Beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra əsasən bərpa edilib. İqlim dəyişikliyi dünyanın ən ölümcül üç yoluxucu xəstəliyi - QİÇS, vərəm və malyariya ilə mübarizə səylərinə mane olur. Xarici KİV xəbər verir ki, bunu həmin xəstəliklərlə mübarizə üzrə Qlobal Fondun rəhbəri Piter Sends deyib. Fondun 2023-cü il nəticələrinə dair hesabatında qeyd olunur ki, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri əsasən bərpa olunub. "Lakin iqlim dəyişikliyinin artan çağırışları o deməkdir ki, dünyanın qeyri-adi addımlar atmadan 2030-cu ilə qədər QİÇS, vərəm və malyariyaya son qoymaq məqsədinə çata bilməyəcək". Onun sözlərinə görə, malyariya əvvəllər xəstəlik daşıyan ağcaqanadlar üçün çox soyuq olan Afrikanın yüksək dağlıq ərazilərində yayılır. Həmçinin qeyd olunub ki, ekstremal hava hadisələri, xüsusən də daşqınlar səhiyyə xidmətlərini alt-üst edir, əhalinin miqrasiyasına və xəstələnmə hallarının artmasına səbəb olur. Bununla belə, Sands qeyd edib ki, Sudan, Əfqanıstan və Myanma, eləcə də Ukrayna kimi münaqişələrdən əziyyət çəkən ölkələrdə bu xəstəliklərin müalicəsinə və qarşısının alınmasına kömək etmək üçün geniş əhali kütləsinə çatmaq təhlükəsizliyə görə son dərəcə çətindir. Eyni zamanda, Sandsin vurğuladığı kimi, müsbət cəhətlər də var. Məsələn, Qlobal Fondun sərmayə qoyduğu ölkələrdə 2022-ci ildə 6,7 milyon insan vərəmdən müalicə olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 milyon nəfər artım deməkdir. Fond həmçinin 24,5 milyon insana HİV-ə qarşı antiretrovirus terapiyanın təmin edilməsinə kömək edib və 220 milyon ağcaqanad torları paylayıb.
Lifli qidalar orqanizmimiz üçün böyük əhəmiyyət kəsb edən və həzm sistemimizin sağlam işləməsini dəstəkləyən qidalardır. Lifli qidalar bitki mənbələrində olan həzm olunmayan karbohidratlardır. Həzm sistemimizdə liflər həzm olunmadan nəcislə xaric olur və toksinlərin, yağların və digər tullantıların orqanizmdən çıxarılmasını asanlaşdırır. Foodinfo.az xəbər verir ki, lif istehlakı bağırsaq sağlamlığını, çəki nəzarətini və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir. Lifli qida qaynaqları kimi ən çox istehlak edilən qidalara meyvələr, tərəvəzlər, tam taxıllar, paxlalılar, qoz-fındıq və toxumlar daxildir. Bu qidalar bədənimiz üçün iki müxtəlif növ lif təmin edir: həll olunan və həll olunmayan. Həll olunan liflər su ilə qarşılıqlı əlaqədə olan və gel konsistensiyasına çevrilən liflərdir. Onlar mədədə şişir və dolğunluq hissini təmin edərək çəkiyə nəzarət etməyə kömək edir. Onlar həmçinin qan şəkərini balanslaşdırır və xolesterin səviyyəsini aşağı salaraq ürək sağlamlığını qoruyurlar. Həll olunan liflər yulaf, arpa, lobya, noxud, alma və sitrus meyvələri kimi qidalarda olur. Həll olunmayan liflər suyu çəkmir və bağırsaq hərəkətlərini sürətləndirərək qəbizliyin qarşısını alır. Bu liflər taxılların qabıqlarında, tərəvəz və meyvələrin, lobya və paxlalıların qabıqlarında olur. Lifli qidaların istehlakı bir çox sağlamlıq probleminin qarşısını alır. Lifli qidalar qəbizlik, hemoroid, divertikulyar xəstəlik, ürək xəstəliyi, diabet, kolon xərçəngi və piylənmə riskini azaldır. Həmçinin onlar çəki nəzarətində təsirli ola bilir, çünki dolğunluq hissi verirlər. Bununla belə, lifli qidaları istehlak edərkən diqqətli olmaq lazımdır. Lifli qidalara tez keçmək və ya həddindən artıq miqdarda istehlak həzm pozğunluğuna səbəb ola bilər. Buna görə də lifli qidaları yavaş-yavaş istehlak etməyə başlamaq və bol su içmək vacibdir. Sağlam bir həyat üçün gündəlik lif qəbulunu artırmaq vacibdir.
