Ardını oxu...
Yaşıl lobya tərkibindəki qida maddələrinə görə orqanizmə bir çox faydalar gətirən bir məhsuldur. O, həmçinin xolesterolu azaltmağa və həzm problemlərindən qurtulmağa kömək edir, buna görə də gündəlik pəhrizinizə daxil etməyə dəyər.
Bu barədə Life.ru saytına müsahibəsində Dövlət Təhsil Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti Roman Oparin danışıb.Bədən çəkisinə xüsusi diqqət yetirən və arıqlamaq istəyənlər üçün yaşıl lobya aşağı kalorili məzmuna və bədəni doyuran çox miqdarda qida maddəsinə görə əla seçim olacaqdır.Tərkibində çoxlu B vitaminləri, C, A, K vitaminləri, minerallar: dəmir, kalium, maqnezium, kalsium və başqaları; qəbizliyin qarşısını alan, həzmi yaxşılaşdıran və qan şəkərinin normal səviyyədə saxlanmasına kömək edən lif var. Yaşıl lobyadan müntəzəm istifadə "pis" xolesterinin səviyyəsini azaldır və ürək-damar sisteminin ümumi vəziyyətini yaxşılaşdırır.
 
Ardını oxu...
İrsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovun sağlamlığında ciddi problemlər yaranıb.

Moderator.az xəbr verir ki, Fuad Əsgərov Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının onun sağlamlığı ilə bağlı verilən yalnış laboratoriya diaqnozlarına etiraz edir.
O, dövlət qrumlarına müraciət edərək onunla bərabər hazırda 1800-ə yaxın insanın həyatının təhlükə altında olduğunu bildirib. Qeyd edib ki 2023-cü ildə ona müalicə müddətində Faktor IX səviyyəsinin 6.6 % olması ilə bağlı rəsmi cavab verilib və son bir neçə ildə bu göstəriciyə uyğun müalicə alıb. Laborator müayinəyə əsasən F.Əsgərov yüngül formalı hemofiliya xəstəsi kimi müalicə alıb. Lakin bu müddət ərzində dəfələrə ona vurulan dərmanların öz təsirini göstərməməsi ilə bağlı mütamadi ciddi qanaxmalardan əziyyət çəkib.
2024-ci ilin dekabr ayında Rusiya Federasiyasının Moskva şəhərində şəxsi təşəbbüsü ilə Faktor IX göstəricisinə görə analiz verib və bu göstərici 1.9 % qeydə alınıb. Son nəticə onun ağır forma hemofiliya xəstəsi olmasını göstərib. Bu illər ərzində oynaqlarını ciddi zədələnib. İstənilən kiçik travma vaxtı ciddi qanaxma onun həyatı üçün ölüm təhlükəsi yaradıb. Faktorun düzgün istifadə olunmaması onun üçün ölümə bərabər olub.
Hazırda QHT sədri sağlamlığı üçün zəruri olan dərman preparatlarının istifadəsindən imtina edib. Bunu dərmanların pərakəndə təyinatı və istifadəsinin həyatına ziyan olması ilə əlaqələndirib.
O, bildirib ki, bütün bu neqativ və qeyri-peşəkar hallar inkişaf etməkdə olan Azərbaycanın səhiyyəsi üçün yolverilməzdi:
"Bizim müalicə və müayinələrimiz dövlət proqramı çərçivəsində dövlət büddcəsindən maliyyələşir. Bu hallar Respublika Kliniki Xəstəxanaya təyin olunan direktoru ixtisasca həkim ortoped Elviz Qasımov və gənc xanım müavin kosmetoloq Minə Adgözəlovanın təyinatından sonra baş verir".
Fuad Əsgərovun sözlərinə görə hemofiliyalı şəxslər bu barədə dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi eyni zamanda TƏBİB rəhbərliyinə müraciətlər ediblər lakin heç bir müraciətlərinə ciddi reaksiya verilməyib.
Ardını oxu...
 
