Ardını oxu...

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

"DogruXeber.az" xəbər verir ki, onların hər ikisi finalda erməni rəqiblərinə qalib gəlib.

Həlledici görüşlərdə Turan Daşdəmirov (51 kiloqram) Yurik Mxitaryana tam üstünlüklə (8:0), Ayxan Cavadov (60 kiloqram) isə Aleks Marqaryanı 9:4 hesabı ilə məğlub edərək qitə çempionu olublar. Bu, T.Daşdəmirovun 2-ci Avropa çempionluğudur.

Nicat İsgəndərli (45 kiloqram) və Yusif Əhmədli isə finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçilərindən Əmrah Əmrahov gümüş, Əli Nəzərov (55 kiloqram), Orxan Hacıyev (80 kiloqram) və Mikayıl İsmayılov (110 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Ardını oxu...

 

 
Ardını oxu...
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

F qrupunda III turun oyunlarından sonra "pley-off"da üz-üzə gələcək komandalar dəqiqləşib.

Almaniya - Danimarka

Fransa - Belçika

İsveçrə - İtaliya

İspaniya - Gürcüstan

Portuqaliya - Sloveniya

Rumıniya - Niderland

Avstriya - Türkiyə

İngiltərə - Slovakiya

Qeyd edək ki, bu raundun qarşılaşmaları 29 iyun - 2 iyulda olacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Ardını oxu...
 
Ardını oxu...
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.

Oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb.

Qarşılaşmanın 66-cı dəqiqəsində Tomaş Souçek tarazlığı bərpa edib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.

Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.
 
Ardını oxu...
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəlib.

Gərgin şəraitdə keçən oyunda gürcülər qərbi avropalıları məğlub edib – 2:0.

Oyunun 2-ci dəqiqəsində Kvitsa Kvaratsxeliya hesabı açıb.

Görüşün 57-ci dəqiqəsində Corc Mikautadze 11 metrlik cərimə zərbəsindən komandasının ikinci, qarşılaşmanın sonuncu qolunu vurub.
 
 
 
Ardını oxu...
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunları bu gün başa çatacaq.

Apasport.az xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçirilir.

E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol vurub.

Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşıb. Ştutqart şəhərində keçirilən görüşdə hesab açılmayıb.

26 iyun
AVRO-2024
E qrupu, III tur
20:00. Slovakiya – Rumıniya 1:1
Qol: Duda, 24 – Marin, 37
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna – Belçika 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.
Bu nəticələrə əsasən, Ukrayna yığması qrupdan çıxa bilməyib.
 
Ardını oxu...
İngiltərə və Sloveniya milli komandaları arasında matç başa çatıb.

Oxu.Az xəbər verir ki, görüş futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçirilib.

Qarşılaşmada qapılara qol vurulmayıb.

Beləliklə də, İngiltərə 5 xalla qrupu lider kimi tamamlayıb. Sloveniya isə 3 xalla 3-cü pillədə qalıb.

 

Ardını oxu...
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.
Ardını oxu...
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun İsveçrə - Almaniya görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa ediblər.

Bu nəticədən sonra A qrupunda xallarının sayını 7-yə çatdıran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.

Ardını oxu...
Futbol üzrə Amerika Kubokunun C qrupunda ABŞ yığması Boliviya millisi ilə, Uruqvay isə Panama ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, ABŞ millisi Boliviyanı 2:0 hesabı ilə məğlub edib.

Oyunun taleyi elə ilk yarıda həll olunub. Matçın 3-cü dəqiqsəində hesabı Kristian Pilişiç açıb. Folarin Baloqan isə 44-cü dəqiqədə ikinci qolu vurub.
 Qrupun digər görüşündə isə Uruqvay etimadı doğruldub - 3:1. Hesabı Maksimiliano Arauxo 16-cı dəqiqədə vurduğu qolla açıb. Sonrakı qollar matçın ikinci yarısı və əlavə olunmuş dəqiqələrə təsadüf edib. Belə ki, Uruqvay millisinin 85-ci (Darvin Nunyes) və 90+1-ci (Matias Vinya) dəqiqədəki qollarına Panama 90+4-cü dəqiqədə Mikael Murilyonun qolu ilə cavab verə bilib.  Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.
 
 
Ardını oxu...
2024-cü il Avropa çempionatında Fransanın Avstriya ilə oyununda burnu qırılan Kilian Mbappe məşqlərə başlayıb.

İndex.az xəbər verir ki, Polşa ilə oyuna hazır olması planlaşdırılan hücumçunun bu axşam Hollandiya ilə qarşılaşma ehtimalı da xeyli artıb.

Lakin “İndependent” qəzzeti yazıb ki, 25 yaşlı futbolçunun matçda Fransanın dövlət bayrağının əks olunduğu üçrəngli maskadan istifadə etməsi mümkün olmayacaq.

UEFA qaydaları, xüsusi istisna əldə edilmədiyi halda, matçlarda oyunçular üçün yalnız bir rəngli maskalara icazə verir. UEFA reqlamentinin bir hissəsində deyilir: “Oyun meydanında geyilən tibbi avadanlıqlar tək rəngdə olmalıdır və komanda və ya istehsalçının şəxsiyyətini əks etdirməməlidir”.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Mbappeyə taxmaq üçün bir sıra başqa maskalar hədiyyə edilib, onlardan bəziləri sadə və UEFA qaydalarına uyğun idi. “RMC Sport”, məsələnin Hollandiya ilə oyundan əvvəl Fransanın UEFA ilə keçirəcəyi texniki iclasda müzakirə ediləcəyini açıqlayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti