Ardını oxu...
Koronavirus pandemiyası hələ də həyatımızdan tam olaraq çıxmayıb. Bəzi ölkələrdə virusun yeni varinatları yaranıb. COVID-19-un variantları yüksək yoluxdurma qabiliyyəti, xəstəliyin ağırlığı baxımından biri digərindən fərqlənib.

“JN1” daha təhlükəlidir

Sonuncu “JN1” adlanan ştamm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkməkdədir. Qurum ABŞ-da koronavirusun yeni ştammına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz “JN1” aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.

Bundan başqa, ştama yoluxanların dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edilib.

Ölkəmizdə koronavirusa yoluxan və ölənlərin sayında kəskin azalma görülsə də xüsusi karantin rejimi davam edir. Yəni virusla mübarizə çərçivəsində bəzi məhdudiyyətlər qalmaqdadır. Qarşıdan Yeni il gəlir və buna görə qeyri-iş günlərinin sayı artırılıb.

İnsanlar iş günlərinin olmamasından istifadə edib ölkə daxilində və xaricində dincəlməyə can atırlar. Bu da dünyanın kabusuna çevrilən koronavirusun ölkəmizdə yenidən alovlanmasına gətirib çıxara bilər.

Azərbaycan üçün də təhlükə varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyev koronavirusun yeni ştammının yoluxuculuğunun yüksək olduğunu deyib:

““JN1” koronavirusun son variantlarından biridir. Aşkar olunduğu gündən sürətli artma tempindədir və yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bunu ÜST diqqət edilməsi lazım olan bir variant kimi qiymətləndirib və xəbərdarlıq edib. Biz həqiqətən də onun yoluxduruculuq qabiliyyətinin yüksək olduğunun şahidi oluruq.

Hazırda həm ABŞ, həm Avropanın bəzi ölkələri, həmçinin, Hindistan, Çində yayılmaqdadır. Amma bunun virulent və patogenliyi, yəni xəstəlik törətmə qabiliyyətinin daha aşağı olduğu bildirilir, simptomları digər koronavirus ştamları ilə təxminən eynidir”.

Həkim hesab edir ki, yeni ştammın bir müddət sonra Azərbaycana gəlmə ehtimalı çoxdur:

“Özümüzü qorumaq lazımdır, çünki payız-qış mövsümü bu xəstəliklərdə yoluxucu və təhlükəli ola bilir. Azərbaycanda bu ştammın olduğu rəsmi qeyd olunmayıb, amma bir müddət sonra bizə gəlmə ehtimalı var. Bizə gəlsə də qorxulu bir şey yoxdur, çünki bizdə kollektiv immunitet formalaşıb. Yoluxa bilərik, amma xəstəlik sadə qrip formasında gedir.

İnsanlar çox zaman xəstəxanaya da müraciət eləmirlər, çünki qriplə eyni simptomları var, buna görə də statistik məlumatlarda da öz əksini tapmır.

Təbii ki, xaricə gedənlər buna diqqət etməlidirlər. Bundan ən yaxşı qorunma üsulu maskadır. Sosial məsafə və əl gigiyenasına riayət etmək kifayət edir ki, bu xəstəlikdən qoruna bilək. Əgər risk qrupuna daxil olan şəxslər varsa, peyvənd olunmalıdırlar. Hansı ölkədəki bu ştam var, həmin ölkəyə gedənlər öncədən peyvənd etdirə bilərlər. Ancaq bu yollarla yoluxmaların qarşısını almaq olar”.
 
Ardını oxu...
İsveçin Örebro Universitet Xəstəxanasında çalışan kardioloq Ole Frobert Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetinin alimləri ilə qış yuxusuna gedən ayıların bədənlərindəki dəyişiklikləri araşdırıb.

Tədqiqatçılar qış yuxusundan oyanan ayılarda HSP47 adlı zülalın miqdarının azaldığını müəyyən ediblər.

Qan laxtalarının əmələ gəlməsində iştirak edən hüceyrə hissələrinin səthindəki bu zülal qan hüceyrələrinin bir-birinə yapışmasını təmin edir.

Məsələn, kəsikdən sonra qan laxtası əmələ gəldikdə HSP47 qanaxmanın dayandırılmasını və sağalma prosesinin başlamasını mümkün edir. Ancaq damarlarda qan laxtalanması təbii yolla həll edilmədikdə ölümcül ola bilər.

Tədqiqatçılar onurğa beyni zədəsi olan xəstələrdə HSP47 zülalının aşağı səviyyəsini də müşahidə ediblər. Bu fərdlərdə də qış yuxusuna gedən ayılardakı kimi qan laxtalanmır.

Frobert qış yuxusunun enerjiyə qənaət və bərpa forması olduğunu bildirib. Bu proses zamanı ayıların ürək döyüntüləri əhəmiyyətli dərəcədə yavaşlayır.

Kardioloq bu zülalın təsirini yaradacaq dərman üzərində işlədiklərini bildirib. 10 il sonra hazır olması gözlənilən yeni məhsulun bazarda mövcud olan qan laxtalanmasının qarşısını alan dərmanlarla müqayisədə daha az yan təsirə səbəb olması hədəflənib.

Alman akademik Manuela Thienel "Siz həqiqətən təbiətdən çox şey öyrənə bilərsiniz" deyib.

Bu araşdırma üçün Thienel və Frobertin komandası helikopterlə İsveçdə ayıları izləyib, onların yuvalarını tapıb və heyvanları anesteziya edərək qan nümunələri götürüb. Tədqiqatı NASA və Alman Aerokosmik Mərkəzi maliyyələşdirib.
paralel.az
 
Ardını oxu...
Gündəlik sevərək qəbul etdiyimiz bir çox zərərli qidalar və içkilər həyatımızın mərkəzində yer alır. Hazırda müasir dünyada sağlam qidalanmaq bir çox insan üçün çox çətindir. Gərgin iş rejimi səbəbindən tez hazırlanan "Fast food" yeməklərinə üstünlük verilsə də, bunlar sağlamlıq üçün böyük risk daşıyır. Bəs sağlam olmaq üçün hansı zərərli qidalardan imtina etməliyik?
BAKU.WS xarici KİV-ə istinadən sağlamlıq üçün ən zərərli və imtina edilməsi şərt olan 4 qidanı təqdim edir:
Qazlı içkilər
Gündəlik həyatda istifadə etdiyimiz populyar içkilərin hamısı şəkər deposudur. Aparılan araşdırmalar göstərir ki, tərkibində şəkər olan içkilərdən imtina etdikdə bu çəki azalmasına səbəb olur. Qazlı içkilər şəkərli diyabetə, diş çürüməsinə, sümük əriməsinə və nevroloji xəstəliklərə gətirib çıxarırı.
Şəkər
Şəkər insan sağlamlığına ən çox zərər verən qidadır. Çoxlu şəkər istehlak etmək böyrəklərə ziyan verir, kökəlməyə səbəb olur və qaraciyər yağlnmasına səbəb olur. Şəkəri qida rasiyonumuzda çıxararaq sağlam yaşaya bilərik.

İşlənmiş ət məhsulları
Kolbasa, sosiska xərçəngə səbəb olmaqla yanaşı, yüksək miqdarda duz və əlavə maddələr ehtiva edir. Bu da yüksək təzyiqə, ürək xəstəliklərinə və digər sağlamlıq problemlərinə gətirib çıxarır.
Palma yağı
Ən zərərli yağlardan biri olan palma yağı, xolesterinin səviyyəsini artıraraq ürək tutması və insult riski yaradır. Ətraf mühitə zərər verən palma yağı əvəzinə başqa alternativ yağ istehlak edə bilərsiniz. Bunlardan biri zeytun yağıdır.
 
Ardını oxu...
Azərbaycanda qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

Orta yaşlı insanların çoxu qızılcaya qarşı peyvənd olunmaqdan çəkinir, bunun lazımsız olduğunu düşünürlər və qızılcanın “uşaq xəstəliyi” olduğunu iddia edirlər.

