Ardını oxu...
"Milan" 16 yaşlı hücumçu Françesko Kamarda ilə ilk peşəkar müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "rossoneri"nin rəsmi saytı məlumat yayıb.

Müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. Forvard bu yay "Milan" U19-a keçib.

Əsas komandada gənc oğlan ötən mövsüm iki matçda forma geyinərək, A Seriyasında meydana çıxan ən gənc oyunçu olub (15 yaş 260 gün). Hücumçu hələ böyüklərin komandasında fərqlənə bilməyib. Transfermarkt internet portalı onun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
 
Ardını oxu...
Almaniyanın "Ayntraxt" klubu Danimarka millisinin sağ cinah müdafiəçisi Rasmus Kristenseni heyətinə cəlb edib.

Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 1 il müddətinə İngiltərənin "Lids" klubundan icarəyə götürülüb.

O, 2023-2024 mövsümünü icarə əsasında İtaliya təmsilçisi "Roma"da keçirib.

Qeyd edək ki, R.Krisensen Danimarka millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çıxış edib.
 
Ardını oxu...
Avropanın yaşıl meydanlarında növbəti mövsümə hazırlıqlar davam edir.

Oxu.Az xəbər verir ki, Türkiyənin iki aparıcı klubu - son çempion "Qalatasaray" və vitse-çempion "Fənərbağça" yoldaşlıq görüşləri çərçivəsində qüvvələrini sınayıblar.

Slovakiyanın "Trençin" klubu ilə qarşılaşan "cim-bom" rəqibini 4:1 hesabı ilə darmadağın edib.
 "Fənər" isə İngiltərə "Hall Siti"si ilə qarşılaşmada mütləq üstünlük əldə edib. Çempionşip klubu İstanbul komandasının 5 qolundan yalnız birinin əvəzini çıxmağı bacarıb - 5:1. 
Ardını oxu...“Real Madrid”in yeni hücumçusu Kilian Mbappe təqdimat mərasimində İspaniya nəhənginin sabiq forvardı Kriştianu Ronaldusayağı “Hala, Madrid” ifadəsindən istifadə etməsinə aydınlıq gətirib.

Fanat.az xəbər verir ki, fransalı futbolçunun sözlərini

“Hala, Madrid” deməyim uşaqlıq kumirim Ronalduya hörmətimdən irəli gəlir. O, indi dostumdur. Mənə məsləhətlərini verir. Biz onunla həmişə əlaqədəyik”.

Xatırladaq ki, Mbappenin təqdimat mərasimi bu gün “Santyaqo Bernabeu” stadionunda keçirilib. Onun “Real”a keçidi iyunun 3-də elan edilib.
 
Ardını oxu...
Avstriyada təlim məşq toplanışında olan Türkiyə Super Liqasının son qalibi "Qalatasaray" yeni mövsüm öncəsi bir sıra yoldaşlıq görüşləri ilə qüvvəsini sınayır.

Oxu.Az xəbər verir ki, sarı-qırmızıların rəqibi Almaniyanın ikinci divizion komandası "Fortuna" olub.

Düsseldorf təmsilçisi matç boyu iki top fərqilə öndə olsa da, İstanbul klubu hesabı bərabərləşdirməyi bacarıb. Lakin nəticəni qoruyub saxlaya bilməyən "aslanlar" sonda 2:5 hesabı ilə uduzublar.
Ardını oxu...
Futbol üzrə Amerika Kuboku yekunlaşıb.

Oxu.Az bildirir ki, final oyununda Argentina və Kolumbiya milliləri qarşılaşıblar.

Təhlükəsizlik səbəbindən startı 83 dəqiqə təxirə salınan oyunun əsas vaxtında hesab açılmayıb.

Matçın taleyini uzatma dəqiqələri həll edib.

Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.
 Argentina millisinin ulduz futbolçusu Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya qarşı oyunda zədələnib. 65-ci dəqiqədə yıxılan Messi oyunu davam etdirə bilməyib. Meydandan çıxarılan forvard ağlayıb. 
 
 
Ardını oxu...
İspaniya millisi Almaniyada təşkil olunan Avropa çempionatının qalibi olub.

İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasında Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1. Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb - 2:1.

 
Ardını oxu...
Annesiz, babasız büyüdü.
- Her günü ırkçılıkla mücadeleyle geçti.
- Futbolculukta kazandığının %60'ını Afrikadaki fakir aile ve çocuklara veriyor, onların daha iyi bir çocuklukları olsun diye.
- Yılbaşını ailesiz çocuklarla geçiriyor, 24 tane evsiz ile yılbaşı partisi yapıyor, çünkü onlara sevgi vermek istiyor.
- Benzin istasyonunda bütün herkesin deposunu fulleyen...
- İspanya maçı sonrası gözyaşlarına hakim olamayan...
- Attığı hiçbir golde sevinç gösterisi yapmıyan
Mario Balotelli'ye Roma taraftarları tarafından maymun hareketi yapılarak, kendisine muz atıldı...sonra Balotelli sessizce oturup ağladı. "Mario neden ağlıyorsun?" diye sorulduğunda:
“Ben bir insan ya da bir maymun olabilirim, ama sonuçta bir canlıyım” dedi
Mahmut Ünal
TEREF
 
Ardını oxu...
Çempionlar Liqası ilə bağlı proqnozları ilə bütün dünyada tanınan it – Stef Furri AVRO-2024-də Türkiyə-Avstriya matçının nəticəsini düzgün proqnozlaşdıraraq populyarlığını daha da artırıb.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Stef Furrinın matç proqnozları xüsusilə sosial mediada diqqət çəkib.

O, AVRO-2024-ün finalında qarşılaşacaq İspaniya – İngiltərə matçının da öncədən nəticələrini açıqlayıb.

Stef Furri adlı itin proqnozuna görə, İspaniya finalda İngiltərəni 2-1 hesabı ilə məğlub edəcək.
Ardını oxu...

 
Ardını oxu...
Azərbaycan I Liqasında iştirak edən “İrəvan” AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.
Bunu qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlamasında bildirib.
Qurum rəsmisi bunu belə izah edib: “İcraiyyə Komitəsinin qərarına əsasən, “İrəvan” komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə “İrəvan” klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. “İrəvan”ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək”.
Qeyd edək ki, “İrəvan” klubu ötən 27 xalla turnir cədvəlinin 7-ci pilləsində bitirib.//Apasport.az
 
 
 

Dünyapress TV

Xəbər lenti