Ronaldu İrana gedə bilmədi
“Əl-Nəsr”ın 40 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin “İstiqlal”la ilk oyununu buraxacaq.
Səudiyyə klubu komandanın siyahısını açıqlayıb. Ronaldu siyahıya düşməyib.

Daha əvvəl məlum olub ki, "Əl-Nəsr" Ronaldonun təhlükəsizliyini təmin etmək üçün İran klubundan görüşü neytral ərazidə keçirməyi xahiş edib. "İstiqlal" bundan imtina edib.

Oyun martın 3-də İranda keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti