Ardını oxu...


Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
PAYLAŞ:
Ardını oxu...
İstanbul Respublika Baş Prokurorluğu Türkiyədə yerli mal və müəssisələrə qarşı boykot çağırıı edən şəxslər barədə təhqiqata başlayıb.

"DogruXeber.az" xəbər verir ki, prokurorluğun açıqlamasında “nifrət və ayrı-seçkilik” və “əhalini kin və düşmənliyə təhrik etmək” ittihamı ilə başlanan təhqiqata ənənəvi və sosial mediada əhalinin müəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərməyi hədəfləyən, əhali arasında boykot çağırışları olaraq bilinən fikir ayrılığı yaradan ifadələr işlədən və bu çağırışları yayan şəxslərin cəlb olunacağı bildirilir.

Prokurorluq bununla yanaşı, bu çağırışlar əsasında Türkiyənin bəzi iş yerlərinə qarşı fiziki və şifahi zorakılıq halları ilə bağlı başladılan araşdırmaların da bu istintaqla birləşdirildiyini açıqlayıb.

Türkiyənin ticarət naziri Ömer Bolat ticarətdə maddi itkiyə məruz qalan hər kəsin boykot çağırışı edənlərə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edə biləcəyini bildirib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel tərəfdarlarını yerli mal və müəssisələri boykot etməyə, eləcə də aprelin 2-də market, onlayn alış-veriş, kafe, restoran, yanacaqdoldurma stansiyaları da daxil olmaqla, ölkənin bütün ticarət qurumlarında satınalmanı bir günlük dayandırmağa çağırıb.
Ardını oxu...
Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok qabaqcadan elan olunmadan bu gün Ukraynaya səfər edib.
O, çatan kimi bəyan edib ki, Almaniya bu gün Ukraynaya 130 milyon avro dəyərində humanitar yardım təqdim edəcək.
Daha sonra isə xanım deyib ki : --
"Almaniya Ukraynaya 11 milyard avro həcmində hərbi yardım da ayıracaq".
" Həmin vəsaitin 3 milyardı ölkəyə bu il, geri qalan 8,25 milyard dollarlıq hissəsi isə 2025 – 2029-cu illər arasında veriləcək."
Nəzərinizə çatdırım ki, bu XİN Annelina xanımın Ukraynaya 11 - ci və çox güman ki, nazir kimi sonuncu səfəridir.
Belə ki, Almaniyada yeni hökumət formalaşdırılır.
Nəriman Abdinov
TEREF
 
Ardını oxu...
İsveçrə ümumilikdə 7,4 milyard İsveçrə frankı (təxminən 8,38 milyard dollar) məbləğində Rusiyanın aktivlərini dondurub.
Bu ölkədə Rusiyanın milyardlarla dolları dondurulub
Bu barədə “Tages-Anzeiger” nəşri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) istinadən yazıb.

Məlumata görə, bu məbləğin 1,6 milyard İsveçrə frankı (1,8 milyard dollar) son bir il ərzində dondurulub.

Xatırladaq ki, Ukraynaya qarşı müharibəyə görə İsveçrənin Aİ sanksiyalarına qoşulması səbəbindən bu ölkədə Rusiyanın aktivləri dondurulub.
 
Ardını oxu...
Polşa prokurorları 2010-cu ildə Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasının təhqiqatında iştirak edən 43 rusiyalı ekspertə qarşı yeni ittihamlar irəli sürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə PAP agentliyinə 1 saylı İstintaq Qrupunun rəhbəri Kşiştof Şvark məlumat verib.

Xüsusi iddialar açıqlanmasa da, rusiyalı mütəxəssislər mərhumun yarılma protokollarının tərtib edilməsində pozuntularda şübhəli bilinirlər. Onlar beynəlxalq axtarışa verilə bilər. “Düşünürəm ki, biz həbs qərarı vermək və beynəlxalq axtarışa başlamaq üçün zəruri olan həbslə bağlı məhkəməyə müraciət edəcəyik”, deyə Şvarts bildirib.

Faciə 2010-cu il aprelin 10-da göyərtəsində 96 nəfərin olduğu Tu-154 təyyarəsinin Smolensk hava limanına yaxınlaşarkən qəzaya uğraması ilə baş verib. Həmin an sərnişinlər arasında Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı, məşhur Polşa siyasətçiləri və ali hərbi komandanlıq olub.
 
Ardını oxu...
  

Avropada yaşayan Azərbaycanlılar Haaqadakı “Sülh və Ədalət Sarayı”nın qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, onlar son vaxtlar Avropa və Niderland parlamentlərində ölkəmizə qarşı qərəzli münasibətlərə etiraz olaraq, “Sülh və Ədalət Sarayı”nın qarşısında yürüş və etiraz nümayişinə çıxıblar. Soydaşlarımız “Sülh və Ədalət paytaxtı” olan Haaqanı ədalətə çağırıblar. Aksiya iştirakçıları ermənilərin vəhşiliyini əks etdirən Xocalı soyqırımı, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart genosidi qurbanlarının ədalətə layiq olduqlarını bəyan ediblər.

Xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyini əks etdirən nümayişdə “Etnik təmizləmə qurbanı olan günahsız Azərbaycanlılara ədalət!”, “Ədalət və məsuliyyət uğrunda birləşin!”, “Cəzasızlıq ədalətsizliyi artırır!”, “Erməni hərbi cinayətkarlarının cəzasız qalmasına son qoyulsun!”, “Cəzasızlığı dayandırın, məsuliyyətə başlayın!”, “Müharibə cinayətlərinə görə cəzasızlığa artıq dözmək olmaz!”, “Zülmə son qoy, həqiqəti söylə!”, “Bu günün məsuliyyəti – sabahın cinayətinə son qoyur!”, “İnsanlıq üçün hərəkət edin, təcavüzə qarşı çıxın!”, “Ermənistan, hərbi cinayətkarları müdafiə etməyin, onları mühakimə edin!”, “Ədalət üçün ayağa qalx!”, “Azərbaycan üçün həqiqət, hamı üçün ədalət!”, "Ermənistanın işğalına yox deyək!", “Bütün dünyada tanınan Azərbaycanın haqqı!”, “Ədalət, sülh və həqiqət üçün birlikdə!”, “Beynəlxalq ədalətə qayıdaq!”, “İkili standartlara son qoyaq!”, “Mirotvorets” siyahısına görə Ruben Vardanyana rəhm edilmir” kimi şüarlar səsləndirilib, Avropanın ikili standartlara son qoymasına çağırış edilib.

Avropada yaşayan soydaşlarımız tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı kütləvi qətilamlar, soyqırımı aktları törətdiklərini xatırladıblar. Onlar ermənilərin cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda bu soyqırımı aktlarının beynəlxalq hüququn normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, eləcə də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayət olduğunu bildiriblər.

Nümayişçilər 1918-ci il martın 31-də - 107 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrin soyqırımı kimi tanınmasını tələb ediblər.

Etirazçılar Ermənistanın minaların xəritəsini verməkdən imtina etməklə müvafiq Cenevrə konvensiyalarının kobud şəkildə pozduğunu vurğulayıblar.

Onlar “Mina qurbanı olan azərbaycanlıların əzabına son qoyulsun!”, “Günahsız azərbaycanlıları erməni minalarından qoruyaq!”, “Minasız dünya üçün ayağa qalxaq!”, “Minalar gizli qatillərdir, minalara yox deyin!”, “Ermənistan, minalanmış ərazilərin xəritəsini Azərbaycanla paylaş!” şüarları ilə “Sülh və Ədalət Sarayı”nı bu haqsızlığa son qoymağa səsləyiblər. Erməni minalarının hələ də günahsız insanları öldürməkdə olduğu diqqətə çatdırılıb.

Soydaşlarımız Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılar üçün də ədalət çağırışı ediblər. İtkin azərbaycanlıların tapılmasına ümidin itmədiyini deyib və Ədalət məhkəməsi qarşısında “İtkin düşmüş azərbaycanlıların tapılmasına kömək edin, onlar unudulmur!”, “Hər dəqiqə önəmlidir: bilmək hüququna riayət edilməlidir!”, “Hər bir itkin şəxs önəmlidir!”, “Ermənistan, kütləvi məzarlığı Azərbaycanla paylaşın” şüarları səsləndiriblər. Məhkəməyə əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı onların yaxınlarının hüquqları xatırladılıb.


Ardını oxu...
 

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Musavat.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Qeyd edək ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubu təqdim edirik:

"Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".

Ardını oxu...
İranın yeraltı bazalarının yerləşdiyi bütün şəhərlərində raketlər buraxılış qurğularına yüklənir. Bunu İranın ingilisdilli “Tehran Tayms” qəzeti dünən ABŞ Prezidenti Donald Trampın təhdidindən sonra yazıb. Qəzet vurğulayıb ki, “Pandora qutusu”nun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək. Qeyd edək ki, ötən gün Tramp danışıqlardan imtina edəcəyi halda İranın görünməmiş bombardmana məruz qalacağını vəd edib.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İranın yeraltı raket bazalarından atəşin açılması regionda gərginliyi artıra bilər:

“Fikrimcə, regionda İranın nəzərdə tutduğu səviyyədə gərginliyin baş verməməsi üçün Amerika və yaxud İsrail əməliyyatlara başlasa, ilk növbədə rəsmi Tehranın yeraltı raket bazalarını vurmalıdır. Əks halda bu regionda böyük fəsadlar yaradar. Pandora məşhur Yunan mifalogiyasına görə ilk qadındır. Həmin qadına qutuda hədiyyə olunub və qutu açılmamalıydı. Lakin qutu açıldıqdan sonra bütün dünyaya pisliklər yayılıb. İran “Pandora qutusu” ifadəsini işlədərkən bunu nəzərdə tutur. Yəni Amerika İrana qarşı hücum edərsə, həmin “pisliklər qutusu” açılacaq və bütün regiona dağıdıcı təsir göstərəcək şəklində mesaj verilir”.
 
