Ardını oxu...
Mərkəzi Bank “Azərbaycan Respublikası Mərkəzi Bankının DDOS hücumundan mühafizə sisteminin satın alınması” tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, tenderin qalibi “Caspel” MMC olub.

Qalib şirkətə 188 800 manat ödəniləcək.
Ardını oxu...
Dağıstandakı hava limanında baş verən məlum hadisələr Rusiyadakı yəhudilər arasında böyük təşviş yaradıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyadakı Yəhudi İcmasını təmsilı edən Baş Ravvinliyin mətbuat katibi Ovadya İsakov Dağıstanda yaşayan yəhudi ailələrini sözügedən bölgəni, hətta Rusiyanı tərk etməyə dair rəsmi çağırış edib. Belə ki, Mahaçqaladakı hadisələrin Şimali Qafqaza, hətta bütünlükdə Rusiyaya yayılması perspektivi kifayət qədər yüksək qiymətləndirilir.

Artıq məlum olduğu kimi,İsrail XİN Rusiyaya müraciət edərək, israillilərin və yəhudilərin təhlükəsizliyinin təmin edilməsini istəyib. Lakin Kremlin kifayət qədər ləng reaksiyası və davranışları, bundan öncə isə Rusiya rəhbərliyinin açıq şəkildə HƏMAS-ıdəstəkləməsi Rusiya cəmiyyətində, xüsusilə də Şimali Qafqazda elə bir situasiya yaradıb ki, yəhudilərə qarşı kütləvi zorakılıqların, hətta qətllərin baş verməsini istisna etmək olmaz.

Maraqlıdır ki, Dağıstanda baş verənlərə ilk olaraq Kreml deyil, yerli rəhbərliklər səviyyəsində reaksiyalar verilib və çağırışlar edilib. Belə ki, Dağıstan Respublikası başçısı Sergey Melikov, Qaraçay-Çərkəz Respublikası başçısı Raşid Temrezov və Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov oktyabrın 29-da Şimali Qafqaz xalqlarını təxribata uymamağa çağırıblar. Lakin aydın görünür ki, bu çağırışlara məhəl qoyan yoxdur. Belə ki, Dağıstanın Milli siyasət naziri Enrik Müslümov və Gənclər naziri Kamil Saidov Mahaçqala aeroportuna gələrək, kütləni sakitləşdirməyə çalışsa da, onlara fikir verən olmayıb və buraya toplaşanlar aeroporta daxil olaraq, linç etmək üçün İsraildən gələn təyyarədəki sərnişinləri axtarıblar.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) mütəxəssisləri hesab edirlər ki, bu baş verənlər Şimali Qafqazın Vladimir Putinin nəzarətindən çıxmasının ilkin əlamətləri hesab edilə bilər. Onların son hesabatında qeyd olunur ki, Kremlin xüsusilə də Ukraynadakı işğalçılıq müharibəsi fonunda cəmiyyətdə yaratdığı nifrət, iqrçilik, milli və dini dözümsüzlük ab-havası onun zöünə qarşı çevrilməkdədir.

Belə ki, Mahaçqalada baş verənlər və bunların bütünlükdə Şimali Qafqaza və Rusiyaya yayılması perspektivi Putinin Rusiya barəsində formalaşdırmağa çalışdığı “dini tolerant dövlət” mənzərəsinin üzərindən çarpaz xətlər çəkir. Hələ bir neçə gün əvvəl, oktyabrın 25-də Vladimir Putin Rusiyadakı yəhudilər və müsəlmanlar da daxil olmaqla, bütün dini təşkilatların rəhbərləri ilə görüşündə Rusiyanı “Dini harmoniyanın mayakı” adlandırmışdı. Bundan cəmi 3 gün sonra isə vəziyyət o yerə çatdı ki, Dağıstandakjı yəhudi ailələrinə müraciət edən Rusiya Baş Ravvinliyi “Rusiya xilas deyi”, - deyə bildirdi və oradakı yəhudiləri ölkəni tərk etməyə çağırdı.

Rusiya “Teleqram” kanalları yazırlar ki, Şimali Qafqazdakı iğtişaşlar asanlıqla Moskvaya sıçraya və bu, özünü sadəcə müsəlmanlarla yəhudilər arasında yox, Rusiyadakı qatı millətçilərin digər dini və milli azlıqlara, Qafqazdan, Orta Asiyadan gələnlərə qarşı hücumlarında da göstərə bilər.

