Türkiyədə prezident seçkilərinin II tura qaldığı rəsmən açıqlandı. Paralel olaraq keçirilən millət vəkili seçkiləri isə təsdiqlənmiş hesab edilir. Artıq parlamentə daxil olacaq deputatlar müəyyənləşib. Məclisin bu dəfəki üzvləri arasında siyasətçilərlə bərabər idmançılar, musiqiçilər, jurnalistlər və nazirlər olmuş millət vəkilləri də var.
Tribunainfo.az xəbər verir ki, siyasi partiyalar öz siyahılarına diqqətçəkən adları daxil ediblər. MHP-nin qurucusu Alparslan Türkeşin övladları AK Partiyadan Yıldırım Tuğrul Türkeş, İYİ Partiyadan isə Ayyüce Türkeş millət vəkili kimi məclisə daxil ola biliblər. Yıldırım Tuğrul Türkeş Ankara, Ayyüce Türkeş isə Adana millət vəkili olaraq xidmət göstərəcək.
Parlament siyahılarında idman aləmindən də adlar var idi. Keçmiş futbolçu və məşqçi Ünal Karaman İYİ Partiya Konya millət vəkili olmağı bacarıb. İYİ Partiyadan da Hatay millət vəkili namizədi olan sabiq milli futbolçu Gökhan Zan isə seçilməyib. AK Partiya İstanbul Millət vəkili Namizədi olan Milli Üzgüçü Umut Arman Sonay da namizəd olsa da, parlamentə girə bilməyib.
Sənət aləmindən də bir çox adlar Məclisə daxil olub. Musiqiçi Yücel Arzen AK Partiya İstanbul Millət vəkili seçilib.
Rifah Partiyasının İstanbul millət vəkili namizədi, sənətçi Davud Güloğlu isə parlamentə daxil ola bilməyib. MHP Muğla millət vəkili namizədi aktrisa Özlem Balcı da seçilməyib.
CHP Ankara 1-ci bölgəsindən namizədliyi böyük müzakirələrə səbəb olan sabiq ədliyyə naziri Sadullah Ergin isə millət vəkili seçilib.
AK Partiya İzmir millət vəkili namizədi jurnalist Şebnem Bursalı və İstanbul millət vəkili namizədi jurnalist Hülki Cevizoğlu da TBMM-ə daxil olmağı bacarıblar.
Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçelinin müvəqqəti sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Baş Assambleyasının ilk iclasının keçiriləcəyi gözlənilir.
TEREF.AZ Trend-ə istinadən xəbər verir ki, mayın 14-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Türkiyə Böyük Millət Məclisinə yaşı 30-dan aşağı olan 5 deputat daxil olub.
Yeni çağırış Türkiyə parlamentinin ən gənc deputatı Ədalət və İnkişaf Partiyasının Ankaradan olan deputatı 25 yaşlı Zehranur Aydemir olub.
Osmaniyedən olan millət vəkili Devlet Bahçelinin TBMM-in müvəqqəti sədri olacağı gözlənilir. O, parlamentin ən yaşlı üzvüdür.
İlkin nəticələrə görə, Türkiyə parlamentində 479 kişi və 121 qadın deputat mandatı alıb.
Ədalət və İnkişaf Partiyası parlamentdə 30 qadın, Milliyyətçi Hərəkat Partiyası 4, İYİ partiyası 6, Yaşıl Sol Partiyası 30, Türkiyə İşçi Partiyası 1 qadınla təmsil olunacaq.
Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb.
Ali Seçki Şurasından (YSK) bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq.
Həmçinin, qurumdan prezident seçkinin ikinci turunun təqvimi də açıqlanıb.
Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.
Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.
Kamal Kılıçdaroğlu prezident seçkilərinin 2-ci tur qərarından dərhal sonra kəskin videomesaj paylaşıb.
Mia.az xəbər verir ki, videomüraciətdə əlini masaya çırpan Kılıçdaroğlu qəzəbli olduğunu gizlətməyib:
O, iqtidara və seçicilərə xitabən deyib: "Burdayam, vallahi də, billahi də sonunadək mücadilə edəcəyəm. Siz də buradasınız (seçicilərə ünvanlı ürəyini göstərir - Mia.az). Buradayam!".
"Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir..."
"Bütün tənqidçilərini aradan götürmək üçün Putinə "Noviçok" kifayət etməz, lakin Priqojin üçün bir flakon tapılacaq..."
Putinin ünvanına ədəbsiz tənqiddən sonra "Vaqner qrupu" rəhbərinin həyatı təhlükədədir
"Vaqner qrupu"nun başçısı Yevgeni Priqojin çay işəndə ehtiyatlı olmalıdır, çünki Kreml şəxsən Vladimir Putinin ünvanına sərt tənqidə görə onu cəzalandıra bilər".
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrində dərc edilən istehzalı-analitik məqalədə deyilir.
"Vladimir Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir", - məqalədə deyilir.
Nəşr xatırladır ki, Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Rusiyada görkəmli rusiyalıların müəmmalı ölümləri dalğası yayılıb. Ən azı yeddi rusiyalı oliqarx müəmmalı şəraitdə həlak olub, həmçinin bir çox tanınmış məmur qəflətən dünyasını dəyişib.
Məqalə müəllifləri güman edir ki, bu yaxınlarda şəxsən Putini təhqir edən Priqojin "izah edilməyən" tərzdə pəncərədən düşə bilər və ya bir fincan ətirli çay içərək ölümcül çökə bilər.
