Ardını oxu...
Tarix elmləri doktoru, professor, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məryəm Seyidbəyli barəsində inzibati iş başlanıb.

Qaynarinfo-nun məlumatına görə, Məryəm Seyidbəyliyə İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan belə aydın olur ki, bundan əvvəl Məryəm Seyidbəyli inzibati qaydada cərimələnib. Lakin cəriməni ödəməyib.

529.3-cü maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq.

Məryəm Seyidbəyli Azərbaycan nasiri, kinodramaturq və kinorejissor Həsən Seyidbəylinin qızıdır. O, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA Elm-Tarixi İnstitutunun direktoru vəzifəsində çalışıb. Bu institutu 3 il əvvəl ləğv edilib.

Məryəm Seyibdəyli hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri vəzifəsində işləyir.


Ardını oxu...
Azərbaycanda alimin elmi adı əlindən alınıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qərar qəbul edib.

Qərarda bildirilir ki, buna səbəb filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Quliyevanın elmi işində plagiatlığa yol verməsi olub:

“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 08.05.2024-cü il tarixində keçirilmiş iclasında vətəndaş Aygün Nurağa qızı Roller (Şahbazova) və Almaniya vətəndaşı Maurus Rollerin Komissiyaya ünvanladıqları 04.09.2023-cü və 12.09.2023-cü il tarixli müraciətlərində qaldırdıqları iddia müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

Müraciətlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda dissertasiya işində xarici ölkə alimlərinə məxsus mətnlərdən yazılı istinad vermədən istifadə etməklə, yanlış və mövcud olmayan mənbələr göstərməklə, bir çox istinadlarda istifadə etdiyi mənbələrin eyniləşdirilməsini mümkün etməyən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən texniki səhvlərə yol verməklə akademik dürüstlük prinsipinin, elmi etikanın pozulduğunu nəzərə alaraq, tədqiqat işinin yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun fəlsəfə doktoru elmi dərəcəsindən və dosent elmi adından məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılmışdır”.

Komissiyada işin ekspertizasının nəticəsinə görə , elmi işdə xarici ölkə tədqiqatçılarının əsərlərindən mətn parçalarının sözbəsöz tərcümə edilərək və istinad edilmədən mənimsənilməsi faktları öz təsdiqini tapıb.

Filologiya elmləri və pedaqogika üzrə ekspert şurası 05.04.2024-cü il tarixli qərarı ilə yekdilliklə Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisasında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisası üzrə dosent elmi adından məhrum olunmasını Komissiyanın Rəyasət Heyətinə tövsiyə edib.

Komissiyanın Rəyasət Heyətinin 19.04.2024-cü il və 08.05.2024-cü il tarixli iclaslarında məsələ ilə bağlı geniş müzakirələr aparılmış və Aynur Vaqif qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndi rəhbər tutulmaqla dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.1-ci yarımbəndi rəhbər tutulmaqla dosent elmi adından məhrum edilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Aynur Quliyeva ADU-nun Tərcümə fakültəsi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiridir.
 
Ardını oxu...
Hacıqabulda intihar baş verib.

APA-nın məlumatına görə, hadisə rayonunun Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyeva Jalə Zəfər qızının asılmış meyiti aşkar edilib.

Onun nişanlı olduğu qeyd edilir.

Faktla bağlı Hacıqabul Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Ardını oxu...
Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb.

Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:

"Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi".

K.Ağayevanın nənəsi Gülzar Ağayeva isə qeyd edib ki, ailə problemləri olduğu üçün Könül Bakıya gedib:

"Bakıda yoldaşının yanında qalıb. Biz razı deyildik, çünki ayrılmışdılar. Daha sonra işə düzəlmək üçün Lənkərana gəldi".

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Qanuni mülkiyyətində olan mənzili dağıdılaraq, torpağı zəb edilən vətəndaş Mustafayeva Məfkura Abdulla qızı Məhkəmə -Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib.
Hazırda şikayətinə Xəzər Rayon Məhkəməsində baxıldığını vurğulayan vətəndaş Məhkəmə-Hüquq Şurası sədrinin bu prosesi nəzarətə götürməsini və ədalətli qərar çıxarılmasını xahiş edib.