Çünki Ukraynaya qarşı işğalçılıq savaşı, bu savaşın fonunda Moskvada və digər iri şəhərlərdə Orta Asiya və Qafqazdan olan miqrantların tutulub zorla müharibəyə göndərilməsi, siyasi ideologiya və təbliğat kanallarının milli və dini ayrıseçikilik zəminində nifrət, zorakılıq ritorikasını artırması, eləcə də son olaraq HƏMAS-ın hücumunu dolaysı ilə dəstəkləməsi cəmiyyəti olduqca aqressivləşdirib. Bu aqressivlik isə Kremlin özünün başında çatlaya bilər...

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Bu gün İranın Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Məhəmməd Baqeri Qəzza zolağının altındakı tunellərdən danışıb:

"32gun.az" xəbər verir ki, general tunellərin bir ucunun hasarların və "sionist" qüvvələrin arxasına, digər ucunun Qəzza zolağına çıxdığını deyib.

“Qəzzanın şimal hissəsində fələstinli döyüşçülər xəbər verir ki, onlar 400 kilometrdən çox uzunluğu olan tunel tikiblər. Oradan bəzən avtomobillər və motosikletlər keçir. Tunellərin bir ucu hasarların və "sionist" qüvvələrin arxasında, digər ucu isə Qəzza zolağına gedib çıxır”.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı əcnəbi vətəndaşların Qəzza zolağından Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsindən çıxışını təmin etmək üçün bir neçə tələb irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalında bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı danışıqlar davam edir:

"Misir Amerika və digər xarici vətəndaşların “Rəfah” keçid məntəqəsindən çıxmasına icazə verməyə hazırdır və İsrail də buna qarşı deyil. HƏMAS onların getməsinə mane olur və bir sıra tələblər irəli sürür", - deyə ABŞ prezidentinin köməkçisi bildirib.

O, bu tələbləri səsləndirə bilməyəcəyini və bunun davam edən danışıqlar mövzusu olduğunu izah edib.

Qeyd olunub ki, ən azı 400 ABŞ vətəndaşı Qəzza zolağından çıxa bilmədikləri üçün Dövlət Departamentinə müraciət edib.
 
Ardını oxu...
İsrail Qəzza zolağını su ilə təmin edən üç boru kəmərindən ikincisini açıb.

Məlumata görə, İsrailin münaqişədən əvvəl sektora tədarük etdiyi gündəlik su həcmi təxminən 49 milyon litr idisə, hazırda 28,5 milyon litr təşkil edir.

Bu barədə Fələstin ərazilərində İsrail hökumətinin fəaliyyəti üzrə koordinator məlumat verib.

Koordinatorun sözlərinə görə, hazırda Qəzza əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün kifayət qədər su və qida mövcuddur.
 
        
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə paylaşım edib.

“Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm”, - deyə Mehriban Əliyeva qeyd edib.

Oxu.Az həmin paylaşımı təqdim edir:
 
 
Ardını oxu...
Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqədir Uraloğlu deyib.

O bildirib ki, şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq:

“Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”.

Nazir qeyd edib ki, dəhliz ya Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq:

“Türkiyə bu alternativləri nəzərdən keçirir”.

Qeyd edək ki, A.Uraloğlu bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə müzakirələrin davam etdiyini, İrəvanın razı olmadığı təqdirdə İrandan keçən alternativ yolun açılacağını bildirmişdi.
 
Ardını oxu...
İran məhkəməsi ABŞ hökumətinin 1980-ci ildə ABŞ səfirliyində saxlanılan girovların azad edilməsi əməliyyatının qurbanlarına 420 milyon dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

1979-cu il İslam inqilabı Qərbin dəstəklədiyi şahı devirdikdən qısa müddət sonra iranlı tələbələr Tehrandakı səfirliyə basqın edərək 50-dən çox amerikalını 444 gün ərzində girov saxlamışdı.

Tələbələr ABŞ-da tibbi yardım alan devrilmiş şahın ekstradisiyasını tələb edirdi. 1

980-ci ilin aprelində Vaşinqton qum fırtınaları və mexaniki problemlərlə üzləşdikdən sonra fəlakətlə başa çatan çox məxfi “Qartal pəncəsi” əməliyyatında girovları azad etməyə cəhd etmişdi. Xilasetmə qüvvələri geri çəkilərkən iki ABŞ təyyarəsi toqquşub, səkkiz hərbçi həlak olmuşdu.