Bəs görəsən, qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxsləri hansı təhlükə gözləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr. Vasif Əliyev bildirib ki, xəstəlik uşaqlar arasında geniş yayılsa da, böyüklər üçün də risk çoxdur:

“Qızılca infeksion xəstəlik olaraq, adətən, uşaqlar arasında yayılır. Amma peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Xəstəliyə qarşı peyvəndlər də vurulur.

Əgər böyüklər də bu günə qədər qızılca keçirməyiblərsə, mütləq onlar da xəstəliyə qarşı peyvənd olunmalıdırlar. Onlar bu xəstəliyə ötəri baxmamalı, ciddi yanaşmalıdırlar, çünki xəstəlik böyük insanlarda da çox ağır formada özünü göstərə bilir. Bunu hal-hazırda xəstəliyə yoluxan şəxslərdə müşahidə edirik”.

Həkim bildirib ki, bu günə kimi qızılcaya yoluxmayan böyüklər də mütləq 2 doza peyvənd olunmalıdır:

“Mütləq böyüklərə 2 doza qızılca peyvəndi vurulmalıdır. Birinci doza vurulduqdan 28 gün sonra onlara ikinci doza vurulur. Hazırda epidemioloji vəziyyət bunu tələb edir. Qızılca çox yoluxucu virusdur”.
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə və müxtəlif ictimai yerlərdə orqan satışı ilə bağlı elanlar yerləşdirilir. Xüsusən də böyrək satışına daha çox rast gəlinir. Hətta bu orqanını 40-50-70 min manata təklif edənlər də var. Hüquqşünaslar orqan satışının qanunla qadağan olunduğunu, həkimlər isə insanların yalnız öz qan qohumuna donor ola biləcəyini söyləyirlər. Başqasına can verib, özlərini yarımcan qoymaq istəyənlərlə bağlı qanunvericilikdə nə nəzərdə tutulub?

Tibbi elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında dünyanın heç bir yerində kiminsə orqanını satması ilə bağlı praktikanın olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycanda orqanların satışı ilə bağlı elanların qanuni əsası yoxdur və onlar kriminal mahiyyət daşıyır: "Heç bir halda qeydiyyatdan keçmədən başqasından orqan köçürməyə qanun icazə vermir. Amma təəssüflər olsun ki, biz bu gün ölkəmizdə orqan satışı ilə bağlı müxtəlif elanlara rast gəlirik. Ümumiyyətlə, donor olmaq istəyən şəxs ancaq öz qan qohumuna orqan verə bilər. Donor haqqında qanuna görə, donor bankı olmalıdır. Donor bankı beyni ölüm keçirmiş insanlardan orqan toplanmasının hesabına həyata keçirilir. Yəni ata, ana və digər ailə və qohum olan üzvlər bir-birinə orqan vermək borcunda deyil".

Həkim-terapevt Rasif Bağırov isə açıqlamasında deyib ki, orqan transplantasiyası ilə bağlı qanuna görə, insan öz böyrəyini ancaq qohumuna verə bilər. Onun kənar adama satışı qanunla nəzərdə tutulmayıb.

Həkimin sözlərinə görə, tək böyrəyə hər hansı xəstəlik düşərsə, xroniki xəstəliyə yoluxarsa bu, orqanizmdə ciddi fəsadlara yol aça bilər: "Yaxud da böyrəkdə daş əmələ gələrsə və o sidik axarına düşərsə həmin anda o gərək götürülsün. Çünki 1-2 gün daş böyrəkdə qaldıqda kreatin 600-ə qalxır və dializə getməyə məcbur qalır. İki böyrək olanda isə birində daş axara düşdükdə digər böyrək öz funksiyasını yerinə yetirir. Belə olan halda xəstə böyrəkdə müalicəni aparmaq daha təhlükəsiz və rahat olur".
Ardını oxu...
Hüquqşünas Şamil Paşayev isə açıqlamasında bildirib ki, orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib.

Onun sözlərinə görə, qeyd olunmuş klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur:

"Orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycanda qəbul olunmuş qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır".

Qeyd edək ki, pul müqabilində orqan satışı yolverilməzdir və könüllü olsa belə qadağandır. Bu əməllə məşğul olan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır. Sosial şəbəkələrdə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanlar isə Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının alqı-satqısı 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilidək müddətə isalh işləri, və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir sıra hallarda daha ağır cəzalar tətbiq edilə bilər.
 
Ardını oxu...
Beyin orqanizmə daxil olan kalorilərin təxminən 20 faizini istehlak edir.
Qidalanma beyinin fəaliyyətinə təsir edir, onu faydalı maddələrlə təmin edərək onun yaxşı işləməsinə kömək edir.
Bu barədə həkim-nevroloq, autizm üzrə mütəxəssis Robert Melillo və neyrobioloq Deyl Bredesen ABŞ-ın "HuffPos" onlayn nəşrinə beyin üçün ən faydalı olan qidaları açıqlayıblar.
Melillo, beynin orqanizmə daxil olan kalorilərin təxminən 20 faizini istehlak etdiyini söyləyib. Bu, insan bədənindəki digər orqanından daha çoxdur, buna görə də qidalanma zehni fəaliyyətin keyfiyyətinə birbaşa təsir göstərir. Həkimin sözlərinə görə, qaragilə və ya alma kimi tərkibində flavonoidlər olan qidalar beyni gənc saxlayır və demansın inkişaf riskini azaldır.
Həkim-nevroloq həmçinin iltihab əleyhinə malik olan qidaları ağıl üçün faydalı adlandırır. Bu qidalara göyərti, zəncəfil, brokkoli və sarıkök daxildir.
Neyrobioloq Bredesen əlavə edib ki, yağlı balığın və avokadonun da beyinə faydası var, çünki onların tərkibində damar sağlamlığı və yaddaşın funksiyası üçün lazım olan yağlar var.
Bundan əlavə, o, daha çox yumurta yeməyi məsləhət görüb. Neyrobioloq izah edib ki, onların tərkibində sinir sistemi üçün vacib olan asetilkolin-neyromediator var.
 
Ardını oxu...
Qara çörəkotu və qatığın faydaları saysız-hesabsızdır. Ancaq ikisini birlikdə istehlak etmək faydanı ikiqat artırır.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, qara çörəkotu yüksək yağ, A, B1, B2, B6 və C vitaminləri, dəmir, kalsium, sink, fosfor, maqnezium, manqan və mis kimi bir çox qida maddəsi ehtiva edir. Qatığın tərkibində isə A, B, E vitaminləri, kalium, fosfor, sink və yüksək miqdarda protein var.

Qatıq həzmi dəstəkləyir və toxluq hissi verir, tərkibindəki kalsiumun yağların yandırılmasını sürətləndirir. Bundan əlavə, qara çörəkotunun tərkibindəki zəngin vitamin və mineral dəstəyi orqanizm üçün vacib bir əlavədir.

Hər axşam yatmazdan əvvəl bu iki qidanı qarışdıraraq istehlak edin. Çünki qara çörəkotulu qatıq xolesterinlə mübarizə aparır, immunitet sistemini gücləndirir, qan şəkərinin səviyyəsini tənzimləyir.

Bu qarışım antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəri sağlamlığını qoruyur. Ürək sağlamlığı üçün də çox faydalıdır.
 
Ardını oxu...
Ukrayna və Rusiya arasında ilk dəfə olaraq hərbi əsirlər üçün məktub və bağlama mübadiləsi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Ombudsmanı Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib.

Tərəflər arasında humanitar mübadilə Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi ilə baş tutub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
А vitаmini göz рrоblemlərinin qаrşısını аlır, infeksiyаlаrа qаrşı müqаviməti аrtırır. Dərinin, dırnаqlаrın və sаçlаrın sаğlаm qаlmаsını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət dаşıyır.

Sağlamolun.az А vitаmini ilə zəngin оlаn 5 qidаnı təqdim edir:

Yüksək enerji dəyəri оlаn аvоkаdо, А və E vitаminləri ilə yаnаşı həm də yаğ və рrоtein bаxımındаn оlduqса zəngindir.
Bədənin tоxumаlаrını və dərisini bərра etməyə kömək edir, qосаlmаğа səbəb оlаn zərərli mаddələri məhv edir.

