəlxalq hüquq üzrə ekspertdən erməniləri məyus edəcək maraqlı açıqlama
Noyabrın 15-də üzvlərinin mütləq əksəriyyəti erməni lobbisinə satılmış Fransa Senatı öz tarixində növbəti rüsvayçı sənədə səs verdi. Beynəlxalq hüquqa kobud şəkildə sayğısızlıq edərək, Azərbaycan əleyhinə daha bir riyakar, real faktlara və gerçəkliyə deyil, hüquqi, tarixi əsası olmayan, başdan-ayağa erməni yalanlarına əsaslanan fitnəkar qətnamə qəbul elədi. 1993-cü ildə Fransa ilə imzalanan ikitərəfli sülh müqaviləsini ayaqaltı edərək ərazi bütövlüyümüzü şübhə altına qoydu.

Amma hələ ki, Fransa prezidenti Emmanuel Makron öz imzası ilə onu təsdiqləməyib. Təsdiqləyəcəkmi? Makronun nə qədər vaxtı qalıb qərar vermək üçün? Prosedur necədir? Bəs Fransanın pisliyinə Azərbaycanın reaksiyası necə, adekvatdırmı? Ümumiyyətlə Fransanın Azərbaycana qarşı təxribatlarını necə durdurmalı? Bu xüsusda Fransaya qarşı Milli Məclisin hökumətə etdiyi təkliflərdən hansıları həyata keçirilə bilər?

Həmin təkliflər aşağıdakılardır:

* Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

* Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.

* Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.

* Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.

* Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.

* Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

* Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

* Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

Daha bir detal: Prezident Makronun xələfi nə vaxtsa bu sənədləri, o cümlədən qondarma “atsax”ın tanınması haqda olan 25 noyabr 2020-cil qətnaməsini təsdiqləmək hüququna malikdirmi?

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Senatın Azərbaycana qarşı qəbul etdiyi qətnamənin Fransa Prezidenti tərəfindən imzalanmasına ehtiyac yoxdur. Çünki qanun mahiyyətində olan, qanun layihəsi sayılan sənədləri ölkə prezidentinin və ya baş nazirin təsdiq eləməsi tələb olunur: “Senatın qəbul etdiyi qətnamə qanun mahiyyətində olan sənəd deyil, qanun layihəsi də deyil. Bu, sadəcə direktiv kimi siyasi bəyanat, tövsiyə xarakterli hüquqi qüvvəsi olmayan bir sənəddir. Odur ki, bu qəbildən olan sənədlərin Prezident və ya hökumət başçısı tərəfindən imzalanması proseduru, tələbi yoxdur. Qanun mahiyyəti daşıyan sənədləri isə Fransa parlamentinin hər iki qanadı qəbul eləməlidir. Fransada həm Milli Məclis var, həm də Senat. Əgər bu qanun mahiyyəti daşıyan sənəd olsaydı onların hər ikisində səsvermədən keçərdi, qəbul olunardı və bundan sonra təsdiq üçün prezidentə təqdim olunardı. Bütün bunlar da olmadığı üçün Senatın qəbul etdiyi o sənədin hüquqi qüvvəsi yoxdur. Bu, sadəcə, bir çağırışdır, siyasi bir sənəddir, hüquqi sənəd deyil, hüquqi nəticələr yaratmayan bir sənəddir. Hökumət oradakı çağırışlara əməl edə də bilər, etməyə də bilər. Senatın hökumətə etimadsızlıq göstərməsi də Fransa qanunvericiliyində əksini tapmır. Hökumətə etimadsızlıq üçün Milli Məclisin rəyi - razılığı olmalıdır”.

Fərhad Mehdiyev qeyd etdi ki, Azərbaycan dövlətinin Fransa Senatının qəbul etdiyi sənədə reaksiyası, cavab addımları istiqamətində Milli Məclisin hökumətə tövsiyələri adekvatdır və düzgündür: “Azərbaycanın əsas məsələsi 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icra edilməsinə nail olmaqdır. Gündəmdə iki əsas məsələ var. Biri Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilib bölgədən çıxarılması, ikincisi isə Şərqi Zəngəzurdan Naxçıvana gedən xəttin açılması. Bu iki məsələdə konkret nəticə əldə olunmağa çalışılır. Fransanın və Ermənistanın istədiyi isə bunun qarşısını almaqdır.

