Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Şoyqu BƏƏ-nin ali rəhbərliyi, o cümlədən prezident Məhəmməd bin Zayed Əl Nəhyani ilə bir sıra görüşlər keçirəcək.

Gözlənilir ki, Şoyqu BƏƏ rəhbərliyi ilə beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən siyasi, ticarət-iqtisadi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcək. Həmçinin hər iki ölkənin hüquq-mühafizə orqanları ilə xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır.
 
Ardını oxu...
Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri birgə bəyanatla çıxış edərək, Gürcüstandakı parlament seçkilərini tanımadıqlarını açıqlayıblar.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkələrin Xarixi İşlər nazirliklərinin mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, Gürcüstanda keçirilən seçkilər xalqın iradəsini əks etdirmir.
 
Ardını oxu...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasının bazasında yaradılan “Birlik – Milli Hərəkat” siyasi assosiasiyasının üzvləri ölkə parlamentinin işində iştirak etməyəcəklər.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə siyasi birliyin rəhbəri Tinatin Bokuçava bildirib.

O, “Birlik - Milli Hərəkat”ın respublikada ali qanunvericilik orqanına keçirilən seçkilərin nəticələrini tanımamasına diqqət çəkib. Bu qərar dərhal partiya deputatlarının parlamentin qarşıdan gələn iclaslarını boykot etmək niyyətində olduqlarını ifadə edib.
 
Ardını oxu...
Gürcüstanda keçirilən parlament seçkilərində iştirak edən 18 koalisiya və partiyadan yalnız 5-i 5%-lik bariyeri keçə bilib. Bunlar isə hakim "Gürcü Arzusu" partiyası və prezident Salome Zurabişvilinin seçkidən əvvəl ortaq "Gürcü Xartiyası" sazişini imzalayan:
"Dəyişiklik Naminə Koalisiya", "Birlik—Milli Hərəkat", "Güclü Gürcüstan","Gürcüstan Üçün Qaxariya" seçki bloklarıdır. Yəni parlament yaınız "Gürcü Arzusu" və "Gürcü Xartiyası" deputatlarından ibarətdir. Bu gün isə "Gürcü Xartiyası"nı imzalayan 4 blok ortaq bəyanat yayaraq, seçkinin nəticələrini tanımadığını, həmçinin deputatların mandatlarından imtina edəcəklərini qeyd edib. 50 nəfərə yaxın deputat mandatı olan "Gürcü Xartiyası"nın parlamentdən imtina etməsi hökuməti çətin duruma salacaq. Belə ki, qısa müddət sonra Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Gürcüstan qanunvericiliyənə görə Gürcüstan prezidenti 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Kollegiyaya Gürcüstan parlamentinin bütün üzvləri (150 deputat), Abxaziya Ali Şurasının bütün üzvləri (20 deputat), Acarıstan Ali Şurasının bütün üzvləri (21 deputat) və bələdiyyə şuralarından 109 nəfər daxildir. Əgər azı 45 nəfər deputat istefa verərsə prezident seçkiləri keçirilə bilməz. Üstəlik "Gürcü Arzusu" parlamentdə konstitusion üstünlük üçün tələb olunan 100 deputat mandatını qazana bilmədiyi üçün prezident Salome Zurabişviliyə qarşı impinçment qaldırmaq hüququnuda itirir. İrakli Qarebaşvili isə mövcud vəziyyətdə hökuməti qurmaq üçün ciddi problemlər yaşayacaq.
"Gürcü Xartiyası" deputat mandatlarından istefa verəcəyi halda hökumətin qarşısında 3 seçim qalır:
1. Parlament seçkiləri yenidən keçirilir.
2. Parlament seçkiləri əvəzinə, boş qalan yerlərə ara seçkilər keçirilir.
3. Heç bir seçki keçirilmir, parlament 90 nəfərdən ibarət "Gürcü Arzusu" partiyasından ibarət olur.
1-ci halda heç şübhəsiz hakimiyyət məğlubiyyətə uğrayacaq.
2-ci halda isə böyük ehtimalla "Gürcü Xartiyası" seçkini boykot edəcək.
3-cü situasiyada isə "Gürcü Arzusu" öz legitimliyini itirəcək. Çünki bu halda parlamentdə yalnız bir partiya mövcud olacaq və Gürcüstanın yeni prezidentini seçmək üçün yetərsay təmin olunmayacaq.
Həsən Türksoy
TEREF
Ardını oxu...
“Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində görüşü diqqətçəkən olsa da bu, yaxın zamanlarda sülhün əldə ediləcəyi mənasına gəlmir”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Politoloq bildirib ki, sülhün əldə edilməsi üçün Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən konkret, kifayət qədər aydın mövqeyi var:

“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasını dəyişməli, yəni separatizm meylləri rəsmən aradan qaldırılmalı, faktiki mövcud olmayan ATƏT-in Minsk Qrupu de-yure ləğv edilməlidir. İrəvan bu şərtləri yerinə yetirmədiyi təqdirdə, heç bir görüş sülh üçün irəliləyişlərə səbəb olmayacaq.

