Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açaraq görüntülərini satışa qoyub. Belə ki, yalnız bir ay üçün 200 AZN ödəyənlər kanala abunə ola bilər. Onun bu hərəkəti isə cəmiyyətdə müzakirələrə səbəb olub.

Bu barədə anons paylaşan aktrisa şərh bölümündə ona təhqir yazanlara da bir-bir cavab verib.

Müzakirələrlə bağlı ölkə.az-a danışan yazıçı Xeyrəddin Qoca isə aktrisanın bu addımını "xəstəlik"lə əlaqələndirib:

"Aktrisanın - adını çəkmək belə istəmirəm! - görüntülərini yaymaqla pul qazanmaq istəməsi onun xəstə olmasının sübutudur! Onun müalicəyə ehtiyacı var. Hamı hər şeyi imkanlı adamlardan xahiş edir, mən də imkanı olanlara üz tuturam, yazıqdır, o xanımın müalicəsinə kömək edin! Xalqın qarşısında da ayıb iş gördüyü üçün, siz onu müalicə etdirməklə xeyirxah bir iş görmüş olarsınız və savab qazanırsınız...

Mən vaxtilə demişdim, bəzi xanımlar dünyaya uşaq gətirməyi də xalqa göstərəcəklər! Darıxmayın, az qalıb!

Aktrisa bəzi yerlərini göstərməsi üçün 200 manat abunə haqqı istəyir, tamam açıq göstərməsi üçün daha çox məbləğdən danışır. O, anlamır ki, tamam açıq olsa, tamaşaçılar iyrənə bilərlər! Beləliklə tamaşaçı azala bilər, onun vaxtilə aldığı (əgər alıbsa) təhsil də, diplom da bata bilər!"

Yazıçı hesab edir ki, dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər:

"Açığını deyim ki, bizim ölkədə mən bundan da pis şeylər gözləyirəm. Dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər. Cinsi azlıqların nümayəndələrini ekranlara çıxaranda bilmirsiniz belə olacaq? İnsanlar gecə-gündüz mavi ekranlarda cinsi azlıqlara maraqla tamaşa edəndə bilmirdiniz belə olacaq? Bilmirsiniz ki, bizimkilərin də içərisində "inkişaf etmiş" dünyanın ən pis cəhətlərini əxz edib, xalqı da pozmaq istəyənlər günü-gündən çoxalır? Yalandan ailə institutundan mentalitetdən-filandan danışırsınız, hanı bunlar? Varsa, niyə dağılan ailələrin sayı-hesabı bilinmir?  Xalqın qızını alan "kişilər" istədikləri zaman onları küçəyə atırlar. Çünki kişi deyillər, kişilər azalır. Hər kişi doğulandan kişi olmur.

Hamısı da sözü gedən aktrisa kimilərinin iyrənc təbliğatlarının ucbatından.

Doğrusu, belə hərəkətləri eşidəndə adam istəyir yer yarılsın, yerə girsin. Aktyorluq, aktrisalıq böyük sənətdir, hər adamın işi deyil. Bu xanımın hərəkətləri bu böyük peşəyə xələl gətirməyə yönəlib. Nə qədər gec deyil, onu və onun kimilərini cəmiyyətdən təcrid etmək lazımdır.

Bir də hamı bilməlidir, tiktokun, sosial medianın-filanın "günahı" yoxdur, belə adamlar doğuluşdan iyrənc hərəkətlər üçün doğulublar".

Ardını oxu...
Bakının Nərimanov rayonunda 1996-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı nişanlısı Fidana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 8-də baş verib.

Tural nişanlısı Fidanı yaşadığı evin qonaq otağında aralarında baş vermiş mübahisə zamanı yumruqlayıb və ona xəsarətlər yetirib.

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Fidan ilə bir ilə yaxın nişanlı olublar:

"Əvvəllər nişanlım ilə münasibətlərimiz yaxşı olub, amma sonradan pisləşib. Hadisə günü, səhər saat 09:00-da Fidanın yaşadığı evə gəldim. Evin qonaq otağında Fidan ilə söhbət edən zaman ona vaxt ayırmamağımı əsas gətirərək mübahisə etməyə başladı. Bu zaman əsəbilərimi cilovlaya bilməyərək yumruq ilə bir dəfə Fidanın baş nahiyəsinə vurdum. Daha sonra Fidanın yaşadığı evdən getdim".

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, hadisə günü Tural ünvanına nalayiq ifadələr işlədib və onu təhqir edib:

"Daha sonra isə yumruqla baş nahiyəmdən vurdu. Mən hadisə barədə polisə müraciət etdim".

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını alıb.
 
Ardını oxu...
Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.
TEREF Olay.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?” verilişində danışıb. O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:
"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Buradan Sarayın rəhbəri İlham Qasımovu salamlayıram. Onunla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən etablardan keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədərilə Damla və Şəbnəm orada səhnə alıb. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. "Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib”.
 
Ardını oxu...
Şəhriyar elə dedi, Akif belə dedi... deyə hücum çəkirsiniz. Dünyasını dəyişmiş anaları belə sözünüzə konu etməkdən çəkinmirsiniz. Ayıb!
Səsləri qısmaq istəyirsiniz.
Gözləri qorxudursunuz.
Linç edirsiniz.
Niyə?
Bəyəm hər kəs `qadın gülərsə...` deməlidi?
Qadın başımızın tacıdır, deməlidi?
Əksini düşünənlərin söz haqqı yoxdur?
Zatən ölkəmizdə öz fikrini bildirməkdən qorxan, iş yerini, çörəyini itirəcəyindən çəkinən milyon-milyon insan var. Ya susurlar, ya yalan danışırlar.
Allah eşqinə, siz də həmin yolu tutmayın.
`O da belə düşünür` deyib keçməyi öyrənin.
Deyilən sözün həqiqət payını araşdırın.
Səsləri boğmayın.
Sizin bu linç kampaniyanız olmasa görün nə gerçəklər ortaya çıxar. Kişiləri qorxudub yalana yuvarladırsınız.
Güclü olan sözdən qorxmaz! Ağızları yummaz! Cəzalandırmaz!
Qoy danışsınlar. Əleyhinizə danışanları daha diqqətlə dinləyin. Əleyhinizə danışanlardan yararlanmağı öyrənin. Dözümlü olun.
Bəyən hər kəs sizin ürəyinizcə olanı deməlidir? Mədh eləməlidir? Borcu var? Öhdəliyi var?
Heç sizdən gözləməzdim...
Mehriban Vezir
TEREF
 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

"Bütün hərbi qulluqçularımızı və veteranlarımızı təbrik edirəm! Allah Vətən uğrunda həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı Azərbaycanımızı daim qorusun!" - deyə paylaşımda qeyd olunub.
 
 
Ardını oxu...
Avropa İttifaqı Çeçenistan rəhbərinin anası, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov adına regional ictimai fondun prezidenti Aymani Kadırovanı sanksiya siyahısına daxil edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
İzahatda qeyd edildiyi kimi, Aymani Kadırova ukraynalı uşaqların yenidən təhsil alması üçün “proqramın həyata keçirilməsi” və Şimal Hərbi Dairəsində iştirak edən çeçen döyüşçülərinin ailələrinə yardım göstərdiyi, o cümlədən Rusiya hərbi qulluqçularını ərzaq və texniki avadanlıqla təmin etdiyi üçün sanksiya siyahısına daxil edilib.
Ardını oxu...
Nyu-York merinin baş müşaviri Rəna Abbasova haqqında bu yaxınlarda yazmışdım. Həmin yazı əksər saytlar tərəfindən verilmişdi. O vaxt sosial şəbəkələrdə belə bir rəy formalaşdırmağa çalışırdılar ki, Amerika kimi ultra-demokratik bir ölkədə rüşvət almaqda suçlanan Rəna xanım tezliklə həbs olunacaq. Ancaq biz elə o vaxt da yazmışdıq ki, Amerikada bu kimi ittihamlarla kimlərinsə həbs olunması nadir hallarda baş verir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendez az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq hələ də o, həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub.
Ardını oxu...
Bilməyənlər üçün deyim ki, Nyu-York şəhərinin meri qaradərili Erik Adamsdır. 1960-cı il doğumli mer uşaq vaxtı çox nadinc olub. Özü yazır ki, polis dairəsində məni o qədər döymüşdülər ki, işəyəndə sidik yerinə qan gəlmişdi.