Azərbaycan Milli Məclisinin Azərbaycan hökumətinə verdiyi təkliflərdə nəzərdə tutulan məsələlər isə Fransaya adekvat cavabdır. Orada qeyd olunan məsələlərin demək olar ki, hər birini Azərbaycan istəsə həyata keçirə bilər. Lakin hətta Milli Məclisin bu cür tövsiyə xarakterli sənəd qəbul etməsinin özü Azərbaycanın Fransaya qarşı addımlar atmaq üçün əlində kifayət qədər arqmentlərinin və faktlarının olduğunu göstərir. Bununla Bakı Parisə çatdırmış oldu ki, Azərbaycana qarşı Fransanın davranışından çox ciddi şəkildə narazıdır. İqtisadi münasibətləri dayandırmaq barədə düşünmək lazımdır. Amma məsələn, səfirimizin məsləhətləşmələr üçün geri çağırılmasına bu gün getmək olar. Həmçinin Azərbaycan sədri olduğu Qoşulmama Hərəkatında Fransanın zaman-zaman dünyanın müxtəlif xalqlarına qarşı həyata keçirdiyi qətliamlara münasibət bildirilməsi kimi məsələləri də rəsmi şəkildə qaldıra, müzakirələrə bu istiqamətdə sənəd təqdim eləyə bilər. Türk Dövlətləri Təşkilatında da eyni məsələləri qaldıra və burada xüsusi sənədin qəbuluna da nail olmaq asandır. Eyni zamanda Fransanın Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətləri, xüsusən də “Total”şirkətinin həyata keçirdiyi fəaliyyət, onların öz öhdəliklərini necə yerinə yetirdikləri məsələsinə baxmaq mümkündür".

Ekspert vurğuladı ki, Fransa Azərbaycanın yaxın qonşuluğunda yerləşən İranın təzyiqlərinə necə sərt reaksiya verdiyini unutmamalıdır: “İran Azərbaycana təzyiq üçün Ermənistanı dəstəkləmək istədi. Amma Azərbaycanın reaksiyası İranın gözlədiyindən sərt oldu. İranın Azərbaycana və Ermənistana təsir vasitələri Fransanın təsir vasitələrindən daha çoxdur. Fransa düşünsün ki, İrana bu cür reaksiya göstərən dövlət Fransaya necə reaksiya göstərər. Ona görə də Fransanın istər indiki rəhbərliyi, istərsə də bundan sonra gələcək rəhbərləri bu məqamları nəzərə almalıdırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 
Ardını oxu...
Bir müddətdir Cənubii Qafqazda suyu bulandıran qüvvələr haqqında müxtəlif fikirlər söylənir. Kimi Fransa, kimi ABŞ, bir qismi isə illərdir regiondan əlini çəkməməkdə israr edən Rusiyanı bölgədə sabitliyi pozmaqda ittiham edir.

Ötən gün isə Prezident İlham Əliyev açıq mətnlə Rusiyanın bölgədəki planlarından xəbərdar olduğuna işarə edib.

Mİllər vəkili Hikmət Babaoğlunun sözlərinə görə, son dövərdə Rusiya postsovet məkanında münasibətdə yeni siyasi texnologiya tətbiq edir:“Rusiya oliqarxlarını müxtəlif formada bu məkanlara göndərərək onlar vasitəsi ilə regionlarda hakimiyyət əldə etməyə çalışır”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kolorado-Sprinqsdə (ABŞ) keçirilən konfransda Amerika sığorta agentləri və brokerləri qarşısında çıxışına görə 276 min 130 funt-sterlinq (təxminən 316 min avro) alıb.

Bu barədə Britaniya reyestrində məlumat verib.

