Ardını oxu...
“Ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir”.

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xalqa müraciətində deyib.

O, Azərbaycanla müharibədə məhv edilmiş erməni əsgərin anasının yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyib.

“Narahatlıq doğuran vəziyyət. Oğlunu döyüşdə itirmiş ananın saxlanılması hətta Ermənistan parlamentinin bədnam spikerinin İrəvanın mərkəzində günorta saatlarında vətəndaşın üzünə tüpürdüyü iyrənc əməldən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur”.

“Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi hakimiyyətin məsuliyyəti və qayğısı olmalıdır, lakin gördüyümüz kimi, onlar öz həyasız və uzağı görməyən hərəkətləri ilə gərginliyi daha da artırırlar. Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir”, - birinci prezident müraciətində bildirib.
 
Ardını oxu...
2024-cü il seçkilərindən sonra Donald Tramp ABŞ prezidenti olarsa, Ukrayna bitəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton siyasətçinin yenidən prezident seçilməsini şərh edərkən deyib.

Klinton Britaniyanın “The Financial Times” qəzetinə deyib: “Tramp Si Cinpinq və Vladimir Putin kimi insanlara hədiyyə idi”.

Onun fikrincə, 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Donald Trampın ABŞ-ı NATO-dan çıxması üçün onun qələbəsinə ümid edirdi.

“Bilirsiniz və o, açıq şəkildə Putinin NATO ilə bağlı istədiyi hər şeyi edəcəkdi”.

Bunu da Hilları Klinton bildirib.

Maraqlıdır ki, Hilları, həmçinin Trampın yenidən seçilməsinə də şübhə ilə yanaşır, çünki o, Çinə hər hansı strateji yanaşmada aciz idi.

“Əgər Tramp 2024-cü ildə qalib gəlsə və mən inanmıram ki, bu, ABŞ-da demokratiyanın sonu olacaq”, - deyə Klinton əlavə edib.

Yeri gəlmişkən, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Trampın əsas rəqibi hazırkı Amerika lideri Cozef Baydendir. O, Amerika demokratiyasını müdafiə edəcəyinə söz verib, Tramp isə həmkarını səriştəsiz adlandıraraq onu ələ salıb.
Ardını oxu...
"Rusiya işğal etdiyi Zaporojye AES-i Ukrayna və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tam nəzarətinə qaytarmalıdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı deyib.

"Mən hazırda Xirosimadayam, qoy, bütün dünya Ukraynanın birləşmə çağırışını eşitsin. Rusiya sivilizasiyaya bağlı hər şeyi tapdalayıb. Bir ildən çoxdur ki, o, Avropadakı ən böyük atom elektrik stansiyasımızı işğal altında saxlamaqda davam edir", - Zelenski bildirib.

Prezident vurğulayıb ki, Rusiya özünü stansiya binalarına tanklardan atəş açan, Atom Elektrik Stansiyasını silah və mərmi saxlamaq üçün sınaq poliqonuna çevirən terrorçu dövlət kimi aparır. Bundan əlavə, o xatırladıb ki, Rusiya şəhərləri raket artilleriyasından atəşə tutmaq üçün stansiyanın arxasında gizlənir.

"Əgər buna məhəl qoymasaq, dünya qaçılmaz olaraq xarabalığa çevriləcək. Ukrayna sülh üçün düstur təklif edib. Onun məqsədi radiasiya və nüvə təhlükəsizliyidir", - Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin martında Enerqodar uğrunda gedən döyüş zamanı AES Rusiya qoşunları tərəfindən ələ keçirilib. Stansiyaya Rusiyanın nəzarəti altında olan ukraynalı personal xidmət göstərməkdə davam edir.
RBC-Ukraina
 

Tələbəlik illərindən öncədə beynəlxalq siyasətin gələcəyi ilə bağlı ən çox eşitdiyim ifadələrdən biri “Çin gələcəkdə ABŞ-ın ən böyük rəqibi olacaq” idi. Bu proqnoz artıq özünü doğrultmaqdadır. Çinin öz tarixi təsir dairəsi olan Şərqi Asiyanı tərk edərək minlərlə kilometr uzaqlıqdakı tarazlıqlara təsir etməyə başlaması buna sübutdur. Yaxın Şərqdə bu yeni böyük gücün təsirləri nisbətən yaxınlarda hiss olunmağa başlayır. Çin son 20 ildə Yaxın Şərqdə bir çox münaqişələrin fonunda olan Səudiyyə Ərəbistanı-İran rəqabətini müvəqqəti dayandırmaq üçün fürsət təqdim edir. Bu imkana tərəflərin münaqişə olmadan iqtisadi və siyasi gəlir əldə edə biləcəyi əməkdaşlıq modeli daxildir. Beləliklə, hər iki ölkə regiondakı maraqlarından əl çəkmədən mübarizə yolunu dəyişməyi seçir. Düzünü desəm, başqa variantların olmadığını söyləmək olmaz…

Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında siyasi atəşkəsə nail olması bir müddətdir Yaxın Şərq paytaxtlarında pıçıldayan “Suriyada vətəndaş müharibəsinə son qoymağın vaxtıdır” sözlərinin sürətlə həyata keçirilməsi üçün lazımi mexanizmi işə salıb. O gündən etibarən Dəməşqlə yüksək səviyyədə əlaqələr qurmaq üçün gəlib-gedənləri saymaq belə çətinləşib. Rusiyanın Ukraynadakı hərbi avantürası uzun sürən bir prosesə çevrilir və nəticə əldə etməkdə çox çətinlik çəkir. Bu prosesin Avro-Atlantik ölçüsünü bir kənara qoyaraq, hətta Asiya və Yaxın Şərqdəki nəticələrə nəzər salsaq, Putinin Ukrayna ilə bağlı qərarının Rusiya üçün mənfi nəticə ilə nəticələndiyini söyləmək olar. Bir il yarım əvvəl Yaxın Şərqdə yeni Rusiyanın təsirindən söhbət getdiyi halda, halhazırda Rusiya regionun yeni dinamizmində xeyli geridədir…

Xüsusilə Suriyaya baxdığımızda, şübhəsiz ki, Rusiya küçümsənəcək bir ölkə deyil. Amma bir məqamı da unutmayaq ki, Rusiyanı Suriyada önəmli edən amil onun möhtəşəm diplomatik manevrləri deyil, hərbi gücündən səmərəli istifadə etməsi idi. Rusiya Suriyada vətəndaş müharibəsini dəyişdirən aktyor oldu, çünki bu, Dəməşqə müxalifəti məğlub etməyə kömək etdi. Ancaq siyasi proseslərə köklü şəkildə təsir edəcək, tərəfləri qane edəcək daimi həll yolu çıxarmadı. Hazırda Rusiya Suriyadakı keçmiş hərbi gücündən çox uzaqdır. Ukrayna müharibəsi səbəbindən o, Suriyadakı hərbi qüvvələrinin böyük hissəsini başqa bölgələrə yerləşdirib. Rusiya təyyarələri aylardır Suriya səmasında əməliyyat keçirmir. Lakin fəaliyyətsizlik Moskvanın hərəkət dairəsini məhdudlaşdırmaqla bitmir. Rusiya kimi, ABŞ da Suriyada daha aşağı profil çəkir. Çünki Suriyada tarazlığı müəyyən edən iki böyük güc Ukraynada bir-biri ilə məşğul olarkən, regional güclərə daha çox güzəştə getməli olurlar. Buna misal olaraq: Rusiya İranı tamamilə sıradan çıxarmaq istəsə də, bu addımı yekunlaşdıra bilmədi. Həmçinin Suriya ordusunun önəmli fiqurlarından olan Bəşər Əsədin kiçik qardaşı Mahir Əsədə bağlı İran yönümlü hərbi qanadın dağıdılması iflasa uğradı…

Pərviz Əliyev, politoloq

Ardını oxu...
Şərq ölkələrinin (Rusiya, Çin nəzərdə tutulur – red.) xüsusi xidmət orqanları Serbiyada rəngli inqilabların təşkili və keçirilməsi cəhdləri ilə bağlı xəbərdarlıq edir.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya lideri Aleksandr Vuçiç deyib.

“Müxtəlif xidmətlərdən mənə məlumat gəlir və bizim Şərqdən olan “bacı xidmətlərimiz” bizə deyir ki, bu, rəngli inqilab cəhdləridir və s... Mən isə onlara deyirəm: Bilmirəm, onlar nəyə cəhd edirlər, bircə onu bilirəm ki, faciədən, uşaqların ölümündən iyrənc şəkildə istifadə edərək xalqımız üçün heç vaxt olmadıqları kimi böyük, yaxşı və daha ağıllı görsənməyə cəhd edirlər”, - deyə o bildirib.
 
Ardını oxu...
Rusiya Daxili İşlər Nazirliyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Xan Kərim Əsəd Əhmədi axtarışa verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Haaqa prokurorunun hansı maddə ilə axtarışa verilməsi haqqında məlumat verilməyib.

Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Ardını oxu...
“İnanıram ki, xalqım gələn bazar günü keçiriləcək seçkilərdə güclü türk demokratiyası nümayiş etdirəcək. İlk turda 90 faizə qədər seçici fəallığı var idi. Bu, çox böyük göstəricidir. Dünyada belə nəticə yoxdur. Ümid edirəm ki, millətim bu dəfə də bizi yanıltmayacaq".
Bunu “CNN International”ın aparıcısı Becky Andersonun suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, indiyədək 15 seçkidə qələbə qazandığını xatırladıb.
Ərdoğan bildirib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir:
“Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”.
"Yenidən seçilsəniz könüllü qayıtmaq istəyən qaçqınların ən azı 1 milyonunun müəyyən bir dövrdə geri qayıda biləcəyini söyləyirsiniz?” sualına cavabında isə Ərdoğan bildirib ki, bəlkə də bu rəqəm daha çox olacaq:
"Çünki hazırda oradakı infrastruktura yatırılan sərmayələr deməyə əsas verir ki, bu rəqəm çox ola bilər. Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar".
 
Ardını oxu...
Türkiyədə yaşayan azərbaycanlılar quru sərhədlərinin bağlı qalmasından narazıdırlar.

Teref.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, həmyerlilərimiz vətən üçün çox darıxdıqlarını, amma gələ bilmədiklərini deyirlər.

Təyyarə biletlərinin hazırda baha olması isə gəliri nisbətən aşağı olan insanları çıxılmaz vəziyyətdə qoyub.

Mövzuya münasibət bildirən millət vəkili Razi Nurullayev deyir ki, quru sərhədlərin bağlı qalması 50% pandemiya ilə əlaqəlidirsə, 50%-də təhlükəsizlik məqsədi daşıyır. Buna görə də maksimum anlayışlı olmalıyıq.

Millət vəkilinin sözlərinə görə, iyulun 1-nə kimi hökumət bütün prosedurları yerinə yetirib, sərhədlərin açılmasını təşkil etmək üçün infrastrukturun yenilənməsini həyata keçirə bilər.

Ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Rusiyaya girişi qadağan olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinə bağlı “International Affairs” jurnalının təsisçisi məlumat yayıb.
Bildirilib ki, Obama Rusiya XİN-nin "stop siyahısı"na salınıb.
 

Dünyapress TV

Xəbər lenti