Ardını oxu...
Türkiyənin Şırnak şəhərində kütləvi dava olub.

Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Hələlik səbəbi bilinməyən iki qrup arasındakı davada 13 nəfər bıçaqlanıb.

Əraziyə çoxlu sayda həkim və polis cəlb edilib.

Dava ilə əlaqədar 7 nəfər saxlanılıb.
 
Ardını oxu...
Abbas Qallyamov: “Putin Ukraynaya hücum edərək reytinqini saxlamağa çalışdı, amma alınmadı”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra rusların əksəriyyətinin dəstəyini itirib. Bu iddia ilə Rusiya liderinin keçmiş nitq yazarı, politoloq Abbas Qallyamov çıxış edib.

Onun sözlərinə görə, Kreml sahibi əsrin təxminən dörddə biri qədər zamanı rusların əksəriyyətinə nəzarət etməyi və onların dəstəyini qazanmağı bacarıb: “Son illərdə isə Putin reytinqini itirməyə başladı. Təxminən 2018-ci ildən Putin rusların dəstəyini itirə-itirə gəlir”.

Ekspert əlavə edib ki, İctimai Rəy Fondunun məlumatına görə, 2015-ci ildə Putinin seçki reytinqi 76 faiz təşkil edib: “Lakin 2020-ci ilin yanvar ayına qədər bu, 45 faizə düşdü. 76 faiz və 45 faiz nəzərəçarpacaq fərqdir. 2020-ci ilin yanvarından sonra Fond reytinqi sadəcə olaraq utandıqlarından dərc etməyi dayandırdı”.

“Rusların dəstəyini itirməsi səbəbindən Putinin hakimiyyəti itirə biləcəyi sualı ortaya çıxdı. Və buna görə də o, müharibənin köməyi ilə reytinqini düzəltmək yolunu tutdu. Krımla bağlı hiyləsini təkrarlamağa çalışdı, siyasi mövqeyini gücləndirmək istədi. Amma ikinci dəfə atdığı addım, Ukraynaya qarşı müharibə nəticə vermədi. İndi Putin biabırçı durumda qalıb. Ukraynaya qarşı müharibə Putinin reytinqini daha da azaltmış oldu”, - Qallyamov fikrini yekunlaşdırıb.

Qallyamov daha əvvəl iddia etmişdi ki, bu il ssenarilərdən biri reallaşmağa başlaya bilər: nəticədə Putin hakimiyyətini itirəcək.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Mikola Malomuj deyib ki, Putini Ukraynadakı müharibədən narazı olanlar vəzifəsindən uzaqlaşdıra bilərlər. Onun sözlərinə görə, Putin rejimi açıq-aşkar zəiflədikdə Rusiya daxilində ona qarşı aktiv fəaliyyətə başlanılacaq.

Aprelin əvvəlində rusiyalı müxalifətçi Gennadi Qudkov Rusiya Prezidentinin öz tabeliyində olanların - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Gerasimovun və müdafiə naziri Sergey Şoyqunun qurbanına çevrilə biləcəyini proqnozlaşdırıb.
Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən boliviyalı general, ehtiyatda olan Qeri Prado 85 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.

Pradonun ölümünü oğlu da təsdiqləyib. Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər olub.

Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba İnqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. İnqilabçının tutulması və partizanlara qarşı mübarizəsinə görə Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif etmişdi.

Ardını oxu...
Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.

“1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, - hökumət başçısı əlavə edib. //report//
Ardını oxu...
İranın məşhur sünni cümə imamı Mövləvi Əbdülhəmid molla rejiminin yeni edamlara başlamasına kəskin etiraz edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, M.Əbdülhəmid “Nə təhsil verdik, nə iş yeri yaratdıq. Bizim bacardığımız iş edamdır!” deyə etiraz edib.
Ardını oxu...
ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub.

Bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə isə, ancaq kiçik pul kisələri, paltarlar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyi vurğulanıb. O da qeyd edilib ki, icazəli əşyaların özü də girişdə yoxlanacaq.

Xatırladaq ki, mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum olub, nəticədə üçü uşaq olmaqla altı nəfər öldürülüb. Bundan başqa elə həmin ay 17 yaşlı məktəbli Denverdə orta məktəbə basqın edərək iki nəfəri silahla yaralayıb.


Mənbə: TGRT
 
Ardını oxu...
Yaponiya Baş naziri Dəftərxanasının yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinin tualetində polis əməkdaşı ölü tapılıb.

Onun intihar etdiyi ehtimal olunur.

Polis əməkdaşını həmkarları tapıblar. Onlar əvvəlcə silah səsi eşidiblər. Başından yaralanan polis xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə əməkdaşın iş başında olduğu zaman baş verib.

Yaponiya Baş naziri Kişidanın özü hazırda Afrika və Sinqapura səfərini başa vurur.

Mənbə: News.ru
Ardını oxu...
Türkiyə öz hava məkanını erməni VIP şəxslərin üçüncü ölkələrə uçuşları üçün bağlayıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinə də aiddir.

“Hər gün Türkiyə hava məkanından uçuşlar olurdu. Lakin hazırda biz bağlamışıq. Yalnız Ermənistan parlamentinin spikeri QDİƏT-in Ankaradakı iclasına gəlib. Biz sammitə ev sahibliyi etdiyimizə görə təşkilat üzvü üçün hava məkanını bağlamaq mümkün olmadı. Təhlükəsizlik qüvvələrimizdən sonra Türkiyədə ən çox şəhid verən qurum bizik. Bunu necə qəbul edə bilərik? Biz jest etdik. Hava məkanımızı açdıq, sonra bağladıq. VİP-lər üçün də bağladıq, Paşinyanın təyyarəsi üçün də bağladıq. Onlar bu məsələlərdə israr etsələr, normallaşma prosesi kəsiləcək”, - deyə nazir bildirib.


Nazir bu qərarı İrəvanda 1920-ci illərdə Türkiyə və Azərbaycan siyasətçilərinin qətlini törədənlərə abidənin qoyulmazı ilə izah edərək, bunu qəbul edə bilməyəcəklərini deyib.

Mənbə: 24TV
 
Ardını oxu...
DTX ermənilərin Azərbaycanda planlaşdırdığı təxribatın iştirakçıları olan qadınları saxladı
Dövlət Təhlükəsizliyi Xidməti uğurlu əməliyyat keçirib.

Budəfəki əməliyyatla Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilb.

TEREF.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, teleqram kanallarında yayılan videolarla ''Xaytarak'' radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.

Şəhidlər xiyabanında ermənilərə məxsus ''Xaytarak'' və ''Erməni Ari dövləti'' radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.

Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.

Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər bir detal diqqətlə yoxlanılıb.

Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtalya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizm yönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan ''Baku Siti'' restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.

Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.

Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.

“Mən ona ən çox niyə inandığımı bilirsiz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər'',- deyə qadın bildirib.

Elena Lariontseva ilə Şəhidlər xiyabanında ''Xaytarak'' radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla ''Xaytarak'' radikal qruplaşmanın teleqram kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopdjanyan və Artur Martirosyandır. DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Ardını oxu...
“Azərbaycan Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir “təhlükəli” tələb irəli sürüb. Bakı Sovet dövründə Ermənistanda yaşayan azərbaycanlıların Ermənistana qaytarılmasını tələb edib. Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik”.

Bunu erməni politoloq Suren Petrosyan televiziyada “Nver Mnatsakanyanla bir gün” proqramında deyib.

Politoloq əlavə edib ki, rəsmi Bakı Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin Azərbaycan polisi tərəfindən təmin olunacağını açıqlayıb.

Təbii ki, ermənilərin bütün təşviş və narahatçılıqlarına rəğmən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba ocaqlarına qayıtması onların ən təbii haqqıdır. Və bu haqqı heç kim onların əlindən ala bilməz. Ermənistanın təşvişi yalnız bu proses bir qədər ləngidə bilər.

Çünki, ermənilər azərbaycanlılarla dinc və əmin-amanlıq şəraitində yaşamaq istəyirlərsə, bunu etməlidirlər. Əks təqdirdə ermənilərin Qarabağda hansısa şəkildə qalması sual altına düşə bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, Qərbi Azərbaycana qayıdış dövlətimizin əsas prioritetlərindən biridir:

“Çünki, XX əsr boyunca azərbaycanlıların öz dədə-baba yurdlarından çıxarılması vəhşicəsinə baş verib. Ən pisi də odur ki, son 120 ildə Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizə qarşı vandallıq aktları həyata keçirilib. Bu bədnam siyasət ermənilər tərəfindən bu gün də davam etdirilir.

Üstəlik, bu gün Xankəndi və ətraf ərazilərdə ermənilər rahat şəkildə yaşaya bilirsə və onların gələcəkdə azərbaycanlılarla eyni hüquqda fəaliyyət göstərəcəkləri vurğulanırsa, onda Ermənistan da Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın oraya qayıdışını təmin etməlidir”.
Politoloq onu da qeyd edib ki, bu məsələ ətrafında manipulyasiya etməyə heç bir lüzum yoxdur:

“Çünki, azərbaycanlılar öz dədə-baba ocaqlarına dinc qayıdışdan bəhs edirlər. Bu insanların orada tarixi var, keçmişi var. Bunu danmaq olmaz. Və hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlarda sülhün əsas prioritetlərindən biri Qərbi Azərbaycana dinc və təhlükəsiz qayıdışla bağlı Ermənistanın üzərinə öhdəlik götürmək məsələsi olmalıdır. Mən hesab edirəm ki, bu proses əvvəl-axır baş verəcək”.

Dünyapress TV

Xəbər lenti