Ədliyyə orqanlarının Mizan Online xəbər agentliyi əməliyyat zamanı ABŞ qüvvələrinin iranlı sərnişinləri daşıyan avtobusa hücum etdiyini bildirib. Lakin ətraflı məlumat verilməyib. Mizan qurbanların sayını açıqlamayaraq, "ABŞ-ın "Qartal pəncəsi" əməliyyatı qurbanlarının ailələrinin şikayətindən sonra ABŞ hökumətini 420 milyon dollar ödəməyə məcbur edir" - deyə, yazıb.

İran mediası İnqilab Keşikçiləri Korpusunun yerli komandirinin əməliyyat zamanı tərk edilmiş ABŞ hərbi texnikasının keşiyində dayanarkən İran qüvvələri tərəfindən təsadüfən vurularaq öldürüldüyü barədə məlumat yayıb.

Girov böhranından 5 ay sonra Vaşinqton diplomatik əlaqələri kəsərək, Tehrana embarqo tətbiq edib. Girovlar 1981-ci ilin yanvarında azad edilib.

Avqust ayında Tehran məhkəməsi ABŞ hökumətinin 1980-ci ildə yenicə formalaşan İslam Respublikasına qarşı “çevriliş planlaşdırdığına” görə 330 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

İran məhkəmələrində Vaşinqtona qarşı qaldırılan iddialar ABŞ məhkəmələri tərəfindən Tehrana qarşı bir sıra milyardlarla dollarlıq təzminat mükafatlarının verilməsindən sonra baş verib.

2016-cı ildə ABŞ Ali Məhkəməsi ABŞ-da dondurulmuş İran aktivlərinin Vaşinqtonun Tehranı günahlandırdığı hücumların, o cümlədən 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının kazarmasının və 1996-cı ildə Səudiyyə Ərəbistanındakı partlayışın qurbanlarına ödənilməsinə qərar verib.

Mart ayında Beynəlxalq Ədalət Məhkəməsi Vaşinqtonun bir neçə iranlı şəxs və şirkətə məxsus vəsaitləri dondurmasının “açıq-aşkar əsassız” olduğuna qərar verib. Lakin məhkəmə ABŞ tərəfindən dondurulmuş İran mərkəzi bankının 2 milyard dollara yaxın aktivlərini blokdan çıxarmaq səlahiyyətinin olmadığına qərar verib.

Hücumlara görə bütün məsuliyyəti rədd edən Tehran ABŞ məhkəməsinin qərarları ilə qurbanlara cəmi 56 milyard dollar təzminat ödəndiyini bildirib.
 
Ardını oxu...
Ermənistan siyasi məsələlər həllini tapdıqdan sonra Azərbaycandan yenidən təbii qaz ala bilər.

Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakop Vardanyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunda deyib. Nazir müavini Sovet dövründə Ermənistanın üç böyük qaz kəməri vasitəsilə Azərbaycandan qaz aldığını və indi bu kəmərlərin bərpasının mümkünlüyünü bildirib.

“Mən ümid edirəm ki, bu qarşıdakı bir neçə il ərzində baş verəcək. Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Qeyd etdiyim kimi, biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında siyasi məsələ qalmadığı təqdirdə bu kəmərləri bərpa edə bilərik. Biz, həmçinin Azərbaycandan Avropaya qaz nəqli ölkəsi ola bilərik, eynisi elektrik enerjisinə də aiddir. Biz bu kommunikasiyaların tikintisinə və bərpasına hazırıq. Bu, regionun enerji şaxələndirməsini dəyişə bilər”, - Vardanyan bildirib.

Nazir müavini vuğrulayıb ki, Ermənistan regionun mərkəzində yerləşdiyindən onun Şərq və Qərb qonşuları ilə sərhədlərinin açılması böyük imkanlar yarada bilər. O, Ermənistanın Azərbaycandan Türkiyəyə, eləcə də əks istiqamətdə elektrik enerjisinin nəqlində və ixracında rol oynaya biləcəyini, eləcə də hər iki ölkəyə elektrik enerjisi ixrac edə biləcəyini deyib. Əlavə edib ki, Ermənistan Azərbaycan və Türkiyə üçün, həmçinin Gürcüstan və İran üçün ən qısa dəhlizdir. \\APA
 
Ardını oxu...
İsrail Xarici İşlər Nazirliyi HƏMAS nümayəndələrinin Moskvaya səfərini pisləyib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb.

“İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin dəvətini Moskvanın terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən addım kimi qiymətləndirir. Biz Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq”, – deyə İsrail XİN-dən bildirilib.

Qeyd edək ki, HƏMAS-ın nümayəndə heyətinin üzvləri Rusiyaya səfərə gedib.
 

Dünyapress TV

Xəbər lenti