Ardını oxu...
Batumi hava limanı bomba xəbərindən sonra polis nəzarətinə götürülb.

Bu barədə "Own in Batumi" "Telegram" kanalında məlumat verilib .

“Polis və it idarəçiləri Batumi hava limanına itlə gəlib, bomba axtarıblar. Hava limanında partlayıcının olması ilə bağlı anonim zəng daxil olub. Bütün uçuşlar təxirə salınıb”, - məlumatda deyilir.

Hüseyn İbadlı
Ardını oxu...
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ilin yekunlarına həsr olunmuş mətbuat konfransı Cənubi Qafqaz regionu üçün maraqlı açıqlamalarla yadda qaldı. Rusiya XİN rəhbəri Azərbaycan-Ermənistan arasındakı sülh prosesi, Zəngəzur dəhlizi, "3+3" formatı ilə bağlı maraq doğuran suallara cavab verib.
Lavrovun diqqət çəkən açıqlamalarından biri Paşinyanın kommunikasiyalarla bağlı bəyanatına yanaşması oldu. Rusiya XİN rəhbəri bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tranzitlə bağlı açıqlamalarında məntiq görmür, çünki bütün marşrutların açılması barədə razılıq var.
Lavrovun açıqlamaları ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Zərdüşt Əlizadə Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili bildirib ki, bu açıqlamalar Ermənistanda narahatlıq doğurub: "Ermənistan ictimai arenasında belə bir fikir var ki, Sergey Lavrov bu fikirlərlə, Rusiya prezidenti Valdimir Putinin yanaşmalarını açıqlamış oldu. Əslində Paşinyanın mövqeyinin məntiqsiz adlandırılması reallığın ifadəsi idi. Bu gün Rusiya yaxşı anlayır ki, Cənubi Qafqaz regionu qlobal güclərin maraq dairəsindədir və bu regionda təsirini itirmək həm də onun özü üçün təhlükəlidir. Ermənistanın Qərbyönümlü siyasi hakimiyyəti müxtəlif yollarla özlərinin mövcudluğunu təmin etməyə çalışırlar".
Elman Nəsirovun sözlərinə görə, Paşinyan hökumətinin və Paşinyanın özünün açıqlamalarının boşa çıxması, bu fikirlərin heç bir məntiqə söykənməməsi ilə bağlıdır:
"Ermənistan Baş naziri gah sülhdən danışır, gah da onun reallaşmasına gətirib çıxaracaq üçtərəfli sazişin müddəalarını icra etməkdən boyun qaçırır. Bu gün Ermənistan hakimiyyətinin sülh danışıqlarından Qərbin diktəsi ilə yayınması hər kəsə məlumdur. Paşinyanın ağıl verən Qərbdən olan tərəfdaşları Ermənistanı uçuruma sürükləyirlər".
Azərbaycanla sülhün regiona gətirəcəyi stabillik, inkişaf və rifah sülhə qarşı olanların maraqlarına cavab vermir, deyən Elman Nəsirov qeyd edir ki, dünyanın müxtəlif yerlərində xaos yaradan həmin qüvvələr Cənubi Qafqazı da qan çanağına çevirmək istəyir.
"Azərbaycan qonşularına qarşı ərazi iddiasında olmadığını, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib. Ermənistanın kommunikasiyalarla bağlı mövqeyi həm də Rusiyanın bu məsələlərlə bağlı tutduğu mövqe ilə daban-dabana ziddiyyət təşkil edir. Rusiya hesab edir ki, üçtərəfli bəyannamənin müddəalarına uyğun olaraq kommunikasiyaların açılması təmin edilməlidir. Paşinyanın mövqeyi kommunikasiyaların açılmasına deyil, Rusiyaya qarşıdır. Bu gün Rusiya-Ermənistan münasibətləri özünün ən mürəkkəb və gərgin dövrünü yaşayır. Bu isə deməkdir hadisələr istənilən formada və gözlənilməz istiqamətlərdə cərəyan edə bilər. Düşünürəm ki, Ermənistan siyasi hakimiyyətinin öz siyasi xəttində Kremlə yönəlmiş müəyyən reveranslar etməsi istisna deyil".
Politoloq Zərdüşət Əlizadə deyir ki, Azərbaycan üçün sülh danışıqları ilə bağlı ən yaxşı variant ikitərəfli danışıqların aparılması ola bilərdi: "Bu gün Ermənistan tərəfi danışıqlar prosesində Rusiyadan yayınmağa çalışır. Azərbaycan üçün isə Qərb və Rusiya meydanında danışıqları seçməli olsa, Rusiya daha əlverişli sayılır. Çünki Rusiyanın mövqeyi bizə daha yaxındır".
Zərdüşt Əlizadə isə qeyd edir ki, Ermənistan birbaşa danışıqlara həvəssiz yanaşır: "Danışıqlar o demək deyil ki, biz bizə diktə olunanı qəbul edəcəyik. Çünki Azərbaycan üçün öz maraqları daha önəmlidir. Prezident İlham Əliyev də mənafelərimizin müdafiəsi üçün nə lazımdırsa, ediləcəyini bildirib".
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı iddiaları bəhanədir və onun ərazi bütövlüyünün pozulacağı ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur.
"Ermənistanın narahatlığı odur ki, Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə qurulmuş olacaq. Bu Ermənistanın qorxusudur. Əgər kommunikasiyalar açılarsa, Ermənistan ərazisindən Naxçıvana saatda 60 km. sürətlə gedəcək qatarın yarımsaatlıq yolu var", Zərdüşt Əlizadə bildirib.
 
Ardını oxu...
“Böyük Yeddilik” (G7) ölkələri Qəzzada atəşkəsə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməlidir.

Bunu Misirin xarici işlər naziri Sameh Şukri italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, G7 Qəzza zolağında münaqişə tərəfləri arasında atəşkəsin əldə olunması və Fələstin sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün məsuliyyət daşımalıdır.

S.Şükri qeyd edib ki, hərtərəfli atəşkəsə nail olmaq regionda böhran vəziyyətinə son qoymağın və zorakılığın artmasını məhdudlaşdırmağın yeganə yolu olaraq qalır.

Şükri və Tayani, həmçinin Livanın cənubundakı vəziyyəti və Qırmızı dənizdə təhlükəsizliyi müzakirə ediblər.

İtaliyalı nazir Qahirənin regional rolunu vurğulayaraq, Misirlə koordinasiya və konstruktiv təmasların davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
 
Ardını oxu...
Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Qurumun sənədində qeyd olunub:

“SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 24 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polis əməkdaşları yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanları simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır. Ümumilikdə Azərbaycanda 150 “20 Yanvar şəhidi” var.

Qardaş xalqın milli birliyinin və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.

Allah şəhidlərin ruhunu şad etsin!”.

       
Ardını oxu...
Mütəxəssislər Rumıniyanın şərqindəki Vrança seysmik zonası ilə bağlı xəbərdarlıq edib.

TEREF sfera.az-a istinadən bildirir ki, sözügedən ərazidə toplandığı iddia edilən tektonik gərginlik seysmoloqlar arasında müzakirə obyekti olub. Qeyd edilib ki, zəlzələ baş verərsə, bu, Ukrayna, o cümlədən Rusiyanın cənubu (Krım, Qafqaz), Türkiyə və ona bitişik ölkələrə təsir edəcək.

"Seysmoloqlar hələ ki, mümkün fəlakətin vaxtı ilə bağlı heç bir konkret məlumata malik deyillər. Mütəxəssislər dağıdıcı zəlzələnin iki-üç ay və ya iki ilə mümkün olduğunu deyirlər. Prinsipcə, Vrança zonasında güclü zəlzələlər baş verir və bu, xeyli uzaq məsafələrdə hiss olunur.

