Ardını oxu...
Amerika Beyzbol Liqasının (MLB) Qərb qrupunda mübarizə aparan "Oakland Atletiks" komandasının Las Veqasda tikilməsi planlaşdırılan yeni stadionunun dəyərinin 1,75 milyard dollar olacağı proqnozlaşdırılır.

Qaynarinfo "The Atletic"ə istinadən xəbər verir ki, klub rəsmiləri əvvəllər stadionun 1,5 milyard dollara başa gələcəyini gözlədiklərini bildirmişdilər. Əvvəlki planlara əsasən, "proqram daxilindəki sabit xərclər" 1,45 milyard dollar, maliyyə xərcləri 52 milyon dollar, digər xərclər isə 248 milyon dollar təşkil etməli idi. Lakin artan xərclər səbəbilə əlavə büdcə tələb olunacaq.

Xərclər artaraq 1,75 milyard dollara çatıb

Komandanın əsas səhmdarı Con Fişerin müşaviri Sandi Din bildirib ki, artan xərclər komandanın məsuliyyətindədir və bu məsrəfləri əsasən Fişer ailəsinin əlavə töhfələri ilə qarşılamaq planlaşdırılır.

Nevada rəsmiləri ilə əməkdaşlıq edən Din deyib: "Stadionun artan xərcləri komandanın üzərinə düşür və bu məsrəfləri qarşılamaq üçün əsasən ailə vəsaitləri istifadə olunacaq".

Yenilənmiş xərclər cümə axşamı Las Veqas Stadion Administrasiyasına təqdim olunan sənədlərdə yer alıb. Bu sənədlərdə Fişerin imzaladığı və 2028-ci il mövsümünə hazır olacağı gözlənilən stadionun tikintisinə 1,1 milyard dollaradək sərmayə qoyulacağı bildirilən məktub da var.

Yeni rekord: dünyanın ən bahalı stadionu

Dünyanın ən bahalı stadionu hal-hazırda 1,6 milyard dollarlıq dəyəri ilə Nyu-York "Jets" komandasının MetLife Stadionudur. Lakin "Oakland Atletiks"in Las Veqas stadionu bu rekordu yeniləyəcək.

Açılış 2028-ci ildə planlaşdırılır

2025-ci ilin aprelində tikintisinə başlanması planlaşdırılan stadionun heç bir problem yaranmazsa, 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Reaksiya doğuran məhdudiyyətlər

ABŞ-da peşəkar idman komandalarının şəhər dəyişməsi adi haldır. Bu dəyişikliklər zamanı stadion inşası adətən yerli hökumətlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Oakland Atletiks" ilə Las Veqas rəhbərliyi arasında bağlanan 30 illik razılaşmaya əsasən, komanda stadion xaricində dörd ev oyunu keçirmək və hər hansı iki ardıcıl mövsümdə yeddi ev oyunundan çoxunu səfərdə oynamaq hüququna malikdir. Bu məhdudiyyət, daha əvvəlki razılaşma layihəsində qeyd olunan bəzi detallara görə narazılıq doğurub.
 
Ardını oxu...
Britaniyanın atçılıq üzrə ən çox mükafat alan olimpiya çempionu Şarlotta Düjardin məşq zamanı atının ayaqlarını qamçıladığını göstərən videogörüntülərdən sonra 2025-ci ilin iyul ayına qədər yarışlardan kənarlaşdırılıb.
Qaynarinfo bu barədə “Daily Mail”ə istinadən xəbər verir.
https://www.dailymail.co.uk/sport/olympics/article-14160717/Disgraced-Olympian-Charlotte-Dujardin-handed-ONE-YEAR-suspension-8-000-fine-distressing-video-equestrian-whipping-horse-training-circulated-eve-Paris-Olympics.html?ns_mchannel=rss&ns_campaign=1490&ito=1490
Mənbənin sözlərinə görə, idmançı 8886 funt-sterlinq məbləğində cərimə edilib. Düjardinin diskvalifikasiyası o deməkdir ki, idmançı milli və ya beynəlxalq yarışlarda iştirak edə bilməz. Bu halda qərar qətidir və şikayət verilə bilməz.
Dörd illik videonun yayımlanması ilə bağlı məlumat 2024-cü ilin iyul ayının sonunda mediaya çıxıb. Bu məlumatlar səbəbin Düjardin Parisdə keçirilən Yay Olimpiya Oyunlarına getməmək qərarına gəlib, Britaniya Atçılıq Federasiyası və Britaniya Atçılıq Bürosu araşdırmaya başlayıb.
“Baş verənlər tamamilə xarakterdən kənardır və mənim atlarımı necə öyrətdiyimi və ya tələbələrimi necə məşq etdirdiyimi əks etdirmir. Lakin bunun üçün heç bir bəhanə yoxdur. Mən çox utanıram və həmin anda daha yaxşı nümunə göstərməliydim”, deyə Dujardin bildirib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İngiltərə Premyer Liqasının 14-cü turun "Mançester Siti" və "Nottingem Forest" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, komandalar Mançesterdəki "Etihad" matçda ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.