Ardını oxu...
Macarıstan İnterpolun Sarayevo bölməsinin (Bosniya və Herseqovina) Serb Respublikası prezidenti Milorad Dodiki beynəlxalq axtarışa vermək təşəbbüsü ilə əlaqədar İnterpolun Baş Katibliyinə şikayət ünvanlayıb.

Bu barədə "Raport" nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Bosniya və Herseqovina hakimiyyətini Dodikə qarşı məhkəmə prosesi açdığına görə tənqid etmişdi. Fevralın 26-da sosial şəbəkə X-də Orban bu prosesi "cadugər ovu" və "hüquq sisteminin silaha çevrilməsinin üzücü nümunəsi" adlandırmışdı.

Macarıstanla yanaşı, Serbiya hakimiyyəti də Serb Respublikasının prezidentini müdafiə edərək İnterpolun Baş Katibliyinə etiraz notası göndərib və işi siyasi adlandırıb.

Mart ayında Serbiyanın "Politika" qəzeti Milorad Dodik və Serb Respublikası Xalq Məclisinin sədri Nenad Stevandiçin beynəlxalq axtarışa veriləcəyini yazmışdı. Nəşr Sarayevo Interpol bölməsi tərəfindən hazırlanmış beynəlxalq orderlərlə tanış olduğunu bildirmişdi.

Bosniya və Herseqovinada bosniyalı serblərin lideri olan Dodik ölkənin Konstitusiya Məhkəməsinin və beynəlxalq ictimaiyyətin Bosniyada xarici idarəçi funksiyasını yerinə yetirən ali nümayəndəsinin qərarlarını görməməzliyə vurmaqda ittiham olunur. Fevral ayında yerli məhkəmə cənab Dodiki bir il həbs cəzasına məhkum edib və altı il müddətinə siyasi fəaliyyətlə məşğul olmasını qadağan edib.

Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
 
Ardını oxu...
Ukraynada Çernobıl AES-in yerləşdiyi zonasında heyvanlar təkcə radiasiyaya qarşı müqavimət göstərmir, həm də sürətlənmiş təkamül əlamətləri ilə diqqəti çəkir.
Yeni araşdırmalar göstərir ki, qəzadan sonrakı onilliklər ərzində bir çox növlər təbiətdə əvvəllər görünməyən unikal xüsusiyyətləri inkişaf etdiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Ardını oxu...
İspan bioloqları Çernobıl qurbağalarında qeyri-adi qara rəng aşkar ediblər ki, onlar bunu bədəni radiasiyanın təsirindən qismən qoruya bilən piqmentin- melaninin artması ilə əlaqələndirirlər. Alimlər hesab edirlər ki, tünd qurbağaların fəlakətdən sağ çıxmaq və öz genlərini nəsillərinə ötürmək şansı daha çoxdur.
Ardını oxu...
Canavarlar alimlərin xüsusi diqqətini çəkib. Amerikalı bioloqların fikrincə, onların immun sistemi insanlar üçün təhlükəsiz səviyyədən altı dəfə yüksək radiasiya səviyyəsinə müntəzəm məruz qalmasa da, bu heyvanlar onkoloji xəstəliklərə qarşı artan müqavimət göstərir.
Ardını oxu...
Atom elektrik stansiyasının yaxınlığında yaşayan itlərin DNT-lərində də onları normal populyasiyalardan fərqləndirən dəyişikliklər aşkar edilib.
Ardını oxu...
Hətta quşlar da radiasiyaya uyğunlaşır, hüceyrə zədələnməsindən qoruyan antioksidanların səviyyəsini artırırlar. Ev heyvanlarında isə fəlakətdən sonrakı ilk illərdə ağır mutasiyalar qeydə alınıb: inkişaf qüsurları, əlavə əzalar, anormal rənglənmə.
Əldə edilən məlumatlar alimləri radiasiyanın təsiri ilə bağlı fikirlərini yenidən nəzərdən keçirməyə vadar edir: o, nəinki məhv edə, həm də gözlənilməz təkamül proseslərini işə sala bilər. Bununla belə, tədqiqatçıların qeyd etdiyi kimi, bu, təhlükəni qiymətləndirmək üçün əsas deyil: bütün canlılar bu şəraitə uyğunlaşa bilmədi.
 

Dünyapress TV

Xəbər lenti