Ermənistan hazırda xüsusilə COP29 öncəsi Azərbaycana qarşı təzyiq alətlərinin formalaşdırılmasına cəhd edir. İrəvan Qərbdəki himayədarlarının Bakıya təzyiqlərini artırmaqla öz maraqlarına uyğun formada sülh sazişinin imzalanmasına çalışır. Yəni konstitusiya dəyişikliyini sonrakı mərhələyə saxlamaqla əlindəki manevr imkanlarını qorumaq istəyir. Eyni zamanda sülh sazişi mətninə sərhədlərin Ala-Ata Bəyannaməsinə uyğun delimitasiya olunmasını təsdiq edən bəndin əlavəsini hədəfləyirlər. Əlbəttə Azərbaycan bununla heç bir halda razılaşmayacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Ermənistanın bu istək və planlarının reallaşma perspektivləri sıfıra bərabərdir:

“Çünki Azərbaycan ilk növbədə haqlı tərəfdir, bütün addımlarında beynəlxalq hüquqa istinad edir. Eyni zamanda böyük hərbi və diplomatik üstünlüyə malikdir. Yəni İrəvanın prosesi uzatması sadəcə Ermənistanın dövlət kimi varlığını sual altına salacaq. Bu ölkənin uzaq perspektivə hesablanan uyğun geosiyasi zəmin xəyallarının heç bir əsası yoxdur. Proseslər sürətlə və Ermənistanın maraqlarının tamamilə əksinə gedir”.
 
Ardını oxu...
ABŞ və NATO-nun siyasətinə qarşı çıxmaq üçün Moskva ilə Tehran arasında əməkdaşlığı gücləndirmək lazımdır.

Axar.az xəbər verir ki, bunu iranlı politoloq Ruhullah Müdabber Kazanda keçirilən BRİKS sammitində İran Prezidenti Məsud Pezeşkian ilə Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqları şərh edərkən deyib.

"Putin və Pezeşkian arasında danışıqlar ABŞ və AB-nin İrana qarşı düşmən siyasəti apardığı, demək olar ki, hər həftə Tehrana yeni sanksiyalar tətbiq etdiyi bir şəraitdə baş tutub. Pezeşkian hökuməti Qərb dövlətləri ilə dialoq və əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etdiyi halda, Qərb bütün bu istəkləri rədd edərək, İrana qarşı aqressivliyini artırdı", - politoloq bildirib.
 
Ardını oxu...
Bu gün Gürcüstanda parlament seçkisi keçiriləcək.

TASS xəbər verir ki, 2012-ci ildən hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.

Parlament mandatları uğrunda ümumilikdə 18 partiya mübarizə aparacaq. "Gürcü Arzusu"nun əsas rəqibləri dörd müxalifət partiyası hesab olunur - əsası eks-prezident Mixail Saakaşvilinin qoyduğu "Vahid Milli Hərəkat" olan "Birlik - Milli hərəkat" partiyası, keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə Qaxariya", "Güclü Gürcüstan" və "Dəyişiklik üçün koalisiya" partiyaları. Məhz bu dörd partiya "Gürcü Arzusu"ndan daha çox mandat alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır.
 
 
 
Ardını oxu...
Türkiyənin təhlükəsizliyi yenə təhdid olunub. Paytaxt Ankaradan 40 km aralı yerləşən Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) yaxınlığında törədilən terror nəticəsində beş nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralıların yeddisi polis əməkdaşı olub.

Daxili işlər naziri Ali Yerlikaya terror aktını törədən iki nəfərin, qadın və kişinin öldürüldüyünü bildirib. Onun sözlərinə görə, terror hücumunu İnqilabi Xalq-Azadlıq Partiyası/Cəbhəsinin ( DHKP/C) üzvləri törədib. Yayılan məlumatlara əsasən, bu terror qruplaşması Türkiyədə belə cinayətləri PKK ilə birlikdə törədir. Hücum zamanı zərərsizləşdirilənlərdən birinin kod adı “Rojger”dir. Ali Örekin adlı bu şəxsin PKK terror qruplaşması üzvü olduğu müəyyənləşib. Qadının da kimliyi araşdırılır. Bu baxımdan məlum hadisəni həm də PKK terror qruplaşmasının törətdiyi kimi dəyərləndirmək olar.