Ardını oxu...
Sosial şəbəkədə Mado restoranında zəhərlənmə olduğu iddia olunur.
XALQ.AZ-ın məlumata görə şikayətçi bidlirilib ki, Mado restoranına böyük ümidlərlə getmişdik, lakin təəssüf ki, tamamilə məyus olduq. Yeməklərin keyfiyyəti çox aşağı idi və xidmət tamamilə laqeyd idi. Üstəlik, bizimlə gedən hər bir xanım yeməkdən sonra özlərini narahat hiss etdi. Problem barədə restoran rəhbərliyinə müraciət etdik, lakin nə kompensasiya, nə də məsuliyyət hissi göstərildi. Belə bir tanınmış restoranın belə rəftarı qətiyyən qəbulolunmazdır. Mado restoranına getməyi düşünənlər bir daha fikirləşsinlər! Keyfiyyət və xidmət sıfır!
Yeməklərin keyfiyyəti və xidmət səviyyəsi ilə bağlı narazılığımız barədə rəsmi tədbir görmək istəyirik. Bu barədə hansı dövlət qurumlarına və ya istehlakçı hüquqlarını qoruyan təşkilatlara müraciət edə biləcəyimizi bilən varsa, zəhmət olmasa, bizə məlumat versin. İstehlakçı hüquqlarımızı qorumaq üçün dəstəyinizə ehtiyacımız var!
Hüquq tərəfdən bizə vəkil lazımdır.. deyə Hüquqşünaslar qurpunda yazılıb.
Hətta digər sosial şəbəkə istifadəçiləri şərh yerində öz şikayətlərini bildiriblər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qarın ağrısı və mədə-bağırsaq traktının problemləri əsasən səhər yeməyi üçün yanlış seçimin nəticəsidir.Lent.az xarici mediaya istinadla acqarına yeyiləndə zərər verən qidaları təqdim edir:Turşuluğu artıran qidalarQəhvə, şirniyyatlar, konservlər, kolbasa - bütün bu qidalar mədədə artıq turşu istehsalını stimullaşdırır ki, bu da kramplara, ürək yanmasına və qastritə səbəb ola bilər. Qastrit və ya xora kimi əvvəlcədən mövcud olan mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün bu qidaları acqarına yemək vəziyyəti daha da pisləşdirə bilər.MeyvələrTurşu və şəkərlə zəngin olan meyvələr (məsələn, alma və ya portağal) səhər yeməyi üçün də uyğun deyil. Onlar qan şəkərinin və insulinin kəskin sıçrayışına, həmçinin mədə mukozasının qıcıqlanmasına səbəb ola bilər. Dietoloqlar qlükoza səviyyəsini aşağı salmaq və özünüzü tox hiss etmək üçün meyvələri pendir və ya qatıq kimi protein qidaları ilə birləşdirməyi məsləhət görürlər.Acılı yeməkÇox ədviyyatlı qidalar acqarına daha təhlükəlidir, çünki onlar mədənin divarlarını qıcıqlandıra bilər. Mədə mukozasında qoruyucu təbəqə yaradan süd məhsullarından sonra ədviyyatlı yeməklər yemək daha yaxşıdır.Çörək və desertlərMağazada satın alınan tortlar, xəmir məmulatları və digər bişmiş məmulatların tərkibində çox vaxt rənglər, emulqatorlar, stabilizatorlar və ədviyyatlar kimi əlavələr olur. Hətta evdə hazırlanmış bişmiş məmulatların tərkibində çox vaxt mədədə qıcıq yarada bilən maddələr, məsələn, marqarin və ya quru xəmir qarışıqları olur. Bu cür məhsulları acqarına yemək qastrit və digər mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.Qəlyanaltılar və krakerlərKrakerlər, çipslər, quru məhsullar və digər qəlyanaltılar qan şəkərində kəskin sıçrayışa səbəb olan sürətli karbohidratlarla doludur. Lakin onların tərkibində qlükoza emalını ləngidə bilən zülallar və vitaminlər yoxdur. Əvəzində, qida maddələri və dolğunluq hissini təmin etmək üçün hinduşka və ya toyuq ilə tam taxıl çörəyində sendviç yeyin.Səhər mədənin qidaya ən həssas olduğu vaxtdır. Narahatlığın qarşısını almaq və mədə-bağırsaq sağlamlığınızı qorumaq üçün zülallar, kompleks karbohidratlar və sağlam yağlar olan balanslaşdırılmış yeməklər seçin.
 
Ardını oxu...
2025-ci ilin ilk günlərindən Azərbaycanda dərmanların qiymətində əsaslı artım müşahidə edilir. Tarif Şurasının qərarına əsasən, yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bəs niyə dərman vasitələri ucuzlaşmaq əvəzinə bahalaşır?