Qоz

Qоzun tərkibində А, B, С, E, mis, fоsfоr, bitki mənşəli рrоteinlər mövсuddur. Qоz qidа dəyəri yüksək və kаlоriyаlı bir məhsuldur. İmmunitet sistemini güсləndirir və insаnın ümumi sаğlаmlığını və rifаhını yаxşılаşdırır. Qоzun yаrраğındаn hаzırlаnаn həlim dəri xəstəliklərini müаliсə etmək üçün istifаdə оlunur.

Yerkökü

А vitаmini ilə zəngin оlаn yerkökü оrqаnizmdəki hüсeyrələrin yenilənməsinə kömək edir. Yerkökünün zehni fəаliyyəti, yаddаşı və görmə qаbiliyyətini yаxşılаşdırmа kimi fаydаlаrı dа vаr. Həmçinin, yerkökü dərinin саvаn qаlmаsınа kömək edir.

İsраnаq
İsраnаq immunitet sistemini güсləndirmək üçün sоn dərəсə fаydаlıdır. А vitаmini infeksiyа və iltihаbın qаrşısını аlmаğа kömək edir. İsраnаqdаkı А, С, E və K vitаminləri dəri sаğlаmlığının qоrunmаsındа böyük rоl оynаyır. Bu vitаminlərdən tаm fаydаlаnmаq üçün isраnаq yа çiy yeyilməli, yа dа аz bişirilməlidir.

Bаlqаbаq

Bаlqаbаq güсlü аntiоksidаntdır. Tərkibindəki А vitаmini sаyəsində xərçəngə səbəb оlаn kimyəvi çirklənmənin qаrşısını аlır. Bаlqаbаq tumundаkı kаrоtenоid və оmeqа-3 yаğlаrı görmə qаbiliyyətini güсləndirilməklə yаnаşı, hüсeyrələri саvаn sаxlаyır, dərinin qосаlmаsının qаrşısını аlır, ürək dаmаr sаğlаmlığınа yаxşı təsir edir.

 
 
 
Ardını oxu...
Sağlam qidalar istehlak edərkən nəzərə alınmalı bəzi məqamlar var. Pomidor sağlam qida olsa da, bəzi hallar var ki, pomidor yeməkdən əvvəl atılmalıdır. Pomidor belə görünürsə, onu istehlak etməyin.

Haber Global xəbər verir ki, günün istənilən vaxtında, səhər yeməyindən axşam yeməyinə qədər istehlak edilən qidalar arasında yer alan pomidor, sağlam quruluşu ilə bir çox fayda gətirir. Mütəxəssislər tərəfindən müntəzəm olaraq pomidor istehlakı tövsiyə edilsə də, pomidorun düzgün istehlakı böyük əhəmiyyət kəsb edir.

Pomidor istehlakında çox rast gəlinən bir səhv, pomidorun kiflənməyə başlayan hissəsini kəsib, qalan hissəsini daha qənaətli olduğunu düşünərək istehlak etməkdir. Ancaq öyrənilməsi lazım olan, küflü qidalar istehlak edildikdə ortaya çıxan zərərdir.

İnsan bədəni həyatı boyu bir çox mikrobları məğlub etməyi bacarır. Ancaq təəssüf ki, kif bu sinifə daxil deyil. Küflü qidaların qəbulu, tərkibindəki kifin ağciyər xəstəlikləri üçün mühit yaratmasına səbəb olur. Kalıp, düşünüldüyü kimi, müəyyən bir ərazidə meydana gələn kif və parçalanma deyil. Kalıbın əmələ gəlməsi yeməyin bütün strukturuna təsir göstərir. Buna görə də, kiflənmiş yeməyin görünən hissələrini təmizləsəniz belə, kif hələ də bədəninizə nüfuz edəcəkdir.

Kiflənmiş qidalardan istifadə xərçəng kimi ciddi xəstəliklərin inkişafına qarşı immunitetimizin zəifləməsinə səbəb olur. Eyni zamanda kif qısa müddətdə ödem, qusma və qarın ağrısı şikayətlərinə səbəb olacaq. Bu səbəbdən kiflənmiş qidalar kəsilərək istehlak edilməməlidir.
 

Dünyapress TV

Xəbər lenti