44 GÜNLÜK MÜHARİBƏ PAŞİNYANA DƏRS OLMAYIB... –
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar.

Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.

Nikol Paşinyan “fundamental problemlər” dedikdə nələri nəzərdə tutub?

Birincisi, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir. Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədr.

İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Realıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur.
Ətraflı

Üçüncüsü, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq.

Dördüncüsü, Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib. Bu Azərbaycanın maraqlarına ziddir.

Beləliklə, İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə risqinin artdığını da etiraf edib.

“Atlas” Araşdırmalar Mərkəzi
 

Bölmənin digər xəbərləri

03 May 2025 Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov
30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür

Dünyapress TV

Xəbər lenti