Qeyd edilib ki, Conson 30 dəqiqəlik çıxış və 45 dəqiqəlik kamın başında söhbət də daxil olmaqla səkkiz saat yarımlıq iş üçün bu məbləğdə qonorar alıb.

Bununla da keçmiş baş nazirin qonorarı saatda təxminən 32500 funt-sterlinq (37 min avrodan çox) təşkil edib.

Mənbə: “Bild”
 
           
Ardını oxu...
Ukraynaya qarşı istifadə edilən silahlar İrandan Rusiyaya mülki təyyarələrlə daşınıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilir ki, Avstriyanın “Aviasiya” jurnalı və Britaniyanın “Forbes” jurnalı noyabrın 16-da bununla bağlı xəbər dərc edib. Xəbərdə İranın 4 mülki aviaşirkətinin Rusiyaya İran hərbi texnikasının göndərilməsində əməkdaşlıq etdiyi qeyd edilib.

“İran Air”, “Mahan Air”, “Qeshm Fars Air” və “Səha Air” şirkətlərinə məxsus 4 ədəd “Boeing 747” təyyarəsi silahları, o cümlədən “Shahid-136” kamikadze dronlarını Rusiyaya daşıyıb. Adıçəkilən iki nəşr araşdırmaçı jurnalistlərin ilk dəfə noyabrın 12-də Britaniyanın “İ” jurnalında dərc edilmiş və iki gün sonra yenilənmiş hesabatına istinad edib. Jurnalistlər araşdırmaları zamanı müəyyən ediblər ki, İran şirkətlərinin mülki təyyarələri Tehranla Moskva arasında azı 70 dəfə uçuş edib və Rusiyaya İran istehsalı olan silahlar daşıyıb.

Araşdırmanın nəticələri göstərir ki, bu il fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan bəri İranın mülki təyyarələri ilə Rusiyaya silah daşınması həftədə iki dəfə həyata keçirilib.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində fransız həmkarı Emmanuel Markonla aralarında olan dialoqdan danışıb.

Xarici KİV-lər xəbər verir ki, Ərdoğan Makrona deyib:

“Emmanuel bəzi yerlərdə mənə sataşırsan. Daha əvvəl də bunu danışmışdıq”.

Makron cavab verib: “Sən dedin ki, “xanımlar çox yaxşı anlaşır. Lakin biz anlaşa bilmirik”. Yox, yox. Biz də anlaşa bilirik. Bu gün burada çox yaxşı müzakirələrimiz oldu”.

Ərdoğan isə deyib: “Bundan sonra da belə davam etsin. Hər hansı problemin olmasına imkan verməyək”.

Qeyd edək ki, dünya lideriləri G20 zirvəsində iştirak etmək üçün İndoneziyada səfərdə idi. \\Metbuat
 
Ardını oxu...
“Türkiyənin Orta Asiyadakı fəaliyyəti müvəqqəti xarakter daşıyır. Dünya çoxqütblü olan kimi Ankara Avropa İttifaqında almanların təsiri altına düşəcək”.

Bu barədə Tatarıstanda yerləşən rus xarici kəşfiyyatına aid beyin mərkəzinin hazırladığı analitik materialda deyilir:

“Türkiyə Transqafqaz və Mərkəzi Asiyada inteqrasiya layihələrini getdikcə daha çox təşviq edir. Bununla bağlı Ankaranın Moskvanı vaxtilə ona məxsus olan ərazilərdən uzaqlaşdıracağına dair qorxular artır. Bəs Rusiya Türkiyəni rəqib kimi görməlidirmi? Kremlin türkdilli qonşularını ram etməyə gücü çatacaqmı?

