Ardını oxu...
Müğənni Cennifer Lopez nişan üzüyünü aktyor Ben Afflekə qaytarmayacaq.
Bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.
Ulduzlara yaxın bir mənbə bildirib ki, Cennifer Lopez 10 milyon dollarlıq üzüyü hədiyyə olduğu üçün xatirə olaraq saxlamağı planlaşdırır. Mənbənin sözlərinə görə, müğənni Ben Afflekin 2003-cü ildə ilk nişanı üçün ona hədiyyə etdiyi 3,52 milyon dollar dəyərində olan 6,1 karatlıq çəhrayı brilyant üzüyü də özündə saxlayıb.
“Münasibətlərinin yaxşı getməməsi o demək deyil ki, o, zinət əşyalarını geri qaytarmalıdır. Cennifer Benin onları tərk etməsinə görə özünü günahkar hiss etmir. Ben də açıq-aydın etiraz etmir – o, bunu artıq iki dəfə edib”, deyə mənbə bildirib.
Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib – 26 aprel 2024-cü il.
Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların ikinci evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.
Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olublar. Həmin vaxt onlar nişanlansa da, evlənməyiblər. 2021-ci ilin yazında keçmiş sevgililər münasibətlərini bərpa edib və 16 iyul 2022-ci ildə Las Veqasda evləniblər.
 

Ardını oxu...
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilov üçüncü həyat yoldaşı Nigar Cəlilovadan da ayrılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə sentyabrın 16-da keçiriləcək.

Qeyd edək ki, Anar və Nigar 10 ildir ailəlidir. Onun bu nikahdan iki övladı var. Anar və Röya Cütlük 2014-cü ildə boşanıb. A.Cəlilovun R.Ayxanla nikahından da bir oğul övladı var. İş adamı Röyadan ayrıldıqdan sonra da bir dəfə ailəli olub və boşanıb. Anar Cəlilov bir vaxtlar məşhur olan “Çuda peçka” mağazalar şəbəkəsinin sahibinin oğludur.

Ardını oxu...
 
Ardını oxu...
"Onları Allaha tapşırmışam, o özü onların cəzasını verəcək""Əvvəllər xanəndələr başqa yerlərdə oxuyurdular, imtahan verirdilər. Alim müəllim həmişə bizə deyir ki, toyda oxumaq böyük bir məktəbdir. Toyxana məktəbindən keçən mütləq xanəndə olur. Amma bu gün xanəndələr yeni qəzəl, şeir öyrənmirlər. Ona görə ki, tələbat yoxdur. O vaxt toyxanalarda ustadlardan çoxlu qəzəllər tələb olunurdu. Orada qəzəlxanlar, söz xiridarları olurdu ki, həmin ustadları izləyirdilər. Bizim adını tarixə yazan xanəndələrimiz belə məclislərdən çıxıblar. Amma indiki oxuyanlardan, uşaqlardan ancaq mahnı tələb olunur. Bugünki restoran toyları o qəzəlləri, şeirləri tələb etmir. Əgər orada xiridarlar, tənqidçilər həmin toylarda olsaydılar xanəndələr gecə yatmayıb qəzəllər əzbərləcəyəkdilər. Necə ki, Muğam müsabiqəsində uşaqlar hər dəfə yeni qəzəllər oxuyurdular. İnsanı məqam, düşdüyü şərait tələb edəndə o öyrənir"

TEREF bildirir ki, bunu Moderator.az -a özəl açıqlamasında əməkdar artist, sevilən xanəndə Fərqanə Qasımova deyib. O daha sonra "Fərqanə xanım, siz toyxana görməmisiz, bəs necə püxtələşmisiz?" sualına cavab verib.

"Mən 15-16 yaşlarımdan dünya səhnələrində çıxış etmişəm. Artıq mənim üçün böyük dünya səhnələrində oxumaq o qədər asandır ki.. Çünki mən orada püxtələşmişəm. Mənə desələr ki, 2 ay vaxtımız var, solo konsert olacaq, mən buna tez bir zamanda hazırlaşa bilərəm. Ancaq toy oxuyanları bunları bacarmırlar. Toy oxuyanı başqadır, səhnə oxuyanı, mədəniyyəti tərənnüm edən sənətkar başqa. Bu gün ona görə hər şey adiləşib. İki köhnə qəzəllə, toy mahnıları ilə məclisi idarə edirlər. Sənət artıq öz orbitindən çıxmağa hazırlaşır. Xarici ölkələrdə yeni səfərlərə dəvət almışam. Əgər Allahın muğamımıza sevgisi varsa onu ölməyə qoymayacaq. Görün nə qədər sənətkarlar gəlib-gedir, indi də Alim müəllim var, onun davamçısı mən varam. Bizim də davamçılarımız olacaq. Muğam heç vaxt ölməyəcək. Ölsəydi bir neçə il bundan əvvəl ölərdi. Hər dəfə belə eniş-yoxuşlara məruz qalsa da, Allah püxtələşdirib onun pöhrəsini verir" deyə sənətkar bildirib.

