Ardını oxu...
Müğənni Dilarə Kazımova tanınmış nəslin nümayəndəsi imiş.

Dia-az.İnfo xəbər verir ki, bu haqda sənətçi “Xəzər axşamı” verilişində özü məlumat verib. Pop ulduz hətta babasının adına küçə olduğunu da açıqlayıb:

“Nənəmin atası Məşədi Hilal Kaızmovun adına küçə var. Dadaş Kazımov mənim babamdır, atamın atasıdır. O, aktyor idi. Bildiyim qədəri ilə onun anası isə Bakıxanovun nəvəsi olub”.

Ardını oxu...
Əməkdar artist Elza Seyidcahan “Azad Azərbaycan” (ATV) və Baku TV-ni məhkəməyə verib.

Buna səbəb sənətçinin bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən “Tüpürcəyim baldır mənim” şeiri olub.

Bununla bağlı Seyidcah APA TV-yə müsahibəsində deyib:

“Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, “Tüpürüm sizin ağzınıza”. ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri - red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim”.
 
Ardını oxu...
"Elgizlə İzlə" verilişində Əməkdar artist Bəsti Bəkirova ilə müğənni Sevda Əliqızı arasında gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə B.Bəkirovanın proqram zaman mərhum Xalq artisti İlhamə Quliyevanın Səməd Səmədovu sevdiyini deməsi və ona ərə getmək istəyindən danışması olub. Sevda həmkarının bu söhbəti açmasını düzgün hesab etmədiyini bildirərək bunları deyib:

"Mənə elə gəlir ki, ikisi də o dünyadadırlar. Onların olan söhbətlərini indi aşağılamaq düzgün deyil. Hamının həyatında istədiyi və istəməyəni olub. Bunu sonradan açıqlamağın nə mənası var? İndiki zamandan danışın. Hazırda həyat yoldaşının onu sevməsindən, necə yad etməsindən danışın. Mənə xoş gəlmir".

B.Bəkirova isə S.Əliqızının bu sözlərinə sərt cavab verib:

"Sənə xoş gəlməyə bilər. Bu, faktdır. Sənə xoş gəlməyən şeyi camaat danışır. Demək ki, bu söhbət olub ki, xoş gəlmir. Niyə xoş gəlmir? Sən Səmədin arvadı deyilsən. Bunları olduğu kimi danışıram. Çünki məndə yalan yoxdur. Yanımda olan söhbətdir. Səmədi günahlandırmağa heç kimin ixtiyarı yoxdur. Burada istəyi olan İlhamə Quliyeva olub. Bu da təbii bir şeydir".
 
Ardını oxu...
Türkiyəli müğənni müğənni növbəti konsertini verib.

Milli.Az xəbər verir ki, onun səhnəyə nasını dəvət etməsi marağa səbəb olub.

Hadisə anası Gülnihal Açıkgözü səhnəyə çağıraraq ona sual ünvanlayıb:
"Ana, səncə, burdan necədir?"

Bununla yanaşı, pop ulduzun səhnədəki geyimi müzakirələrə səbəb olub.

Sözügedən görüntünü təqdim edirik:

 
 


 
Ardını oxu...
Əməkdar artist Xumar Qədimovanın maraqlı görüntüləri yayılıb.

Toy diskinə baxan yeni evli cütlük şok yaşadı - Gəlinə yaxınlaşıb... - VİDEO - FOTO
İlqar Mikayıloğlunun verilişində qalmaqal - Müğənni efiri tərk etdi - VİDEO
"Yarım saat oxudu, pulunu verdim"
TEREF shownews-a istinadən xəbər verir ki, məclislərin birində çıxış edən Əməkdar artist Xumar Qədimova kameranın obyektivinə tuş gəlib.

El şənliyində səhnə alan müğənniyə yaxınlaşan bəyə Xumar Qədimova öz nazlı-qəmzəli hərəkətləri ilə yaxınlaşmağa icazə verməyib.

Sənətçinin yaşanan vəziyyətdən narazılığı sezilib.

Həmin görüntünü təqdim edirik:

 
 
 
Ardını oxu...
Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi o zaman ciddi narazılıqla qarşılanmışdı, indi də onun bu təşkilatdan çıxarılması tələb edilir. Söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.

“Tüpürüm sizin ağzınıza” adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

“Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza” - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyir ki, bu, “gizli pornoqrafiya” nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan “Tüpürüm sizin ağzınıza” şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edir ki, AYB onunla bağlı ciddi tədbir görməlidir.

Bu arada məlumat yayılıb ki, AYB sədri Anar Rzayev deyib ki, sözügedən şeirlə tanış olduqdan sonra qərar verilə bilər: “Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozanlar AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”.

Qalmaqalla bağlı Əməkdar artist, bəstəkar-müğənni, AYB üzvü Elza Seyidcahan “Yeni Müsavat”a danışıb: “Sənət elə bir şeydir ki, təqdim edirsən və onu oxucuların düşüncəsinə həvalə edirsən. Oxucuların da düşüncəsi müxtəlifdir. Mənim oxucularımın arasında ziyalılar da, qeyri-ziyalılar da var. Sadə insanlar var ki, onlar mənim yazdığım fəlsəfəni, fikrin dərinliyini düşündüyümdən də artıq mənə onu təqdim edirlər. Mənə deyirsiniz ki, bəziləri şeirimdəki ifadələrin pornoqrafik olduğunu düşünür. Buna cavab olaraq deyə bilərəm ki, kimə nə lazımdırsa şeirimlərində onu görür. Bir də ki, pornoqrafiyanın nəyi pisdir ki? Kim pornoqrafiyadan qaçıb? Bu dəqiqə əksəriyyət pornoqrafiyaya acdır. Ona görə də şeirlərimdə pornoqrafiya görürlər. Məgər dünyadakı bütün canlılar - insanlar, heyvanlar pornoqrafiya üzərində inkişaf etmirmi? Hətta ağaclar belə... Beləliklə, əgər kimsə şeirimdə pornoqrafiya görürsə, deməli, onu görmək istəyir, ona pornoqrafiya lazımdır. Amma mən o şeiri pornoqrafiya düşünüb yazmamışdım. Allahın dili ilə insanlara deyirəm ki, ağzınıza bal alın, gözəl sözlər alın ki, ağzınızdan gözəl sözlər çıxsın. Yəni sadəcə, insanlara üsyan etmişəm ki, kimsəni pis sözlərinizlə incitməyin, sındırmayın”.

Əməkdar artist AYB sədri yazıçı Anarın onun barəsində səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib: “Anar müəllim doğru deyir, Azərbaycan klassiklərini təhqir edənlər cəzalanıb və yəqin ki, belə də davam edəcək. Allah Anar müəllimə cansağlığı versin, ömrünün sonuna qədər AYB-nin sədrlik kürsüsündə əyləşsin. AYB-yə üzv seçiləndə mənə zəng edib, ilk təbrik edən Anar müəllim oldu. Digər gözəl şairlərimizə də ayrı-ayrılıqda çox təşəkkür edirəm ki, mənim quruma üzv seçilməyim üçün rəy veriblər”.

AYB-nin sədr müavini Rəşad Məcid isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yaranmış qalmaqalla bağlı Elza Seyidcahan AYB-nin üzvü kimi quruma çağırılıb, onunla söhbət aparılacaq: “Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq. Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm. Sadəcə, onu elə səsləndirir ki, qarşısında oturanlar ondan "uzaqgedən" nəticələr çıxardırlar və deyirlər ki, bu təhqirdedicidir. Adətən bu cür şeirlərlə bağlı Elza Seyidcahan danışarkən Nəsiminin şeirini, qəzələni misal gətirir, o da belə şeirlər yazıb. Burada söz oyunu olur. Elza Seyidcahan istəyir ki, qarşısındakını söz oyunu ilə şoka salsın, silkələsin. Ondan da hərə özünə uyğun nəticələr çıxardır. Elza Seyidcahanın hərdən fərqli, maraqlı, diqqətçəkən şeirləri də olur. Həmin şeirlərdə bir üsyan, etiraz var. Poeziyanın da mahiyyəti budur. O ki qaldı sosial şəbəkə istifadəçilərinə, onlar da fərqli-fərqli insanlardır. Bəzən ən yaxşı ağıllı sözə etinasız qalıb, ən mənasız sözü göylərə qaldıran sosial şəbəkə dövründə yaşayırıq".
Ardını oxu...
Məşhur amerikalı müğənni Mayli Sayrus qalmaqalın mərkəzinə düşüb. Məlum olub ki, aktrisa hit olan "Flowers" (Çiçəklər) mahnısı ilə bağlı müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazıb.