Rus xarici kəşfiyyatına aid beyin mərkəzləri hesab edirlər ki, Ukraynadakı son hadisələrə qədər Rusiya ilə Türkiyə arasında münasibətlər artıq mürəkkəb idi. Bir tərəfdən, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq möhkəmlənirdi. Digər tərəfdən, Bəşər Əsədə görə iki ölkə arasında ciddi fikir ayrılıqları yaşanırdı. Keçmişdə Suriya Osmanlı İmperiyasının bir vilayəti idi. Və bir vaxtlar SSRİ-nin bu ərəb respublikasında mövcudluğu türkləri narahat edirdi. Ümumiyyətlə, Ankaranın Moskva ilə rəqabətinin uzun tarixi mövcuddur. İki imperiyanın qarşıdurmasını kənara qoysaq, sovet dövründəki münasibətləri də gərgin hesab etmək olar. İkinci Dünya Müharibəsi illərində Moskva Ankaranın Alman İttifaqına qoşulub cənubdan Rusiyaya hücum edəcəyindən qorxurdu. Xoşbəxtlikdən bu baş vermədi. Yeri gəlmişkən, Karib böhranı da Türkiyəsiz ötüşmədi. ABŞ orada termonüvə raketlərini yerləşdirdi, SSRİ isə yalnız cavab tədbiri olaraq öz raketlərini Kubaya göndərdi. Türkiyə indi Soyuq Müharibə dövründə olduğundan daha müstəqildir. Beləliklə, o, öz bölgəsində manevrlər edir. Bu isə Rusiya ilə münasibətlərin yenidən kəskinləşməsinə yol açır. Biz (Rusiya –red) türklər üçün Akkuyu AES tikməyə, onlara qaz tədarükünü artırmağa davam edirik. Lakin Ankara bizə qarşı düşmənçilik edir. O, bizim hərbi müdafiə apardığımız Ukraynanı hər cür dəstəkləyir, Kiyevə bayraqtarlar və digər hərbi texnikalar satır. Görünür, türklər “taxıl sövdələşməsi” ilə bizə təzyiq göstərir. Qarabağda və Mərkəzi Asiyada bizim nüfuzumuz sarsıdılır. Ancaq eyni zamanda, Rusiya-Türkiyə taktiki ortaqlığına gətirib çıxaran qarşılıqlı maraq hazırda aktualdır. Baxmayaraq ki, bu yalnız müəyyən bir müddət üçün keçərli olacaq. Daha sonra yollarımız çox güman ki, ayrılacaq. Moskva regionun müstəqil siyasi və hərbi mərkəzinə çevriləcək, Ankara isə Almaniyanın başçılıq etdiyi Avropa Birliyinə üz tutacaq.

TÜRKİYƏNİN MƏRKƏZİ ASİYADA PERSPEKTİVLƏRİ QALMAYIB

Sözügedən beyin mərkəzinin analitikləri hesab edirlər ki, Sovet imperiyası dağılandan dərhal sonra SSRİ-nin türkdilli respublikalarına fəal şəkildə nüfuz etməyə başlanıldı. 1990-cı illərdə Türkiyə milli dövlətçiliyin qurulmasında Qazaxıstana fəal kömək etdi. Ankara Türküstandakı müsəlman ziyarətgahının bərpasında qardaş xalqa dəstək oldu, Qazaxıstanın keçmiş paytaxtında dəbdəbəli otel tikdi. Yeri gəlmişkən, Türkiyə indi də bu respublikanın iqtisadiyyatına sərmayə qoymağa davam edir. Ötən il Ankara Almatı Beynəlxalq Hava Limanının sahibi olub. Ancaq Türkiyənin Astanaya, eləcə də Orta Asiyanın digər paytaxtlarına təsiri azdır. Keçən il Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən sammitində prezident Ərdoğan öz arzusunu bölüşdü: “Altı dövlət, bir millət”. Və aydındır ki, Türkiyə türk xalqlarının lideri rolunda olmağa çalışır. Lakin bu təşəbbüs əlaqəli ölkələr arasında dəstək görmür. Əslində, Mərkəzi Asiyanın region kimi birgə qərarlara böyük ehtiyacı var. Beş dövlətin ərazisində SSRİ-dən miras qalan vahid su-elektrik sistemi mövcuddur və o, birgə idarə olunmalıdır. Bu arada Mərkəzi Asiya ölkələri arasında sərhəd mübahisələri və digər ziddiyyətlər iqtisadi birliyə nail olmaq yolunda ciddi maneə kimi qalır. Aydın bir liderin olmaması beş paytaxtın müəyyən konsensusa nail olmasına əngəl yaradır. Və burada “böyük qardaş” rolunu hələ də Moskva oynayır. Rusiya bufer zonaya çevrilən Transqafqaz və postsovet respublikalarında münaqişələrdən yayındığı üçün Ankara özünü regional lider kimi fəal şəkildə təklif etməyə başladı. Amma nə qədər çalışsa da, bunun üçün kifayət qədər siyasi çəkisi yoxdur. Və hamı bunu görür. Qeyd etmək lazımdır ki, qazaxlar əslində “türkləşməkdən” yox, kimliklərini itirməkdən qorxurlar. Əslində ortaq türk yurdu qurmaq naminə region ölkələri çoxdan öz dillərini bütövləşdirə bilərdilər. Amma bu baş vermədi. Hətta bir-birinə çox yaxın olan qazax və qırğız dilləri də ortaqlaşmaq istəmədi. Maraqlıdır ki, postsovet türk xalqlarının nümayəndələri indi də bir-biri ilə rus dilində ünsiyyət qururlar. Baxmayaraq ki, rəsmi səviyyədə onlar getdikcə daha çox ingilis dilindən istifadə etməyə çalışırlar. Və nə olursa-olsun, keçmiş SSRİ ərazisindəki türk “qohumları” Ankaranı “böyük qardaş” kimi tanımırlar. Onlar ancaq Türkiyədən sərmayə gözləyirlər, boru kəmərlərinin çəkilməsi və sairə. Onlar üçün türk qardaşlığı iqtisadi əməkdaşlıqdan ibarətdir.