"O, ötən həftə özünün Rusiyada çoxları Putini nəzərdə tutduğunu hesab edən "xoşbəxt baba" haqqında ədəbsiz monoloqu ilə həddini aşmayıb ki? Ruslar arasında bundan daha zəif səbəblərdən pəncərədən düşənlər olub", - müəllif istehza edib.
Eyni zamanda, nəşr rusiyalı müxalif jurnalistlər Andrey Soldatov və İrina Boroqanın fikirlərinə yer verib. Onlar hələ də Priqojinin Rusiya hərbi kəşfiyyatı, Baş Kəşfiyyat İdarəsi, mümkündür ki, şəxsən Putin tərəfindən dəstəkləndiyi qənaətindədir.
Onlar istisna etmir ki, Kreml diktatoru qəsdən Priqojinə müəyyən sərbəstliklərə imkan verir ki, o, Rusiyanın hərbi rəhbərliyinə qarşı dayana bilsin.
Bundan öncə bu həftə Rusiyanın "Birinci kanal"ının sabiq əməkdaşı, xəbərlər studiyasının birbaşa efirində açıq şəkildə Putini məsxərəyə qoymaqla məşhurlaşan Marina Ovsyannikova bəyan edib ki, onun bütün tənqidçilərini aradan götürmək üçün "Noviçok" maddəsi yetməz.
"Lakin Priqojin üçün yəqin ki, bir flakon tapılacaq", - "Politico" yazır.
Priqojin Putinin üzərinə gedib
Xatırladaq ki, Priqojin mayın 9-da Putin cansıxıcı görkəmdə Qırmızı meydanda son illərdə ən sönük hərbi paradlardan birini müşahidə edərkən
Putinə hücum edib, dərc etdiyi videoda kifayət qədər aydın şəkildə onun "üzərinə gedib".
O, deyib ki, hansısa "xoşbəxt baba" Rusiya ordusunda hər şeyin yaxşı olduğunu düşünür, əslində isə rusiyalılar cəbhədə böyük itkilərə məruz qalır və daima döyüş sursatlarının qıtlığını hiss edir.
"Bu babanın birdən, təsadüfən, mən fərz edirəm, bitmiş üzdəniraq çıxacağı halda bundan sonra ölkə nə edəcək, müharibəni necə udacaq?" - Priqojin sual edib.
Rusiya İstintaq Komitəsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərini axtarışa verməklə hədələyib. Tribunainfo.az “New voice”a istinadən xəbər verir ki, Rusiyanın TASS agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.
“Bu qərarın qəbuluna fəal təsir göstərən məhkəmənin prokuroru, sədrləri və üç hakimi yaxın vaxtlarda axtarışa verəcəyik”, – Bastrıkin bildirib. Xatırladaq ki, martın 17-də Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar.
RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyədəki prezident və parlament seçkilərinə müdaxiləsinin mümkünlüyü barəsindəki şayiələri təkzib edib, bu cür məlumatları yalnız yalançıların yaydığını söyləyib.
Türkiyə prezidentliyinə müxalifətin namizədi, CHP partiyasının sədri Kemal Kılıçdaroğlu “Tvitter” səhifəsində rus dilində yazı paylaşaraq Rusiyanı seçkilərə müdaxilə eləməməyə çağırmışdı.
Peskov mayın 12-də jurnalistlərə açıqlamasında deyib: “Biz belə bəyanatları qətiyyətlə rədd edirik, rəsmən bəyan edirik ki,heç bir müdaxilədən söhbət gedə bilməz. Kimsə cənab Kılıçdaroğluna belə bir informasiya vermişdirsə, o zaman onlar yalançılardırlar. Onları belə adlandırmaq lazımdır”.
Peskov deyib: “Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki, bu ölkə qarşılaşdığımız regional və dünya məsələlərinin tam bir kompleksində çox məsuliyyətli, suveren, müdrik mövqe tutur və bu mövqe bizim üçün dəyərlidir. İkitərəfli münasibətlərə dəyər verən bir ölkə öz tərəfdaşına qətiyyən müdaxilə eləməz”.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Belə ki, qeyri-mühacir vizaları ilə ABŞ-a hava yolu ilə səyahət edən vətəndaşlardan təyyarəyə minməzdən əvvəl COVID-19-a qarşı tam peyvənd olunmaları barədə sənəd tələb olunmur.
“İnanın ki, Kremldəkilərin hamısının sonu pis olacaq. Bilmirəm bu, necə olacaq, ancaq istərdim ki, hər şey tez bitsin. Onlar öz əcəlləri ilə ölməyəcəklər...”
Ukrayna Prezidenti Volodimir Zelenskinin “BBC”-yə müsahibəsində dediyi bu fikirlər Rusiya hakimiyyətində hiddətlə qarşılanıb.
Zelenskiyə sabiq Prezident, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının katibi olan Dmitri Medvedev həmişəki özünəməxsus tərzdə cavab verib.
Bu dəfə də təhqir və təhdidin “dozasını” bol edən Medvedev Zelenskini “yaşıl həşarat” adlandırıb. Kimin nə vaxt öləcəyini yalnız Tanrının bildiyini deyən Medvedev ardınca Ukrayna Prezidentinə “təlxək” deyərək, onun sonunun Hitler kimi bitəcəyini “proqnozlaşdırıb”.