Ardını oxu...

Müğənni Şahmalı Taciroğlu sükan arxasında qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Gundemxeber.az avtosfer.az-a istinadla xəbər verir ki, o, sükan arxasında dinlədiyi meyxananın təsiri altına düşərək avtomobildəki silahı əlinə alıb.

Videodan da aydın şəkildə görünür ki, müğənni həm təhlükəsizlik kəmərindən istifadə etməyib, həm də digər əlində telefonu tutaraq ondan istifadə edib.
Qeyd edək ki, sükan arxasında videosu yayılan Şahmalı məşhur müğənni Tacirin oğludur. O, paylaşdığı videonun şərh bölməsində meyxananın təsiri altına düşdüyünü və əlindəki silahın oyuncaq olduğunu bildirib.

 

https://bax.tv/avto-moto-xeberler/bir-elinde-telefon-bir-elinde-silah:-meshur-mugenninin-oglu-200665?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

 

Gundemxeber.az

Ardını oxu...
Özcan Dəniz böyük qardaşı və meneceri Ercan Dənizlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Özcan Dəniz məsələ ilə bağlı sosial şəbəkə hesabında qardaşını tənqid edib.

“Bəs siz neçə ailə üzvünüzdən xəyanət görmüsünüz? Nə qədər viran buraxılıb yenidən ayağa qalxmısınız? Xoşbəxtliyiniz neçə nəfərin bədbəxtliyinə çevirildi? Sizi gəlir mənbəyi kimi görən neçə tanışınız o qapını bağlayanda sizi heçə saydı? Kürəyinizdə çörəyinizi yeyən neçə adamın xəncəri var? İstəsələr canımı verəcəyim çox sayda insanı həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək, etdiklərinə görə kədərlənməkdən daha asandır. Xəyanətə uğradım”.

O, son paylaşımında hazırda yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadqar olduğunu bildirərək bu cümlələri yazıb:

“Sizi çox sevirəm. Mənim əziz oğlum və həyat yoldaşım. İndi kimin üçün yaşadığımı yaxşı bilirəm və çox xoşbəxtəm”.
Ardını oxu...
 

Ardını oxu...
 

Müğənni Vəfa Şərifova toy məclislərindən birində iştirak edib.

Sənətçinin toyda ona yaxınlaşan kişiyə verdiyi reaksiya gündəm olub.

Belə ki, rəqs edərək ona yaxınlaşan dinləyicisi Vəfanı qucaqlamaq istəyib. Müğənni əl hərəkəti ilə bunun qarşısını alıb.

Həmin anları təqdim edirik:  

 
 
 
 
 

Ardını oxu...

Ötən ilin noyabrından çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbsdə olan məşhur türkiyəli fenomen Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.

 

Polat həbsdən çıxdığı gün sosial media hesabında 500 min yeni izləyici qazanaraq gündəmdə qalmağa davam edib və film şirkətlərinin diqqətini cəlb edib.

Bu barədə "Ekol Haber" nəşri məlumat yayıb.

Məlumata görə, Polatın həyat hekayəsini səhnələşdirmək uğrunda film istehsalı şirkətləri fenomenin "arxasınca düşüb".

İddialara görə, bir çox uğurlu film və serial layihələrinə imza atan istehsal şirkətləri Dilan Polatın yaşadıqlarını böyük ekranlara çıxarmaq üçün bir-biri ilə yarışırlar.

Dilan Polatın bu təklifləri qəbul edib-etməyəcəyi isə maraqla gözlənilir

Ardını oxu...
Müğənni Vəfa Şərifova toy məclislərindən birində iştirak edib.

Sənətçinin toyda ona yaxınlaşan kişiyə verdiyi reaksiya gündəm olub.

Belə ki, rəqs edərək ona yaxınlaşan dinləyicisi Vəfanı qucaqlamaq istəyib. Müğənni əl hərəkəti ilə bunun qarşısını alıb.

Həmin anları təqdim edirik:

Ardını oxu...
Türkiyəli aktyor Uğur Aslan 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdə bir qolunu itirən qardaşı qızının toyunda onu tək qoymayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən il baş verən zəlzələlərdə 11 yaxınını itirən aktyor toyda onunla birgə rəqs edib.

Həmin görüntülər sosial media izləyiciləri tərəfindən müsbət qarşılanıb.

 

Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri zamanı iki ölkənin sənət adamlarının iştirakı ilə konsert keçirildi.

Bu barədə Qaynarinfo-ya Xalq artisti Gülyanaq Məmmədova məlumat verib. Onun sözlərinə görə, konsert proqramında hər iki ölkənin dövlət başçıları və xanımları iştirak edib:

"Azərbaycan və Özbəkisan səfəri zamanı iki ölkə arasında dostluq konserti iki saatdan çox davam etdi. Azərbaycan sənət adamları ilə Özbəkistanın sənət adamları birgə duetlər ifa edib, əsərlər səsləndirdilər. Özbəkistanda Azərbaycan musiqisini çox sevirlər".

Gülyanaq Məmmədova tədbirdə Polad Bülbüloğluna Özbəkistanın Xalq artisti, Fərrux Kərimoviç Zakirova Azərbaycanın Xalq artisti fəxri adı verildiyini diqqətə çatdırıb:

"Hər iki sənət adamlarına verilən fəxri adla bağlı təqdimat keçirildi. Bu tədbirdə də hər iki ölkənin mədəniyyət nazirliyi və səfirliklərin nümayəndələri, eləcə də sənət adamları iştitak etdi. Özbək xalqı bizi çox gözəl qarşıladı, Azərbaycana olan sevgisinin, musiqimizə olan heyranlığın şahidi olduq".

Tədbirdən sonra qonaqlara böyük bir ziyafət verilib.
 
Ardını oxu...
Tanınmış meyxanaçı Rəşad Dağlının narkotik alverçiləri barəsində dediyi meyxana həbsxanada müzakirəyə çıxarılıb.

Bu barədə meyxanaçı ilə eyni həbsxanada olmuş və hazırda azadlıqda olan şəxs Nail Kəmərlinin yutub səhifəsinə bildirib.

Onun sözlərinə görə, həbsdə olan narkotik alverçiləri heç də Rəşad Dağlının tənqidi meyxanasını müsbət qarşılamayıblar. Məhz bu meyxanaya görə Rəşad Dağlıya etirazlar olunub.

Baku.ws

VİDEO: https://baku.tv/embed/153311

Ardını oxu...
Müğənni Cennifer Lopez nişan üzüyünü aktyor Ben Afflekə qaytarmayacaq.
Bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.
Ulduzlara yaxın bir mənbə bildirib ki, Cennifer Lopez 10 milyon dollarlıq üzüyü hədiyyə olduğu üçün xatirə olaraq saxlamağı planlaşdırır. Mənbənin sözlərinə görə, müğənni Ben Afflekin 2003-cü ildə ilk nişanı üçün ona hədiyyə etdiyi 3,52 milyon dollar dəyərində olan 6,1 karatlıq çəhrayı brilyant üzüyü də özündə saxlayıb.
“Münasibətlərinin yaxşı getməməsi o demək deyil ki, o, zinət əşyalarını geri qaytarmalıdır. Cennifer Benin onları tərk etməsinə görə özünü günahkar hiss etmir. Ben də açıq-aydın etiraz etmir – o, bunu artıq iki dəfə edib”, deyə mənbə bildirib.
Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib – 26 aprel 2024-cü il.
Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların ikinci evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.
Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olublar. Həmin vaxt onlar nişanlansa da, evlənməyiblər. 2021-ci ilin yazında keçmiş sevgililər münasibətlərini bərpa edib və 16 iyul 2022-ci ildə Las Veqasda evləniblər.
 

Dünyapress TV

Xəbər lenti