Ardını oxu...
Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməlidir.

Bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Almaniyanın “Rheinische Post” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, bu addım Avropa İttifaqında parçalanmanın qarşısını almağa kömək edəcək.

Estoniya XİN başçısı həmçinin Macarıstanı “zəif ölkə” adlandırıb və Putinin komandasında oynadığını bildirib.
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Barak Obama, bir müddətdir ki, Tramp administrasiyasını “izlədiyini” və aparılan siyasətin onu qane etmədiyini bildirib.
"Təsəvvür edin ki, mən bunu etsəydim. İndi səssiz qalan eyni tərəflərin mənim və ya sələflərimin bu cür davranışına dözməsi ağlasığmazdır" dedi.
Obama problemin həllinin ABŞ vətəndaşlarının çiynində olduğunu vurğulayıb.
"Heç kim xilas etməyə gəlməyəcək. "Bu demokratiyada ən mühüm mövqe vətəndaşdır" deyib siyasətçi. O, həmçinin yeni tariflərin "Amerika üçün xeyirli" olduğuna şübhə etdiyini dilə gətirib, lakin o, daha çox daxili siyasi hadisələrdən narahatdır. "Hökumətin bu gün ABŞ-ın bir sıra şəhərlərindəki tələbələri azad söz hüququndan istifadə etmək hüququnu həyata keçirən universitetləri təhdid etməsindən dərin narahatam."
Bu gün ABŞ-ın bir neçə şəhərində Trampın siyasətinə qarşı etiraz aksiyaları planlaşdırılıb və ən böyük nümayiş Vaşinqtonda keçiriləcək. Təşkilatçılar bütün ölkə üzrə on minlərlə iştirakçı gözləyirlər.
BILD
TEREF
 
Ardını oxu...
ABŞ prezidenti Donald Tramp ölkədə TikTok-un fəaliyyətinin uzadılması barədə qərar verib.
Bakupost.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində bildirib.
"Mən TikTok-un daha 75 gün açıq qalması üçün sərəncam imzalayıram", - Tramp deyib.
Ağ Evin rəhbəri deyib ki, onun administrasiyası “TikTok-u xilas etmək üçün sövdələşmə üzərində çox çalışıb” və “böyük irəliləyiş” əldə edib.
Trump, xidmətin uzadılması qərarının bütün "təsdiqlərin" imzalanmasını təmin etmək üçün lazım olduğunu deyib.
“Biz bu razılaşmanın reallaşması üçün TikTok və Çin ilə işləməyi səbirsizliklə gözləyirik”, – ABŞ prezidenti əlavə edib.
Yanvarın 19-da ABŞ-da ByteDance-dən TikTok-un Amerika seqmentini satmağı tələb edən qanun qüvvəyə minib. Çin şirkəti şərtləri yerinə yetirməsə, Vaşinqton milli təhlükəsizlik səbəbi ilə bu sosial şəbəkədən istifadəyə qadağa qoyacaq.
Ümumilikdə, qanun TikTok-un Çin hökuməti tərəfindən idarə olunan xidmətə çevrilməsi ilə bağlı ABŞ-ın narahatlığını əks etdirir. Amerika rəhbərliyinin fikrincə, Pekin platformadan digər ölkələrin sakinlərinin siyasi baxışlarına kütləvi təsir göstərmək üçün istifadə edə bilər.
Martın 23-də Reuters mənbələrə istinadən xəbər verib ki, ByteDance-də çinli olmayan investorlar öz paylarını artırmağı və TikTok-un ABŞ seqmentini almağı düşünürlər.
 
Ardını oxu...
Sərxoş agent böyük müharibəyə necə səbəb oldu?

KQB əməkdaşının şəxsi həyatındakı problemlər Soyuq müharibə dövründə Sovet İttifaqı üçün ən böyük casus qalmaqalına çevrildi və 1971-ci ilin sentyabrında Böyük Britaniyadan 105 diplomatın qovulması ilə nəticələndi. Bu hadisələrdən sonra Moskva nə agentura şəbəkəsini bərpa edə bildi, nə də fərarini məsuliyyətə cəlb etməyi bacardı. Lyalin əhvalatı bütün qərb mətbuatında gündəm olarkən, SSRİ-də səssiz ötüşdü.

