Ardını oxu...
Almaniyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.

Günün ilk matçında Fransa millisi Belçika ilə üz-üzə gəlib.

Matç fransızların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Fransa millisi 1/4 final mərhələsinə yüksəlib.

AÇ-2024

1/8 final mərhələsi

1 iyul

20:00 Fransa – Belçika 1:0

Qol: Yan Vertanongen - 85 (öz qapısına)
 
Ardını oxu...
Ultimate Döyüş Çempionatının (UFC) keçmiş çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovun hesablarının Federal Vergi Xidməti tərəfindən dondurulması ilə bağlı yayılan məlumatlara cavab verib.

32gun.az bildirir ki, o bu barədə sosial şəbəkələrdə məlumat verib:

“Dilənçi və qaçaq. Onu görsəniz, ona pul üçün təkan təklif edin. Eşitdim ki, o, hazırda Dubayda küçə tualetində yaşayır", - Makqreqor yazıb.

Həbs edilməsinə səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə bağlamışdılar.
 

Ardını oxu...
Azərbaycanın sərbəst güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatına birinci olub.

"DogruXeber.az" xəbər verir ki, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119 xal) isə üçüncü yeri tutub.

Xatırladaq ki, Muhamməd İsmayılov (51 kiloqram) və İsa Yusibov (65 kiloqram) qızıl, Hüseyn İsmayılovla (60 kiloqram ) Muxamad Qantemirov (110 kiloqram) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kiloqram) və Hüseyn Hüseynov (55 kiloqram) isə bürünc medal qazanıblar.
Ardını oxu...
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.

Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.

Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlıq gətirib.

Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.

Niko Uilyams 75-ci dəqiqədə fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.

Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.

Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.
 
Ardını oxu...
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıblar - 2:0.

Görüşdə hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur etməklə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.

Xatırladaq ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.
 
 
Ardını oxu...
lmaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.
 
Ardını oxu...
Fransanın PSJ klubu 16 yaşlı Lamin Yamal üçün Kataloniya “Barselona”sına 250 milyon avro təklif edib.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Məlunata görə, “Barselona” isə heç bir şərtlə futbolçu ilə ayrılmağa hazır olmadığını bildirib.

Belə ki, ispaniyalının müqaviləsindəki təzminat bir milyard avro təşkil edir.

Qeyd edək ki, mart ayında “Barselona”nın prezidenti Joan Laporta PSJ-nin Yamal üçün “Barselona”ya 200 milyon avro təklif etdiyini bildirmiş, lakin bu təklifin Kataloniya rəhbərliyi tərəfindən rədd edildiyini qeyd etmışdi.

Xatırladaq ki, Lamin Yamal Avropa çempionatları tarixində ən gənc futbolçu rekordunu vurub. Yarımmüdafiəçi Avro-2024-ün qrup mərhələsinin İspaniya və Xorvatiya yığmaları arasında görüşündə meydana çıxanda 16 yaş 338 günlük olub. Əvvəlki rekord isə ötən Avropa çempionatında 17 yaş 246 günlüyündə meydana çıxan Polşa yığmasının oyunçusu Katsper Kozlovskiyə məxsus olub.

Yamal ötən mövsüm “Barselona”nın heyətində 37 oyun keçirib və 5 qol vurub.
 
Ardını oxu...
Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
 
Ardını oxu...
Türkiyə millisinin AÇ-2024-dən əldə etdiyi gəlir açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, millinin AÇ-2024-dəki gəliri aşağıdakı kimidir:

İştirak haqqı: 9 milyon 250 min avro

Qalibiyyət bonusu: 2 milyon avro

Son 16 mükafat: 1 milyon 500 min avro

Cəmi: 12 milyon 750 min avro (21 847 604 manat)

Qeyd dedək ki, Türkiyə millisi qrup mərhələsini 2-ci pillədə başa vuraraq 1/8 finalda Avstriya ilə oynamaq şansı əldə edib.
Matç 2 iyul Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
 
Ardını oxu...
"Barselona" və "Real Madrid" komandaların ABŞ turu çərçivəsində avqustun 4-də qarşılaşacaqlar.

Bu barədə katalon klubu "X" sosial şəbəkəsində məlumat yayıb.

İspan nəhəngləri arasında qarşılaşmanın Nyu-Cersidəki "MetLife Stadium"da baş tutacağı vurğulanıb. Bu stadionun tutumu 82 500 nəfərdir.

Görüş Bakı vaxtı ilə saat 3:00-da başlanacaq.

Xatırladaq ki, İspaniya Primerasının son mövsümündə Madrid klubu 95 xal toplayaraq çempion olub. "Barsa" isə 85 xal qazanaraq ikinci yerdə qalıb.
https://twitter.com/FCBarcelona/status/1806329327488741575?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1806329327488741575%7Ctwgr%5Ef392dc95215f80f8d5b10c56abd8914ccedccfa7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fidman%2Fyeni-movsumun-ilk-el-klasiko-sunun-vaxti-belli-oldu

Dünyapress TV

Xəbər lenti