Fərqanə xanım övladının atası ilə muğam duetini tənqid edənlərə də cavab verib.

"Yaş üstünə yaş gəldikcə heç kimin fikri, düşüncəsi insan üçün maraqlı olmur. Mən özümdən və ailəmdən danışıram. Ağıllı insan hər zaman öz addımları ilə irəli gedir. Ona görə də bu bizim üçün yeni bir tənqid üsulu deyil. Bizim millət, mən əlbəttə çoxusundan danışmıram, başları çıxmayan mövzu haqqında rəy bildirənlərdən, həqiqəti bilməyən həqiqətin əleyhinə danışan insanlaradır bu sözüm ki, onlar vardır və həmişə də olacaqlar. "İt hürər, karvan keçər" məsəli də elə onlar üçün deyilib. Ümumiyyətlə onlara heç vaxt önəm vermək lazım deyil. Bu duetə görə mənə çoxlu gözəl mesajlar gəlib. Azərbaycanda ümumiyyətlə bilmirlər ki, bu muğamdır yoxsa nə?! Ümumi türk dünyasında belə bir janr var. Buna "mədh" deyirlər. Peyğəmbərə (s.ə.s) tərifdir. Bizim ölkəmizdə belə mahnılar çox yayılmayıb. Türklər gözəl bilir ki, bunlar nədir? Mənim oğlum quranı gözəl bilir, hazifdir, ilahi nəğmələr oxuyur, dərviş toylarında iştirak edir. Babası ilə oxuduğu da belə bir janrda mahnı idi. O insanlar bisavaddır. Doğru-dürüst rəy belə yaza bilmirlər. Mənim öz şəxsi həyatım haqda elə pis rəylər yazmışdılar ki.. Gözümdən o qədər düşüblər ki.. Onlar haqqında danışmağı özümə sığışdırmıram.. Bilmədiyi nəsə haqqında rəy bildirən insanlar Allahın cəzasına mütləq ki, məhkum olacaqlar. Alim müəllim də, oğlum da sosial şəbəkələrdən uzaq insandır. Heç nəyi izləmirlər, bilmirlər. Kimlərdənsə eşidəndə də ancaq gülə bilərlər. Onun dərdini çəkməzlər, fikir verməzlər, önəmsəməzlər. Bizim ailəmizdə qətiyyən buna fikir vermirlər. İnsan əhəmiyyət verdiyi nəyəsə münasibət bildirər. Əhəmiyyət vermədiyi mövzu haqqında danışmaq, ona zaman ayırmaq bizim aləmimizdə düzgün hesab olunmur. Biz sadəcə Allaha tapşırırıq. Allah da özü onların cəzasını verir" deyə xanəndə bildirib.


Sonxeber.az

Ardını oxu...
 

Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb. 

Müğənni retro mahnıları səsləndirməsindən danışıb.

O bildirib ki, bu tip mahnıları oxuyarkən narahat olur:

“Əsl sənətin, musiqinin yaşı olmur. “Köhnə” yox, retro desəniz, yerinə düşər. Sevə-sevə oxuyuram. Bununla yanaşı nə gizlədim, həm də qorxuram. Ya ilk ifaçının yaratdığı təəssüratı korlayaram deyə”.

Fanatlarından şikayətlənən Məmmədova “Getdiyiniz yerləri paylaşın sizi gəlib görək” sözlərinə “Mümkünsüz… Çox vaxt rahatsızlıq gətirdiyinə görə  konsertlərdən başqa heç bir gedəcəyim yeri bildirmirəm. Kaş ki, bütün fanatlar adekvat olsa” reaksiyasını verib. (Axşam.az)

 
 
 
Ardını oxu...
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov vergi borcunun hamısını ödəyib.

Demokrat.az xəbər verir ki, bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.

O, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5 milyon 670 min manatdan çox) ödəyib.

Qeyd edək ki, blogerin borcuna görə vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışırdı.
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Məhkəmədə tərəflər arasında barışığın əldə olunması ilə bağlı məlumat yayılıb.

Musavat.com bildirir ki, axşam.az-ın məlumatına görə, F.Kərimova məsələyə münasibət bildirib. O, çıxan xəbərləri təkzib edib.

"Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam", - deyə, sənətçi paylaşımında yazıb.

Xatırladaq ki, tərəflərinin barışıq əldə etməsi ilə bağlı xəbəri APA yayıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.


Ardını oxu...
   

Avropa prodüseri kimi tanınan Sultan Mustafayev türkiyəli aktrisadan evlilik təklifi alıb.

Bu barədə baku.ws-ə prodüser özü məlumat verib.

Son illər İstanbulda yaşayan və fəaliyyət göstərən Sultan bəy Tuanna Ahmedlə yaxın dost olduqlarını və bir müddət öncə ondan evlilik təklifini aldığını deyir.

"Evlilik təklifi gözlənilməz olduğundan ciddi qəbul etmədim. Əvvəlcə zarafat etdiyini düşündüm, amma sonra fikrinin ciddi olduğunu gördüm. Tuannanı çox sevirəm. Gözəl insandır, lakin məni qane etməyən bir məqam var; evində it saxlayır və onu hər kəsdən çox sevir. Mən isə itlə bir evdə yaşaya bilmərəm. İt olan yerdə yata bilmirəm, yemək yemirəm. Tuannaya ya it, ya mən dedim. İtini "oğlum" deyə əzizləyir, "oğlumu atamam" söylədi.

Buna baxmayaraq, dostluğumuz davam edir. Tuanna məni anladı, mən də onun itə olan sevgisini, bağlılığını anlayıram".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Əməkdar artist Elza Seyidcahan instaqramda yeni ağ-qara fotolarını paylaşıb.

Yenisabah.az xəbər verir ki, deputatlığa namizəd paylaşıma öz şeirini əlavə edib:

“Gəlirəm, gedirəm özüm üçün. dirnaq modelleri

Bəstələyirəm, dəstələyirəm sizin üçün.

Kəşf edirəm, bəxş edirəm bizim üçün.

Hər nəfəs alıram onun üçün”.
Ardını oxu...
Televiziya seriallarından həzz aldığınız ən həyəcanlı anında müdaxilə edən televiziya reklamlarına baxmağa nə qədər vaxt sərf edirsiniz? Bəlkə heç, ya çox az?
Bəs niyə şirkətlər televiziya reklamlarına milyonlarla dollar xərcləyirlər?
Neçə dəfə televizora baxarkən müdaxilə edən reklamlara ciddi baxmısınız?
Webtekno xəbər verir ki, yəqin ki, reklam fasiləsi zamanı çayınızı təravətləndirmək üçün mətbəxə getmisiniz və ya telefonunuzla oynamısınız.

Deməli, insanların o qədər də əhəmiyyət vermədiyi bu reklamlar vaxt itkisi deyilmi? Əgər belədirsə, sizcə niyə şirkətlər hələ də bu reklamlara ciddi pul xərcləyirlər?

Sözünü uzatmadan cavabını verək. Reklamların əsl gücü onların şüuraltımıza yaratdıqları təsirdədir!

Bunu izah etmək üçün şüurlu şəkildə izləməsək də, tez-tez məruz qaldığımız reklamlar bir növ şüuraltımıza nüfuz edir. Təkrarlanan reklamlar sayəsində o markaların brend adları, loqoları və hətta musiqiləri də beynimizə həkk olunur.

Brendlərlə əlaqəli əşyaların beynimizə həkk olunması, gələcəkdə məhsul aldığımız zaman bu markaları daha tanış və etibarlı göstərir.

Bundan əlavə, bir məhsulun davamlı reklamını görmək həmin məhsulun geniş istifadə və etibarlı olması təəssüratı yaradır.

Televiziya reklamları brendin cəmiyyətdə nə qədər geniş yayıldığını və populyar olduğunu göstərir. Bu da istehlakçı davranışında mühüm rol oynayır.

İnsanlar başqalarının istifadə etdiyi məhsullara üstünlük verdikləri üçün şüuraltımızda - “Hər kəs istifadə edirsə, bu yaxşı bir şeydir” düşüncəsi yerləşir.

Bundan əlavə, televiziyanın hələ də ən geniş auditoriyaya çata bilən media vasitələrindən biri olması şirkətlər üçün böyük üstünlük kimi önə çıxır.

Bu səbəbdən şirkətlər heç kimin diqqət etmədiyini bilsələr də, istehlakçı şüuruna yerləşərək məhsullarını tanıtmaq və marka şüurunu artırmaq üçün televiziya reklamlarına böyük pullar xərcləməyə davam edirlər.
 

Dünyapress TV

Xəbər lenti