"Milan" A seriyası tarixinin ən gənc futbolçusu ilə müqavilə imzalayıb
"Milan" 16 yaşlı hücumçu Françesko Kamarda ilə ilk peşəkar müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "rossoneri"nin rəsmi saytı məlumat yayıb.

Müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. Forvard bu yay "Milan" U19-a keçib.

Əsas komandada gənc oğlan ötən mövsüm iki matçda forma geyinərək, A Seriyasında meydana çıxan ən gənc oyunçu olub (15 yaş 260 gün). Hücumçu hələ böyüklərin komandasında fərqlənə bilməyib. Transfermarkt internet portalı onun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
 

Dünyapress TV

Xəbər lenti