Gununsesi.info-ya təqdim edilən müraciəti olduğu kimi dərc edirik:
Məlumat üçün bildirirəm ki, mənim Bakı şəhəri, Xəzər rayonu, Buzovna
qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evim Mirzəyev Rəşad Eldar
oğlu tərəfindən dağıdılaraq ev əşyalarım talan edilmişdir. Mənə məxsus Bakı şəhəri,
Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evimin
olmasını “Azəriqaz Layihə Inşaat” QSC tərəfindən Xəzər rayonu Buzovna
qəsəbəsində yerləşən mənə məxsus fərdi yaşayış evinin qazlandırılmasına dair
44/TŞ-084310/D sənədindən, ona əlavə olunmuş İNİL- 465/2019 saylı, 17 dekabr
2019-cu il tarixli Lisenziyadan va həmin Lisenziyaya əlavədən və tərtib olunmuş
Aktlardan müəyyən etmək olar.
Bundan əlavə “Azərişıq” ASC-nin Enerji təchizatı müəssisəsi ilə məişət
abonenti (əhali) arasında elektrik enerjisinin alqi- satqısının birtipli müqaviləsindən
görünür ki, 29.09.2021-ci i1 tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən
mənə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair mənimlə
ATS arasında 16304021259456 nömrəli müqavilə imzalanmiş və mənə
0302002008A0028 sayli abonent kodu verilməklə həmin evimə sayğac
quraşdırılmışdır. Buna dair 6445609 sayli Akt tərtib olunmuşdur.
Ardını oxu...
Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və
quraşdırılması haqqında “Azərişıq ASC”-nin Sayğac quraşdırma va uçota nəzarəti
idarəsinin Xəzər Rayon Filialı tərəfindən mənə verilmiş digər 1754576 saylı,
28.09.2021-ci il tarixli sənəddə yazilanlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu,
Buzovna qəsəbəsi, Puşkin küçəsində mənə məxsus fərdi yaşayış evinə 21533962
nömrəli, M 600 tipli, A 5/100 v 220 olan 1827733 nömrəli dövlət möhürlü, 1694537
alt qapaq möhürlü sayğacın icraçı Cəfər Quliyev tərəfindən quraşdırılması
protokollaşdırılmışdır.
Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilmiş 527 saylı,
07.04.2023-cü il tarixli arayışdan görünür ki, mən Mustafayeva Məfkurə Abdulla
qizi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1ünvanında
qeydiyyatsiz yaşayıram.
Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilimiş 531 sayli,
10.04.2023-cü il tarixli digər arayişdan görünür ki, mənim Bakı şəhəri, Xəzər
rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən torpaq və əmlak vergisinə
2023-cü il daxil olmaqla vergi borcum yoxdur.
Əlavə olaraq bildirirəm ki, “Azarsu” ASC-nin 004/1/922-tş saylı 12 oktyabr
2021 -ci i1 tarixli Texniki Şərtlərdən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi,
Puşkin küçəsindəki fərdi yaşayış evimin su və kanalizasiya xətti ilə təchiz
olunmasına dair müqavilə imzalanmaqla təmin olunmuşdur.
Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 88 ünvanında 01 sentyabr 2003-
cü il tarixdən qeydiyyatdayam, 1365 saylı, 29.09.2021-ci il tarixli digər arayışdan
görünür ki, mən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində
fərdi yaşayiş evində qeydiyyatsız yaşayıram.
Elektron Çıxarışını bu ərizəyə daxil etdiyim sənəddən görünür ki, Bakı şəhəri,
Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 0,0889 ha torpaq sahəsi
mənim sahibliyimdə və istifadəmdədir. Bu sənəddə mənə məxsus torpaq sahəsinin
Situasiya Plani, koordinatlari və sərhədləri göstərilmişdir.
Məhkəməyə əlavə məlumat vermişəm ki, mən ailəlikcə 4 ildir ki, Xəzər rayonu,
Buzovna qəsəbəsi, Puşkin küçəsində özümə məxsus 0,0889 ha torpaq sahasindaki evdə qeydiyyatsiz yaşayıram.
Məhkəməyə bildirirəm ki, mübahisələndirilən torpaq sahəsi mənə İcra
hakimiyyətinin sərəncamı ilə 1999-cu ildə verilmişdir, lakin həmin torpaq sahəsində
fərdi yaşayış evini dostluq etdiyim Zoya Kavalenko adlı qadın inşa etdiyindən Bakı
şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 1 sayli evi mən
2010-cu ildə Zoya Kavalenko adlı qadından 25000 (iyirmi beş) min ABŞ dolları
pul verməklə ondan almışam. Sözügedən evi mənə satmiş Zoya Kavalenko isə