Uzun müddət belə hesab edilirdi ki, 34 yaşlı KQB zabiti Oleq Lyalin sükan arxasında sərxoş tutulandan sonra şəxsi toxunulmazlığı müqabilində SSRİ-nin casus şəbəkəsini və diversiya planlarını Böyük Britaniyaya açıqlayıb. Amma 60-70-ci illərdə sıx əməkdaşlıq edən FBI, CIA və MI5-in 2018-ci ildə açılmış arxiv sənədləri göstərir ki, sovet agentura şəbəkəsinə qarşı əməliyyat bir neçə il hazırlanıb və əsaslı planlaşdırılıb. Lakin məhz Lyalinin - o, artıq bir neçə ay idi ki, ikili agent idi - sərxoş hoqqabazlığı əməliyyatı vaxtından əvvəl başlamağa vadar etdi.

Lyalinin ələ verdiyi sovet vətəndaşları arasında sovet səfirliyinin, ticarət nümayəndəliyinin, İnturistin, Moskva xalq bankının London filialının, Soveksportfilmin, Aeroflotun və bir sıra ticarət şirkətlərinin əməkdaşları vardı.

Mister Lyalin

“Sənin mənimlə belə danışmaq ixtiyarın yoxdur, sənin mənə toxunmaq ixtiyarın yoxdur, mən KQB zabitiyəm”, - sərxoş Lyalin polis maşınında qışqırır, onu həbs edən polisi ayaqları ilə itələyirdi.

Sonradan BBC reportyorlarına danışan polis Çarlz Şirer həmin vaxt həbs etdiyi növbəti adamın sözlərinə əhəmiyyət vermədi. Bir neçə gündən sonra sovet kəşfiyyatçısının şəkli və adı bütün qəzetlərdə yayıldı, çıxardığı hoqqa isə beynəlxalq qalmaqala çevrildi.

Lyalin 1937-ci ildə Stavropolda anadan olub. Ticarət donanması mütəxəssisləri hazırlayan Odessa dəniz akademiyasına 1954-cü ildə daxil olub. Üç il sonra KQB onunla əlaqə saxlayıb. Sonrakı illər ərzində idarəyə Odessa limanındakı qərbli dənizçilər və qaçaqmalçılar haqqında məlumat verib.

KQB-də Lyalinin fəaliyyətindən razı idilər və tezliklə bu xüsusi xidmət idarəsinə qoşulmağı təklif etdilər. Amma əvvəlcə ən qapalı təhsil müəssisələrindən birinə, çekistlərin daxili yazışmalarda 101-ci adlandırdıqları Ali kəşfiyyat məktəbinə göndərdilər. Vladimir Putin də, “Anna Çapman işi”nin bəzi fiqurantları da buranı bitiriblər.

Daha sonra Lyalin KQB-nin əks-kəşfiyyat əməliyyatlarına və ideoloji diversiyalarla mübarizəyə məsul Beşinci baş idarəsində işləmək üçün hazırlıq kursu keçib. Oleqə partizan taktikasını, radiokommunikasiyaları, paraşütdən tullanmağı və partlayıcı maddələrlə işləməyi öyrədiblər.

Onu 1960-cı illərdə sovet ticarət nümayəndəliyinin işçisi adı altında Londona göndəriblər. Sovet agenti sonrakı 10 ili Böyük Britaniyada keçirib. Formal olaraq ticarət nümayəndəliyinin sıravi əməkdaşı olan Lyalin desant çıxarmaq üçün uyğun ucqar ərazilərin landşaftı barədə informasiya toplayıb, ehtiyac yarandıqda “fəallaşdırılan” agent və xəbərçilər tovlayıb. Bütün bu müddət ərzində arvadı Rusiyada qalıb.

Sonralar ingilis əks-kəşfiyyatçılarına dediyinə görə, sovet xüsusi xidmət orqanları Böyük Britaniyada siyasi böhrana səbəb olacaq vəziyyət yaratmaq istəyirdilər. Lyalinin iddialarına əsasən, KQB-nin planlarında Şotlandiyanın cənub hissəsində yerləşən Holi Lox gölünün suyunun radioaktiv maddələrlə zəhərlənməsi varmış. Həmin vaxt burada ABŞ donanmasının bazası yerləşirdi, radiasiya isə təkcə dənizi deyil, qrunt suları vasitəsilə sahildəki içməli su mənbələrini də çirkləndirməli idi. Amma həmin plan həyata keçirilmədi.

İkili agent

Lyalinin Britaniya xüsusi xidmət orqanları ilə əməkdaşlığa getməsinin səbəbi barədə bir neçə versiya mövcuddur. Amma bütün mənbələr bir şeydə həmrəydirlər: ticarət nümayəndəliyinin sədrinin arvadı İrina Teplyakova ilə sevgi romanı əsas səbəb idi.
Ardını oxu...

Lyalin əhvalatı mətbuata düşəndə, jurnalistlər əmin idilər ki, zabit sərxoş vəziyyətdə saxlanılandan sonra sovet agentləri barədə məlumat verib.

Sovet mətbuatında qalmaqal işıqlandırılmırdı, amma 90-cı illərin ortalarının nadir yazılarında deyilirdi ki, Lyalinin öz müdirinin arvadı ilə romanından xəbərdar olan MI5 agentləri onu şantaj yolu ilə 1971-ci ilin mayından Britaniya əks-kəşfiyyatı ilə əməkdaşlığa məcbur ediblər. Lyalinin sirrini KQB-yə və Rusiyadakı arvadına açmaqla təhdid edən ingilislər bir neçə ay ərzində ondan informasiya alırlar. Daha bir versiyaya görə, Teplyakova da Britaniya əks-kəşfiyyatının ələ alınmış agenti imiş.

MI5 və FBI arxivlərində isə deyilir ki, öz işindən və nikahından məyus olan Lyalin özü 1971-ci ilin yazında britaniyalılarla əlaqəyə çıxıb. Moskvanın planları barədə informasiya müqabilində özü üçün toxunulmazlıq və sığınacaq istəyib.

Qərb mətbuatının “supercasus” haqda başlıqlarına baxmayaraq, Amerika və Britaniya xüsusi xidmət orqanları onun haqqında yüksək fikirdə deyildilər. KQB-də 10 il ərzində kapitan rütbəsindən yuxarı qalxmadı və ona xüsusi mühüm işlər də tapşırılmadı.

Lyalinin həbsindən dərhal sonra sovet ticarət nümayəndəliyi 50 funt girov ödədi, amma o, bir neçə gün sonra baş tutacaq məhkəməyə qədər KQB-nin nəzarətindən itdi. İzaholunmaz səbəblərdən Lyalin polis şöbəsindən müşayiətsiz və ya mühafizəsiz getdi. Evdə bütün əşyalarını topladı və MI5 ilə əlaqə saxladı. Teplyakovanı da düşərgəsini dəyişmək üçün çox dilə tutmaq lazım gəlmədi.

Üç həftə sonra Britaniya XİN sovetin 105 rəsmi nümayəndəsinin qovulduğunu elan etdi. SSRİ buna nisbətən mülayim cavab verdi: Britaniyanın 18 diplomatını qovdu.

Sovet əks-kəşfiyyatının keçmiş rəisi Oleq Kaluqin öz memuarlarında yazır ki, insidentdən xeyli qəzəblənmiş KQB rəisi Yuri Andropov az sonra Lyalinin öldürülməsi haqda şəxsən göstəriş verib. Amma agentlər onu tapa bilmədilər - Lyalinə də, Teplyakovaya da yeni sənədlər verdilər və bəzi məlumatlar görə, zahiri görünüşlərini dəyişdilər.

Lyalindən xeyli əvvəl

Britaniya xüsusi xidmət orqanlarındakı məxfi mənbənin şahidliyinə əsasən, ölkədəki sovet agentura şəbəkəsinə qarşı əməliyyat Lyalinin MI5 qapısında peyda olunmasından xeyli əvvəl hazırlanıb və ətraflı planlaşdırılıb. Əks-kəşfiyyat daxilində əməliyyata “FOOT” adı verilib. Bu informasiyanı sonralar FBI-ın milli kəşfiyyat şöbəsinin başçısı E. S. Miller də təsdiqləyib.

