Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ölkəsinə səfər edəcəyinə söz verib.

Axar.az xəbər verir ki, bu barədə Putin Ərdoğanla görüşündə deyib.

Kremlin mətbuat katibi TASS-a bildirib ki, konkret tarixlər hələ razılaşdırılmayıb.

Qeyd edək ki, Ərdoğan Putini bir daha Türkiyəyə dəvət edib və onu “çox yaxın müddətdə” gözlədiklərini bildirib.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda BRICS sammiti çərçivəsində keçirdikləri danışıqlarda Ukraynada baş verən vəziyyəti və ümumilikdə beynəlxalq vəziyyəti müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, danışıqlar çox açıq, işgüzar, konstruktiv və konkret mövzular üzərində keçib: "Ukrayna ilə bağlı fikir mübadiləsi aparıldı və ümumilikdə beynəlxalq vəziyyət müzakirə olundu".

O, həmçinin qeyd edib ki, danışıqlar zamanı Moskva və Pekinin dünya hadisələrinə dair mövqelərinin və yanaşmalarının əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü bir daha təsdiqlənib. Bundan əlavə, Rusiya lideri və Çin sədri gələcək təmasların və dialoqun davam etdirilməsi üçün əsas parametrləri müəyyənləşdiriblər.

Bundan əvvəl Si Cinpin Rusiya və Çin arasındakı münasibətləri yüksək qiymətləndirərək, son onillikdə iki dövlət arasında əməkdaşlığın misilsiz və unikal bir səviyyəyə çatdığını bildirmişdi.
 
Ardını oxu...
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir?

Birləşmiş Ştatlar bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında israrlıdır. Ağ Ev, Dövlət Departamenti mövcud diplomatik, siyasi imkanlardan maksimum istifadə etməklə bu hədəfinə nail olmağa çalışır. Görünən odur ki, oktyabrın 7-8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin səylərinə rəğmən liderlərin iştirakı ilə üçtərəfli görüşün baş tutmaması da rəsmi Vaşinqtonu xeyli ümidləndirib. Bir daha aydın oldu ki, sülh prosesi Moskvanın diktəsi altında deyil və tərəflərin iradəsi həlledicidir.

Dünən Prezident Co Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin əsas missiyası bununla bağlı idi.

Karpenter Prezidenti İlham Əliyevlə və Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, həmçinin Baydenin şəxsi məktubunu Prezidentə çatdırıb.

Görüşlər haqda rəsmi məlumatda bildirilir ki, həm prezidentlə, həm də xarici işlər naziri ilə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistanla sülh sazişi ilə bağlı danışıqların cari vəziyyəti, perspektivlər, Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər olub.

Rəsmi məlumatdan aydınlaşır ki, Azərbaycan lideri Baydenin xüsusi elçisi ilə söhbətdə Bakının bir cümlədən ibarət olan əsas sülh şərtini təkrarlayıb: Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Prezident vurğulayıb ki, bu tələbə əməl olunarsa, Azərbaycan prosesi irəli aparmaq üçün ciddi səylər göstərəcək.

Maykl Karpenter isə Ağ Evin mesajlarını belə sıralayıb:

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir, hazırkı şəraiti sülh üçün tarixi imkan hesab edir;

Sülh müqaviləsinin imzalanması regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, ABŞ bu prosesin irəli aparılmasına qəti dəstək vəd edir.

Beləliklə, ABŞ və Azərbaycan arasında sülhün vacibliyi ilə bağlı ortaq qənaət olsa da, konkret qərarların verilməsi ilə bağlı fikir ayrılığı var. Bakının Ermənistan konstitusiyasında dəyişiklər tələbi ilə bağlı Vaşinqtonun mövqeyi aydın deyil. Ümumiyyətlə, bu istiqamətdə ABŞ rəsmiləri ilə Ermənistan rəhbərliyi arasında danışıqların aparılıb-aparılmadığı da açıqlanmır. Prezident Baydenin Azərbaycan Prezidentinə məktub göndərməsi Ağ Evin sülhlə bağlı əsas gözləntilərinin Bakıdan olduğunu aydınlaşdırır. Sözügedən məktub sülh prosesi, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə dair ciddi mesajlarla doludur. Birləşmiş Ştatlar Prezidenti bir neçə məqama diqqət çəkib:

“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır;

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək;

Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz;

Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm;

Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır;

Xüsusi köməkçim Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək;

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

Əvvəla, ABŞ liderinin məktubunun məğzi ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalanmasına çağırışdan ibarətdir. Məlumdur ki, Bayden administrasiyası gələn ilin yanvarın 20-dək hakimiyyətdədir, onu ya Kamala Harrisinin yeni kabineti, yaxud respublikaçı Donald Tramp əvəzləyəcək. Prezident məhz onun dövründə sülh sazişinin imzalanmasına çalışır. Bu, həm də seçkiqabağı dövrdə ABŞ siyasətində təsiredici gücə malik olan erməni lobbisinin tam dəstəyini əldə etmək cəhdidir.

