Ardını oxu...
Azərbaycan Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı yenilənib.

Oxu.Az xəbər verir ki, bu barədə "Transfermarkt" onlayn portalı məlumat yayıb.

"10-luq"un ilk 8 pilləsində "Qarabağ"ın üzvləri yer alıblar. Leandro Andrade və Olavio Juninyo 2 milyon avro ilə 1-2-ci pillələri bölüşdürürlər.

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin qiyməti 1,8 milyon avroya yüksəlib. O, Ağdam təmsilçisindəki komanda yoldaşı Aleksey Kaşukla birlikdə 3-4-cü sıralardadır. Ölkə çempionunun qapıçısı Mateuş Koxalski 1,5 milyon avro ilə beşincidir.

Emmanuel Addai və Toral Bayramovun da bazar dəyəri qalxıb. Onlar Yassin Benzia ilə birlikdə 1,2 milyon avro qiymətləndiriliblər və müvafiq olaraq 6, 7 və 8-ci yerdədirlər.

"Sabah"dan Pavol Safranko 1 milyon avro ilə doqquzuncudur. "Neftçi"də çıxış edən və qiyməti düşən Yuri Matiasın da bazar dəyəri 1 milyon avro göstərilib.
 
 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasının 18-ci turuda "Vulverhempton" "Mançester Yunayted"i qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə "Vulverhempton"un xeyrinə başa çatıb.

47-ci dəqiqədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes qırmızı vərəqə alıb. 58-ci dəqiqədə "Vulverhempton"un hücumçusu Mateus Kunya küncdən birbaşa zərbə ilə fərqlənərək matçda hesabı açıb. 90+9-cu dəqiqədə hücumçu Hvanq Hee Çan meydan sahiblərinin üstünlüyünü artırıb.

Hazırda "Vulverhempton" İngiltərə çempionatının turnir cədvəlində 17-ci yerdədir. Komanda 18 görüşdə 15 xal toplayıb. "Mançester Yunayted" isə 18 oyundan sonra 22 xalla 14-cü yerdədir.
 
 

Ardını oxu...
   

Peşəkar boksçu Aleksandr Usik son döyüşünə görə 114 milyon dollar qazanıb.

Oxu.Az xəbər verir ki, Usik britaniyalı Tayson Fyuriyə qalib gəlməklə 2024-cü ildə idmançılar arasında ən böyük qonorardan birinə sahib olub.

Ümumiyyətlə, bu məbləğ ukraynalı boksçunun bütün peşəkar karyerası ərzində qazandığından bir qədər azdır.

 
 
 

Ardını oxu...
  

Azərbaycan futzalına ağır itki baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, veteran futzalçı Nurəddin Eyniyev dünyasını dəyişib.

Onun ürəktutmasından vəfat etdiyi bildirilib.

Ardını oxu...
Bu gün ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Ajans.az xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Natiq Bağırova, Rauf Bunyatəliyevə, Cavanşir Qurbanova və Sadıq Sadıqova Prezidentin fəxri fərmanlarını təqdim edib.

Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Nəriman Abdullayev və Rövşən Umudov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunublar.

Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Zərqələm Abbasovaya, İqrar Cəfərova, Fərhad Əliyevə, Musa Mamedova, Nəsimi Musayevə, Aydın Məmmədova, Rəşad Rəsulluya, Tahir Tahirova və Vüqar Verdiyevə “Tərəqqi” medallarını təqdim edib.

Dövlət başçısı 2024-cü ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Anna Skidan, Vüqar Əzimov, Aynur Rzayeva, Sərxan Əliyev, Hidayət Heydərov, Zelim Kotsoyev, Vladimir Şulikin, Əliabbas Rzazadə, Rövşən Hacıyev, Rəna Həsənova, Könül Mikayılova, Qaşım Maqomedov, Sabir Həsənov, Vadim Kutukov, Anar Süleymanov, Elgiz Əlizadə, Şahin Xudaverdiyev, Ceyhun Hüseynov, Anar Məmmədov, İmaməddin Xəlilov və Ərkan Sağdıç yeni mənzillərin orderlərini təqdim edib.
 
Ardını oxu...
İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı Altay Bayındırla yollarını ayırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" qış transfer dönəmində 26 yaşlı qolkiper üçün gələcək təklifləri nəzərdən keçirəcək. Klub kamerunlu Andre Onana ilə rəqabət apara biləcək oyunçu almaq niyyətindədir.

Qeyd edək ki, 2023-cü ildə "Mançester Yunayted"ə keçən türkiyəli qapıçı komandanın heyətində üç oyunda meydana çıxıb.
 
 
 
Ardını oxu...
İspaniyanın "Valensiya" klubu baş məşqçisi Ruben Baraxa ilə yollarını ayırıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi komandanın uğursuz çıxışlarına görə bu qərarı verib. "Valensiya" hazırda La Liqada 17 oyuna 12 xalla 19-cu sırada yer alıb.


Ruben Baraxa 2023-cü ilin fevralından “Valensiya”nı çalışdırırdı.


Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü futbolçu kimi 2000-2010-cu illərdə "Valensiya"da çıxış edib. O, "yarasalar"la 2 dəfə İspaniya çempionu olub. Həmçinin, UEFA kubokunu və Superkubokunu qazanıb.
Ardını oxu...
İngiltərənin "Arsenal" klubu Premyer Liqada yeni rekord müəyyənləşdirib.

"32gun.az" xəbər verir ki, "topçular" buna XVII turda "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub etməklə nail olub.

2024-cü ildə Mikel Artetanın baş məşqçisi olduğu kollektiv bütün yarışlarda altı səfər matçında 5 və daha çox qol vurub.

Bu, bir təqvim ilində Premyer Liqa klubları üçün rekorddur.

Qeyd edək ki, London təmsilçisi hazırda 33 xalla üçüncü pillədə qərarlaşıb.
 
Ardını oxu...
Türkiyə Superliqasının XVII turunda "Beşiktaş" doğma meydanda "Alanyaspor"la qarşılaşıb.

"Cebheinfo.az" xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hər iki qol ilk hissədə vurulub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Beşiktaş" 5-ci pillədə qərarlaşıb. "Alanyaspor" isə 18 xalla 13-cü yerdədir.
Ardını oxu...
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.

İmzalanma mərasimində Bank Respublikanın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etdilər.

Bu əməkdaşlıq futbolun həm peşəkar, həm də kütləvi inkişafına yönəlib. 4 il müddətinə bağlanmış müqavilə çərçivəsində, Bank Respublika yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənməyərək, ölkəmizdə futbolun inkişafı, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi sahəsində geniş miqyaslı layihələrin həyata keçirilməsini hədəfləyir.

Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Bank Respublika”ya dərin təşəkkürümüzü bildiririk. Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev qeyd edib.

“Bank Respublika olaraq Azərbaycan futbolunun gələcəyinə inanırıq və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyuruq. Əminik ki, Milli Komandamız gələn il Dünya Çempionatının seçmə oyunlarında baxımlı oyun nümayiş etdirərək futbol azarkeşlərimizi sevindirəcək. AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

Dünyapress TV

Xəbər lenti