TUSAŞ şirkəti 1973-cü ildə yaradılıb və ölkənin aerokosmik sənayesi üzrə aparıcı texnologiya mərkəzlərindəndir. Müxtəlif kommersiya və hərbi təyyarələri dizayn, inkişaf etdirir və istehsal edir. Bu şirkət Türkiyə ordusunun istifadəsi üçün köhnə təyyarələrinin təmir-bərpası ilə məşğul olur. Son illərdə şirkət “F-16” qırıcılarının istehsalında ABŞ-ni müşayiət edib.

Son illər istehsal etdiyi dron və təyyarələri təkmilləşdirməklə də məşğuldur. Terror hücumunun baş verdiyi zavodun səhmlərinin çoxu şirkətə məxsusdur.

Türkiyənin Milli Müdafiə Nazirliyi bu terror hücumuna cavab olaraq Suriyanın şimalında qruplaşmanın 32 mövqeyini məhv etdiklərinə dair açıqlama yayıb.

ABŞ, Almaniya, Azərbaycan, Böyük Britaniya, Yunanıstan, Rusiya, Çin və başqa ölkələrin rəsmiləri, NATO-nun baş katibi Mark Rutte bu terror hücumunu pisləyiblər. Alyansın baş katibi bildirib ki, NATO-dakı müttəfiqləri Türkiyəni dəstəkləyir, terrorizmin istənilən formasını qınayırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bunu “Türkiyə müdafiə sənayesinin lokomotiv təşkilatlarından olan TUSAŞ-a qarşı terror hücumu” adlandırıb: “Bu, “tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkəmizin sağ qalmasını, millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur”.

O, Türkiyəyə uzanan cinayətkar əllərin mütləq qırılacağını vurğulayaraq deyib ki, ölkənin təhlükəsizliyini təhdid edən, hədəfləyən heç bir quruluş, terror təşkilatı, öz məqsədlərinə çata bilməyəcək: “Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə, sərt və çoxölçülü şəkildə davam edəcək”.

Son zamanlar Türkiyədə PKK qruplaşması və onun tərəfdarları ilə bağlı məsələ yenidən gündəlikdədir. Bir neçə gün əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Xalq Demokrat Partiyasının PKK-nı dəstəkləyən lideri Səlahəttin Demirtaşla həbsxanada görüşüb.

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçeli isə parlamentdə çıxışında "PKK-nın məhbus başçısı Abdullah Öcalanı terrorçuluğa son qoymaq haqqında çağırış etmək üçün sərbəst buraxmaq lazımdır" demişdi. O, bundan əvvəlki çıxışlarından birində terrorçuların rəhbərinə xatırladaraq demişdi: “Həbs ediləndə dövlətə xidmət etməyə hazır olduğunu deyirdin, indi gəl, terror qruplaşmanı burax”.

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasından (DEM Partiya) olan deputat, Öcalanın qardaşı oğlu Ömər Ocalan oktyabrın 23-də əmisi ilə İmralıda həbsxanada görüşüb. PKK başçısı ictimaiyyətə bu ismarışı göndərib: “Təcrid davam edir. Şərait yaranarsa bu prosesi qarşıdurma və münaqişədən hüquqi və siyasi müstəviyə çəkəcək nəzəri və praktik gücə sahibəm”.

Yeri gəlmişkən, qeyd edək ki, uzun müddət idi Türkiyədə terrorlar törədilmirdi. Bu il fevralın 6-da Çağlayan Ədliyyə İdarəsinin binası qarşısında törədilmiş terror hücumu nəticəsində üçü polis əməkdaşı olmaqla altı nəfər yaralanmışdı.

Belə bir şəraitdə TUSAŞ zavodu qarşısında terror hücumu kimə və nəyə xidmət edir?

PKK başçısının “gücə sahibəm” ismarışından sonra belə bir cinayətin törədilməsi Aponun liderliyinə şübhəni artırır. Belə qənaətə gəlmək olar ki, PKK-ya Abdulla Öcalan nəzarət etmir. Yaxud, bu terror qruplaşması daxilində parçalanma var. Əks halda qruplaşmanın üzvləri bu cinayəti özbaşına törətməyə çətin ki cəsarət edərdi.

Yaxud, Türkiyəyə təzyiq etmək üçün bu qruplaşmadan istifadə olunması taktikası davam edir. Başqa sözlə, əsas hədəf Türkiyədə iğtişaş yaratmaq, onu regional münaqişəyə cəlb etməkdir.

Bu baxımdan terror hücumunun səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

-Türkiyənin Qara dəniz, Cənubi Qafqaz, Afrikanın Şimalı, Yaxın Şərqdə və Türküstanda oynadığı rolu əngəlləmək istəyənlər;

- ABŞ və qərb blokuna daxil bir çox ölkələr tərəfindən PKK terrorçu təşkilat elan edilib. Hətta İraq hökuməti də bu qruplaşmanı terrorçu olaraq tanıyır. Onun adının rəsmi mənbələrdə hallanması qadağan edilib. İraqın Şimalındakı yeli özünüidarəetmə hökumətinin baş naziri Məsrur Bərzani bildirmişdi: “Türkiyə PKK-ya qarşı vuruşur, bizə qarşı deyil. Bu müharibəyə səbəb PKK-dır. Əgər biz bu müharibənin dayandırılmasını istəyiriksə və PKK Kürdüstana iddia edirsə, qoy bu müharibəni dayandırsın”. O qeyd edib ki, PKK terror təşkilatı özünü oraların hakimi hesab edir, xalqımızdan xərac alır, ona problem yaradır və gənclərimizi qaçırır. Bu yanaşmaya əsasən, ehtimal etmək olar ki, PKK qruplaşmasına münasibət birmənalı deyil. Odur ki, törədilən terror hücumu bu qruplaşmanın Abdulla Öcalandan da başqa bir yiyəsinin, liderinin, ağasının olduğunu iddia etməyə də əsas verir. Bu baxımdan ehtimal etmək olar ki, həmin terror aktının sifarişçisi də onlardır;

- Qonşu dövlətlərdə Türkiyə HƏMAS və “Hizbullah”ı dəstəkləmədiyi üçün tənqid edilir. Odur ki, terrorun törədilməsində onlar da maraqlı ola bilər;

- Türkiyə PKK/YPG-PYD-ni Qərb bloku və müttəfiqlərinin himayə etdiyini, silahlandırdığını bildirir. Onları isə rəsmi Ankaranın Yaxın Şərqdə baş verənlər fonunda tərəfsizliyini qoruyub, saxlaya bilməsi qane etmir. Bu baxımdan həmin qüvvələr Türkiyədə terror aktı keçirməyə sövq edə bilərlər;

- Son illər Türkiyə hərbi sənaye kompleksi texnologiya və istehsal sahəsində inkişaf edib. Silah və hərbi avadanlıq bazarında onun nüfuzunu zəiflətmək.

Terror aktının izini itirməyə də səy göstərilir. Hadisə FETÖ lideri Fətullah Gülən öləndən iki gün sonra törədilib. Cinayətin təşkilatçıları və icraçıları bundan istifadə edərək hadisə törədilməsində onlardan şübhələnilməsinə səy ediblər.

Bütün hallarda bu ölkəyə qarşı başqalarının əlində alət olan əsas terror qruplaşması PKK/YPG-PYD-dir. Ondan Suriya və İraqda istifadə etdikləri kimi, Türkiyəyə qarşı da faydalanmaq istəyirlər. Bu qüvvələrin məqsədi Cümhuriyyəti Suriyada baş verəcək mümkün post-HƏMAS və post-“hizbullah” müharibəsinə cəlb etməkdir. Ancaq Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh” vəsiyyətinə 93 ildir əməl edilir. İkinci Dünya savaşına onu qata bilmədilər. Odur ki, Türkiyəni bir əsrdir parçalamağı hədəfləyənlər regional qarşıdurmalara da onu qoşa bilməyəcək.(Report)
Ardını oxu...
Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş başa çatıb.
Bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Putin və Ərdoğan arasında danışıqlar saat 18:00 radələrində başlayıb. Görüşün təxminən 55 dəqiqə davam etdiyi bildirilib.

Rusiya lideri danışıqlara başlamazdan öncə Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə liderinə başsağlığı verib.

“Bizim buna münasibətimizi bilirsiniz, motivi nə olursa olsun, biz bu cür təzahürləri pisləyirik”, – Putin vurğulayıb.

Danışıqlar zamanı Ərdoğan Moskva ilə Ankara arasında bank problemlərinin həll olunduğunu bildirib. O vurğulayıb ki, hazırda iki ölkənin departamentləri dövlətlər arasında bank köçürmələri ilə bağlı problemləri həll edir.

Görüş zamanı həmçinin Putin Ərdoğana ölkəsinə səfər edəcəyinə söz verib.
 
Ardını oxu...
Prezident İlham Əliyevin bu gün Kazanda Çinin Sədri Si Cinpinlə ayaqüstü görüşü olub.
Azərbaycan və Çin liderləri söhbət ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti