Ardını oxu...
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

Qruplardakı ilk komandaların adları Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo,

C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan

G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino
I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn
K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.
 
Ardını oxu...

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.
Ardını oxu...
“Forbes”in məlumatına görə, “Red Bull”un hollandiyalı pilotu Maks Verstappen ötən mövsüm 75 milyon dollar qazanaraq ən çox qazanan “Formula-1” sürücüsü olub.

Siyahıda ikinci yeri fərdi sürücülər sıralamasında yeddinci olan “Mercedes” komandasının pilotu Lyuis Həmilton tutub. Böyük Britaniyadan olan yeddiqat dünya çempionu ilin sonunda 57 milyon dollar qazanıb.

İlk üçlüyü digər britaniyalı, “McLaren”dən Lando Norris tamamlayıb, o, mövsümü fərdi sıralamada ikinci yerdə başa vurub və mövsüm ərzində 35 milyon dollar qazanıb.

Reytinqin ilk 5-liyinə həmçinin “Aston Martin” komandasının sürücüsü Fernando Alonso (27,5 milyon) və “Ferrari”dən Şarl Lekler (27 milyon) daxil olub.

Sonrakı yerləri Corc Rassel (“Mercedes”, 23 milyon), Oskar Piastri (“McLaren”, 22 milyon), Serxio Peres (“Red Bull”, 19,5 milyon), Karlos Sayns (“Ferrari”, 19 milyon) və Pyer Qasli (“Alpin”, 12 milyon) tutur.

Ümumilikdə, ən çox qazanan 10 “Formula-1”! sürücüsü 2024-cü ildə təxminən 317 milyon dollar qazanıb. Bu da 2023-cü ildəki 258 milyon dollardan 23 faiz çoxdur ki, bu da “Forbes”in “Formula-1” reytinqinin dörd illik tarixində ən yaxşısıdır./Lent.az
 
Ardını oxu...
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin SSRİ milli xokkey komandasında Olimpiya çempionu Boris Mixaylovu II dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif etdi və xokkeyçinin anasının kumiri olduğunu bildirdi.

Bu barədə RİA Novosti yazıb.

“Mən müntəzəm məşq etdiyim üçün ailəm idmandan uzaq idi, məndən başqa. Valideynlər - mütləq yox. Ancaq SSRİ xokkey yığmasının üzvü Mixaylov anamın kumiri idi. Bu heyrətamizdir, bilirsiniz, bunu indi xatırlayıram. Və bunlar boş sözlər deyil. Bu gün burada, Moskva Kremlində belə insanları mükafatlandırmaq mənim üçün böyük şərəfdir”, - deyə Putin bildirib.

Mixaylov SSRİ yığması ilə birlikdə 1972 və 1976-cı illərdə Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. 1980-ci ildə milli komanda ilə birlikdə Olimpiadada gümüş medal qazandı. Mixaylov səkkiz dəfə dünya çempionu, yeddi dəfə Avropa çempionu olub. O, karyerasında Saratov Kristall, Moskva ÇSKA və Lokomotiv kimi klubların rənglərini qoruyub.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi oldu. 1981-1984, 1992-1997, 2002-2005 və 2006-cı ilin mart-noyabr aylarında SKA-nın (Leninqrad/ Sankt-Peterburq ) baş məşqçisi vəzifəsində çalışıb ; 1998-2001-ci illərdə - CSKA-nın baş məşqçisi. 2007-2009-cu illərdə Novokuznetsk Metallurq klubuna rəhbərlik edib.
Ardını oxu...
Hindistanlı Domaraju Qukeş şahmat tarixində ən gənc dünya çempionu olub.
Hindistanlı qrossmeyster Domaraju Qukeş norveçli Maqnus Karlsenin yaş rekordunu yeniləyərək şahmat üzrə yeni dünya çempionu olub.
O, dünya şahmat tacı uğrunda görüşdə son 14-cü oyunda qazandığı qələbə sayəsində keçmiş dünya çempionu çinli Dinq Liren üzərində 7,5:6,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, məhz hindistanlı qrossmeyster bu görüşün favoriti adlandırılıb, xüsusən də çinli qrossmeysterin son vaxtlar son dərəcə zəif oyun nümayiş etdirərək dünya reytinq cədvəlində ilk iyirmilikdən düşdüyünü nəzərə alsaq. Lakin o, qarşılaşma zamanı hindistanlı gəncə layiqli müqavimət göstərə bilib.
Xüsusən də matçın açılış oyununda qalib gələn Liren birinci olub. Qarşılaşma zamanı Qukeş görüşdə bir neçə dəfə hesabı bərabərləşdirməyə nail olub və son 14-cü oyunda hindistanlı qrossmeyster qələbəni qoparıb.
Qukeş 18 yaşında bu titulu qazanaraq şahmat tarixində ən gənc dünya çempionu olub. Bundan əvvəl rekordçu 23 yaşında titulu qazanan norveçli, dünya reytinqinin lideri Maqnus Karlsen idi. Eyni zamanda, Qukeş dünya çempionu olan ikinci Hindistan şahmatçısıdır. Şahmat üzrə ilk hindistanlı dünya çempionu isə Vişvanatan Anand olub.
 