DÜNYANIN YENİ DÖNÜŞÜ

Dünya düzənindəki tektonik sürüşmələr sonda yeni qütblərin yaranmasına gətirib çıxaracaq. Çox güman ki, keçmiş region mərkəzlərinin gücləndirilməsi baş verəcək. Yeni qütblər öz təsirlərini valyuta, elm-təhsil, sənaye-texniki, ticarət və logistika zonalarında genişləndirəcək ki, bu da mümkün qədər əhatəli olmalıdır. Yeni dünyada əlbəttə ki, “qeyri-dövlət”, aralıq və bufer zonalardan ibarət boz zonalar qalacaq. Onların liderləri “çoxvektorlu” siyasət həyata keçirəcəklər. Amma ümumilikdə dünya böyük dövlətlərin təsir dairələrinə bölünəcək. Nüvə silahına və nəhəng resurslara malik Rusiyanın vaxtilə Qızıl Ordanın, daha sonra isə SSRİ-nin tərkibində olan Avrasiya məkanlarının, ölkələrin və xalqların toplaşma mərkəzinə çevrilmək üçün hər cür şansı var. Çoxqütblü reallıqda Türkiyənin yerinin necə olacağını indidən güman etmək olar. Ankara təbii ki, bufer zonası, “qeyri-dövlət” olmayacaq. Amma müstəqil qütb də formalaşdıra bilməyəcək. Türkiyə prezidenti bunun fərqindədir və beynəlxalq vəziyyətdən yararlanaraq vaxtilə unudulan Avropa Birliyinə üzv olmaq üçün Almaniya ilə dialoqu bərpa edir. Çox güman ki, ilk mərhələdə Ərdoğan həm almanlarla, həm də amerikalılarla müttəfiqlik münasibətləri quraraq və “çoxvektorlu” siyasəti davam etdirəcək. Onların Britaniya ilə qarşılıqlı əlaqədə böyük təcrübələri var. Dünyanın nə dərəcədə dəyişəcəyini təsəvvür etmək hələ çətindir. Ehtimal edilir ki, tam yeni mərkəzlər yarana bilər. Türk xalqları və müsəlmanlar birləşə bilər. Və bu birliklərdə Türkiyənin liderə çevrilmək şansı olacaq. Odur ki, ən ağlasığmaz ittifaqlar mümkündür. \\KONKRET.az
 
 
 

Dünyapress TV

Xəbər lenti