Farmokoloq Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda bazarı təmin edəcək miqyasda dərman istehsal etmir:

"Təəssüf ki, istehsal etdiyimiz dərman vasitələri də ümumi bazarın təlabatını 1-2%-ni əvəz edə biləcək qədərdir. Onun da əsas hissəsi köməkçi vasitələrdir. Yəni, əsas dərman vasitələri Azərbaycanda istehsal olunmur. Yaxın bir ildə də istehsal gözləmirəm. Çünki tikinti sahələri var, Azərbaycana şirkətlər cəlb olunub. İnşaat bitdikdən sonra istehsal başlayanda onların müəyyən bir qismi tələb olunan səviyyədə istehsal olunacaq. Amma buna ən azı iki ilə yaxın vaxt lazımdır. Məsələnin ikinci tərəfi başqadır, lap tutaq ki, Azərbaycanda dərman istehsalı var. Amma dərman maddələrinin istehsalının olması qiymətlərin aşağı olması anlamına gəlmir. Həqiqətən də ictimaiyyətdə, səhiyyə təşkilatlarında belə bir gözləntilər varsa, bu, yalnış fikirdir. Niyə? Çünki dərman istehsalı zəncirvari prosesdir. Hər hansı xammalın ölkəyə gətirilməsi və yaxud onun istehsalının dərman forması şəkilində istehsalının təşkil olunması hələ heç nə demək deyil. Bunun üçün ikinci istehsal sahələri gərəkdir. Məsələn, siz antibiotik istehsal edirsiniz. Antibiotikin hər hansı bir formasını, yaxud da ən sadəsini götürək, seftriaksonu Çin və Hindistandan rav material şəkilində alıb, Azərbaycana gətirmək hələ yetərli deyil. Bunun üçün öncə şüşə, qapaq və antibiotikin istehsalında lazım olan digər vasitələr, qapağa qoyulan rezin qapaqcıqların istehsalı lazımdır. Onların istehsalı Azərbaycanda varmı? Varsa da tibbi xarakterli deyil. Bunların istehsalını təşkil etmədən qiymətləri aşağı endirmək mümkün olmayacaq. Çünki bu vəsaitlərin hamısı ölkəyə xaricdən gətirilirsə və idxal olunursa, heç bir halda rəqabətə uyğun qiymətə girə bilmərik".

Ekspert bildirib ki, Azərbaycanda bir neçə qida əlavəsi mövcuddur:

"Onlar Azərbaycanın təlabatını ödəyirmi? Ödəmir. Texnologiya köhnədir. Bu bazarın təlabatının çox kiçik bir qismini ödəməyə hazır olan istehsaldır".

Azərbaycanda dərman maddələrinin qiymətlərinin qalxmasına gəlincə, farmakoloq bunun qlobal proses olduğunu qeyd edib:

"İnqridiyentlər, yəni dərman vasitələrinin molekullarının qiymətlərinin pandemiyadan sonra total şəkilində qalması müşahidə olunur. Bu, dünya bazarında belədir. Azərbaycan da istisna deyil. Bunun da ana səbəblərindən biri pandemiya dövründə daşıma şirkətləri tərəfindən qiymətlərin çox yüksək həddə qaldırılmasıdır. İkinci səbəb siyasi səbəblərdir. Dənizlərdə, bəzi bölgələrdə, məsələn, Qırmızı dənizdə husilərin terror hücumları nəticəsində qiymətlərin artması müşahidə olunur. Yaxud da Rusiya-Ukrayna müharibəsi bazara ciddi təsir göstərdi. Rusiya və Ukrayna ikisi bir yerdə bəzi gübrələrin əsas idxalçılarıdır. Bu gübrələr olmadan natural dərman vasitələrinin yetişdirilməsi qeyri-mümkündür".

Müşfiq Hüseynov səbəblərdən biri kimi yüksək gömrük rüsumunun təyin edilməsini görür:

"Daxili bazarda oyunçuların çox yüksək gəlir faizi əldə etməsidir. Onlar dərman vasitələrini bazara gətirən əsas oyunçulardır. Daxili təlabat üçün nəzərdə tutulmuş dərman preparatlarının Azərbaycanda sertifikatların daşıyıcıları var. Bu dünyanın hər yerində belədir. Onu əlində tutan şirkət məhsulun satış iznini alır və onlar da kifayət qədər yüksək faiz tətbiq edir".

Ekspert vəziyyətdən çıxış yolunu da göstərib:

"Fikirimcə, dövlət bu işə bir şəkildə əl qoymalıdır. Dövlət qurumu yaradılmalıdır. Məsələn, "Azərfarm", yaxud da AYNA kimi bir dövlət strukturu olmalıdır. Kompleks şəkildə məsələyə yanaşılsa, o zaman ikinci malların istehsalını Azərbaycanda mümkün olar".
 
 
 
Ardını oxu...
Soyuq qış aylarında orqanizmin immunitetini gücləndirmək və xəstəliklərdən qorunmaq üçün düzgün qidalanma mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər qış aylarında müəyyən qidalara üstünlük verməklə sağlamlığı qorumağın mümkün olduğunu bildirirlər.Foodinfo.az bu barədə olan məqaləni sizə təqdim edir.1. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərQışda immuniteti gücləndirmək üçün C vitamini ilə zəngin olan portağal, mandarin, kivi və qreypfrut kimi meyvələrə üstünlük verilməlidir. Eyni zamanda, brokoli, kələm və ispanaq kimi tərəvəzlər də orqanizmi lazım olan minerallar, vitaminlərlə təmin edir.2. Zülal mənbələriBədəndə enerjini qorumaq üçün qışda zülalla zəngin qidalar, məsələn, balıq, toyuq, yumurta və paxlalı bitkilər menyuda olmalıdır. Xüsusilə yağlı balıqlar omeqa-3 ilə zəngin olduğu üçün immunitetin möhkəmlənməsinə kömək edir.3. İsti və doyurucu şorbalarSoyuq havalarda isti şorbalar orqanizmi qızdırmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. Toyuq suyu, tərəvəzli və ya mərci şorbası həm doyurucu, həm də qidalandırıcıdır.4. Qoz-fındıq və toxumlarFındıq, badam, qoz və çia toxumu kimi qidalar təkcə enerji mənbəyi deyil, həm də bədənin soyuğa qarşı müqavimətini artırır. Bu məhsullar sağlam yağlarla zəngin olduğu üçün qış aylarında xüsusi fayda verir.5. Süd məhsullarıKalsiumla zəngin olan süd, qatıq və pendir qış aylarında həm sümük sağlamlığı, həm də bağırsaq mikroflorasını qorumaq üçün vacibdir. Probiotik qatıq isə həzm sisteminin düzgün işləməsinə kömək edir.6. Bal və zəncəfilQış xəstəliklərindən qorunmaq üçün bal və zəncəfili də qida rasionuna əlavə etmək tövsiyə olunur. Onlar iltihab əleyhinə təsir göstərir və bədəni isitməkdə faydalıdır.7. Yetərli maye qəbuluQışda susuzluq hissi azalsa da, orqanizmi nəmləndirmək vacibdir. İsti çaylar, xüsusilə bitki çayları (nanə, çobanyastığı, zəncəfil çayı) qış aylarında həm bədəni isidir, həm də sağlamlığı qoruyur.Qida mütəxəssislərinin tövsiyəsiQış mövsümündə təbii, emal olunmamış qidalara üstünlük verərək sağlam və balanslı qidalanmaq vacibdir. Bu, yalnız immuniteti gücləndirmir, eyni zamanda enerji səviyyəsini yüksək saxlamağa kömək edir. Sağlam qidalanma ilə qış aylarını xəstəliklərdən uzaq və enerjili keçirmək mümkündür. /baku.ws
 
Ardını oxu...
"Rəqəmsal cihazların istifadəsi uzunmüddətli perspektivdə beyin strukturunda qalıcı dəyişikliklərə səbəb olur. Davamlı rəqəmsal dünya ilə məşğul olduqda, hazır məlumatlara güvəndikdə və beynimizi heç məşq etmədikdə, bu, itkiyə gətirib çıxarır".

"Sherg.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Atatürk Universiteti Tibb Fakültəsindən Dos. Dr. Fatma Şimşək söyləyib. O bildirib ki, səhər tezdən oyanıb rəqəmsal dünya ilə məşğul olduğumuz zaman baxdığımız hər video və ya vizual məzmun beynimizdəki prefrontal korteksimizdə məqsədsiz bir şəkildə yer tutur:

"Qısa, gündəlik, rutin videolara baxırıq. Rəqəmsal stimullar beynimizin davamlı olaraq bir mövzudan digərinə keçməsinə səbəb olur. Bu, prefrontal korteksdə analiz qabiliyyətinin azalmasına səbəb olur. Prefrontal korteks heç bir analiz olmadan sadəcə vizual məzmunla doldurulur. Problemləri təhlil və həll etmək bacarığından istifadə etmir. Hipokampus beynin həm qısamüddətli, həm də uzunmüddətli yaddaşımızda təsirli olan bir hissəsidir. Digər tərəfdən rəqəmsal məzmundan tutmuş hər şeyə çıxışımız olanda sadə bir şeyi xatırlamadıqda, dərhal rəqəmsal məzmuna baxırıq və onu oradan görürük. Bu dəfə nə edirik; Hipokampusu aktivləşdirmirik. Əslində tibbdə beyin çürüməsi deyiləndə ilk ağıla gələn xəstəliklərdən biri demensiyadır. Demansda nə baş verir? Beynin hipokampus adlanan bölgəsində zədələnmə var. İnsanlarda unutqanlıq kimi özünü göstərir. Rəqəmsal dünyada keçirdiyimiz müddətdə oradan hər şeyi öyrənmək hipokampusumuzu həyata keçirməməyimizə səbəb olur".