 
 
Ardını oxu...
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə qərar FIFA-nın onlayn formatda Növbədənkənar Konqresində qəbul edilib.

Əvvəlcədən məlum olduğu kimi 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.

2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib.

2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq mundiala 6 ölkə ev sahibliyi edəcək.

Qeyd edək ki. turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada reallaşacaq.
 
Ardını oxu...
Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

“Report” xəbər verir ki, idmançılar daşıyan təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar. Bilet satışından əldə olunan vəsait x
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Araz-Naxçıvan" son beş səfər matçında qapısını toxunulmaz saxladığı üçün "Fiorentina" ilə rekordu əlində saxlayır.

Oxu.Az xəbər verir ki, oktyabrın 5-də "Sabah"la görüşdə (1:1) qol buraxan Elmar Baxşıyevin komandası 65 gündür qapısını meydan sahiblərinin üzünə "tilsimləyib". Bu müddətdə "Araz-Naxçıvan" rəqib meydanlarında xal da itirməyib.

"Şamaxı", "Neftçi" və "Zirə"ni bir, "Kəpəz"lə "Səbail"i iki qolla üstələyən Baxşıyevin yetirmələri dekabrın 22-də "Qarabağ"ın qonağı olacaqlar. Yüksək liqa klublarından yalnız "Fiorentina"nın davam edən oxşar seriyası var.

Florensiya təmsilçisi A seriyasındakı son 5 səfər oyununda qapısını toxunulmaz saxlaya bilib. Sentyabrın 15-də "Atalanta"ya 3:2 hesabı ilə uduzan "bənövşəyilər" həmin matçdan sonra qonaqlara qol sevinci yaşatmayıb.

Naxçıvan klubundan fərqli olaraq, İtaliya təmsilçisi xal itkisi görüb. "Empoli" ilə heç-heçə edən komanda ardınca "Leççe"ni 6, "Cenoa" və "Torino"nu bir, "Komo"nu iki qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Fiorentina" növbəti səfər matçında "Bolonya"nın qonağı olacaq.
 
Ardını oxu...

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.

O, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Bilirsiniz ki, komandanı yeni götürmüşəm, amma "Neftçi" hər zaman "Neftçi"dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Həm oyunçunun qiyməti, həm də karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində komandamız sübut etdi ki, rəqibdən zəif deyilik. Futbolçularım üçün bu qalibiyyət irəliyə doğru addım olacaq. Deməli, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. İnşallah, bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq ki, "Sumqayıt" üçün yaxşı nəticə ilə sonlansın".

Mütəxəssis "Samir Abasov bildirdi ki, "Sumqayıt"ı tərk etdikdən sonra ciddi dəyişikliklər baş verməyib. Bu haqda nə düşünürsünüz?" sualına belə cavab verib: "Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Mənim bu haqda danışmağım doğru olmaz".

V.Cavadov qələbəni mərhum atası Füzuli Cavadova həsr etdiyini bildirib: "Ailə olaraq "Neftçi"liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. İnanıram ki, karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, "Neftçi"li olub. Onun olmaması mənim üçün çətindir. Bugünkü "Neftçi" üzərində qələbəni də atama həsr edirəm. Çünki onun mənim üzərimdə əməyi çox böyük olub".

O, "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun komandasına qarşı oynamaqlarının motivasiyaya təsir etmədiyini qeyd edib: "Bu gün hansısa simaya qarşı yox, "Neftçi"yə qarşı oynayırdıq. Yaxşı komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Nə mənim, nə oyunçularımın kimisə qarşı artıq motivasiya ilə oynamaqda rolu olmayıb. Sadəcə bilirdik ki, yaxşı rəqibə qarşı oynayırıq. Hər bir futbolçu sübut etdi ki, heç kimdən zəif deyilik və bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə "Neftçi" həmişə "Neftçi"dir. Fərqi yoxdur hansı pillədədir. Onun adı hər zaman üstündədir. Ona görə onlara uğurlar arzulayıram. Bu klubu tez bir zamanda yuxarı pillələrdə görmək istəyərdim".

Mütəxəssis "Neftçi"yə qarşı oyuna xüsusi bir taktika ilə çıxmadıqlarını deyib: "Zirə", "Şamaxı" və "Neftçi"yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə də Allah bizə qələbəni bəxş etdi".

V. Cavadov qış transfer pəncərəsi haqda danışıb: "Bu barədə düşünmürük. Əlbəttə ki, köməkçilərim bu haqda məlunat toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda fasilə olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız yaranacaq. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacağam ki, işimi onlarla davam etdirim".

O, klub prezidenti olsaydınız, 8 oyundan 5 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?" sualına cavabında deyib: "Bu mənə aid olan sual deyil. Məşqçi olaraq "Sumqayıt"ın yetirməsiyəm. Akademiyadan A komandasına qədər yüksəlmişəm. Çox sağ olsun rəhbərlik, mənə inanıb baş məşqçi vəzifəsini etibar etdi. Sabah desələr ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik, bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəyəm, ya da baş məşqçi kimi işimə davam edəcəyəm". /qol.az

 
 
 

Dünyapress TV

Xəbər lenti