“Həmkarlar İttifaqı Konfederasiya işçilərinin sanatoriya, müalicə və istirahət tələbatlarını ödəmək məqsədilə 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Darıdağ Arsenli Su Müalicə Mərkəzini, Ağbulaq İstirahət və Xizək Mərkəzini, “Duzdağ” Hoteli və Fizioterapiya Mərkəzini satın alıb”.
Bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qurumun növbədənkənar VI qurultayında çıxışı zamanı deyib.
“Uşaqlarda astma xəstəliyinin müalicəsi üçün mərkəzlər dünyada üç yerdədir, bunlardan biri də Naxçıvandakı Duzdağdadır. Gələn ildən çalışacağıq ki, xəstə uşaqları Duzdağa göndərək, orada müalicə alsınlar”, - o vurğulayıb. Ətraflı Baku TV-nin süjetində:
Uzun illər sümüklər və oynaqlar üçün faydalı olan əsas məhsulun süd və onun törəmələri (kefir, xama, kəsmik və s.) olduğuna inanılırdı. Uşaqlar və böyüklər, xüsusilə hamilə qadınlar hər gün bu məhsulları yeməyə məcbur edilirdilər.Əlbəttə ki, bu məhsul qrupunun faydalarını inkar etmək olmaz, çünki onların tərkibində həqiqətən çoxlu kalsium var. İngiltərə alimləri müəyyən ediblər ki, sümükləri gücləndirmək üçün pəhrizinizə müntəzəm olaraq kələm, turp və vəzəri kimi tərəvəz və göyərtilər daxil etsəniz süd məhsullarını azalda bilərsiniz. Qeyd olunan tərəvəzlərin tərkibində təkcə K vitamini deyil, həm də virusdan qoruyan çoxlu C vitamini, eləcə də təbii gözəllik yaradan beta-karotin var.
İnsan orqanizmində daxili tərəzi var. Alimlər bunun beyində olduğunu müəyyən edib.
Belə ki, çəkimiz artanda beyin kaloriləri azaltmalı olduğumuzu şüuraltı olaraq bizə çatdırır.
“Medicina” xəbər verir ki, İsveçli alimlər beyində kaloriləri hesablayan tərəzi sisteminin olduğunu müəyyən edib.
Onlar laboratoriya siçanları üzərində təcrübə aparıb. Siçanlarda kaloriləri artırıb kökəltdikcə, beyində şüuraltı siqnal işə düşüb, yeməyi azaltmağa sövq edir.
Təəssüf ki, bu daxili tərəzi hər adamda aktiv deyil. Belə ki, ofis işçiləri,evdar qadınlar, çox oturanlarda tərəzi işləmir.
Belə ki, onların beyinləri çox yeməyə başlayanda xüsusi siqnalı göndərmir. Bu dolayısı ilə oturaq həyar keçirənlərin niyə daha çox kökəldiyini sübut edir.
Alimlər ümid edir ki, bu kəşf gələcəkdə arıqlamaq üçün beyinin gücündən, daxili tərəzidən istifadəni aktuallaşdıracaq.
Onlarla faydası olan qırmızı turp xərçəngə qarşı ən təsirli qidalar arasındadır.
Xarici KİV xəbər verir ki, aparılan araşdırmalar bunu deməyə əsas verir.
Bəzi qidaları qəbul etməklə xərçəngdən qorunmaq mümkündür. Araşdırmalara görə, qırmızı turpun su ilə qaynadılması xərçəng əmələ gətirən maddələri yox edə bilir. O, həmçinin şişlərin yaranmasının da qarşısını alır. Qırmızı turpun tərkibində A, B6, C, E, K vitaminləri, antioksidant, sink, kalium, lif, kalsium, dəmir və maqnezium mövcuddur. Turp kükürd birləşmələri baxımından yaxşı tərkibə malikdir. Buna görə də xərçəngə qarşı qorunmanı təmin edir. Turpun tərkibindəki flavonoidlər meydana gələ biləcək xərçəng hüceyrələrinə qarşı mübarizə aparır, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Qırmızı turpun digər faydaları:
- Qırmızı turpun tərkibində C vitamini var. Belə ki, immun sisteminin güclənməsində rol oynayır və soyuqdəymədən qoruyur;
- Şəkər xəstəliyinə qarşı ən effektiv qidadır. Qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır;
- Həzm sisteminə müsbət təsir edir. Turp lifli bir quruluşa malikdir, buna görə də həzm sisteminin normal və rahat olmasında böyük təsirə malikdir;
- Turp yemək qəbizlik problemlərinin qarşısını alır;
- Uzun müddət davam edən toxluq hissi yaradır və çəkiyə nəzarət etməyə kömək edir;
- Ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki antioksidantlar, kalsium və kalium sayəsində ürək xəstəliyi riskini azalda bilir;
- Yüksək qan təzyiqi və insult riskini azalda bilir.
Bu gün burun estetik əməliyyat etdirən pasiyentlərin çoxu nəticədən razı qalmır, nəfəs alma problemi, sonradan burunda əyilmə ilə üzləşir.
Uğursuz burun əməliyyatlarının sayı artdıqca, təkrari-revizion əməliyyatların da sayı artır. Bəs günü gündən artan rinoplastik cərrahların içində necə seçim edək?
“Medicina”ya açıqlamasında məşhur LOR, rinoplastik cərrah Məzahir Quliyev uğursuz burun nəticələrinin səbəblərindən danışıb.
“Dünya təcrübəsində rinoplastikada 5-10% qədər revizion əməliyyatların olması qeyd olunur və bu normaldır.
Amma həkim gənc, təcrübəsiz, öz üzərində təkmilləşməyən həkim olduqda və ya digər həkimlərə nisbətdə ucuz qiymətlə daha çox pasiyent qəbul etdikdə, bu rəqəm artır.
Hətta 10 xəstənin 5-də təkrari müdaxiləyə ehtiyac ola bilir.
O, 5-6 nəfər illərlə problem yaşayır, başqa həkimlərə müraciət edir.Uğurlu alınan o 3-4 nəfər isə öz yaxınlarını və çevrəsini yenə bu həkimə göndərir, beləcə, zərərçəkənlərin sayı artır.
Burda həkimdən başqa, pasiyentlərin də üzərinə məsuliyyət düşür. Həkimi yaxşı araşdırıb, onun müayinəsində şəxsən olub, problemini bilib, həkimlə iskləri müzakirə edib, özü həkim barədə qərar verməlidir. Dost, rəfiqə, sosial şəbəkədə rəylərlə həkim seçmək olmaz.
Bizə onlayn çox yazırlar, media üzərindən sual verirlər, ilk sual da əməliyyatın qiymətini soruşurlar.
Məncə, qiymət məsələsi ən son soruşulacaq məsələdir. Hər şəxs həkimi ilə şəxsən görüşməlidir. Pasiyentin psixoloji problemi varsa, heç onu əməliyyata almaq lazım deyil, onu öncə psixoloqa yönləndirmək lazımdır”.
Bəzi qidalar və ət növünü yedikdə, orqanizm çox güclü yüklənmə hiss edfir və maddələr mübadiləsi pozulur.
“Medicina” xəbər verir ki, ekspertlər metobolik pozulma zamanı qanın daha yağlı olmasına diqqət çəkib.
“Həddən artıq miqdarda yağlı, qırmızı ət yemək metobilik xəstəliklər, II tip diabet, ürək xəstəliyi və qaraciyər piylənməsinə birbaşa yoldur.
Yüksək dərəcəli emal olunmuş qidalara – delikates, kolbasa, bekon, sosis daxildir. Qida sənayesi məhsulları şəkər, natrium, emulqatorlarla zəngindir, bunlar bağırsaq mikroflorasını pozur.
Qazlı şirin içkilər, paket şirələri qaraciyəri və yağı piyləndirir.
Qanı yağlandıran 2 maddə var: xolesterin və lipid. Bu maddələrin qanda artması qanı çox yağlı edir və bu qan damarlarda çətin hərəkət edir.
Qanın yağlanması o deməkdir ki, ateroskleroz başlayır. Bu isə gələcəkdə infarkt və insult deməkdir.
İsrail əsgərləri HAMAS üzvlərindən birinin evində bir milyon avrodan çox pul tapıblar.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail ordusunun əsgərləri Qəzzanın Cəbəliyyə rayonundakı evdə beş milyon şekel (təxminən 1,25 milyon avro) olan çamadanlar tapıblar.
Məlumatda bildirilib ki, pul terror fəaliyyəti üçün nəzərdə tutulub. Çamadanların yanında hərbçilər külli miqdarda silah tapıblar.
“Qızılca ilə bağlı ölkə səviyyəsində səhiyyə müəssisələri tərəfindən tədbirlər keçirilir”.
Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, xəstə sayı ilə bağlı vəziyyət stabildir:
“Gərginliyə səbəb olacaq hal müşahidə edilmir. Səhiyyə Nazirliyi tərəfindən ölkədə vaksinasiya ilə bağlı ciddi tədbirlər aparılır. Eyni zamanda, TƏBİB-in tabeliyində olanda müəssisələrdə vaksinasiya qızılca üçün də həyata keçirilir. İlin sonuna doğru nazirlik tərəfindən daha üst yaş kateqriyalarına istifadə oluna biləcək vaksinlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”.