"BİZ DOPAMİN AZALMASINDA BALANSI POZURUQ"

Beyində sinirlər arasında məlumat axını təmin edən dopamin hormonu texnologiyanın həddindən artıq istifadə edildiyi zaman dəyişir. Texnoloji cihazlar dopamin ifrazına səbəb olur. Bu buraxılış qısa müddətli xoşbəxtlik və məmnunluq təmin edir. Baxdığımız qısa videolar və ya oyun oynayarkən əldə etdiyimiz uğurlar hamısı dopamindir. Biz dopamin ifrazında tarazlığı pozuruq. Bunun çox olması bədənimizdə müxtəlif problemlərə səbəb olur. Davamlı izlədiyimiz qısa videolar dopamin istehsal etdiyi üçün bir müddət sonra mağazalar artıq istehsal etmək qabiliyyətini itirməyə başlayır. İnsanlar bu cür qısa videolardan dərhal həzz aldıqları üçün onlara meydan oxuyacaq tapşırıqları yerinə yetirmək üçün motivasiya etməkdə çətinlik çəkirlər.
 
Ardını oxu...
Pakistanda törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

Bu barədə "Türiye Gazetesi" məlumat yayıb.

Məlumata görə, yaralılardan 5-nin vəziyyətinin ağırdır.

Hadisə Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində baş verib.

Polis və təhlükəsizlik qurumları partlayışla bağlı araşdırma başladıb.
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-nin "Mayo Clinic" Tibb Mərkəzinin alimləri pasiyentlərin əksəriyyətinin görməzlikdən gəldikləri xərçəng xəstəliyinin beş əsas əlamətini açıqlayıblar. Bunlara davamlı öskürək, mədə göynəməsi, xalların forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan daxildir.

Tədqiqatın nəticələri "New England Journal of Medicine" (NEJM) jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, xərçəng xəstəliyinin aşkarlanması çətindir, çünki insanlar çox vaxt ilk xəbərdarlıq əlamətlərinə əhəmiyyət vermir, onları başqa xəstəliklərin nəticəsi kimi qəbul edirlər.

Tədqiqatın rəhbəri, onkoloq Daren Koval qeyd edib ki, davamlı öskürək ən çox nəzərə alınmayan əlamətdir. Alim vurğulayıb ki, söhbət məlum səbəblər olmadan üç həftədən çox davam edən öskürəkdən gedir. Bu, ağciyərlərdə xərçəngli şişlərin mövcudluğuna işarə edə bilər.

Digər narahatedici əlamət boğazda və ya mədə borusunda şişlərin mümkün inkişafını göstərən xroniki mədə göynəməsidir. Alimlər vurğulayıblar ki, davamlı reflüks ciddi tibbi diqqət tələb edir.

Bundan əlavə, mütəxəssislər, xüsusilə yanma və ya qaşınma olduqda, xallardakı dəyişikliklərə diqqət yetirməyi məsləhət görürlər. Uzun müddət davam edən şişkin limfa düyünləri və nəcisdə qan da diqqətdən kənarda qalmamalı olan əlamətlərdəndir. (Report)
 
Ardını oxu...
Harvard Universitetinin alimləri gözlənilməz bir kəşf etdilər: tünd şokoladın müntəzəm istehlakı 2-ci tip diabetin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatın nəticələri nüfuzlu The BMJ tibb jurnalında dərc olunub.Nəticələr göstərib ki, həftədə beş dəfə bir porsiya tünd şokolad qəbul edən insanların 2-ci tip diabetə tutulma riski 21% azalıb.
Bu təsir şirinliyin bir hissəsi olan kakao paxlasının tərkibindəki antioksidantların yüksək olması ilə bağlıdır. Onlar bədənə şəkərin daha səmərəli şəkildə udulmasına kömək edir, doymuş yağ və şəkərin çəkiyə mənfi təsirlərini və diabet riskini kompensasiya edir.
Lakin alimlər vurğulayırlar ki, bu müsbət nəticə yalnız qara şokolad üçün keçərlidir. Süd növləri, əksinə, çəki artımına və diabet riskinin artmasına kömək edə bilər.
 

Dünyapress TV

Xəbər lenti