İkinci mühüm məqam ABŞ-nin Cənubi Qafqazla bağlı planlarında sülh sazişinin mühüm yer tutmasıdır. Bayden yazır ki, Azərbaycan-Ermənistan razılaşması regionun transformasiyası, Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu, nəqliyyat dəhlizlərində Azərbaycanın önəmli roluna işarədir, gələcəkdə Birləşmiş Ştatlar və onun Avropadan olan müttəfiqləri məhz Azərbaycan üzərindən keçən ticarət dəhlizlərinin inkişafını dəstəkləyəcək, beləliklə Rusiyanın regionda rolu zəifləyəcək, Çinin artan iqtisadi təzyiqləri neytrallaşdırılacaq.

ABŞ lideri Azərbaycanı yeni kurs seçməyə və Birləşmiş Ştatların ona tam dəstəyini vəd edir. Şübhəsiz ki, bu, tədricən Rusiyadan uzaqlaşmaq və Avroatlantik məkana inteqrasiyanı nəzərdə tutur.

Məktubda önəmli məqamlardan biri sülh sazişi üçün qarşılıqlı güzəştlərin vacibliyi barədədir. Görünür, Bayden administrasiyası rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirlməsi barədə mövqeyinin korrektə edilməsini istəyir. Bununla yanaşı, İrəvanın əvəzinə güzəştlər vəd edir. Bu təkliflərin nədən ibarət olmasını Maykl Karpenter İlham Əliyevlə söhbətdə bildirib, amma onun mahiyyəti ictimaiyyət üçün açıq deyil.

Baydenin məktubunda daha iki vacib məqam ondan ibarətdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəbul edir və prosesin bu çərçivədə aparılacağını qeyd edir. Yəni, əldə olunacaq razılaşmalarda Bakının qırmızı xətləri qorunacaq. İkincisi, ABŞ mürəkkəb danışıqlarda istifadə etdiyi əsas alətlərdən biri - iqtisadi, maliyyə yardımının da göstəriləcəyini anons edir. Yəni, əgər saziş Qərbin vasitəçiliyi ilə olacaqsa, həm Azərbaycana, həm Ermənistana, xüsusi ilə 30 illik işğal dövründə dağıdılmış Azərbaycan ərazilərinə Birləşmiş Ştatların irimiqyaslı maliyyə yardımları yönəldilə bilər.

Sonda onu vurğulayaq ki, Prezident Co Baydenin COP29 beynəlxalq iqlim konfransını sülh razılaşması ilə əlaqələndirməsi ikibaşlı yozula bilər. Ağ Ev razılaşma olarsa, tədbirin yüksək səviyyədə keçməsinə dəstək vəd edir. Sülh olmasa, dəstək də olmayacaq və hətta əksi də ola bilər...

Azərbaycanın bu məktubda qeyd olunan mesajlar, təkliflər haqda mövqeyi bir müddət sonra məlum olacaq. Gürcüstanda 26 oktyabr seçkiləri, ardınca 5 noyabrda ABŞ-də baş tutacaq seçkilərdə kimin qalib olması Bakı üçün strateji qərarların verilməsində əsas rol oynayacaq. Bütün bunlardan əvvəl isə Kazanda BRICS sammiti var. 22 ölkə başçısının iştirak edəcəyi beynəlxalq tədbirdə Azərbaycanın təşkilata üzvlük məsələsinə baxılacaq. İkitərəfli görüşlər də olacaq. Azərbaycan ictimaiyyətini isə Əliyev-Putin, Əliyev-Si Cinpin və Əliyev-Ərdoğan görüşlərində veriləcək mesajlar daha çox maraqlandırır...
pressklub

 

Bu gün, 10:34     Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi, Çin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşlər keçirmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıqlara oktyabrın 22-də Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşlə start veriləcək, ardından Modi, daha sonra isə Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüş olacaq. Bundan əlavə, Si Cinpin, eləcə də Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların aparılması da planlaşdırılır.