Britaniya xüsusi xidmət orqanları 50-ci illərin ortalarından başlayaraq “rus kəşfiyyatı əməkdaşlarının sayının tədricən, amma qorxunc artmasını” qeydə alır. Ölkədəki sovet rəsmi nümayəndələrinin fəaliyyətinin ciddi izlənilməsinə 1968-ci ildən başlanılır. 70-ci illərin ortalarına qədər agentliyin resurslarının 80 faizi Böyük Britaniya daxilində casusluq və sabotajla mübarizəyə sərf olunur.

Məxfiliyi götürülmüş sənədlərdə deyilir ki, xüsusi xidmətlər uzun müddət ölkə rəhbərliyini sovet casuslarına qarşı hər hansı addımlar atmağa inandıra bilmirlər, hətta Lyalin bir neçə ay MI5 ilə əməkdaşlıq edəndən sonra da. Yalnız sərxoş sürücülük insidentindən sonra London kütləvi sürgünə razılıq verdi.

Oleq Lyalin 10 il üzərində işlədiyi, demək olar, hər şeyi ingilislərə danışdı: mümkün desant yerlərinin detallı təsviri və tovladığı xəbərçilərin əhatəli xarakteristikasını. Bu məlumatların bəzilərini MI5 müstəqil əldə etmişdi və Lyalin deyənlərlə üst-üstə düşürdü.

“Lyalinin verdiyi informasiyanın və mənbə kimi özünün etibarlılığına şübhə etmək üçün əsasımız yoxdur”, - MI5 əməkdaşları CIA-dən olan həmkarlarına yazırdılar.

Həmin informasiya tezliklə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincerin, sonra da prezident Niksonun masasına qoyuldu.

Lyalin Londondakı ABŞ səfirliyində, SHELL neft şirkətinin tədqiqat şöbəsində, bir çox beynəlxalq təşkilatlardakı sovet agentlərinin, eləcə də ABŞ, Kanada və Kolumbiya ərazisində işləyən KQB əməkdaşlarının adını çəkdi.

KQB-nin əli Lyalinə çatmadı. Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, o, 1995-ci ildə “uzunsürən xəstəlikdən sonra” vəfat etdi. Onun hansı xəstəliyə tutulmasını demədilər.

Hazırladı: Yadigar Sadıqlı
MƏNBƏ:burda
 
Ardını oxu...
Soçinin Kriminal Avtoriteti "Robson"un 130 Əmlakı Müsadirə Edildi

Rusiya Federasiyası Baş Prokurorluğu, Soçi şəhərində tanınmış iş adamı və kriminal avtoritet kimi tanınan Ruben Tatulyanın ("Robson") əmlakının müsadirə edilməsi ilə bağlı məhkəmə qərarı verib.

Lent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Adler Rayon Məhkəməsi, Baş Prokurorluğun iddiasını təmin edərək, ümumi sahəsi 47 min kvadrat metr olan və dəyəri 3,9 milyard rubldan çox olan 130 daşınmaz əmlak obyektinin dövlətə verilməsi barədə qərar qəbul edib. Müsadirə edilən əmlaklar arasında "Plaza" ticarət-əyləncə mərkəzi də var.

Məhkəmə prosesi, Tatulyanın əvvəlki məhkəmə qərarlarını yerinə yetirməməsi səbəbindən başlanıb. Baş Prokurorluq, "Volna" otel kompleksinin dövlət mülkiyyətinə keçirilməsini və kurort zonasındakı tikinti nəticəsində ətraf mühitə vurulan ziyana görə 9 milyard rubl məbləğində kompensasiya tələb edirdi.

