Ardını oxu...
  194  20.12.2024 03:09  Maraqlı A  A 

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək incəsənətə marağını unikal bir formada nümayiş etdirib.

Musavat.com xəbər verir ki, O, Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i ifa edib.

Hadisə xüsusi bir tədbir zamanı baş verib və Özbəyin ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Klub prezidentinin musiqi qabiliyyəti və mahnının seçimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Sarı Gəlin” mahnısı Azərbaycan mədəniyyətinin incilərindən biri hesab edilir və beynəlxalq səviyyədə tanınır. Dursun Özbəyin bu mahnını ifa etməsi iki qardaş xalqın mədəni bağlarının gücünü göstərən bir jest kimi qiymətləndirilir.

 

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
 

Qitələrarası Kubok üzrə "Real Madrid" "Paçuça" komandası ilə qarşılaşır.

Oyunda vurulan ilk qol zamanı Vinisius-Mbappe ikili "şou" göstərib. Komandanın ikinci qoluna imza atan Rodriqo isə mükəmməl zərbə ilə topu qapıya göndərib. /Offsideplus.az

Qolların videosunu təqdim edirik:

 
 
 
Ardını oxu...
İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Kubokun hazırkı sahibi "Yuventus" Turində "Kalyari"ni qəbul edib.

Meydan sahibləri ilk hissənin sonlarında hesabı açıblar. Kenan Yıldızın ötürməsini Vlahoviç qola çevirib.

İkinci hissədə "qoca sinyora" daha 3 qol vuraraq rəqibini darmadağın edib - 4:0.

Beləliklə də, "Yuve" çətinlik çəkmədən İtaliya Kubokunun 1/4 finalına adlayıb. "Kalyari" isə turnirdəki mübarizəsini dayandırıb.
 
Ardını oxu...
Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub. Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.

A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.

Qeyd edək ki, 1919-cu ildə əsası qoyulan “Sloboda Tuzla” hazırda turnir cədvəlində sonuncu pillədədir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
  

Almaniya region liqasında növbəti oyunlar keçirilib.

Millimizin keçmiş üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin "Dinamo"su "Babelsberq" klubunu qəbul edib.

Oyun 3-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 90 dəqiqə meydanda olan Dadaşov rəqibin qapısından 2 top keçirib.

Qeyd edək ki, hazırda 29 xala malik "Dinamo" regional liqada 6-cı pillədə qərarlaşıb. /Bizim.Media

Ardını oxu...
"Fənərbağça" Türkiyə Superliqasında növbəti oyununu keçirib.

TNS xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Başakşəhər"lə qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Qonaq komanda isə 22 xalla 7-ci yerdədir.
 
 
 
Ardını oxu...
Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib.

TEREF bakuplus.az saytına istinadən xəbər verir ki, bu barədə "Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat verib.


O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib.


Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.
 
Ardını oxu...
Türkiyəli futbolçu Arda Güler adını "Real Madrid"in tarixinə yazdırıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, yarımmüdafiəçi İspaniya çempionatının "Rayo Valyekano" ilə görüşündə ​2 məhsuldar ötürmə edib.

Beləliklə də, Güler ​​cari əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə ilə "Real Madrid"in ən gənc futbolçusu olub. Qarşılaşma vaxtı yarımmüdafiəçi 19 yaş 293 günlük idi.

Qeyd edək ki, matç dekabrın 14-də baş tutub və 3:3 hesabı ilə başa çatıb.
Ardını oxu...
İspaniya La Liqasında 17-ci tur matçları oynanılır.

Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" paytaxt derbisində "Rayo Valyekano"nun qonağı olub.

Kral klubu oyunun əvvəlində 2 top fərqi ilə geri düşsə də, ardıcıl 3 qolla geridönüş edib. Lakin meydan sahibləri daha bir dəqiq zərbə ilə hesabı bərabərləşdirməyi bacarıblar - 3:3. Matç elə bu nəticə ilə də başa çatıb.

Hazırda "Real" 37 xalla turnir cədvəlində 2-ci pillədədir. Onun rəqibi isə 20 xalla 13-cü yerdə qərarlaşıb. La Liqaya 38 xala malik "Barselona" başçılıq edir.
Ardını oxu...
İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Yuventus" öz meydanında autsayder "Venesiya"nı sınağa çəkib.

Ev sahibləri hesabı açsalar da, qonaqlar geridönüş edərək adlı-sanlı rəqiblərindən çəkinmədiklərini sübut edib və hesabda önə keçiblər. Yalnız 90+6-cı dəqiqədə Turin klubu hesabı bərabərləşdirərək sensasiyaya imkan verməyib - 2:2.

Hazırda "Qoca sinyora" 28 xalla turnir cədvəlində 6-cı pilləni tutur. "Venesiya" isə aktivindəki 10 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. Çempionata 37 xalla "Atalanta" başçılıq edir.

Dünyapress TV

Xəbər lenti