Maraqlıdır ki, o, 20 il polisdə zabit kimi çalışıb. 2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və Bələdiyyə Başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib...

2022-ci ildən Nyu-York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan cənab Adams zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına rəhbərlik edib.
Ardını oxu...
Erik Adams

Amerika prezidenti Co Bayden, uzun müddət ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışmış ermənənilərin yaxın dostu kimi tanınan Nensi Pelosi də ona açıq şəkildə dəstək verib.

Adams heç vaxt evlənməsə də bir oğlu var. Nyu-Yorkun merinə Amerikada “Nightlife Mayor” (gecə həyatı yaşayan vali) deyirlər. O, gözəl xanımlarla isti münasibətdə olduğunu da heç vaxt gizlətməyib.

İllik maaşı 81.651 dollar olan Rəna Abbasova belə bir mer ilə 10 ildən çoxdur ki, bir yerdə çalışır. Onu tanıyanlar deyir ki, “Rəna sakit və təvazökar insandır”.
Ardını oxu...
Rəna xanım Nyu-York meriyası ilə Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh olub. 2017-ci ilin aprelində Erik Adams və Türkiyə prezidentinin oğlu Bilal tərəfindən dəstəklənən Türklərin Vəqfi arasında görüş təşkil edib.

Amerika mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.

2 noyabr 2023-cü ildə Federal Təhqiqat Bürosu Erik Adamsla bağlı araşdırmalara başlayıb. Bu səbəbdən də Rəna Abbasovanın fəaliyyəti də istintaqın maraq dairəsinə daxil olub. Araşıdırmalar davam edir. Britaniyanın “independent.co.uk” saytı yazır ki, Rəna Abbasova istintaqla yaxından əməkdaşlıq edir.

Sayt yazır: “Nə cənab Adams, nə də ki xanım Abbasova yanlış əməllər törətməkdə ittiham olunmurlar”.

Britaniya saytı da yazır ki, Nyu-York merinin Türkiyənin dövlət rəsmiləri və qurumları, eləcə də Nyu Yorkdakı Türk-Amerika icması ilə uzunmüddətli əlaqələri var.
Ardını oxu...
Federal Təhqiqat Bürosu istintaqa başlamamışdan cəmi altı gün əvvəl bayraq qaldırma mərasimi zamanı cənab Adams çıxışında demişdi: “Nyu York şəhəri Amerikanın İstanbuludur”. Daha sonra mer vurğulamışdı ki, o, altıncı, bəlkə də yeddinci dəfədir ki, Türkiyəyə səfər edir.

Mənim üçün bu olayda diqqətə layiq olan daha bir məqam var. Gənc bir azərbaycanlı xanım- Rəna Abbasova Nyu-Yorka gedir və orada yaşanan qaynar həyatın-siyasi burulğanların içində özünə ciddi karyera qura bilir. Kifayət qədər böyük işlər görür. Əminəm ki, bundan sonra da o, öz işini davam etdirəcək. Onun gördüyü işlər Amerika-Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişafına hesablanıb.

Ermənilərin ciddi söz sahibi olduğu Amerikada Azərbaycanın da səsi eşidilməlidir. Özü də mümkün qədər ucadan...

Elbəyi HƏSƏNLİ, SÜRİX
 
Ardını oxu...
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva haqqında yayılan əsassız xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, iş xanımının sosial media hesablarında paylaşdığı məlumatda qeyd olunub:

“Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir. Əvvəla, bir neçə ay bundan öncə jurnalist Zamirə xanımın verilişindəki müsahibəmdə bu məsələyə toxunmuşam və öz mövqeyimi bildirmişəm. İkincisi, hazırda Türkiyədə istirahət edirəm və vətənə yalnız avqust ayının sonlarında qayıdacam. Hər halda deputat seçkilərinə qatılmaq istəyən namizəd indi Azərbaycanda olmalı və seçkiyə hazırlaşmalı idi. Bu məzmunlu yazılar yazan jurnalistlər kimlərinsə sifarişini yerinə yetirməkdənsə, öz məsləklərinə hörmət etsinlər və dəqiqləşdirilməmiş məlumatlar yaymasınlar. Mənim deputat olmağımdan narahatlıq keçirənlərə isə demək istəyirəm ki, gecələr rahat yatın, belə bir istəyim yoxdur. Mən azad sahibkar kimi bu gün xoşbəxtəm və dövlətimə, xalqıma, eyni zamanda cənab Prezident İlham Əliyevin idealarına sadiqəm. Kiməsə kömək edə bilirəmsə və dəstək ola bilirəmsə bu məni deputat olmaqdan daha xoşbəxt edir. Mən dövlətimi bəziləri kimi deputat olmadan da sevməyi bacarıram. Doğma rayonum Tovuzdan kimin deputat seçilməsini də maraqla gözləyəcəyəm. Dövlətimiz və millətimiz üçün bu seçkilər xeyirli olsun”.

 
Ardını oxu...
Marqaret Geertruida Zelle, H-21 (kod nömrəsi Mata Hari) ilə dünya tarixinə düşüb.
Paris yaxınlığında yerləşən Vensenn qəsəbəsi. 1917-ci il, oktyabr ayının 15-i.Vincennes Şatosunun həyəti.
12 əsgər silahları ona sarı tuşlayıb əmr gözləyir. Zabit, keşiş və orda iştirak edənlər bir qadının bu cürə cəsarətli dik duruşun izləyir. Ondan son arzusunun nə olduğunu soruşanda "İçməyə su ancaq" deyə cavab verir.
Ona su gətirirlər, sakit halda, heç bir həyəcan olmadan suyu içir. Sonra zabit onun gözlərini bağlamaq üçün yaxınlaşanda “Mən satqın deyiləm, adi bir rəqqasəyəm” söyləyərək, gözlərini qapamağa icazə vermir.
Əsgərlərə gülümsəyərək baxan Mata Hari
Onu güllələməyə hazırlaşanlara öpüş göndərərək “mən hazıram cənablar” deyir.
Zabitin əmri ilə 12 əsgərin tüfəngindən eyni anda güllə açılır. Bu güllələrdən 11-i onun bədəninə dəyir. Əsgərlərdən ən gənci özünü itirərək atəş aça bilmir. Atəş əmrindən sonra hadisə yerində olan əks-kəşfiyyat xidmətinin əməkdaşı cəsədə yaxınlaşır, o, rəqqasənin hələ də nəfəs aldığını görür. Əsgərlər gözəl qadını tam öldürəcək hədəfə dəymək istəmədiyin görən zabit güllə ilə Matanın başından vurur.
Sonradan onun ölümü barədə yazan vəkili etiraf edir " Mata Hari hamilə idi,mən ona əfvə düşəcəyini desəm də, o, cəsarətlə bətnində övladı ilə birlikdə ölümü seçdi".
Zaur Aliyev, dosent
 
Ardını oxu...
Uzun illər Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vesti" proqramının aparıcısı olmuş Fəridə Kurbanqaleyeva axtarışa verilib.

Jurnalistə qarşı cinayət işi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən açılıb.

Fəridə Kurbanqaleyeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 (terror fəaliyyətinə ictimai çağırış, terrora ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği) maddəsi ilə ittiham olunur.

Məlumat üçün əlavə edək ki, Fəridə Kurbanqaleyeva hazırda Praqada yaşayır. O, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxıb, mütəmadi olaraq Kreml siyasətini tənqid edir.

Mənbə: Aif.ru
 

Dünyapress TV

Xəbər lenti