Orada ən güclü zəlzələ 1976-cı ildə olub. Ondan əvvəl isə 1802 və 1940-cı illərdə superzəlzələlər baş verib", - "AB News"da qeyd olunub.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət məhdudiyyətlərini və sanksiya siyahılarını əhatə edəəcək 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.

Bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat verib.
Məlumata görə, yeni sanksiyalar paketinin fevralın 24-dək təsdiqlənməsi nəzərdə tutulub.
Agentliyin bildirdiyinə görə, çərşənbə günü ittifaq ölkələrinin səfirlərinin görüşündə mümkün sanksiyalar müzakirə edilib. Onlar sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətlərinin tətbiq edilməsi, habelə Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə tədbirlərinin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər.(yeniavaz.com)
 
Ardını oxu...
Türkiyənin Edirne vilayətində keçmiş polis rəisləri qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədikləri zaman sərhəddə ələ keçiriliblər.

Məlumata görə, təhlükəsizlik qüvvələri Meriç rayonunun Alibey kəndi yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında apardıqları yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən bir qrupu aşkar ediblər.

Saxlanılan şübhəlilərin FETÖ üzvü olduğu üçün axtarışa verilən keçmiş polis rəisləri olduqları məlum olub.

Barələrində azadlıqdan məhrumetmə cəzası olan şübhəlilər saxlanılıb və jandarmada onlarla bağlı əməliyyatlar davam edir. (Mənbə: Haber Global)
 
Ardını oxu...Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib
Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, rusiyalı jurnalistə və Rusiya səfirliyinin əməkdaşına qarşı qəbuledilməz hərəkətlərə cavab olaraq rəsmi Moskva bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib
 
Ardını oxu...
“Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi Qəzzada müharibədən çıxmaq üçün açardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində təşkil edilən sayca 54-cü Dünya İqtisadi Forumunda (DİF) etdiyi çıxışı zamanı deyib.

Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada müharibədən çıxmaq və Tel-Əviv administrasiyası üçün yeni üfüq açmaq üçün açardır:

“Ər-Riyad administrasiyası ilə normallaşma hələ həssas və kövrək məsələdir”.
 
Ardını oxu...
Fransa şirkətlərinin Azərbaycandan çıxarılması istənilib.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edib.
Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib.

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, Bakı və Paris arasında münasibətlərin pozulması 2022- ci ilin oktyabrında Makronun iqtisadi əlaqələri məhdudlaşdırmaq və Avropa dəyərlərini Azərbaycanın neft-qazına dəyişməmək barəsində çağrışı ilə başlayıb:
"Hətta o Azərbaycandan neft-qaz almadıqlarını söyləyərək özlərini nümunə göstərmişdi. Ancaq ötən zaman kəsiyində görsəndi ki, Makron çox böyük səhv edib. Ötən il Fransanın ən böyük şirkətlərindən Total enerji Azərbaycanda fəaliyyətlərini genişləndirdi və Abşeron yatağından neft qaz alımını artırdı".

İ. Şaban rəsmi Parisin Azərbaycana qarşı qərəzli, emosianal duyğularından əl çəkmədiyini və siyasi müstəvidə Azərbaycana qarşı təzyiq göstərməyə çalışdığını vurğulayıb:
"Azərbaycan bunlara qarşı əks həmlələr etməlidir. Bu gün qəbul olunan qərar bunun tərkib hissəsidir. Əgər Fransa rəsmi Bakıya qarşı belə davranışlar edirsə, onların böyük şirkətləri nə üçün burada işləyib, dövlət büdcələrinə pul qazandırmalıdır ? Bu demək deyil ki, sabah Fransa şirkətləri Azərbaycanı tərk etsinlər. Sadəcə olaraq siyasi sferadakı gedişata uyğun qərar verilməlidir. Çünki ölkələrin iqtisadi, mədəni əlaqələri ilk növbədə siyasi dəst xəttlərindən aslıdır".

Dünyapress TV

Xəbər lenti