Ardını oxu...
Sosial şəbəkələrdə Kremlə doğru saysız-hesabsız polis maşınının sirenləri qoşaraq sürətlə getməsini əks etdirən görüntülər yayılıb.

Axar.az xəbər verir ki, Kreml ətrafında yolların da bağlandığı bildirilir.

Gecə saatlarında baş verən həyəcanın səbəbi haqda heç bir səhih bilgi yoxdur.

 
Ardını oxu...
Türkiyədə 6 fevralda baş verən zəlzələdən sonrakı ilk 6 ay ərzində yenidən güclü zəlzələnin olacağı xəbərdarlığı edilib.

Ölkənin zəlzələ üzrə mütəxəssisi Cəlal Şəngör zəlzələ bölgəsində 6,7, yaxud ,6,6 bal gücündə zəlzələnin olacağını televiziya verilişlərindən birində bildirib.

 
Ardını oxu...
Hatayın Defne rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.

Türkiyə mediası xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Ətraf əyalətlərdə də hiss edilən zəlzələ şəhərdə yeni xarabalıqlara səbəb olub.

Yeraltı təkan Adana, Konya, Mersin və Antalyada da hiss olunub. Əldə edilən məlumata görə, zəlzələ zamanı bəzi binalar dağılıb. Zəlzələdən əziyyət çəkən şəhər sakinləri böyük qorxu yaşayıb.

Bu zəlzələdən dərhal sonra Samandağ şəhərində 5,8 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl olaraq baş verən yeraltı təkanlar şəhəri xarabalığa çevirib.

Mərkəzi Kahramanmaraş olan 2 böyük zəlzələdə ən böyük dağıntı və insan tələfatının yaşandığı şəhərlərdən biri də Hatay olub.
Ardını oxu...
Biz bir media olaraq Azərbaycanda yüksək mərtəbəli binalar tikən MTK-ların qanunsuz əməlləri barədə neçə illərdir ki, yazırıq. Biz bu mövzuda yazanda nə qardaş Türkiyədə, nə də hansısa qonşu ölkədə bu miqyasda zəlzələ baş vermişdi. Sadəcə, biz problemi görürdük, cəmiyyətin və hakimiyyətin diqqətini buna yönəltməyə çalşırdıq. Bu gün Azərbaycanda hamı zəlzələdən, tikilən binaların riskli olmağından və daha nələrdən danışıb yazırlar. Bəs biz neçə illər öncə bu barədə haray salanda niyə kimsənin səsi çıxmırdı. İndi hamı xorla bu barədə danışır.
Bəli, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi məsələsi aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur. Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Biz çətinliklə əldə etdiyimiz sənədlər əsasında yazmışdıq ki, binalar arasındakı məsafə binaların hündürlüyünün 0.6 hissəsindən az olmamalıdır. Biz rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Əgər sabah qəza vəziyyəti olarsa, xilasetmə qüvvələri bura necə daxil olacaq..? Təsəvvür edirsiniz, yeni tikilən binaların arasından adi avtomobil güclə keçir. İraq olsun fəlakət olarsa, vəziyyət necə olacaq..? Bir daha bildiririk ki, dünya seysmoloqlarının tərtib etdiyi xəritədə Bakı 8-9 ballıq seymsik zonada yerləşir. Başa düşdünüzmü, cənablar..? Millətin faciəsi ilə alver etməyin.
Bəli, bu gün Bakıda yüksək mərtəbəli bina tikənlərin, MTK sahiblərinin çoxunun inşaat işindən başı çıxmır. Dünən bazarlarda şortik satanlar, siqaret alverçiləri, nə bilim qəssablar hamısı bina tikintisinə girişib. Belələrindən biri də “Bizim Ev” MTK-dır. Mənə “İmişlili Mürşüd deyərlər, mənim qarşımda heç kim dayana bilməz...” deyən bu köhnə tərəkəməyə necə başa salaq ki, şəhərsalma müasir elmdir, ay adam... Sən nə bilirsən inşaat, şəhərsalma nədir..? Bu adam heç tikintinin adi-elementar qaydalarını da bilmir. Beləsinə heç toyuq hini də etibar etmək olmaz. Bu adam gecə-gündüz ətrafda yaşayan sakinləri nevroz həddinə çatdırıb, səs-küydən sakinlər evlərində otura bilmir. Bu adam məhəllədə uşaqların oynadığı xırda sahəni də zəbt edib. Əgər sabah bu uşaqların başına bir iş gələrsə kim cavab verəcək, ay Mürşüd..? Bu adam Yasamal rayonunda “Məhsul” idman stadionunun ərazisini zəbt edib. Görəsən, Yasamal İcra Hakimiyyəti, FHN, Arxitektura və Memarlıq Komitəsi hara baxır..?
Yazıq vətəndaşlar ən yuxarı instansiyalara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy, stress mənbəyi deyil ee... Bu MTK-la həm də yaşıllıqların qənimidir. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur.
Təsəvvür edirsiniz İmişli Mürşüd idman stadionunun soyunub-geyinmə otağını da zəbt edib. Sözün qısası, biz yenə də gördüklərimizi yazırıq, haray salırıq ki, bəlkə bu məmurlar ayıla. Türkiyədəki faciə bizdə təkrar olunmaya. Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024.gundelik-baku.com
 
 
 
Ardını oxu...
Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib.

Bu barədə “Qafqazinfo”ya valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi. Lakin qəfildən verilən bu qərar onlarda narahatlıq yaradıb.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması könüllülük əsasında tənzimlənir: “Şagirdlər ötən tədris ilindəki məktəbli geyimlərindən də istifadə edə bilər və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.

Qeyd olunan məsələ ilə bağlı valideynləri maraqlandıran hər hansı sual olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində yeni geyim formalarının məcburi olmayacağını açıqlamışdı. Onun sözlərinə görə, artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
 
Ardını oxu...
Azərbaycanda yeni şəhərin salınması təklif edilib. Bu təkliflə Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edib.

Deputat bildirib ki, yeni şəhər Heydərabad adlandırılmalıdır:

“Şəhərdə “göydələnlərin” olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır. Allah etməsin hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Yeni şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər, əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.

Qeyd edək ki, son illər paytaxtda əhali sayının artması, çox sayda yeni binaların tikilməsi, yollarda tıxacların yaranması kimi problemlərlə əlaqədar paytaxtın köçürülməsi ilə bağlı təkliflər səslənir.

Paytaxtın köçürülməsi mümkündürmü və bu, mövcud problemi aradan qaldıracaqmı?

TEREF.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Sovet dövründə Yaşma ərazisində dəniz kənarında Gənclər şəhərciyinin yaradılması ilə bağlı layihə var idi:

“Sonra bu layihə gündəmdən çıxdı. Həmin ərazisi hazırda da boşdur. Hesab edirəm ki, indi artıq həmin ərazinin gündəmə gətirilməsi vacibdir. Çünki ölkə əhalisinin əksər hissəsi paytaxt Bakıda məskunlaşıb. Bütün universitetlər, dövlət müəssisələri Bakıdadır. Şəhərin mərkəzində göydələnlər tikilir. Bu, həm tıxac probleminin yaranmasına gətirib çıxarır, digər tərəfdən binaların bir-birinə çox yaxın məsafədə tikilməsi hər hansı fövqəladə hal baş verərsə, həmin vəziyyətin aradan qaldırılmasına çətinliklər yaradacaq.

Ona görə də hesab edirəm ki, Bakıya yaxın ərazidə, məsələn, Yaşmanın dənizkənarı hissəsində, boş bir sahədə müasir plana uyğun yeni bir şəhər inşa oluna bilər. Şəhərdə yerləşən ali təhsil müəssisələri, dövlət idarələri həmin əraziyə köçürülə bilər. Əgər ali təhsil ocaqları və dövlət qurumları həmin əraziyə köçürülərsə, şəhərin yükü azalacaq. Bu gün paytaxtda mövcud olan tıxac problemi də aradan qalxacaq”.

Paytaxtın həmin əraziyə köçürülməsinə gəldikdə isə deputat Cənubi Afrikadan misal gətirib:

“Orada Yohannesburq şəhərinin yanında Pretori şəhəri salınıb və paytaxt, bütün dövlət idarələri oraya köçürülüb. Yaxud Astana da paytaxt elan edilib və dövlət idarələri, səfirliklər hamısı Astanada yerləşir. Yəni Bakıya yaxın bir ərazidə də bu layihəni reallaşdırmaq olar. Bakıdan da həmin əraziyə gediş-gəliş çətin olmayacaq. Gələcəkdə həmin istiqamətdə sürət qatarı işə düşərsə, bu, vətəndaşlar üçün daha yaxşı şərait yaradacaq. Bu, həm şəhərin genişlənməsinə, həm də rahatlığın təmin olunmasına şərait yaradar”.

Memar Cahid Həsənovun fikrincə, Bakıda memarlıq və şəhərsalma baxımından sıxlıq müşahidə edilir:

“Söhbət burada iki amildən gedir. Bu, həm regionlardan Bakıya gələn əhalinin sayının artması, həm də infrastrukturun, inzibati binaların, nazirliklər, yeni yaranan qurumların sayının artması ilə bağlıdıır. Beləliklə, iki paralel istiqamətdə Bakı dolub. Bakının paytaxt şəhəri olması əsas deyil, əsas odur ki, ya Bakı inzibati şəhər statusunu saxlamalı idi, ya da böyük sənaye şəhəri Bakıdan kənarda olmalıydı. Sənaye şəhəri olduğuna görə də yaşayış binaları, məhəllələr, qəsəbələr orada olmalı idi.

Fakt odur ki, Bakı həm inzibati, həm sıx binalar, göydələnlər şəhəri olub. Bakı yükü daşıya bilməyəcək qədər dolub. Bunun da bir-birinə tam ciddi ziyanı var. Belə ki, Xəzər sahilində yerləşən gözəl Bakı bu sıxlığın ucbatından artıq ab-havası itirilir. Şəhər turizm statusunda olmalıdır. Burada olan memarlıq abidələri, tarixi tikililər, Xəzərin sahili, şəhərin amfiteatr panoraması, klassik memarlıq abidələri ilə müasir Bakının vəhdətini saxlamaq lazımdır.

Problem inzibati binaların paytaxtda yerləşməsi, digər tərəfdən yaşayış massivlərinin çoxalmasıdır. Binalar bir-birinə sıx şəkildə yerləşir. Şəhərin viziual görünüşü, amfiteatrı, panoraması pozulur. Minilliklərlə bizə miras qalmış, dünya turistlərini cəlb edən həmin tarixi abidələr çoxmərtəbəli binaların gölgəsində qalmış kimi öz vizualizmini itirir. Mənim memar kimi təklifim odur ki, tədris ocaqları, yataqxanalar Bakının mərkəzi rayonlarından hər hansı kənar rayonlarına çıxarılmalıdır. Həmçinin Enegetika Nazirliyi və bununla əlaqəli qurumlar hamısı Mingəçevir ərazisində olmalıdır. Eləcə də Gəncə-Bərdə bölgəsində kənd təsərrüfatı ilə bağlı institutlar, nazirliklər də bu qaydada yerləşməlidir.

Ümumiyyətlə, bu gün paytaxtla bağlı müxtəlif fikirlər səslənir. Fikrimcə, tədris ocaqları, diplomatik mərkəzlərini şəhərdən kənara çıxarmaq, paytaxtın yükünü azaltmaq lazımdır. Ölkəmizi dünya turistlərinə göstərmək yalnız Bakıdan ibarət deyil. Regionların özünün də gözəlliyi var. Eyni zamanda, Bakını yüngülləşdirməklə bağlı təklifim odur ki, sahə üzrə mikropaytaxtlara, ya da sırf digər bir əraziyə köçürülsün. Bakı Xəzər sahilində, amfiteatr qoynunda olan, klassik memarlıq abidələri ilə zəngin, dünya turistlərinin gəlməsi, alış-veriş üçün ticarət mərkəzləri ilə dolduldurulmuş modern şəhər ola bilər. Yəni Xəzər dənizi sahilində ticari, turistik baxımından boşaldılmış bir Bakı ola bilər”.
 
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar olan ərazidə oğurluq edən şəxslər “Bayraktar” PUA-sı ilə müəyyən edilib.

Teref.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Bayraktar TB-2” PUA-ları Qaziantepdə müşahidə funksiyasını yerinə yetirərkən iki şəxsin dağıntı olan ərazidən nə isə daşıdıqları müəyyən edilib.

 
Ardını oxu...
Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfəngdən açdığı atəş nəticəsində yaralanıb.

Teref.az Report-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Bədəlov Emil Radik oğlu özündən yaşca balaca qardaşının tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəş nəticəsində sağ göz nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.

“İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, - o vurğulayıb.

Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
 
Ardını oxu...
“Harada zəlzələ baş verirsə, süni zəlzələ ehtimalını dilə gətirənlər olur. İnsanları çaşdırmaq, öz siyasi məqsədləri üçün bunları edənlər olur”.

Teref.az xəbər verir ki, bunu “Kaspi”yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

“Süni zəlzələ ilə təbii zəlzələ seysmoqramda fərqlənir. Məsələn, tədqiqatlarımızda təbii zəlzələlər öz yerində, eləcə də sənaye partlayışları olanda, onları da qeydə alırıq, onların gücünü də veririk. Bilirik ki, bu partlayışdan dolayı olan silkələnmədir, bu isə təbii zəlzələ. Zəlzələni bilməyən adamlar ortaya elə ehtimal atırlar”, deyə Qurban Yetirmişli bildirib.

“Sovetlər dövründə Qazaxıstanda SSRİ-nin poliqonu var idi. Yer altında nüvə silahlarının sınağını həyata keçirirdilər. Silahlardan asılı olaraq fərqli gücdə təkanlar hiss edilirdi. Çox dərində olmadığına görə 5-6 bal gücündə zəlzələ əmələ gəlirdi. Ağacı yıxmaq, maşını çevirmək gücünə malik olurdu. Bu həmin ərazidə olurdu, orda da hiss edilirdi. Müasir dövrə gəlincə, tektonik silahlar var, zəlzələ ocaqlarına enerji buraxıb həmin zəlzələni tezləşdirməyin mümkün olduğunu deyirlər. Amma bir məsələ var, sən neçə kilometrlərdən hansısa əraziyə bu enerjini necə buraxa bilərsən? Metro xətti deyil ki, gəlib o silah bu əraziyə dəysin, burda zəlzələ yaratsın”, deyə baş direktor əlavə edib.
 
 

Dünyapress TV

Xəbər lenti