Ardını oxu...
Amerika Kubokunun 1/4 final mərhələsində Kolumbiya Panama ilə, Uruqvay isə Braziliya ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, ilk görüşdə Panama ilə qarşılaşan Kolumbiya rəqibini darmadağın edib.

Görüşdə hesabı səkkizinci dəqiqədə Kordoba açıb -1:0. 15-ci dəqiqədə səhnəyə çıxan Xames Rodriqez penaltini dəqiq yerinə yetirərək fərqi ikiyə yüksəldib -2:0. 43-cü dəqiqədə fərq yenidən artıb. Bu dəfə Luis Diaz dəqiq oynayıb -3:0. 70-ci dəqiqədə Riçar Rios hesab arasındakı fərqi dörd topa yüksəldib - 4:0. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Migel Borxa qoyub - 5:0.

 Gecənin ən maraqlı görüşü isə Uruqvay və Braziliya komandaları arasında keçirilib. Gərgin mübarizə vəd edən görüşdə komandalar çox çalışsalar da hesab açılmayıb. Əsas və əlavə vaxtlarda qol olmadığından qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan Uruqvay millisi yarımfinala yüksələn komanda olub - 4:2.  Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.
Ardını oxu...
Hollandiya futbolunun əfsanəsi Marko van Basten UEFA-nın Merih Dəmirala qarşı tətbiq etdiyi cəzanı sərt tənqid edib.
Merihi dəstəkləyən Van Basten deyib: "UEFA kimdir ki, "sən bunu edə bilməzsən" desin?
Siyasəti qataraq futbolçunun qovulmasına qərar verirsən”.
Fuad Arif Oğlu Ağayev
TEREF
 
Ardını oxu...
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında maraqlı anlar yaşanıb.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, oyun zamanı türk azarkeşlər milli komandaya dəstək üçün hamısı bir nəfər kimi "Bozqurd" işarəsi göstərib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da matçı stadionda izləyir.
Xatırladq ki, Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb. Bununla da, M.Demiral 1/4 final mərhələsində oynaya bilməyəcək.
Ardını oxu...
 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

Günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə - İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu./Report


Ardını oxu...
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

Dia-az.İnfo xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “X”də yazıb.

"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib
 
Ardını oxu...
UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.

Onu da əlavə edək ki, Merih Demiral həmin qarşılaşmada dubl etmişdi.
 
Ardını oxu...
Türkiyə uzun müddətdir ki, ənənə formalaşdırıb. Biz “Qalatasaray”ın çıxışında da eyni ssenarini görürük. Sanki son ana qədər azarkeşlərin ürəyini üzməyə, intizarda saxlamağa meyillidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Türkiyə millisinin Avstriya millisi üzərində 1/8 finalda qələbəsini şərh edərkən deyib.

“Müsbət məqam odur ki, favorit göstərilmədiyi oyunlarda belə türkiyəli futbolçular sonda hər kəsi təəccübləndirməyi bacarır. Qrup mərhələsindən bəri Türkiyə millisi tənqid olunurdu. Çünki Gürcüstanla oyunda qələbə qazansalar da, müdafiə xəttində səhvlər var idi. İkinci oyunda Portuqaliyaya məğlubiyyət ümidləri daha da azaltdı. Bu da baş məşqçinin hiyləsidir. Oyunlarda qarışıq heyət seçərək həm rəqiblərini çaşdırmağı, həm də azarkeşləri təəccübləndirməyi bacardı. Türkiyə millisi bütün səhvləri unutdurdu. Futbolçularının fədakarlığı, son dəqiqədə qapıçının həmləsi, çoxlarının hesaba almadığı Dəmiralın dubl etməsi Türkiyə millisinin xarakterindən, sona qədər döyüşməsindən xəbər verir. Məşhur deyim var, “Biz bitdi demədən, bitməz”. Həqiqətən də Türkiyə millisi bu deyimi tam yerinə yetirib”, - Abuşov bildirib.

Ekspert bildirib ki, Türkiyə millisinin növbəti oyundakı rəqibi Niderland da Türkiyə millisi kimi qeyri-sabit oyun nümayiş etdirib:

“Niderlandın Rumıniya üzərində qələbəsi göz qorxutsa da, 1/4 finalda Türkiyə Rumıniya kimi çıxış etməyəcək. Qardaş ölkənin millisi ruhdan düşmür, sona qədər döyüşür. Bu da Niderland millisinə bir qədər çətinlik yaradacaq. Gələcək oyunu yarı-yarıya qiymətləndirirəm. Hər iki komandanın yarımfinala yüksəlmə şansı var”.

Qeyd edək ki, Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final oyunları 5-6 iyul tarixlərində keçiriləcək. Türkiyə millisi iyulun 6-da, Bakı vaxtilə saat 23:00-da Niderland seçməsi ilə üz-üzə gələcək.
 
 
 
Ardını oxu...
Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın son iştirakçıları da müəyyənləşib.

"Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. "Narıncılar" bu mərhələdə Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Digər oyun isə "Red Bull Arena"da keçirilib. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gəlib. Türkiyə yığması gərgin keçən görüşdə 2:1 hesablı qələbə qazanıb. Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayıb.

Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

23:00. Avstriya - Türkiyə - 1:2

Qollar: Mixail Qriqoriç, 67 - Merih Demiral, 1, 60

Baş hakim: Artur Diaş (Portuqaliya)

"Red Bull Arena"
 

Dünyapress TV

Xəbər lenti