Tatulyanın Müdafiəsi və Əmlakın Yenidən Qeydiyyatı
Tatulyan, məhkəmədə maliyyə çətinlikləri səbəbindən tələb olunan məbləği ödəyə bilmədiyini iddia edib. Prokurorluq, Tatulyanın əmlakını müsadirədən qorumaq üçün onları nəzarətində olan hüquqi şəxslərin adına qeydiyyatdan keçirdiyini bildirib. Lakin bu tədbirlər nəticəsiz qalıb və bütün əmlaklar aşkar edilərək müsadirə olunub.
 
Ardını oxu...
   

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu TV Musavat-ın canlı efirində çıxış edərək Rusiya və Ukrayna arasında 9 Maya qədər atəşkəsin mümkün olmayacağını bildirib.

Musavat.com-un məlumatına görə, politoloq vurğulayıb ki, Vladimir Putin 9 May paradına mümkün qədər çox ölkə liderini dəvət etməyə çalışacaq.

Daha ətraflı – videoda.

 
 
 
Ardını oxu...
ABŞ-ın Avropa İttifaqından idxal etdiyi məhsullara olan gömrük vergisini artırması barədə qərarı yanlış hesab edirəm və yaraşmayan addımdır.

Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

“Qərbi qaçılmaz olaraq digər qlobal aktorların xeyrinə zəiflədəcək ticarət müharibəsindən qaçmaq məqsədilə Birləşmiş Ştatlarla razılığa gəlmək barədə çalışmaq üçün əlimizdən gələni edəcəyik. Həmişə olduğu kimi istənilən halda biz özümüzü digər Avropa tərəfdaşları ilə müqayisə edərək, İtaliyanın və onun iqtisadiyyatının maraqlarına uyğun hərəkət edəcəyik”, - deyə Ciorcia Meloni vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına tətbiq edilən gömrük vergisinin artırılması barədə qərarı dünyanın digər ölkələrində olduğu kimi Avropa İttifaqında da etirazla qarşılanıb.

Ardını oxu...
“Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”.

Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”, - F.Ştaynmayer 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistana qarşı niyə heç bir tədbir görülmədiyinə dair suala cavab verərkən bildirib.

***

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var.

Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.

Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Ardını oxu...
 

Donald Tramp administrasiyası ilə dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada ABŞ-ın 33 il ərzində Gürcüstanın, gürcü xalqının tərəfdaşı olduğu qeyd edilir: “Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Biz Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq niyyətində ciddi olduğunu nümayiş etdirmək üçün Gürcüstan hökumətinin ata biləcəyi addımları dəqiq müəyyən etmişik. "Gürcü Arzusu" hökumətinin davam edən anti-demokratik hərəkətlərinə gəlincə, vitse-prezident Vensin Münhendə qeyd etdiyi kimi, demokratik mandat opponentlərin həbsə atılması və ya senzura ilə əldə edilə bilməz".

Politoloq Şahin Cəfərlinin fikrincə, proseslər indiki administrasiyanın "Gürcü Arzusu" hökuməti ilə bağlı keçmiş administrasiyanın siyasətini ümumən davam etdirmək fikrində olduğundan xəbər verir: “Çünki münasibətlərin düzəlməsi üçün Gürcüstan tərəfinin hansı addımları atmalı olduğu məhz Bayden dövründə müəyyənləşdirilib.

Doğrudur, Dövlət Departamenti Gürcüstanla münasibətləri qiymətləndirməyə davam etdiklərini əlavə edib, lakin martın 27-də Senatın Xarici Əlaqələr Komitəsində "Gürcü Arzusu" əleyhinə hazırlanmış qanun layihəsi - "Meqobari Aktı"nın respublikaçılar və demokratların səsləri ilə qəbulu Vaşinqtonda küləyin hansı istiqamətdə əsdiyini göstərir. Gürcüstan tarixinin ən böyük iqtisadi layihəsi olan Anakliya dərin dəniz limanı layihəsindən amerikalı ortağın qovularaq Çinin (üstəlik, ABŞ sanksiyası altındakı şirkətlərin) proyektə cəlb olunması Vaşinqtonda xüsusilə qıcıq doğurur”.

 

Musavat.com

 

Ardını oxu...
  Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.

Musavat.com xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb.

Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Gəzinti zamanı Almaniya Prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra ali qonağa Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.

Almaniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.

İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti