Ardını oxu...
Mövcud vəziyyətin davam etməsi sosial çöküşün əsaslarını hər an daha da genişləndirir.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın sabiq Prezidenti Məhəmməd Hatəminin “Instagram” səhifəsində dərc olunan açıqlamasında bildirilib.

Məhəmməd Hatəmi İranın İslam Respublikasının idarə üsulunu “yanlış və düzgün olmayan” adlandırıb. O, “xalqın pis vəziyyətini görməməyi və ya inkar etməyi” tənqid edib.
 
Ardını oxu...
Rusiyalı hüquq müdafiəçisi Mark Feygin ehtimal edir ki, Putini bunkerdə dəfn edəcəklər ki, xalqı diktatorun görkəmi ilə qorxutmasınlar. Vəkil həm də inanmır ki, Rusiya Federasiyasının Prezidenti Donbasa səfər etsin.

«Yox, o heç yerə getməyəcək. Ən yaxşı halda onlar haradasa Luqansk ətrafında hansısa bir səngərcik tikəcəklər və adamları oraya aparacaqlar. İki dəqiqə onun görüşünü kütlə ilə təşkil eləyib oxşadacaqlar. Heç nə olmayacaq, hamısı aldatma olacaq, ona görə də hansısa feyk xalanı hansısa administrasiyadan gətirəcəklər, real analar isə... Hər yerdə fırıldaq» - Feygin deyir.

Vəkil qeyd edib ki, Zelenski ön cəbhəyə gedib, Putin isə - sadəcə qorxaq adamdır.

«Zelenski əsgərlərin yanına gedir, onları təltif edir, Xersona gəlir, Xerson sakinləri onu qarşılayırlar, hansısa saxta adamlar yox, şəhərin real sakinləri. Putin bunu edə bilməz. O, qorxaq adamdır, birincisi, o, gerçəkdən çox kövrəkdir… İkincisi isə baxın: nəyi göstərsinlər? Mən artıq dəfələrlə demişəm, real Putin - 80 yaşlı solğun qocadır» - Feygin deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, əsl Putini rus əsgərlərinə göstərmək istəmirlər, çünki onlar səngərdə ölmək arzusunu itirərlər.

«Yumşaq desək, Putinlə görüşün effekti şübhəli olar. Xüsusilə də əgər onu qeyri-nüvə çemodanı ilə müşayiət etsələr» - vəkil əmindir.
 
Ardını oxu...
Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcək və onları Finlandiyaya yönləndirməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas bildirib.
Ətraflı

“Biz Finlandiya ilə danışdıq ki, artıq Ukraynadan olan qaçqınlara bu şəkildə kömək edə bilmirik və onlar daha çox qaçqın qəbul edə biləcəklərini bildiriblər”, - Kallas bildirib.

Baş nazirin fikrincə, Ukraynada baş verən son hadisələr qaçqınların yeni dalğasına səbəb olacaq.
 

Ardını oxu...
"İranda əxlaq polisinin ləğv olunması xalqın mübarizəsinin göstəricisidir".

DİA.AZ bildirir ki, bunu Ağ Partiya sədri Tural Abbaslı Sitat.info-ya açıqlamasında deyib.
"İranda baş verən xalq etirazları günü-gündən böyüyür. Bu etirazların nəticəsi olaraq əxlaq polisinin ləğv olunmasını göstərə bilərik. Bu xalqın mübarizəsinin göstəricisidir. Artıq, molla rejimi başa düşüb ki, daxildəki repressiyalarla və ya insanları güllələməklə, edam etməklə nəyisə düzəldə bilməyəcək. Elə buna görədir ki, güzəşt etməyi seçdi".

T.Abbaslı hesab edir ki, əxlaq polisinin ləğv edilməsi heç də oradakı hərəkatın sakitləşməsinə səbəb olmayacaq: " Çünki insanlar təkcə əxlaq polisinin davranışına yox, rejimin özünə etiraz edirlər. Rejimin onları hüquqsuz, ədalətsiz idarə etməsinə qarşı çıxırlar. Etirazçıların tək istədiyi normal bir qurumdur. İranlı qadının ölümü bu aksiyalara bir qığılcım oldu. Bu etirazların nə qədər davam edəcəyini demək mümkün deyil. Bunun üçün tezdir".

Partiya sədri hesab edir ki, istənilən hərəkat bizə xeyirdir: "Daxildəki qarşıdurmalardan fikir yayındırmaq üçün qonşu ölkələrədə hücum edir. Əsasəndə Azərbaycana. Bu etirazların səbəbkarı kimi Amerikanı, İsraili və onların dırnaqarası müttəfiqlərini göstərir. Əslində burda Azərbaycanı işarət edir. Düşünmürəm ki, bu çıxış yoludur. Hərhalda fars-mollarejiminin vəziyyəti qəlizdir".
 
Ardını oxu...
Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edilib.

Bu barədə “Report” “CNN”ə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, bu qərara əsas kimi yerli sakinlərin Pekinin Böyük Britaniyadakı diplomatik fəaliyyətindən qorxması göstərilib.

Sakinlər hesab edirlər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqinin bu sıx məskunlaşdığı hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

“Komitə sakinlərin və turistlərin təhlükəsizliyinə, tarixi irsə, polis resurslarına və ərazidə həddən artıq sıxlığa təsirlə bağlı narahatlıqlar səbəbindən ərizəni rədd etmək qərarına gəlib. Artıq son qərar qəbul edilməzdən əvvəl ərizə London merinə təqdim olunacaq” -məlumatda deyilir.
 
Ardını oxu...
“Yaxın ətrafı Putindən real vəziyyəti gizlədir, mən belə ondan daha məlumatlıyam”.

ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya tərəfinin Ukraynadakı hərbi əməliyyatları “azaldılmış templə” apardığını və Ukrayna qüvvələrinin qarşıdakı aylarda daha parlaq perspektivlərə malik ola biləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniya ştatının Simi-Velli şəhərində keçirilən Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı deyib.

Hayns Rusiya prezidenti Vladimir Putinin müşavirlərinin ondan hərbi əməliyyatların inkişafı ilə bağlı xəbərləri gizlətdiyini qeyd edib. ABŞ Kəşfiyyatının rəhbərinin iddiasına görə, Rusiyada hərbçilərin üzləşdiyi problemlərdən onun daha çox xəbəri var.

“Lakin bizə hələ də aydın deyil ki, o bu mərhələdə belə ordusunun hansı problemlərlə üzləşdiyini tam başa düşürmü”, - deyə, Avril Hayns maraqlı sual ünvanlayıb.
 
Ardını oxu...
Türkiyə Ukrayna böhranının həlli üçün Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək. Eyni zamanda, biz bunun xeyli vaxt aparacağına əminik.

Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Müasir reallıqları nəzərə alsaq, danışıqların dərhal baş tutması ehtimalı azdır. Lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, - deyə Kalın bəyan edib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna ilə yaxın münasibətlər saxlayan Türkiyə Ukraynada münaqişənin davam etdirilməsində maraqlı deyil. (Mənbə: TASS)
 
 
 
Ardını oxu...
Güney Azərbaycan şəhərlərində divarlara Güney Azərbaycan Milli Mübarizə Hərəkatının bayrağı çəkilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İran hökumətinin hər dəfə milli bayrağın rəsmini silməsinə reaksiya verən milli fəallar yazıblar: “Nə qədər silsəniz də divarları, yenə yazacağıq!”
 
 
Ardını oxu...
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalından son terror hücumlarına qarşı effektli hava əməliyyatları həyata keçirib. Terroru öz mənbəyində bitirmək istəyən Ankara indi quru əməliyyatı üçün hazırlıqlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Foreign Policy” qəzeti Türkiyə Silahlı Qüvvələrinin əməliyyat əzminə diqqət çəkib.

Nəşr bu durumun Co Bayden administrasiyası üçün diplomatik böhran olduğunu yazıb.

“Noyabrın 30-da ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə qüvvələrinin Suriyaya genişmiqyaslı hücumunun qarşısını almaq üçün Ankaraya zəng edib”, - məqalədə bildirilir.

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefrinin müdafiə naziri Hulusi Akarla şəxsən görüşmək üçün Ankarada olduğu da qeyd edilib.

Nəşr qeyd edib ki, ABŞ əvvəllər də oxşar danışıqlarla Türkiyənin hərbi əməliyyatlarının qarşısını ala bilməyib. Qəzet ABŞ-ın bu dəfə də Türkiyəni dayandıra biləcəyinə şübhəylə yanaşır.

ABŞ müdafiə nazirinin keçmiş müavini Mik Mulroy isə hesab edir ki, Türkiyənin özünü müdafiə etmək hüququ var.

Bununla belə, Mulroy PKK/PYD/YPG/SDQ terror təşkilatını “ABŞ-ın tərəfdaşı” adlandırıb:

“Partnyorumuza hücum edirsə, onların da əli olduğuna dair sübut təqdim etməlidir. Əgər bacarmasalar, ABŞ bu əməliyyatları dayandırmaqda israrlı olmalıdır”.

Digər tərəfdən, “Foreign Policy”nin mövzu ilə bağlı məqaləsində “işğal” sözünü işlədərək Türkiyəyə qarşı təsəvvür yaratmağa çalışdığı da nəzərdən qaçmayıb.
 
Ardını oxu...
İspaniya polisi Madriddəki Ukrayna səfirliyinin binasını yenidən mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Radio y Television Espanol” teleradio şirkəti məlumat yayıb.

Xatırladaq ki, bu günlərdə Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. Səfirə ünvanlanmış və içərisində əldəqayırma bomba olan məktubu diplomatik nümayəndəlik rəsmisi açmışdı.
 

Dünyapress TV

Xəbər lenti