Rusiya Federasiyasına köçüb getmişdir. Sonra isə mən külli miqdarda pul
xərcləyərək həmin birmərtəbəli evi təmir etdirmişəm və həyətyanı sahədəki hasari
isə yenisi ilə əvəz etmişəm.
Adıçəkilən ünvanda həm torpaq sahəsinin, həm də evimin rəsmi
sənədləşdirilməsindən ötəri Azarbaycan Respublikası ƏMDK yaninda DƏDRX-nə
müraciət edərkən gözlənilmədən hücumlara və təzyiqlərə məruz qaldim. Bu zaman
qonşuluğumda yaşayan Mirzəyev Rəşad Eldar oğlu adında şəxs peyda olaraq mənim
istifadəmdə olan torpaq sahasinin və evin ona məxsus olduğunu bildirdi. Qısa
müddətdə Baki şəhəri, Xəzər Rayon Polis İdarəsindən mənə təzyiq göstərildi ki,
həmin yaşadığım ünvandan təcili çıxmalıyam və buna görə məni 48 saat müddətində
həbsdə saxladılar. Onların dediyi ilə razilaşmadim. Bunu görən polis əməkdaşları
naməlum bir yüksək vəzifəli şəxsin göstərişi ilə mənə cinayət işi açdılar və guya
onların izahat üçün çağırışlarına gəlmədiyim bəhanəsi ilə barəmdə həbs qəti imkan
tədbiri seçilməsi üçün Xəzər Rayon Prokuroruna müraciət etdilər. Lakin Xəzər
Rayon Prokuroru barəmdə həbs qətiimkan tədbiri seçilməsi üçün Xəzər Rayon
Polis şöbəsinin müraciətini rədd etdi. Buna baxmayaraq məni qorxutmaq məqsədilə
barəmdə qondarma cinayət işi başlanmışdır. Həbsdə qaldığım müddətdə dövlət
orqanları bir neçə texnika gətirərək heç bir məhkəmə qərarı olmadan mənə məxsus
Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 fərdi
yaşayiş evini darmadağın edib uçurmuşlar. Aşkar görünür ki, naməlum vəzifəli
şəxsin göstərişi ilə dövlət orqanları cavabdeh
Mirzəyev Rəşad Eldar oğlunu qabağa verib ona himayədarlıq edərək heç bir
məhkəmə qərarı olmadan mənə məxsus fərdi yaşayış evini uçurub dağıtdıqdan sonra,
əlavə olaraq mənə cinayat işi də açmışlar.
Mənim evim uçurulub, yerlə yeksan edilib, evimin aşyaları oğurlanıb, məhv
edilib, başqa yera daşınıb. Evimin içində qədim, keçmiş tariximizə aid bahalı rəsm
əsərləri yoxa çıxıbdır. Həmçinin evin keçmiş sahibindən mənə qalan bahali servis
dəstləri oğurlanmışdır. Qədim rəsm əsərləri 20 ədəd idi. Onlarin ümumi dəyəri 70
(yetmiş ) min manat qiymətləndirilmişdir. Çünki evin əvvəlki sahibi onları muzeyə
tahvil vermək istəyini o zaman mənə bildirmişdir. Həmin əsərlərin geri qaytarılması
mənim üçün çox vacibdir.
Mənim başima gətirilən bu oyunlar indiki məhkəmə və hüquq islahatlari
dövründə olduqca çox ağır vəhşilikdir, vandalizmdir. Mənə məxsus mənzilin
içindəki əşyalarla dəyəri 180000(yüz səksən min) manat təşkil edir.
Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən öhdəliyin zərər
vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar
nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün
onun iştirakçıları arasında müqavilə olmalıdır. AR MPM-nin 4-cü maddəsinə əsasən
bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,
eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş
qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən hamıya bəlli olan
hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə
müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə
prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə
əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların
qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilmir.
AR MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri
sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3. maddəsinə əsasən Qanunu
pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin
məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası
kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin tələb etdiyi sübutu onda olan
şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu
təqdim edən şəxsə verir.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, iddiamla bağlı məhkəmənin ədalətli keçirilməsini öz nəzarətinizdə saxlayasınız”.
 
 
 
Ardını oxu...
Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.

İttihama görə, cinayət işi üzrə Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva, Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov zərərçəkmiş qismində tanınıblar.

İstintaq sənədlərində qeyd olunub ki, Raya Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət qurumlarına işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.

Qeyd edək ki, Raya Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir. Onun barəsində olan cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

İstintaq orqanı tərəfindən Raya Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək) və 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Raya Nəcəfova özünü təqsirli bilməyib. O, heç kimdən işə düzəltmək adı ilə pul almadığını deyib.

Zərərçəkən Aynur Niftəliyeva bildirib ki, ona ya Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında yüksəkmaaşlı iş vədi verilib. Onun sözlərinə görə, bu işin alınması üçün ondan 42 500 manat alınıb.

Raya Nəcəfova isə deyib ki, bu yalandır, Aynur Niftəliyevadan cəmi 13 min manat sələmlə pul götürüb və bunu da sonradan artıqlaması ilə qaytarıb.

Digər zərərçəkmiş Sevinc Qayıbova bildirib ki, Raya Nəcəfovaya şəxsən Elmlər Akademiyasının binasındakı kabinetində pul verib. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetindən kimya müəllimliyi ixtisası üzrə məzun olub. Qeyd edib ki, ona Müdafiə Sənayesi Nazirliyi, yaxud da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin olunacağı deyilib.

Zərərçəkmişin sözlərinə görə, işə düzəlməsi üçün Raya Nəcəfovaya 12 min manat verib: “8 min manatı onun kartına göndərmişəm, 4 mini isə kabinetində özünə vermişəm. Dedi ki, 40 günə iş əmri veriləcək. Bir müddət sonra özünü Xanlar müəllim kimi təqdim edən bir nəfər zəng etdi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Mən də onunla razılaşdım. Vaxt keçdikcə, aldadıldığıma əmin oldum və prokurorluğa şikayət etdim”.

Raya Nəcəfova isə deyib ki, Sevinc Qayıbovanın aldadılmasında onun yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Xanlar Nəsirova çatıb.

Raya Nəcəfova digər zərərçəkmişlərin aldanmasında da başqa adamların günahı olduğunu bildirib.

Məhkəmədə zərərçəkmişlərdən bir neçəsi Raya Nəcəfova ilə barışmadığını vurğulayıb və onun həbs edilərək cəzalandırılmasını tələb ediblər.

Növbəti proses mayın 30-da davam edəcək.
 
Ardını oxu...
Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində qeydə alınıb.

Ad və soyadı hələlik bilinməyən 15 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq canına qəsd edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Ardını oxu...
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə bioloji qohumluğun təyini - atalıq testindən keçməkdən yayınıb.

Bu barədə Musavat.com-a Fidan Abbasova məlumat verib.

Deyib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. Orxan Mikayılzadə xüsusi ittiham qaydasında verdiyi şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub.

Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib.

Fidan Abbasova deyir ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib.

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi” - deyə Fidan Abbasova bildirib.

Musavat.com-un ARAYIŞI
Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib. Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub.

Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Musavat.com
 
Ardını oxu...
Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

Meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
 
Ardını oxu...
Sahibkar Melinda Qeyts iyun ayında “Microsoft”un qurucusu və keçmiş əri Bill Qeytslə birlikdə rəhbərlik etdiyi xeyriyyə təşkilatının həmsədri vəzifəsini tərk etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Diqqətlə düşünərək, Bill və Melinda Qeyts Fondunun həmsədri vəzifəsini tərk etmək qərarına gəldim. Fonddakı son günüm iyunun 7-də olacaq. Xeyriyyəçilik fəaliyyətimin növbəti fəslinə keçməyin vaxtıdır”, deyə Melinda bildirib.

Qeyts diqqətini ABŞ-da və bütövlükdə dünyada qadın və qızların statusu, habelə bərabərliyin təşviqi və qorunması sahəsində işlərə yönəltmək niyyətindədir.

Bill Qeyts ilə razılaşmanın şərtlərinə görə, onun keçmiş arvadı fonddan ayrıldıqdan sonra qadınların və ailələrin maraqlarına uyğun gələcək fəaliyyətlər üçün 12,5 milyard dollar alacaq.

2000-ci ildə fəaliyyətə başlayan Bill və Melinda Qeyts Fondunun məqsədi uşaq ölümlərini azaltmaq və xəstəlikləri aradan qaldırmaqla insanların həyatını yaxşılaşdırmaq idi. Fond keçən il 7 milyard dollar qrant ayıraraq ABŞ-da ən böyük xeyriyyə fondu və COVID-19 peyvəndlərinin aparıcı maliyyəçisinə çevrilib.
 

Dünyapress TV

Xəbər lenti