Ardını oxu...
Tanınmış iş adamı, SOCAR-ın sabiq əməkdaşı Adnan Əhmədzadə peşəkar futbola gətirilir.

Prosport.Az-ın çox etibarlı mənbədən əldə etdiyi məlumata görə, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın “Barselona” klubu ilə yaxşı əlaqələri olan A.Əhmədzadə yanvardan etibarən I Liqada çıxış edən “Mingəçevir” klubunun rəhbərliyi postunda olacaq.

Braziliyalı dünya çempionu Ronaldinyu və “Barselona”nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirmiş, argentinalı dünya çempionu Lionel Messi ilə dostluq əlaqələri olan şəxs artıq özünü peşəkar futbolda sınamaq istəyir. A.Əhmədzadənin əsas məqsədi “Mingəçevir”i dirçəltmək, bu şəhərdə peşəkar futbolu inkişaf etdirmək, klubu əvvəlki əzəmətinə qaytarmaq olacaq.

Bu səbəbdən də İqtisadiyyat Nazirliyində Aparat rəhbəri işləyən, Mingəçevirdən olan Ayaz Əliyev daha kluba rəhbərlik etməyəcək. Həmçinin, onun sinif yoldaşı Nurlan Əhmədovun da İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Klubun yeni adı isə böyük ehtimalla, ASTA və ya “ASTA-Mingəçevir” olacaq. ASTA A.Əhmədzadənin Azerbaijan Sport Talents Academy mənasını verən uşaq futbol məktəbinin adıdır. Məhz “Barselona” ilə yaxşı əlaqələrinin olması səbəbindən bu il ASTA-dan bir neçə azərbaycanlı uşaq hazırda “Marset” Akademiyasında təhsil alır.

Həmçinin, hazırda AFFA-nın keçirdiyi aşağı yaş qrupu üzrə liqalarda yarışan ASTA futbolçularının “Mingəçevir” klubunun balansına veriləcəyi gözlənilir.

Adnan Əhmədzadə Gənclər və İdman Nazirliyinə məxsus Mingəçevir şəhər stadionunu da uzun müddətə icarəyə götürmək və buradakı infrastrukturu daha da mükəmməlləşdirmək niyyətindədir.
 
Ardını oxu...
Bu gün UEFA Avropa Liqasının V turunda Azərbaycanın "Qarabağ" klubu Fransanın "Lion" komandasını qəbul edəcək.

Oxu.Az xəbər verir ki, böyük maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Aktivində yeddi xalı olan "Lion" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Qarabağ" üç xalla 29-cudur.

28 noyabr

UEFA Avropa Liqası

V tur

Saat 21:45, "Qarabağ" - "Lion"

Tofiq Bəhramov adına Respublika stadionu
 

Ardını oxu...
  

Türkiyə təmsilçisi "Göztəpə"nin futbolçusu İsaak Sole zədə səbəbindən mövsümü erkən başa vurub.

"Report" xəbər verir ki, fransalı futbolçu Superliqanın XII turunda "Beşiktaş"a qarşı matçda çarpaz bağından zədə alıb.

23 yaşlı yarımmüdafiəçi 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Göztəpə" matçı qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardını oxu...
Portuqaliya Kubokunun 4-cü turunda keçirilən “Morierens” – “Portu” matçından sonra xoşagəlməz hadisələr yaşanıb.

Tribunainfo.az xəbər verir ki, azarkeşlər “Portu”nun avtobusuna hücum çəkiblər. Onlar avtobusa məşəllər atıblar.

Bu vaxt təhlükəsizlik əməkdaşları fanatları dayandırmağa çalışıb.

Tərəfdarların bunu etməsinə səbəb “Portu”nun bu görüşdə 1:2 hesabı ilə uduzaraq ölkə kuboku ilə vidalaşması olub.

Komanda həmçinin Portuqaliya çempionatında da uğursuzluğa düçar olub. “Əjdahalar” lider “Sportinq”dən 6 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tuturlar.
 
 
Ardını oxu...
Türkiyə Superliqasında XII turun növbəti oyunu baş tutub.

TNS xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 29-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 31 xalla "Qalatasaray" başçılıq edir.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda "Ən-Nəsr" və "Əl-Qadisiyyə" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Ər-Riyadda keçirilən oyun 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

32-ci dəqiqədə meydan sahiblərinin ulduz hücumçusu Kriştianu Ronaldu hesabı açıb. 37-ci dəqiqədə "Əl-Qadisiyyə"nin yarımmüdafiəçisi Xulian Kinyones hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

"Ən-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında üçüncüdür. Komanda 11 görüşdə 22 xal toplayıb. "Əl-Qadisiyyə" də eyni xalı toplayıb. Turnir cədvəlinə isə 10 oyunan 28 xal toplamış "Əl-Hilal" başçılıq edir.
 
 
Ardını oxu...
Türkiyədə baş məşqçi güllələnərək öldürülüb.

Hurriyyet.Az xəbər verir ki, "Çorluspor 1947" klubunun çalışdırıcısı Ersin Akaya yolda yeriyərkən maskalı bir nəfər tərəfindən atəş açılıb. Ersin xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən cinayətkarın tapılması yönündə araşdırmalar davam edir.
Ardını oxu...
Raxit xəstəliyi D vitaminin çatışmazlığından sümüklərin yumuşalmasına və zəifləməsinə verilən addır. Azərbaycan milli komandasının İsveçlə səfər oyununa bir qədər baxdım. O yerə qədər ki, Nəriman Axundzadə qapıçı ilə üz-üzə qalacaqdı, bilmədim ayağı-ayağına, yoxsa ayağı topa dolaşdı, top qabağa getmək əvəzinə arxaya getdi. Özümdən asılı olmayara, ayağa durub, “bu raxiti kim stadiona buraxıb” qışqırdım. Yaxşı, Nərimanın D vitamini çatışmır, bəs digərlərinin nəyi çatışır? Bir topa vitaminsizi stadiona buraxıblar ki, Azərbaycanı D liqasına düşməkdən xilas etsinlər. Əslində, D vitamini çatışmayanların yeri elə D liqasıdır.
Futbolçular qalıb bir kənara, şərhçi deyir ki, Azərbaycan ölüm-qalım oyununa çıxıb. Mətbuatımız da elə yazırdı ki, elə bil Azərbaycan millisini ölüm-qalımla məcbur üz-üzə qoyublar. O vitaminsizlər özləri gətirib bu həddə çatdırmışdı da… Lap hesab edək ki, abır-həya ediblər, özləri də son oyuna ölüm-qalım oyunu kimi baxırlar və bu hisslə meydana çıxıblar. Savaşan bir komanda gördükmü? Qətiyyən! Savaşmağı o yana rədd edək, bəs mübarizə aparan komanda gördükmü? Yox! Statistikaya baxıram, ölüm-qalım oyuna çıxan komanda cəmi 4 sarı vərəqə alıb. Bu tip oyunlara çıxan komandalar aqressiv futbol oynayır. Bu tip oyunlarda alınan qırmızı kartlar da mübarizlik əlaməti kimi görünür. Bizimkilər nə edirdi? Futbolu daha nə qədər çox təhqir etməyin yollarını axtarırdı. Raxit aqressivliyi də bu qədər olar.
Futbola, nə bilim idmana dövlət dəstəyi daim qabardılır, önəmli, əhəmiyyətli şeymiş kimi təqdim edilir. Dövlətin futbola, ümumiyyətlə, idmana niyə dəstəyi olmalıdır? Dövlət maksimum lobbiçiliyin edər, vergi probleminə əl atar, borcların bağlanmasında köməklik göstərər. Hansı idman federasiyasına baxırsan prezidenti bir məmurdur. Məmurlar öz işini bu qədər gözəl görür ki, idmana da əl atırlar? İdmana dövlət dəstəyini artıqlaması ilə edib. Misal üçün olimpiya mərkəzləri tikib, şərait yaradıb. Baxırsan Azərbaycan idmanındakı qədər milliləşdirilmə aparan ikinci bir ölkə yoxdur. Qoy boksda yumuruqlansın, güləşdə kürəyi yerə sürtülsün, ağzı əzilsin, qanı tökülsün. Əgər milliləşdirmə ilə bu iş olacaqdısa, dövlətə pul artıqlıq edirdi ki, o qədər mərkəzlər, stadionlar tikirdi? Yox, federasiya prezidenti olan bir məmur göstərməlidir ki, onun sahəsindən ölkəyə medal gəlib. O medal kimə lazımdır, nəyə lazımdır?
Bir neçə il əvvəl futbol tarixinin bəlkə də ən komik hadisəsi Azərbaycanda yaşandı. “Sumqayıt” klubu ilə “Neftçi” klubu prezidentlərini dəyişdi. Baş məşqçi yox, oyunçu yox, prezidentlərini. Təkcə bu fakt Azərbaycan futbolunun necə idarə olunduğunu ortaya qoyur. Deyirlər, “Neftçi” uğursuzluğa düçar olub. Klubun məmurlardan ibarət müşahidə şurası var. Mətbuat qarşısına ən çox çıxanı da təhsil naziri Emin Əmrullayevdir. Kobud yazacağam: Emin Əmrullayev Azərbaycan təhsilinin dalın-qabağın yığa bilib ki, “Neftçi”ni də toparlasın?
Futbolu inkişaf etdirmək istəyən ölkələr futbola azadlıq verərək buna nail olublar. SOCAR futboldan əlin çəkib, yerini özəl sektora verməlidir. Ölkədə bu qədər şirkət var, futbol klubları sponsor tapmır. “Qarabağ”, “Turan” buna ən gözəl misaldır.
Uşaq futbolu inkişaf etməyən ölkələrin də böyük futbolda iddialı olması qədər gülünc heç nə yoxdur. Bir neçə gün rayonlarda oldum, kəndlərin heç birində stadion yoxdur. Stadion olmayan yerdə uşaq futbol yox, bənövşə-bənövşə oynayar. Böyüyəndə də burcuda-burcuda gəzər.
Qəsəbəmizdə idim. Yaşlı adamlardan biri yaxınlaşıb dedi ki, haqqına çox girmişik. O vaxt stadion düzəltdirdiniz, hər axşam uşaqları yığıb futbola aparırdınız, biz də qınayırdıq. İndi uşaqlı-böyüklü hamısı telefondan çıxmır. Bəlkə, stadionu təmir etdirib, yenidən uşaqları başına yığasan, tez-tez gələsən…
Fernando Santosu tənqid edirik. Baş məşqçi kimi Fernando Santosu tənqid edə bilmərəm. Ronaldo, Pepe, Bruno kimi futbolçularla işləmiş adama Nərimanı, Mahiri, Bəhlulu verirsən ki, mənə uğur qazandır. Mahirə, Nərimana, Bəhlula baş məşqçi kimi Santosu gətirmək, ona 3-4 milyon maaş vermək ayıbdır. Belə futbolun başında durmaq nədir, mən yoruldum, onu da siz yazın…
Səxavət Məmməd
TEREF
 

Dünyapress TV

Xəbər lenti