Matçın ilk qolu 8-ci dəqiqədə vurulub. "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva fərqlənib. 31-ci dəqiqədə Kevin De Bruyne hesabda fərqi ikiyə çatdırıb. 57-ci dəqiqədə cinah hücumçusu Jeremi Doku "Siti"nin üçüncü qolunu vurub.

Hazırda "Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 14 matçda 26 xal toplayıb. "Nottingem Forest" 22 xalla yeddinci yerdədir.

Qeyd edək ki, bu qələbə sayəsində "şəhərlilər" bütün turnirlərdə yeddi matçlıq uğursuz seriyanı qırıblar.
Ardını oxu...
Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
Azərbaycanlı Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.

O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.

Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
Ardını oxu...
Türkiyə Kubokunda "Iğdır"la "Muşspor" qarşılaşıb.

"Muşspor"un oyunçusu Cem Çelik meydanın mərkəz xəttinə yaxın hissədən fantastik qolla hesaba tarazlıq gətirib.

Sözügedən qolu təqdim edirik.
Ardını oxu...
“Qarabağ”ın hücumçusu Redon Cica yanvarda, qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Sherg.az xəbər verir ki, bu barədə o, Albaniya mətbuatına açıqlamasında bildirib.

“Mənim onsuz da “Qarabağ”da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, mən bir neçə variant içində ən yaxşısı üzərində dayanacam”.

Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvarında “Tirana” klubundan “Qarabağ”a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
 
Ardını oxu...
Klubların UEFA reytinqi açıqlanıb.
TEREF unikal-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında V, Konfrans Liqasında IV turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Lion"a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ" bir addım geriləyib. Plzen "Viktoriya"sı təmsilçimizi geridə qoyub.

"Neftçi" 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik "Mançester Siti" başçılıq edir.
 
Ardını oxu...
"Real Madrid" "Barselona"nı 125 illik yubileyi münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı İspaniya klubu "X" hesabında paylaşım edib.

"125 illik yubileyiniz mübarək, "Barselona"! Tariximiz boyu sizin kimi böyük rəqiblə rəqabət aparmaq "Real Madrid" üçün böyük şərəfdir", - Madrid klubunun paylaşımında qeyd olunub.

Xatırladaq ki, noyabrın 29-u Kataloniya klubunun yaranmasının ildönümüdür.
https://x.com/realmadrid/status/1862561019005952358?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1862561019005952358%7Ctwgr%5Ef654967fa2817932f22691cec06907155b5caf9d%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fidman%2Freal-madrid-barselona-ni-125-illik-yubileyi-munasibetile-tebrik-edib
Ardını oxu...
"Sportico" nəşri bütün "Formula-1" komandalarının dəyərini hesablayıb.

Oxu.Az xəbər verir ki, 10 yarış komandasının ümumi dəyəri 23.1 milyard dollar təşkil edir.

Siyahıda ilk yeri aktivləri 4.78 milyard dollar olan "Ferrari", sonuncu yeri isə 1.02 milyard dollarlıq "Haas" komandası tutur.

"Sportico" qiymətləndirmə apararkən komandaların illik maliyyə hesabatlarına, ekspertlərlə məsləhətləşmələrə və öz təhlillərinə əsaslanıb.

2024-cü il üçün "Formula-1" komandalarının cari dəyəri belə sıralanır:

1. "Ferrari" - 4.78 milyard dollar;

2. "Mercedes" - 3.94 milyard dollar;

3. "Red Bull" - 3.5 milyard dollar;

4. "McLaren" - 2.65 milyard dollar;

5. "Aston Martin" - 2.07 milyard dollar;

6. "Alpine" - 1.5 milyard dollar;

7. "Williams" - 1.24 milyard dollar;

8. "Visa RB" - 1.22 milyard dollar;

9. "Kick Sauber" - 1.2 milyard dollar;

10. "Haas" - 1.02 milyard dollar.
 
 
 
Ardını oxu...
UEFA Avropa Liqasında V turun görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, İstanbul "Beşiktaş"ı nominal ev oyununda Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib.

Matç yəhudi komandasının təhlükəsizliyi səbəbindən Türkiyədə deyil, Macarıstanda baş tutub.

Oyun israillilərin turnirdəki ilk qələbəsi ilə əlamətdar olub. "Makkabi"nin 3 qoluna "Beşiktaş" yalnız 1 qolla cavab verib.

Bu nəticədən sonra İsrail klubu turnir cədvəlində 3 xalla 31-ci yerdə qərarlaşıb. "Qara qartallar" isə 6 xalla 22-ci pillədədirlər.

Dünyapress TV

Xəbər lenti