“İkinci gün də bir sıra işgüzar görüşlər olacaq. Dar və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra prezidentimiz İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar keçirəcək, ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş baş tutacaq, daha sonra isə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüş planlaşdırılır”, - Uşakov bildirib.

Sammitin üçüncü günündə Putin Abbas, Laos Prezidenti Thonqlun Sisulit, Mavritaniya Prezidenti Məhəmməd uld Qəzvani və Boliviya Prezidenti Luis Arse ilə görüşməyi planlaşdırır. Ardından Quterriş və Vyetnamın Baş naziri Fam Min Çin ilə görüş keçiriləcək.

Uşakov əlavə edib ki, Putin özü BRICS sammitinə gələcək bütün dövlət liderləri ilə görüşmək arzusunu ifadə edib.

 
Ardını oxu...
“​Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarını da müzakirə edəcəklər”.

Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qaz sahəsində türk tərəfdaşları ilə səmərəli əməkdaşlıq qurulub, Qara dənizin dibində yerləşən “Mavi axın” və “Türk axını” boru kəmərləri stabil işləyir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutacaq. Türkiyə liderinin də toplantıda iştirakı gözlənilir.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanı öz evində qəbul edib.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov BƏƏ prezidentinin Putinin evində qəbul edilməsini dostluq münasibətləri kimi izah edib.

Rusiya liderinin mətbuat katibi jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin və BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan arasında münasibətlər etimad və dostluq xarakteri daşıyır.

Onun sözlərinə görə, münasibətlərin bu səviyyəsi cənab Putinə BƏƏ liderini evində - Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahında qəbul etməyə imkan verib.
 
 
 
Ardını oxu...
İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində ən azı müxtəlif ünvanda dəbdəbəli mülk və torpaq sahələri almaqda ittiham edir. İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
TEREF yazır ki, buinu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazır. O, daha sonra yazır:
Ardını oxu...
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına
Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palm şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb.
Ardını oxu...
Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
Ardını oxu...
2014-cü ilin aprelində, isə Eldar Mahmudovun iki övladı Calviadakı Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
Ardını oxu...
Keçmiş nazirin övladları Londonda yaşasalar da Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər.
Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər.
TEREF
Ardını oxu...
“Megaupload” şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, X (keçmiş Twitter) sosial platformasının sonu çatacaq.

APA xəbər verir ki, Dotcom bu barədə X-də yazıb.

O bildirib ki, Kamala qalib gəlsə, X öləcək.

Qeyd edək ki, X-in sahibi İlon Mask daha əvvəl Harrisin qələbəsinin ABŞ-da media senzurasının ciddi şəkildə sərtləşdirəcəyini irəli sürmüşdü.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.
 
Ardını oxu...
...Moldovada prezident seçkiləri üçün saat 13:00-a seçici fəallığı 25 faizi ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının rəhbəri Angela Karaman məlumat verib.

...Bu saata qədər səsvermədə 717 minə yaxın insan iştirak edib (bu, seçicilərin 25 faizdən çoxudur. – Red.). Saat 12:00-a olan məlumata görə, referendumda 442 331 seçici iştirak edib ki, bu da seçicilərin 16,14 faizini təşkil edib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:33-ə olan məlumata görə, seçicilərin 41,17 faizi səs verib ki, onların da demək olar ki, 54 faizini qadınlar, 45faizini isə kişilər təşkil edib.

Qeyd edək ki, bazar günü Moldovada prezident seçkiləri keçirilir. Dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır, o cümlədən respublikanın hazırkı rəhbəri, hakim Fəaliyyət və Həmrəylik partiyası tərəfindən irəli sürülən və Moldovanı Avropa İttifaqına yaxınlaşdırmağın tərəfdarları olan Maia Sandu...

Bundan əlavə, ölkədə Avropaya inteqrasiya ilə bağlı referendum keçirilib. Sakinlər “Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” sualına cavab verməlidirlər.

Onu da qeyd edək ki, həm seçkilərin, həm də referendumun baş tutmuş sayılması üçün onların hər biri üzrə seçici fəallığı 33,3 faizdən çox olmalıdır. Səsvermə saat 21:00-a qədər davam edəcək - bundan sonra seçki məntəqələri bağlanacaq.

 

Dünyapress TV

Xəbər lenti