"Tempo Music Investments" şirkəti hesab edir ki, onun "Qremmi" mükafatı aldığı mahnı plagiatdır. Onların sözlərinə görə, mahnının bəstəsi müğənni Bruno Marsın 2003-cü ildə hit olan "When I Was Your Man" mahnısına bənzəyir.

"İki mahnının birləşməsi və çoxlu oxşarlıqlarını nəzərə alsaq, "Flowers" mahnısın ın "When I Was Your Man" mahnısından əvvəl mövcud olmayacağını inkar etmək olmaz", deyə iddiada deyilir.


Beləliklə, iddia Brunonun söz yazarı kimi qeyd edilmədiyini və ya mahnının heç bir təsvirində qeyd olunmadığını göstərir. Sayrus özü hələ bu qalmaqalla bağlı heç bir açıqlama verməyib.


 
Ardını oxu...
 

Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovla bağlı paylaşım edib. 

İfaçı duet ortağının ad günü olduğunu vurğulayıb. 

"Dəyərli dost, bu gün 3 ildir aramızda yoxsan. Mövludun mübarək. Ruhun şad olsun. Hər zaman qəlbimizdə qalacaqsan" deyə, Sevda paylaşımında yazıb. 

Qeyd edək ki, S.Səmədov 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.//Axşam.az

Ardını oxu...
Restoranların birində döyülmüşəm, köməyimə dostum gəlib”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Günə bax” verilişində deyib.

Sənətçi həmkarı və can dostu Zeynəb Həsəni ilə dostluq münasibətindən danışıb. Ən çətin vaxtlarında Zeynəbin ona dəstək olduğunu bildirib:

“Zeynəblə hər zaman bir-birimizə söykənib, bir-birimizə dayaq olmuşuq. Ən çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. Restoranların birində döyülmüşəm. Bir xanım məni döyüb. Onda da köməyimə Zeynəb gəlib. Bunu heç vaxt unutmaram”.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, müğənni Kərim Abasov qatıldığı toy məclisində fonoqram oxuduğu üçün döyülüb.

Axşam.az xəbər verir ki, sənətçi hadisədən sonra ilk dəfə efirə çıxıb. "Elgizlə izlə"yə gələn Kərim həmin gecə yaşananlardan danışıb:

"Qonaqlardan biri mahnı sifariş etdi, rus dilində idi. Musiqiçilər ifa edə bilməzdi. İfanı oxuyan zaman biri yaxınlaşdı ki, oxumaq istəyirəm. Çalışırdı mikrofonu əlimdən alır. Mənim səhnəm, musiqiçilərimdir. Mikrofon şəxsidir, nə haqla almağa çalışırsan. Dedim ki, fonoqramdır, mikrofonu alma. Məhəl qoymadı. Ona başqa mikrofon verdilər, 50 yaşında adam idi, oxudu və getdi. Saat 12-yə qalırdı, xına mərasimi başladı. Məclisdə az adam qalmışdı. Ev sahibi kübar ailədir, məni döyməyib. Toya gələn 50 yaşlı həmin kişi və yanındakı adam maşınıma gedəndə mənə hücum çəkdi. Başladılar ki, niyə fonoqram oxumusan? Cavab verdim ki, belə alındı, məcbur idim. Yanındakı dedi ki, niyə belə danışırsan? Mən isə sakit danışıram, aqressiv deyiləm. Pilləkəni düşəndə eşitdim ki, çox pis söyüş dedi. Menecerim geri qayıtdı, başladı ki, sənə yox, ona deyirəm. Mən də qayıtdım ki, filankəs özünsən. Əl atdılar, qırğın başladı. Adamlardan biri kənarda qoyulan böyük dəmiri aldı və mənə cumdu. Onu kimə vursan iki yerə bölünər. Mən qaçdım ki, dəyməsin. Orada tək olsaydım indi mənə fatihə oxuyacaqdınız. Polis və təcili yardım gəldi. Elə vəziyyətdəyəm ki, hələ də şokdan çıxmamışam".

Kərim mübahisə zamanı barmağının sındığını bildirib.

Dünyapress TV

Xəbər lenti